Telman Orucov Çin qədim sivilizasiya və müasir möcüzələr ölkəsi



Yüklə 4,8 Kb.
Pdf görüntüsü
səhifə5/97
tarix28.11.2017
ölçüsü4,8 Kb.
#13088
1   2   3   4   5   6   7   8   9   ...   97

10 
 
başlanğıcını  götürməklə  tətbiq  olunur.  Çox  sayda  dillər  isə,  hansılardakı  Çində 
yaşayan xalqlar danışırlar, yazısız idi.  
Bizim eranın əvvəlinə Çinin ümumi əhalisi 80-85 milyon nəfər olmaqla, iki min 
il ərzində bu ölkə Yer kürəsində daim ən çox əhalisi olan bir məkan kimi qalmışdır. 
Lakin sonralar daxili müharibələr və hərc-mərclik, onların da aclıq və epidemiyalarla 
müşayiət  olunması  nəticəsində  əhalinin  artımı  bir  qədər  dayanmışdı.  Bundan  sonra 
baş verən əhali artımının «partlayışını» isə dövlətin sərhədlərinin genişlənməsinin və 
yeni  rayonlardakı  əhalinin  siyahıya  alınmasının  nəticəsi  kimi  izah  etmək  olar.  Ən 
böyük artım 1741-1850-ci illərə təsadüf edir; bu dövrdə əhalinin sayı 143 milyondan 
430 milyona çatmışdı. Bu dövrdə həm də becərilən torpaqların sahəsi xeyli böyümüş, 
torpaq ovu bu vaxtdan özünü göstərməyə başlamışdır. Çinin ümumi əhalisinin böyük 
əksəriyyəti kənd yerlərində yaşayırdı.  
ÇXR  yaranandan  sonra  keçən  ilk  33  il  müddətində  ölkə  əhalisi  455  milyon 
nəfər  artmışdı. Bu artım isə 1850-ci ildə olan əhalinin  faktiki sayından  da bir  qədər 
çoxdur. Təkcə 1954-cü ildən 1958-ci ilədək ölkədə orta hesabla illik əhali artımı 17 
milyon nəfər idi.  
Lakin  əvvəlki  dövrlərdə  üsyanlar  və  müharibələr  xeyli  əhali  itkisinə  səbəb 
olurdu.  1850-1864-cü  illərdəki  Taypin  üsyanı  ərzində  Çinin  əhalisi  xeyli  azalmışdı. 
Bəzi əyalətlər çoxlu adam itkisinə məruz qalmışdı. Tszyansu və Anxoy əyalətlərinin 
hər  biri  20  milyon  sakinini  itirməklə  üzləşmişdi.  Əgər  1850-ci  ildə  Çin  dünya 
əhalisinin  36%-ni  təşkil  edirdisə,  XIX  əsrin  axırıncı  onilliyində  bu  rəqəm  23%-dən 
yuxarı  deyildi.  ÇXR-in  yaranması  ərəfəsində,  1933-1945-ci  illərdə  müharibə 
itkilərinin sayının 20 milyon nəfər olduğu güman edilir.  
Ölkənin ən sıx əhalisi olan rayonu Şərqi Çindir, burada ümumi əhalinin 1\4-dən 
çoxu yaşayır. Çində demoqrafik inkişafın müasir meylləri digər ölkələr və butövlükdə 
Yer kürəsi fonunda nəzərə alınsa, planetin orta sakinləri arasında Çin əhalisinin xüsusi 
çəkisi azalmaqda davam edəcəkdir, əgər bu nisbət indi 20%-ə yaxındırsa, gələcəkdə 
daha da aşağı düşəcəkdir.  
ÇXR  yaranandan  sonrakı  ilk  illərdə  uşaq  doğumu  ritminə  iqtisadi  və  həm  də 
demokratik  amillər  öz  təsirini  göstərdi  –  bunlar  aqrar  islahat,  ərzaq  bölgüsünün 
normallaşdırılması,  qadınların  və  gənclərin  məşğulluq  şərtləri,  əhalinin  yaş 
strukturunun  dəyişilməsi  və  sairə  idi.  Bu  faktorların  təsiri  doğum  səviyyəsinin  qısa 
müddət  ərzində  yüksəlməsinə  səbəb  oldu.  Əgər  60-cı  illərin  əvvəllərində  doğum 
əmsalı  32-34  faiz  idisə,  həmin  onilliyin  sonunda  bu  22-24  faizə  düşdü.  Əhalinin 
sürətli artımına maneə törədilməsi dövlət siyasəti səviyyəsinə qaldırıldı, mərkəzləşmiş 
planlaşma  tətbiq  olundu.  Ölkədə  nikah  yaşının  yüksəlməsi,  az  uşaqla  («təkcə  bir 


11 
 
uşaq») ailəyə malik olmaq kimi zəmanətlər, ilk uşağın gec doğulması, birinci və ikinci 
uşaq  arasında  4  illik  fasiləyə  riayət  edilməsi  doğumun  sürətlə  azalması  üçün 
hazırlanmış proqramın tərkib hissələri idi. Bu yolla əhalinin təbii artımının tezliklə və 
radikal qaydada aşağı salınması nəzərdə tutulurdu və bu vəzifəyə əsasən nail olunur.  
Erkən  nikahlar  bünövrədən  pislənirdi  ki,  onlar  fiziki  və  ruhi  cəhətdən 
valideynlərin və uşaqların səhhəti üçün zərərlidir və gəncləri təhsildən və məhsuldar 
işdən  ayırır.  1970-ci  illərin  əvvəllərində  artıq  dörd  uşaqdan  sonra  analara  maddi 
yardım göstərilmirdi.  
Həmin kampaniya hesabına XX əsrin 70-ci illərinin sonundan təbii artım tempi 
aşağı  düşdü.  1979-cu  ildə  doğum  iki  dəfədən  çox  azaldı,  1000  nəfərə  20  körpənin 
doğulması düşürdü.  
Çox əsrlər ərzində Çinə müstəqil dərəcədə yüksək ölüm dərəcəsi xas idi. Lakin 
ÇXR  bu  göstəricini  ciddi  surətdə  aşağı  saldı.  Ümumi  ölüm  dərəcəsi  göstəricisi  12-
14%  azaldı.  Burada  qidanın  kaloritliliyi  də  elə  yüksək  deyildir,  cənubi-şərqi 
Asiyadakından 500 kalori yüksəkdirsə, Avropadan geri qalmaqda davam edir.  
Çində  əhalinin  strukturunun  bir  xüsusiyyəti  də  kişi  cinsindən  olan  əhalinin 
qadın  cinsindən  olanlara  nisbətən  xeyli  çox  olmasıdır.  Avropadakı  nisbətin  əksinə, 
Çində qadınların sayından 30 milyona qədər artıq kişi vardır. Hər 100 qadına Çində 
107 kişi düşür, bəzi əyalətlərdə isə bu fərq daha böyükdür.  
Çin  vaxtilə  urbanizasiyanın  aşağı  səviyyəsi  olan  ölkələrə  aid  idi.  1949-cu  ilə 
qədər bu, şəhərlərdə müasir istehsalın və xidmətin kifayət dərəcədə inkişaf etməməsi 
ilə  əlaqədar  idi.  1958-cı  ildə  başlanan  bədnam  «Böyük  Sıçrayış»  başa  çatdıqda 
inzibati  metodlarla  şəhər  əhalisinin  artımını  saxlamaq  siyasəti  aparılırdı,  şəhər 
sakinlərinin  müəyyən  hissəsi  kənd  regionlarına  göndərilirdi.  Çində  iri  şəhərlərin 
formalaşmasının  özünəməxsusluğu  həm  də  onların  ətraf  kənd  rayonları  ilə  diffuziya 
etməsidir. İri şəhərlərə 6-17 min kv.km ərazi aiddir. Onlar bu nöqteyi – nəzərdən iri 
miqyasda qədim Yunanıstanın polislərini (şəhər-dövlətlərini) yada salırlar.  
Çin  üçün  ən  kəskin  sosial-iqtisadi  problem  əhalinin  işlə  təmin  edilməsidir. 
Köhnə  Çin  üçün  şəhərlərdə  daimi  və  nəhəng  işsizlik,  kənd  əhalisinin  əksəriyyətinin 
xroniki  olaraq  tam  olmayan  məşğulluğu  xarakterik  idi.  Son  30  ilin  yüksək  inkişaf 
sürəti  işsizlik  probleminin  nisbətən  ləğvinə  də  xeyli  köməklik  göstərmiş,  sənayenin 
diversifikasiyası  və  xidmətin  inkişafı  xeyli  yeni  iş  yerlərinin  açılmasına  səbəb 
olmuşdur.  Əvvəllər  əmək  bazarında  daim  təklif  yüksək  olurdu.  1979-cu  ildə  Çinin 
şəhərlərində 20 milyon işsiz var idi. Son onilliklərdə şəhərlərdə işsizliyin əhəmiyyətli 
dərəcədə azalması meyli ön plana keçmişdir. Kənd rayonlarında isə «tarlaların əsaslı 
tikintisi»  adlanan  işlərin  –  əkin  fondunun  ardıcıl  olaraq  qaydaya  salınması, 


Yüklə 4,8 Kb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   ...   97




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə