Telman Orucov Çin qədim sivilizasiya və müasir möcüzələr ölkəsi



Yüklə 4,8 Kb.
Pdf görüntüsü
səhifə6/97
tarix28.11.2017
ölçüsü4,8 Kb.
#13088
1   2   3   4   5   6   7   8   9   ...   97

12 
 
terraslaşdırılmış torpaqların genişləndirilməsi və dağılmış torpaqların bərpa edilməsi, 
düzləndirilməsi,  daşdan  təmizlənməsi,  irriqasiya  və  sairə  daha  geniş  miqyaslarda 
aparılır.  Qış-yaz  mövsümlərində  eyni  vaxtda  bu  işlərə  80-120  milyon  adam  cəlb 
edilir,  bu  isə  kişilərin  və  qadınların  məşğulluq  strukturunda  sürətli  dəyişikliklərə 
səbəb olur.  
Tarixən  davam  edən  miqrasiya  da  işçi  qüvvəsi  bazarına  öz  təsirini  göstərirdi. 
Bəzən  bu,  aclıq  və  ya  siyasi  hərc-mərcliklə  əlaqədar  olurdu.  Nəticədə  intensiv 
becərilən  torpaqlar  artıq  sakinlərsiz  qalırdı,  adamlar  səhra  torpaqlarına  köçürdülər. 
XVIII əsrdəki kəndli inqilabları təkcə böyük sayda insan həyatı itkisinə səbəb olmadı, 
həm də əhalinin bu vaxt gedən  köçü XIX əsrə qədər  davam etdi.  XIX əsrin özündə 
Taypin üsyanı da böyük miqyasda əhalinin öz yaşayış yerini dəyişməsi ilə müşayiət 
olundu. Yantszıda adamlar ordu tərəfindən qırğına məruz qalanda, sağ qalanlar da bu 
vaxt  aclıqdan  əziyyət  çəkmişdi,  çünki  onların  ərzaq  ehtiyatı  qarət  edilmişdi.  Kəndli 
üsyanı məğlub edildikdən sonra Hupeh, Hunan və Honandan adamlar əvvəllər sakini 
olmayan  ərazilərə  köçdülər,  orada  isə  torpaqlar  işçi  qüvvəsi  olmadığından 
becərilməmiş qalırdı.  
Xarici  dövlətlərin  təsiri  ilə  XVII  əsrdən  XX  əsrin  əvvəllərinədək  Çinin 
şimalının  izafi  əhalisi  cənuba  miqrasiya  etdi  və  həmin  ərazini  inkişaf  etdirilməyə 
başladı.  Bəzən  onların  yolları  kəsildiyindən,  miqrantlar  şimal  tərəfə  qayıtmağa 
məcbur olurdular.  
 
 
Təsərrüfat 
 
İnqilaba  qədər  Çinin  iqtisadi  inkişafı  geri  qalmış  istehsal  münasibətləri  ilə  və 
xarici  kapitaldan  asılılıq  nəticəsində  tormozlanırdı.  Kənddə  feodal-sələmçilik 
istismarına məruz qalan və icma-nəsil qalıqları ilə bağlanmış, primitiv əmək alətlərinə 
əsaslanan  kiçik  yarımnatural  təsərrüfat  üstünlük  təşkil  edirdi.  Güclü  əhali  artımı 
şəraitində  kütləvi  şəkildə  torpaqsızlaşma,  yoxsulluq,  aclıq  və  taqətdən  salan  zəhmət 
Çin kəndlilərinin böyük əksəriyyətinin acı qisməti idi.  
Fabrik-zavod müəssisələrinin məhsulları ümumi daxili məhsulun kiçik hissəsini 
təşkil  edirdi.  Sənaye  müəssisələrinin  çoxu  primitiv  avadanlıqla  təchiz  edilmişdi. 
Onların çoxu ölkənin şərqindəki liman şəhərlərində yerləşirdi. İki şəhərin – Şanxayın 
və  Tyantszinin  payına  bütün  sənaye  müəssisələrinin  60  faizi  düşürdü.  Dənizkənarı 
rayonların sənayesi idxal olunan xammala və avadanlığa istiqamətlənmişdi.  


13 
 
ÇXR  yarandıqdan  sonra  bərpa,  çox  hallarda  isə  yeni  təsərrüfat  sahələri 
yaradılmağa  başlandı.  Axı  mövcud  müəssisələrə  də  imperialist  Yaponiyası  ilə 
müharibədən  və  Vətəndaş  müharibəsi  vaxtı  böyük  ziyan  dəymişdi.  Kənddə  feodal 
münasibətləri  ləğv  edildi.  Mülkədar  torpaqları  tikililəri  və  avadanlıqları  ilə  birlikdə 
zəhmətkeş kəndlilərin mülkiyyətinə keçdi. Ölkənin sənayeləşmə xətti irəli sürüldü. Bu 
sahədə  birinci  beşillik  plan  (1953-1957-ci  illər)  mühüm  addım  kimi  xarakterizə 
olunur.  İqtisadiyyatın  inkişafında  böyük  müvəffəqiyyətlər  qazanıldı,  əhalinin  həyat 
səviyyəsi əhəmiyyətli dərəcələ yüksəldi.  
Milli  gəlir  1,5  dəfə,  sənayenin  ümumi  məhsulu  2  dəfədən  çox  artdı,  kənd 
təsərrüfatında isə artım 25 faizə bərabər idi. Fəhlə və qulluqçuların əmək haqqı 30 faiz 
artdı, kəndlilərin gəlirlərinin artımı da buna yaxın idi.  
Ölkənin  iqtisadiyyatında  kəmiyyət  göstəriciləri  ilə  yanaşı  dərin  keyfiyyət 
dəyişiklikləri də baş verdi. Milli gəlirin yaradılmasında sənayenin xüsusi çəkisi artdı, 
sənayedə  əmək  məhsuldarlığı  yüksəldi.  Çin  üçün  yeni  olan  avtomobil  və  traktor 
maşınqayırması kimi sahələr meydana gəldi.  
1958-ci  ilin  mayında  isə  partiya  rəhbərliyi  real  inkişaf  xəttindən  uzaqlaşıb, 
onun əvəzinə fantastik inkişafa dair volyuntarist layihə irəli sürdü. Bu layihəyə görə 
ümumi daxili məhsul istehsalının demək olar ki, 5 dəfə, o cümlədən polad istehsalının 
15-18  dəfə,  alüminium  istehsalının  33  dəfə,  energetika  avadanlığı  istehsalının  20 
dəfədən  çox  artması  nəzərdə  tutuldu.  Bu,  Çində  və  xaricdə  kədərli  şöhrət  tapmış 
«Böyük Sıçrayış» siyasəti idi.  
Sənayedə  başlıca  diqqət  qara  metallurgiyaya  verildi,  bu  vəzifənin  yerinə 
yetirilməsi  üçün  iri  və  orta  müəssisələrin  tikintisi  ilə  yanaşı,  hər  yerdə  kiçik  domna 
sobaları  və primitiv poladəritmə sobaları  yaradıldı, onların sayı  2  milyona çatdı. Bu 
kiçik  sobalar  aşağı  keyfiyyətli  və  on  dəfələrlə  baha  məhsul  buraxırdı.  Çox  vaxt  bu 
məhsullar  yararsız  olurdu.  «Kiçik  metallurgiya»  uğrundakı  kütləvi  kampaniya 
nəqliyyatın da işini çətinləşdirmişdi.  
«Böyük  Sıçrayışın»  uğurla  həyata  keçirilməsi  vəzifəsini  Çin  cəmiyyətinin 
sosial  təşkilatlanmasının  yeni  forması  –  xalq  kommunası  təmin  etməli  idi.  İlk  plana 
görə xalq kommunaları həm şəhərdə, həm də kənddə yaradılmalı idi. Lakin  şəhərdə 
onu  yaratmaq  cəhdi  hətta  təcrübə  vaxtı  uğursuz  oldu.  Kənddə  isə 
«kommunalaşdırma»  çox  qısa  müddətdə  həyata  keçirildi.  1958-ci  ilin  sentyabrında 
artıq «kommunalar» 98 faiz kəndli həyatını əhatə edirdi.  Özü də kənd kommunaları 
süni  surətdə  böyüdülürdü,  xeyli  sayda  kəndi  əhatə  edirdi.  Nəticədə  740  min  kənd 
təsərrüfatı  istehsalı  kooperativi  26  min  xalq  kommunasına  çevrildi.  Onlarda  kənd 
təsərrüfatının çox sahələri ilə yanaşı sənaye istehsalı, ticarət, maarif və hərbi iş həyata 


14 
 
keçirilirdi. Hər bir kommuna universal istehsal sahəsinə çevrilməli idi və əslində yeni 
səviyyədə natural təsərrüfata qayıtmaq vəzifəsini güdürdü. Əmək haqqının bir hissəsi 
«pulsuz»  ərzaq  ödənişi  ilə  əvəz  olunurdu.  Bu  yolla  guya  bölgü  sistemində 
sosializmdən  kommunizmə  keçid  baş  verəcəkdi,  «hər  kəsə  tələbatına  görə»  prinsipi 
həyata  keçiriləcəkdi.  Pulsuz  təchizat  ərzaq  ehtiyatını  nəzərə  almadan  tətbiq 
edildiyindən taxılın və digər qida maddələrinin izafi məsrəfinə səbəb oldu.  
Kommunalar  qarşısında  «təşkilatı  hərbiləşdirməklə  kollektiv  həyat  tərzi 
sürmək»  vəzifəsi  qoyulmuşdu,  bəzi  əyalətlərdə  polad  və  çuqun  tökməklə  və  digər 
işlərlə məşğul olan əmək orduları yaradılmağa başlandı.  
Xalq  kommunaları  bir  az  əvvəlki  kooperativlərdən  xeyli  iri  idi  və  minlərlə, 
bəzən  hətta  on  minlərlə  kəndli  həyətini  əhatə  edirdi.  Əkinçilikdə  əsas  diqqət  «çox 
dərin  şuma»  və  «sıxlaşdırılmış  səpinə»  verilirdi.  Bu  isə  bütünlüklə  aqrar  elminə  və 
təcrübəsinə əsaslanmadığından, hansısa bir ciddi məhsul artımı əməl gətirmədi.  
«Böyük sıçrayış» siyasəti bütün iqtisadiyyatın ciddi surətdə pozulmasına səbəb 
oldu.  Müəssisələrin  avadanlıqla,  elektrik  enerjisi  və  xammalla  təchizatında  fasilələr 
meydana gəlirdi, əmək intizamı kəskin zəiflədi. Bütün bunların nəticəsində XX əsrin 
60-cı  illərinin  əvvəllərində  sənaye  və  kənd  təsərrüfatı  istehsalı,  xarici  ticarət 
dövriyyəsi  xeyli  aşağı  düşdü,  əhalinin  ərzaqla,  çox  işlənlənilən  mallarla  təchizatı 
pisləşdi.  Ölkənin  bəzi  rayonlarında  aclıq  başladı,  epidemiya  xəstəlikləri  meydana 
gəldi. 1961-ci ildə sənaye istehsalı 38.2 %, 1962-ci ildə isə daha 16.6 % aşağı düşdü. 
Kənd təsərrüfatı məhsulları istehsalı ildə beş il əvvəlki səviyyəyə nisbətən 19 % aşağı 
idi.  
Belə  bir  şəraitdə  Çin  rəhbərliyi  yeni  iqtisadi  siyasətə  görə  əsaslı  tikintinin 
həcmini  kəskin  surətdə  azaltdı,  zərərlə  işləyən  müəssisələri  bağladı,  şəhər  əhalisinin 
bir  hissəsini  kəndə  göndərdi.  Kənddə  istehsal  birliyi  kimi  kommunaların  çoxu  öz 
fəaliyyətini  faktiki  olaraq  dayandırdı.  Kəndlilərə  onlardan  kommuna  yaradılan  vaxt 
alınmış  həyətyanı  torpaqlar,  mal-qaranın  və  əmək  alətlərinin  bir  hissəsi  qaytarıldı. 
«Pulsuz ərzaq təchizatı» xeyli azaldıldı. 
XX  əsrin  60-cı  illərinin  ortalarında  ölkə  «mədəni  inqilaba»  cəlb  edildi,  bu 
tədbir  də  ÇXR  iqtisadiyyatının  bütün  sahələrinin  normal  inkişafını  çox  illər  ərzində 
ləngitdi.  Mao-Tszedən  və  onun  yaxın  ətrafı  1966-cı  ildə  «böyük  proletar  mədəni 
inqilabı» adını alan, mahiyyətcə isə daha çox siyasi çevrilişə bənzəyən tədbiri həyata 
keçirdi. Siyasi əleyhdarlar izolə edildi, partiya, həmkarlar ittifaqı, gənclər təşkilatları 
kənarlaşdırıldı.  «Mədəni  inqilabın»  qurbanları  arasında  çox  sayda  görkəmli  partiya 
xadimləri,  hərbi  xadimlər,  ÇKP  Mərkəzi  Komitəsinin  əksər  hissəsi  var  idi.  Kütləvi 
repressiyalar milyonlarla vətəndaşları əhatə etdi.  


Yüklə 4,8 Kb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   ...   97




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə