Telman Orucov Çin qədim sivilizasiya və müasir möcüzələr ölkəsi



Yüklə 4,8 Kb.
Pdf görüntüsü
səhifə9/97
tarix28.11.2017
ölçüsü4,8 Kb.
#13088
1   ...   5   6   7   8   9   10   11   12   ...   97

19 
 
etdiklərindən  onu  xəstələrə  yazırdılar.  Çay  bitkisi  torpağa  tələbkar  deyildir, 
qısamüddətli şaxtaya da dözə bilir, lakin çox miqdarda yağıntıya möhtacdır. Onu şərqi 
dəniz  kənarının,  Yantszı  və  Yunnanın  hövzələrinin  təpəlik  yerlərində  becərirlər. 
Çində  yaşıl  çayın  çoxlu  sortları  mövcuddur.  Bəzilərinə  xoş  iy  vermək  üçün  onlara 
jasmin  ləçəyi  qatırlar.  Qara  və  ya  çinlilərin  onu  adlandırdıqları  kimi  «qırmızı»  çay 
demək olar ki, yalnız ixrac üçündür.  
Çinin, Haynan adası da daxil olmaqla, uzaq cənubu ölkədə ən uzun vegetasiya 
dövrü ilə fərqlənir, burada bitkilər bütün il boyu inkişaf edir. Bütün il ərzində yüksək 
temperatur  və  böyük  miqdardakı  yağıntılar  bir  sıra  qiymətli  tropik  və  subtropik 
bitkiləri  becərməyə  imkan  verir,  onlara  heveya,  kokos  və  yağ  verən  palmalar,  kofe 
ağacı, ananaslar daxildir.  
Çində  tarixən  heyvandarlığın,  təsərrüfat  üslubu,  sürünün  tərkibi  və  yayılma 
arealına görə iki tipi mövcud olmuşdur. Onlardan birincisi əkinçiliklə sıx bağlıdır və 
köməkçi xarakter daşıyır. Əsasən çinli əhalisi olan şərqi düzənlik rayonlarda daha çox 
donuzçuluqla,  qoşqu  üçün  iri  buynuzlu  qaramal  yetişdirməklə,  həmçinin  quşçuluqla 
məşğul  olurlar.  Ərazinin  yüksək  əkin  səviyyəsinə  görə  və  otarmaq  üçün  sahələr, 
çəmənlik  və  otaqlar  məhdud  olduğundan  ev  heyvanları  bütün  il  boyu  bağlı  şəraitdə 
saxlanılır.  
Əsasən qeyri-çinli xalqların (monqolların, tibetlilərin, qazaxların, uyqurların və 
s.) yaşadığı qərb rayonlarına başqa tip təsərrüfat – ekstensiv köçəri və ya yarımköçəri 
heyvandarlıq xasdır. Həmin ərazilərdə qoyunçuluq, ət-süd novu olan iribuynuzlu mal-
qara yetişdirilməsi və atçılıq yayılmışdır.  
Donuzçuluq Çində hələ bizim eradan əvvəl mövcud idi. Donuzların sayına görə 
Çin  dünyada  ən  qabaqcıl  yerlərdən  birini  tutur.  Bu  sahə  böyük  iqtisadi  əhəmiyyətə 
malikdir,  donuz  əti  çinlilər  tərəfindən  istehlak  edilən  ət  məhsulunun  əsas  hissəsini 
təşkil edir, donuz tükü və içalatı isə ixrac maddəsi hesab olunur. Bundan başqa, donuz 
peyini bitkiçilikdə üzvi gübrə kimi istifadə olunur.  
Çox  əsrlər  ərzində  süni  seçmə,  seleksiya  bir  sıra  qiymətli  donuz  cinslərinin 
yetişdirilməsinə  səbəb  olmuşdur  ki,  bu  cinslər  ölkə  sərhədlərindən  kənarda  da  geniş 
yayılır. Quandun donuzlarından İngiltərədə məşhur Yorkşir cinsini meydana gətirmək 
üçün istifadə olunmuşdur.  
Çin torpaqçılığında əsas qoşqu vasitəsi iri buynuzlu mal-qaradır, onu hər yerdə 
saxlayırlar, lakin ölkənin şimal hissəsində onlar daha çoxdur. Bir qayda olaraq xırda, 
kiçik boylu, lakin tələbkar olmayan və dözümlü heyvanlar müstəsna olaraq sahələrin 
becərilməsi  və  yüklərin  daşınması  üçün  istifadə  olunur.  Düyüçülük  rayonlarında  su 
basmış  sahələrin  becərilməsi  üçün  böyük  əzələ  enerjisi  tələb  olunduğundan,  bu  iş 


20 
 
camışların  köməyi  ilə  görülür.  Şimal  rayonlarında  çöl  işlərində  həmçinin  qatır  və 
eşşəklərdən  istifadə  olunur.  Qədim  zamanlarda  Çində  heyvandarlığın  mühüm  sahəsi 
atçılıq  idi.  Hətta  Çinin  ilk  imperatoru  Tsin  Şi  Huandinin  əcdadlarının  yaxşı  cins  at 
bəsləməklə  məşğul  olduqları  güman  edilir.  At  yük  daşımaq  üçün,  sonralar  isə  tarla 
işlərini görmək üçün istifadə olunurdu.  
Çinin  şərq  hissəsində  quşçuluq  geniş  yayılmışdır.  Çin  kəndliləri  çox  sayda 
qiymətli  quş  növləri  yetişdirmişlər,  onlar  ölkənin  sərhədlərindən  kənarda  da  yaxşı 
tanınırlar.  Ağ  Pekin  ördəyini  və  bir  yerli  toyuq  cinsini  hələ  XIX  əsrin  ikinci 
yarısından ABŞ, İngiltərə, Almaniya və Yaponiyada yetişdirməyə başlamışdılar.  
Çin  Yaponiya  və  ABŞ-la  birlikdə  molyuskların  və  xərçəngəbənzərlərin 
dünyadakı  ovunun  böyük  hissəsini  verir.  Balıq  və  dəniz  məhsulları  ovuna  görə  Çin 
dünyada  üçüncü  yeri  tutur.  Dəniz  akvakulturasına  da  böyük  diqqət  verilir.  Çin 
ərazisini  əhatə  edən  dənizlərdə  1  mindən  artıq  balıq  növü  vardır,  onlardan  ov 
əhəmiyyətinə yalnız 50-dən az növ malikdir. Dəniz məhsullarının əsas hissəsini Sarı 
dəniz  və  Şərqi-Çin  dənizi  verir.  Bir  az  əvvəllər  onlar  yer  kürəsinin  ən  məhsuldar 
dənizləri hesab olunurdu. Şirin sudakı balıqların isə Çində 500-dən çox növü vardır, 
onlardan yalnız 20-30 növ ov əhəmiyyətinə malikdir. Balıq ovunun 4\5 hissəsini karp 
ailəsinə  məxsus  olanlar  təşkil  edir.  Hələ  qədimdən  Çində  düyü  tarlalarında  balıq 
becərilməsi  tətbiq  edilirdi.  Bu  balıqlar  (əsasən  ağ  amur  və  qalınalınlı  balıq  növləri) 
demək olar ki, yedizdirilmir, onlar qida axtarışında torpağı yumşaldır və bu yolla hava 
mübadiləsinə  kömək  edir,  düyünün  zərərvericilərini,  bəzi  növlər  isə  bitən  alaqları 
yeməklə məhv edirlər.  
Çinin  rayonlarının  çoxunun  sakinlərinə  uzun  keçmişə  gedib  çıxan  süni  meşə 
salmaq ənənələri və adətləri xasdır. Meşə ehtiyatlarının məhdudluğu, həm də torpağın 
eroziyası  və  sovrulması,  qumların  irəliləməsi  və  ölkənin  şimal  rayonlarında  tez-tez 
baş  verən  quraqlıqlar  mövcud  meşə  fondunun  qayğı  ilə  qorunması  və  müntəzəm 
olaraq  meşə  salma  işlərini  zəruri  edir.  Xalq  bunun  vacibliyini  olduqca  çoxdan 
anlamışdır.  Mərkəzi  və  cənub  rayonlarının  kəndliləri  qiymətli  ağac  növlərinin 
əkilməsi  sahəsində  böyük  təcrübəyə  malikdirlər.  Kunninqaliya  ağacının  becərilməsi 
dağ  yerlərində  kəndlilərin  gəlirinin  əhəmiyyətli  hissəsini  əmələ  gətirir,  bu  ağac  çox 
tez  böyüyür,  25-30  ildə  artıq  kəsilməyə  yararlı  olur.  Onun  suya,  çürüməyə  davamlı 
olan  ağac  materialı  inşaat  və  bəzək  əşyaları  düzəltmək  üçün  istifadə  edilir.  Yantszı 
çayının  orta  və  aşağı  axınındakı  yerli  şam  ağacı  dəmir  yollarının  şpallarının 
hazırlanması üçün, kağız və tikinti materialı kimi istifadə olunur. Yantszıdan cənuba 
bambuk xüsusən mühüm yer tutur.  
 


Yüklə 4,8 Kb.

Dostları ilə paylaş:
1   ...   5   6   7   8   9   10   11   12   ...   97




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə