Telman Orucov Çin qədim sivilizasiya və müasir möcüzələr ölkəsi



Yüklə 4,8 Kb.
Pdf görüntüsü
səhifə8/97
tarix28.11.2017
ölçüsü4,8 Kb.
#13088
1   ...   4   5   6   7   8   9   10   11   ...   97

17 
 
ərzaq bitkisi suvarılan düyü kimi belə yüksək məhsul verə bilməz. Bu şərait müstəsna 
dərəcədə  yüksək  sıxlıqlı  kənd  əhalisi  rayonlarında  və  daimi  torpaq  kasadlığında 
həlledici  əhəmiyyətə  malikdir.  Düzdür,  düyü  təkcə  başqa  bitkilərdən  2-3  dəfə  artıq 
məhsul vermir, həm də daha böyük əmək sərfi tələb edir.  
Düyüyə  nisbətən  daha  çox  rütubət,  günəş  işığı  və  isti  lazımdır.  Bütün  bunlar 
Çinin mərkəzi və cənub rayonlarında vardır. Çin kəndliləri 10 minə yaxın düyü sortu 
yaratmışlar. Bir sort tez yetişir, digərləri isə gec yetişir. Müxtəlif vegetasiya müddəti 
olan  sortların  seçilməsi  rayonların  çoxunda  ildə  eyni  sahədən  iki  düyü  məhsulu 
götürməyə imkan verir. Haynan adasında isə hətta üç məhsul götürmək mümkündür. 
Bundan  ötrü  ya  gec  yetişən  sortlar  tez  yetişən  sortların  yetişməsinə  qədər  cərgələr 
arasına əkilir, yaxud da məhsul yığıldıqdan sonra onu əvəz edir. Düyünün su sortları 
daha geniş yayılmışdır, bu da tarlanın suya batırılmasını tələb edir. Düyü sahələrinin 
səthi  ideal  qaydada  düz  və  üfüqi  olmalıdır,  ona  görə  də  onların  ölçüsü  xırda  olur. 
Düzənlikdə  belə  sahələri  düzəltmək  daha  asandır,  lakin  kəndlilər  düyü  altına  dağ 
yamaclarını  da,  onlarda  süni  terraslar  yaratmaq  yolu  ilə  uyğunlaşdırırlar.  Düyünün 
toxumu əvvəlcə xüsusi xırda sahələrdə səpilir  – bunlar şitillikdir, sonra, təqribən bir 
aydan sonra həmin şitillər – körpə bitkilər tarlaya köçürülür.  
Düyü çox vaxt dəyişilmədən eyni tarlada uzun illər boyu becərilir. Yalnız bəzi 
əyalətlərdə yay düyüsü payızlıq buğda və ya yazlıq rapsla növbələşdirilir. Bəzən düyü 
biçildikdən sonra qış mövsümündə yaşıl gübrə rolunu oynayan bitkilər səpilir.  
Çin kəndliləri təkcə düyü dənindən deyil, (o bilavasitə qidaya gedir, həmçinin 
ondan  müxtəlif  spirtli  içkilər  və  kraxmal  hazırlanır),  həm  də  düyünün  samanından 
istifadə edirlər. Samanla evlərin damı örtülür, geniş günlüklü şlyapalar hazırlanır, həm 
də yağışdan qoruyan saman-plaş düzəldilir. Saman həm də mal-qaranın altına döşənir, 
kağız istehsalı üçün xammal kimi istifadə olunur.  
Öz  əhəmiyyətinə  görə  ikinci  dənli  bitki  olan  buğda,  Çində  VI-VII  əsrlərdən 
yayılmağa başlanmışdır. Payızlıq buğda əsasən Böyük Çin düzənliyində yayılmışdır, 
yazlıq  taxıl  isə  daha  çox  şimali-şərqi  Çində  becərilir.  Cənubi  və  mərkəzi  rayonların 
çoxunda buğda payızlıq  bitki kimi istifadə  olunur. Böyük Çin  düzənliyindəki buğda 
rayonları bəzən yaz şaxtalarından ziyan çəkir. Buğda tarlası üçün erkən və isti yazda 
şaxta  vurması  xüsusilə  qorxuludur.  Yaz  quraqlığı  ilə  üst-üstə  düşən  şaxta  vurması 
daha  böyük  təhlükədən  xəbər  verir.  Vaxtında  aparılan  suvarma  və  ya  şaxta 
vurmasından sonra yağan yağış adətən bitkinin inkişafını bərpa edir və dəyən ziyanın 
azalmasına səbəb olur. 
Digər dənli bitkilər isə qarğıdalı, qaolyan, darı, arpa və qarabaşaqdır. Qarğıdalı 
Çində ilk dəfə XVI əsrdə becərilməyə başlamışdır, axı bu bitki Avropaya da Xristofor 


18 
 
Kolumbun  Amerikanı  kəşf  etməsindən  sonra  gətirilmişdi.  Çində  onun  tez  yetişən 
sortları  seleksiya  edilmişdir  ki,  bu  da  dağ  rayonlarında  nisbətən  qısa  vegetasiya 
müddətində məhsul yetişdirməyə, vegetasiya dövrü uzun olan regionlarda isə ildə iki 
məhsul  və  ya  iki  ildə  üç  məhsul  götürməyə  imkan  vermişdir.  Qarğıdalı  çinlilər 
tərəfindən qida üçün, mal-qara yemi və müxtəlif sənaye sahələri üçün xammal kimi 
istifadə edilir. 
 Qaolyan  barədə  Çin  yazılı  mənbələrində  VI  əsrdən  rast  gəlinir.  Bu  bitki 
əvvəlcə cənubi-şərqdə becərilsə də, sonralar Böyük Çin düzənliyində geniş yayılmağa 
başlamışdır.  Bunun  səbəbi  qaolyanın  quraqlığa  çox  davamlı  olması,  torpağın 
münbitliyinə  tələbkar  olmaması  və  quraqlıq  ərazilər  üçün  daha  mühüm  cəhət  kimi 
duza,  şorana  davamlı  olmasıdır.  Qaolyan  dəni  qida  kimi  və  spirtli  içkilər  üçün 
xammal kimi istifadə olunur. İri gövdəsi meşəsiz düzənlik rayonlarda yanacaq, tikinti 
materialı və kağız sənayesi üçün xammal kimi istifadə edilir.  
Darı və çumiza (Çin darısı) da qaolyan kimi torpağa tələbkar olmayan bitkidir. 
Tez yetişən arpa əsasən dağlıq rayonlarda becərilir. Arpanın xüsusi növü olan tsinke 
Tibetdə başlıca dənli bitki hesab  olunur, dəniz səviyyəsindən 4200 metr  hündürlüyə 
qədər  olan  torpaqlarda  becərilir.  Həmin  yüksəkliklərdə  yağıntının  miqdarı  da  çox 
azdır,  hətta  səhralarla  müqayisə  edilə  bilər.  Çin  dünyanın  ən  çox  batat  yetişdirən 
ölkəsidir.  Batatın  meyvə  kökü  kraxmal  və  şəkərlə  çox  zəngindir.  Bu  bitkini,  demək 
olar ki, hər yerdə becərirlər.  
Çin  pambığın,  soyanın,  araxis  və  tütünün  iri  istehsalçısıdır.  Əsas  pambıq 
rayonları Huan Ho və Yantszı çaylarının hövzələrində yerləşir. Qədimdən Böyük Çin 
düzənliyində  pambığı  suvarmasız  becərirdilər.  Bu  isə  havasının  dəyişkən  olması 
hesabına  çox  vaxt  pambığın  keyfiyyətinə  mənfi  təsir  edirdi.  Kəndlilər  pambıq 
əkinlərini  quraqlıqdan  qorumaq  üçün  onları  quyulardan  çəkilən  su  ilə  suvarırdılar, 
lakin  bu,  heç  də  həmişə  kömək  etmirdi,  çünki  pambıq  bitkisi  başqa  bitkilərdən, 
məsələn, payızlıq buğdadan çox su tələb edir.  
Çində əsas qida piyi mənbəyi kimi çox müxtəlif yağ verən bitkilər yayılmışdır. 
Onlardan  başlıcaları  araxis,  raps,  küncüt,  soyadır.  Yantszı  hövzəsində  hər  yerdə 
becərilən raps yeganə yağ verən bitkidir ki, qış vaxtı yetişdirilir. Soya əkini sahələri 
isə taxıl istehsalını artırmaq vəzifəsi sayəsində xeyli azalmışdır. Ölkədə həm də şəkər 
çuğunduru  ilə  yanaşı,  şəkərə  olan  tələbat  ancaq  Avstraliya  və  Braziliyadan  gətirilən 
məhsul hesabına ödənilir.  
Çay Çin ədəbiyyatında ilk dəfə IV əsrdən xatırlanır, həmin vaxt ondan dərman 
kimi istifadə edirdilər. VI əsrdən isə çay adi içkiyə çevrildi. Lakin hələ çox vaxt Çin 
və  çoxlu  Avropa  təbibləri  çayı  bütün  xəstəliklərin  dərmanı  –  panatseya  hesab 


Yüklə 4,8 Kb.

Dostları ilə paylaş:
1   ...   4   5   6   7   8   9   10   11   ...   97




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə