Telman Orucov Çin qədim sivilizasiya və müasir möcüzələr ölkəsi



Yüklə 4,8 Kb.
Pdf görüntüsü
səhifə97/97
tarix28.11.2017
ölçüsü4,8 Kb.
#13088
1   ...   89   90   91   92   93   94   95   96   97

208 
 
azərbaycanlıları  Ermənistandan,  sonra  isə  Qarabağdan,  öz  doğma  və  tarixi  yaşayış 
məskənlərindən qovmuşdular. Bir milyona yaxın azərbaycanlı təcavüz nəticəsində öz 
ata-baba torpaqlarını itirməklə qaçqınlara və məcburi köçkünlərə çevrilmişdi. Bakıdan 
və  digər  yerlərdən  ermənilərin  köçməsi  də  erməni  ekstremistlərinin  iyrənc 
fəaliyyətinin  məntiqi  nəticəsi  kimi  meydana  çıxdı.  Ona  görə  də  Kasparovun  Bakı 
barədəki ittihamları heç bir ciddi əsasa söykənmir.  
Uzun  dövr  ərzində  iki  qonşu  xalq  dinc və  mehriban  bir  şəraitdə  yaşamışdılar. 
Lakin  tarixən  kök  salmış  erməni  millətçiliyi  bir  daha  azərbaycanlılara  qarşı  xəyanət 
nümayiş  etdirdi,  bu  xalqları  müharibəyə  cəlb  etdi.  Ermənistan  hərbi  qüvvələri 
Azərbaycan torpaqlarını işğal etdi. Xəyanət öz zəhərli bəhrələrini verdi. Bu xəyanəti, 
onun  müəlliflərini  məhkum  etmək  əvəzinə,  onu  icra  edən  bədnam  qüvvələr  tərəfinə 
keçmək, əslində bu xəyanətə şərik  çıxmaq, bu ağır məsuliyyəti  bölüşmək deməkdir. 
Təcavüzə  məruz  qalmış,  öz  insanpərvərlik  münasibətilə  ona  qarşı  düşmənçiliyə  heç 
bir  əsas  verməyən  xalqa  qarşı  ittiham  əslində  həqiqi  günahkarı  müdafiə  etmək 
cəhdindən başqa bir şey deyildir. Xəyanətkarlıq isə vicdan cinayəti olmaqla ona daha 
sərt  yanaşmağı  tələb  edir.  Heç  də  təsadüfi  deyil  ki,  böyük  italyan  şairi  Dante 
xəyanətkarlığı  hətta  qətldən  də  ağır  cinayət  hesab  edərək,  özünün  məşhur  «İlahi 
komedi»yasında  xəyanətkarları,  satqınları  cəhənnəmin  doqquzuncu  dövrəsində 
yerləşdirmişdi.  
Belə  deyirlər  ki,  erməni  ilə  yəhudinin  qanının  birləşməsindən  cəhənnəm 
qarışıgı  doğulur.  Kasparov  da  yəhudi  atanın  və  erməni  ananın  övladıdır. 
Bədbəxtlikdən  yeddi  yaşında  atasını  itirən  Qarri  artıq  anasının  himayəsi  altında 
böyümüş,  daim  onun  diqtəsi  altında  olmuşdu.  Onun  xarakterindəki  bəzi  qüsurlar  da 
yəqin  ki,  ananın  təsiri  ilə  meydana  gəlmiş  və  görünür,  dominant  xarakter  almağa 
başlamışdı.. Erməni millətçiliyinin də zərərli təsiri özünü çox güman ki, bu mənbədən 
götürür.  
Görkəmli şahmatçılara bu oyunun himayəçisi sayılan ilahə Kaissanın kahinləri 
adlandırmaq  olar.  Kahinlər  qədim  məbədlərdə  dini  ibadətlərin  icrasına  nəzarət  edən 
ali ictimai qrup kimi gələcək din xadimlərinin prototipləri idilər. Onlar böyük nüfuz 
sahibliyinə  yiyələnmişdilər,  Qədim  Misirdə  hətta  firon-allahlar  da  bu  kastanın 
üzvlərindən  çəkinirdilər.  Şahmat  özü  də  zamanın  uçurub    dağıda  bilmədiyi  bir 
məbəddir.  Ona  bütün  şüurlu  həyatını  sərf  edənləri  həmin  məbədin  kahinləri  hesab 
etmək  olar.  Kahinlər  ehtiram  obyekti  olmaqla  bərabər,  heç  də  daim  yüksək  ləyaqət 
daşıyıcıları olmurdular. Onların arasında da öz vəziyyətindən narazı, paxıl, xəyanətkar 
olanlar da az deyildi. Onlar qüsurlardan azad olmaq əvəzinə, onları cilalamaqları ilə 
öyünürdülər.  


209 
 
Təəssüf ki, şahmatçıların da arasında yüksək istedadına uyğun olmayan ləyaqət 
«zəlillərinə» rast gəlmək mümkündür. Axı yüksək ağıl heç də zəngin daxili aləmdən 
xəbər  vermir,  bəzən  onların  arasında  «asma  körpü»də  mövcud  olmur.  Onlar  şahmat 
tacına doğru  irəliləyəndə, Vifleem ulduzunun parıltısına məhəl qoymaya da bilərlər. 
Şahmatda  ən  mürəkkəb  mövqeləri  təhlil  edib,  düzgün  nəticə  çıxaran  bir  adam  adi 
həyat hadisələrində büdrəmələrə yol verir, həqiqəti qiymətləndirməkdə aqnostitsizmə 
yuvarlanır.  Millətçilik  danltonizmi  cəmiyyətdə  baş  verən  hadisələrə  tam  başqa  rəng 
geyindirir.  
Bəzilərinə  isə  xarakterindəki  radikalizm,  lovğalıq,  «dahilik»  xəstəliyinin 
nəticəsi  kimi  ambitsiyalarını  cilovlaya  bilməmək  olduqca  zərərli  təsir  göstərir.  Bu 
mərəzin daşıyıcıları özlərini elə aparırlar ki, elə bil ki, yunan allahları ilə birlikdə elə 
indicə  Olimpə  qalxacaqlar.  Belələri  öz  böyüklüyü  hissini  şişirtməklə,  bütün  ətrafı 
əhəmiyyətsiz bir toplum hesab edirlər. Onlar özlərini əhatə edən mühiti dəyişdirib, öz 
hökmranlığı altına salmağa cəhd edirlər və bu vaxt ətrafın, çoxluğun haqlı mövqeyinə 
belə məhəl qoymurlar. Bu xoşagəlməz vəziyyət isə müxtəlif seqmentlərdə ixtilafların 
yaranması  ilə  nəticlənir.  Həm  də  adətən  özündən  hədsiz  razılıq,  nəhənglik  eşqinə 
düşmək tam əks nəticə ilə başa çatır.  
Beynəlxalq  Şahmat  Federasiyası  (FİDE)  1924-cü  ildə  yaradılmış,  XX  əsrin 
ortalarından başlayaraq  dünya çempionluğu  matçlarına  təşkilatçılıq edirdi. Kasparov 
dünya  çempionu  olduqdan  sonra  FİDE  rəhbərliyini,  bu  təşkilatın  özünü  ittiham 
atəşinə  tutmağa  başladı.  Əslində  o,  bütöv  dünya  federasiyasını  öz  şıltaqlığına  tabe 
etmək  istəyirdi  və  1993-cü  ildə  FİDE-dən  getdiyini  elan  etdi.  Görünür,  bu  adamda 
dözümlülük  sərhədi  çox  dardır.  FİDE  ilə  yanaşı,  yeni  Professional  Şahmat 
Federasiyası  (PŞA)  meydana  gəldi  və  iki  versiya  üzrə  dünya  çempionları  müəyyən 
olundu: FİDE versiyası üzrə Anatoli Karpov, PŞA versiyası üzrə Qarri Kasparov.  
FİDE-nin  parçalanması  şahmata  vurulan  zərbə  idi,  axı  Kasparovdan  əvvəl  və 
sonra  olan  dünya  çempionlarının  heç  biri  bu  iddiada  olmamışdı.  Sonralar  Kasparov 
FİDE-dən  ayrılmasını  özünün  şahmat  karyerasındakı  ən  böyük  səhv  olduğunu  etiraf 
etmişdi.  Lakin  bu  bəyanat  vurulan  ziyanı  heç  cür  kompensasiya  edə  bilməzdi.  Axı 
tarixən  «Herostrat  kompleksi»  ambitsiyası,  şöhrət  iştahı  hədd  tanımayan  adamları 
özünə maqnit kimi cəlb etmişdi.  
Sonralar  FİDE-yə  qayıdan  Kasparov  2014-cü  ildə  bu  beynəlxalq  təşkilatın 
prezidenti olmağa cəhd etsə də, seçkidə mövcud ölkə federasiyaları nümayəndələrinin 
qəti  verdikti  ilə  üzləşməklə,  61:110  hesabı  ilə  həmin  vəzifəni  uzun  illər  ərzində 
daşıyan ekssentrik şəxsiyyət olmaqla yanaşı, dünyanın ayrı-ayrı ölkələrində şahmatın 
populyarlığının artmasında müəyyən xidmətləri olan Kirsan İlyumjinova uduzmuşdu. 


210 
 
2015-ci  ilin  yayında  isə  Kasparovun  həmin  vaxt  səsləri  pulla  satın  alması  cəhdləri 
barədə yeni ittihamlar səslənmişdi. Oktyabrın 21-də yayılan məlumata görə isə həmin 
məsələdə  Kasparovun  hərəkətlərində  korrupsiya  faktı  öz  təcdiqini  tapdığına  görə 
FİDE –nin etika komissiyası onu FİDE ilə əlaqədar olan istənilən hər bir fəaliyyətdən 
kənarlaşdırmışdır. Kasparov iki il müddətinə nəinki FİDE-də, hətta bu təşkilata daxil 
olan  milli  federasiyalarda  da  hansısa  bir  vəzifəni  tutmaq  imkanından  məhrum 
edilməklə yanaşı, FİDE-nin mənəvi kodeksini pozmaqda təqsirkar hesab edilmişdir.   
SSRİ-də  şahmata  göstərilən  diqqət  Azərbaycandan  da  yan  keçməmişdi.  XX 
əsrin  üçüncü  rübündə  Azərbaycanın  siyasi  rəhbərliyi  respublikada  şahmatın 
kütləviliyinin  artmasına  ciddi  fikir  verməyə  başladı.  Paytaxtda  və  rayon 
mərkəzlərində  şahmat  məktəbləri  binalarının  tikintisi  vüsət  aldı,  bu  sahədə  elan 
olunmamış  bir  yarış  başlandı.  Bu  fəaliyyət  heç  də  nəticəsiz  qalmadı.  Kişilər  və 
qadınlar  arasında  xeyli  istedadlı  şahmatçılar  meydana  çıxdı.  Bunu  XVIII 
Prussiyasındakı təhsil sahəsindəki proqresslə müqayisə etmək olar. 1740-cı ildə taxt-
taca  çıxmış  II  Fridrix  (gələcək  Böyük  Fridrix)  atasından  fərqli  olaraq  təkcə 
militarizmə  deyil,  həm  də  savadlılığın  artmasına  böyük  qayğı  göstərməyə  başladı, 
ölkədə  çox  sayda  ibtidai  və  digər  məktəblər  açıldı.  Savadlılığın  artması  elm 
xadimlərinin yetişməsinə da şərait yaratdı. Elə həmin əsrin sonunda Kant, Hegel kimi 
dünya şöhrətli alman filosofları meydana gəldi.  
Azərbaycanda da şahmatın inkişafı sahəsində dörd onillik bundan əvvəl səpilən 
toxumlar  çoxlu  və  sağlam  cücərtilər  verdi.  Gənc  qrossmeysterlər  yetişdi.  Teymur 
Rəcəbov və Şəhriyar Məmmədyarov uzun müddət FIDE reytinqinə görə dwnyanın on 
ən güclü şahmatçısı siyahısında yer tutdu. Qadınlar arasında da şahmat geniş yayıldı. 
Bu hərəkat XXI əsrin əvvəllərində daha geniş miqyas alıb, idmanın başqa sahələrinin 
də  gur  inkişafına  keçdi.  Ölkənin  paytaxtını  və  rayon  mərkəzlərini  müasir  Olimpiya 
stadionu  və  Olimpiya  mərkəzləri  bəzədi.  Azərbaycanın  idman  şöhrəti  onun 
hüdudlarından kənara yayıldı. 
Azərbaycanda  dəfələrlə  iri  beynəlxalq  turnirlər  keçirilmişdir.  2015-ci  ilin 
sentyabr-  oktyabrında  Bakıda  keçirilən  Dünya  Şahmat  Kuboku  yarışları  çox  güclü 
iştirakçılar  tərəfindən  yüksək  qiymətləndirilməklə,  əslində  möhtəşəm  şahmat 
bayramına  çevrildi.  Yeganə  məyus  edən  cəhət  ondan  ibarət  idi  ki,  böyük  ümid 
bəslədiyimiz  istedadlı  şahmatçımız  Teymur  Rəcəbov  uğursuz  çıxış  edib,  yarışı 
başlanğıc  mərhələsində  tərk  etdi.  Digər  şahmatçımız  Şəhriyar  Məmmədyarov  isə 
dörddə  bir  finala  çıxmağı  bacarmadı.  Lakin  bu  da  böyük  beynəlxalq  tədbirin 
miqyasına və əhəmiyyətinə xələl gətirə bilmədi.  
 


211 
 
Görkəmli şahmatçılarla görüşlərin təəssüratları 
 
Əsasən təsadüflər hesabına üç köhnə dünya çempionu ilə tanış olmuşdum. İlk 
dəfə  1979-cu  ilin  noyabrında  təyyarə  ilə  Amsterdama  uçarkən,  Varşava  hava 
limanında  qısa  müddətdə  dayanmaq  vaxtı,  aeroportun  xüsusi  otağında  Vasili 
Smıslovla  tanış  oldum.  Uzun  boylu,  sadə  sifət  cizgiləri  olan,  daim  eynək  taxan  bu 
adam heç  də  mübarizlərə xas  olan zahiri  əlamətlərə  malik  deyildi. Onda hansısa bir 
lovğalıqdan  da  əsər-əlamət  yox  idi.  Hətta  söhbət  edəndə  də  utancaq  adam  təsiri 
bağışlayırdı. O, artıq əvvəlki dəyərində mövcud olduğu şahmat aləmini tərk etmişdi, 
keçmiş şöhrətin azacıq nəzərə çarpan nazik kölgəsi qalmışdı. Bütün bunlarla yanaşı, 
o,  ünsiyyətdə  olduğu  adamda  pozitiv  təəssürat  yaradırdı,  baxmayaraq  ki,  güclü 
energetikaya malik deyildi.  
1985-ci  ilin  aprelində  Moskvadan  Madridə  uçarkən  təyyarənin  birinci  klass 
salonunda  vur-tut  dörd-beş  adam  idik.  Onlardan  biri  Anatoli  Karpov  idi,  o,  təyyarə 
göyə  qalxandan  sonra  köməkçisi  ilə  kiçik  taxtada  nərd  oynayırdı.  Oyun  başa 
çatdıqdan  sonra  biz  tanış  olduq  və  təyyarə  İspaniya  paytaxtının  Barakas  hava 
meydanında  yerə  enənə  qədər  söhbət  etdik.  Bu  o  vaxt  idi  ki,  o,  Kasparovla  uzun 
müddət davam edən matçını FİDE prezidenti Kompamanesin qərarı ilə təxirə salmalı 
olmuşdu  və  bu  şəhərə  şahmat  üzrə  altıncı  «Oskar»ını  almağa  gedirdi.  Söhbətimizin 
mövzusu əsasən şahmatdan idi. Məndə belə bir təəssürat yarandı ki, o, olduqca sadə 
insandır,  təvazökarlığı  süni  olmayıb,  onun  xarakterindən  irəli  gəlir.  Ona  şöhrət, 
«ulduz»  xəstəliyi  də  yad  idi,  bir  dəfə  də  olsun  titulunu,  çox  saydakı  qələbələrini 
xatırlamadı,  baxmayaraq  ki,  o,  artıq  on  il  idi  ki,  dünya  çempionu  titulunu  daşıyırdı. 
Əksinə,  digər  şahmatçılar,  hətta  özünün  həmin  dövrdəki  rəqibinin  şahmat  ustalığı 
barədə  xoş  sözlər  söyləməkdən  qalmırdı.  Mən  Robert  Fişerin  bənzərsiz  şahmatçı 
olduğunu söylədikdə, bunu inkar etməməklə yanaşı, qeyd etdi ki, o, Boris Spasskini 
hamıdan, hətta Fişerdən də böyük istedada malik olan, universal şahmatçı kimi qəbul 
edir.  
O,  şahmat  ustalığı  barədə  öz  rəyini  bildirərək  dedi  ki,  bu  sahədəki  uğur  iki 
bünövrəyə  -  istedada  və  zəhmətə  əsaslanır.  Onların  sintezi  şahmatçıya  yaxşı 
nailiyyətlərə sahib olmağa imkan verir. Bu mənada Spasskinin qüsurunu da qeyd etdi 
və göstərdi ki, istedad barədə təbiət ona olduqca böyük əliaçıqlıq göstərmişdir. Lakin 
zəhmətsevər olmaması onun istedadının daha parlaq cilalanmasına mane olurdu. Onu 
hətta,  sadəcə  olaraq,  tənbəl  adlandırmaq  olardı.  Fişerin  oyun  üslubuna  bələd 
olduğuna,  xeyli  qüvvətli  şahmatçıları  tarmar  etməsini  bildiyi  halda,  onunla 
çempionluq uğrundakı matça əslində hazırlaşmamışdı. Hökumət yarışdan iki ay əvvəl 


212 
 
ona Kislovodskda əla şərait yaratmış və güclü məşqçilərlə tanış etmişdi. O isə günü-
günə  sataraq,  guya  əhval-ruhiyyəsinin  yaxşı  olmadığını  bəhanə  gətirərək  hazırlığa 
başlamadan matçdan əvvəlki dövrü başa vurmuşdu. Hər axşam isə Fransada yaşayan 
arvadı ilə uzun vaxt ərzində telefonla danışırmış. Belə münasibət ona ağır zərbə vurdu 
və  Fişerin  tərəfindən  ağır  məğlubiyyətə  düçar  edilməsinə  yol  açdı.  Hazırlığa  lazımi 
fikir  verməməsini  Karpovun  özünə  də  yalnız  Kasparovla  təxirə  salınmış  matçın 
davam etdirməsindən əvvəlki olan dövrə şamil etmək olar. Digər bütün oyunlara isə 
Karpov ciddi hazırlıqla başlayırdı.  
Spasskinin  mühüm  matç  qarşısındakı  mümkün  təhlükəyə  biganəliyini 
təmsildəki  cırcırama  ilə  müqayisə  etmək  olar.  Yay  gözəldir,  rəqs  etmək  vaxtıdır, 
deyən  cırcırama  qışa  qida  hazırlığı  görməyi  bütünlüklə  unutmuşdu,  Reykdavikdəki 
məğlubiyyətin əsası da Kislovodskda keçirilən laqeyd günlərdə qoyulmuşdu.  
Kasparov  barədə  də  o,  maraqlı  fikirlər  söylədi  və  qeyd  etdi  ki,  əgər  indi  də 
olmasa,  Kasparov  gələcəkdə  hökmən  dünya  çempionu  olacaqdır.  Çünki  şahmata 
lazım  olan  hər  iki  mühüm  cəhət  onda  artıqlamasilə  vardır.  Qüsurlarına  gəldikdə, 
anasının  çox  vaxt  onun  xarakterinə  ziyan  vuran  diqtəsi  altında  olmağını  qeyd  etdi. 
Anası  onu  təkcə  rəqibinə  qarşı  pis  münasibət  bəsləməyə  istiqamətləndirmir,  həm  də 
məşqçilərinə şübhə ilə yanaşmağı təlqin edir. Anası onun özündən razılığını daha da 
qızışdırmağa çalışır. Təəssüf ki, o, anasının idarəciyindən azad ola bilmir.  
Kasparovun gələcəyi barədəki bu rəy tezliklə özünü doğrultdu və o, elə həmin 
ilin sonunda dünya çempionu oldu. Bu vaxt Kasparovun 22 yaşı var idi və o, şahmat 
tarixində  ən  gənc  yaşında  bu  titula  yiyələnən  bir  adam  kimi  qalmaqda  davam  edir. 
Son dövrlərin dünya çempionu Maqnus Karlsen də bu yaşda həmin ada sahib olsa da, 
çempionluğa yiyələnən dövrdəki Kasparovdan bir neçə ay böyük idi.  
Bu  uğurlar  Kasparovda  belə  bir  fikir  yaratdı  ki,  o,  dünyanın  ən  güclü 
şahmatçısıdır,  onu  məğlub  etmək  mümkün  olmayacaqdır.  Lakin  bu  ümid  özünü 
doğrultmadı.  2000-ci  ildə  Vladimir  Kramnik  Kasparovla  olan  matçı  udub,  PŞA 
versiyası üzrə dünya çempionu oldu. Bu dövrdə Kasparov nisbətən hələ cavan yaşında 
qalırdı, onun 37 yaşı var idi. Özü də bir cəhət daha ağrılı idi ki, Kasparov Kramnikə 
həmin matçda bir dəfə də olsun qalib gələ bilməmiş, rəqibi isə onu iki oyunda məğlub 
etmişdi.  2006-cı  ilə  qədər  PŞA  üzrə  çempionluğu  əlində  saxlayan  Kramnik  2006-
2007-ci illərdə mütləq dünya çempionu oldu. Bu vaxt artıq PŞA ləğv olunmuşdu.  
2005-ci  ildə  Kasparov  şahmatda  idman  karyerasına  son  qoyduğunu  elan  etdi. 
Bu bəyanatı verdiyi Linaresdə bolqar şahmatçısı Vesemin Topalova uduzmuşdu. Ona 
ən ağır təsir edən məğlubiyyət isə iki il əvvəl elə həmin şəhərdə baş vermişdi. Burada 
o, azərbaycanlı şahmatçı, 15 yaşlı Teymur Rəcəbova uduzmuşdu. Bu partiya turnirin 


213 
 
ən gözəl partiyası elən edildikdə, Kasparov bu qərara dözə bilməyərək bəyan etmişdi 
ki, belə seçimi özünə qarşı açıq təhqir və aşağılanma kimi qəbul edir. Gəncliyindəki 
uğurları  ilə  öyünən  bir  adam  başqa  bir  gəncin  parlaq  istedadının  təzahürünə 
dözümsüzlük nümayiş etdirmişdi. O, özünü həm də sürətli oyunda güclü hesab edirdi, 
lakin belə oyunda da Mixail Tala, onun ölümündən bir qədər əvvəl məğlub olmuşdu.  
Hakimiyyətdəki  uzun  sürən  ağalığa,  nəhayət,  təbiət  müdaxilə  edərək,  son 
qoymalı olduğu halda, şahmatdakı liderliyə təbiətin meydana çıxardığı yeni istedadlar 
son qoya bilir, heç kəs şahmat tacını Alyoxin kimi qəbrə qədər daşıya bilmir, axı o da 
holland şahmatçısı Maks Eyve tərəfindən məğlub edilərək, tacı iki illiyə ona verməyə 
məcbur  olmuşdu.  Əbədi  şah  olmadığı  kimi,  ədəbi  şahmat  liderinin  də  mövcudluğu 
qeyri-mümkündür.  
Lakin  Kasparovun  çox  gücü  şahmatçı  olması  danılmaz  faktdır.  Onun  qatı 
əleyhdarı  olduğu  Rusiya  prezidenti  Putin  də  bunu  etiraf  edərək  demişdi  ki,  «Ondan 
hələ siyasətçi alınmamışdır, ancaq o, görkəmli şahmatçıdır».  
Həm  Anatoli  Karpov,  həm  də  Qarri  Kasparov  sonralar  siyasət  aləminə  daxil 
oldular,  lakin  burada  onların  öz  parlaq  qələbələri  ilə  öyünməsi  bir  qədər  şübhəli 
görünə bilərdi. Karpov Rusiya Dövlət Dumasının deputatı seçildi və bu kütlənin sadə 
bir  üzvlünə  çevrildi.  Kasparov  isə  Putin  hakimiyyətinə  əks  mövqedə  olmaqla, 
müxalifət hərəkatına qoşuldu. Bu hərəkatda liderlik etməyə çalışsa da, buna müvəffəq 
olmadı.  Radikalizmi  ilə  seçilən  Kasparov  əslində  ordusu  olmayan  generalı  yada 
salırdı, bu qiyafəni isə özü-özünə bəxş etmişdi. Ona görə də Putin onun bu cəhdinə 
istehza  ilə  yanaşmışdır.  Hərəkat  elə  bir  uğura  imza  ata  bilmədiyindən,  müxalifətin 
fəallığı xalqın dəstəyini əldə edə bilmədiyindən, sönük epizodlardan başqa heç nə ilə 
yadda qalmadı. Hakimiyyətin təzyiqi də öz işini görürdü və ümidini bütünlüklə itirən 
Kasparov xaricə mühacirət etdi. 
Kasparovla tanışlığım isə hələ çempion olmamışdan Moskvadakı Azərbaycanın 
daimi  nümayəndəliyində  baş  vermişdi.  O,  «VÇ»  telefonu  ilə  Bakıdakı  Dövlət 
Təhlükəsizlik Komitəsinin işçisi ilə əlaqə saxlayırdı. Sonra Qaxda onun üçün ayrılmış 
istirahət evində - villada görüşdük. O, özündən razılıq zirehini daim gəzdirirdi və bu, 
onun xarakterindəki səmimiyyət işartısına da mane olurdu.  
Dünya çempionları ilə qısa müddətli tanışlığımın təəssüratı o qədər bol olmasa 
da, onların şəxsiyyəti barədə müəyyən anlayışa sahib olmağa imkan verilmişdi və bu, 
əlbəttə ki, sırf fərdi rəyə yiyələnməkdən uzağa gedə bilməz. 
Məşhur eston şahmatçısı Paul Kereslə sağlığında tanış olmasam da, Tallindəki 
kolleqalarımın  məsləhəti  və  müşayəti  ilə  onun  qəbrini  ziyarət  etmişdim.  O, 
Estoniyada böyük nüfuza malik olmuşdu. Onu güclü, lakin bəxti gətirməyən şahmatçı 


214 
 
hesab etmək olardı. Üç dəfə iddiaçıların turnirində iştirak edib, hər dəfə yalnız ikinci 
yeri  tutmaqla  kifayətlənməli  olmuşdu.  Hətta  turnirin  lideri  kimi  David  Bronşteynlə 
son oyunda tam uduş mövqeyinə malik olsa da, yeganə səhv gedişi etməklə, məğlub 
olub,  son  iddiaçılığı  ona  verməyə  məcbur  olmuşdu.  Lakin  David  Bronşteyn  də 
Botvinniklə matçda heç-heçə oynadığına görə, iddiaçılıqdan yuxarı gedə bilməmişdi.  
Dünya çempionlarının yaradıcılığını təhlil etdikdə, belə bir qənaətə gəlirsən ki, 
bu  səviyyəyə  yüksəlmək  üçün  təkcə  güclü  şahmatçı  olmaq  heç  də  kifayət  deyildir, 
bunun  üçün  başqalarına  məxsus  olmayan  bir  qığılcım  işartısının  olması  da  vacibdir. 
Axı  hətta  ən  güclü  alpinistlər  də  bəzən  8  min  metrlik  zirvələri  fəth  etmək 
qabiliyyətinə  malik  olmurlar.  Şahmatda  da  belədir,  Comolunqmanı  fəth  etmək  üçün 
qeyri-adi xüsusiyyətlər tələb olunur. Dünya çempionu zirvəsinə yüksəlmək üçün onun 
oyun  üslubu  çaxmaq  daşı  kimi  qığılcım  əmələ  gətirməlidir.  Tatar  mənşəli  Qata 
Kamski uşaq vaxtı şahmatda böyük ümidlər verdiyindən, atası daha əlverişli şəraitin 
yaradılması  məqsədilə  onunla  birlikdə  ABŞ-a  mühacirət  etmişdi.  O,  burada  şahmat 
ustalığını  xeyli  təksilləşdirmişdi,  hətta  1996-cı  ildə  FİDE  versiyası  üzrə  Karpovla 
matçda  oynamış,  lakin  çempionu  uda  bilməmişdi.  Onunla  görüşən  digər  dünya 
çempionu isə Kamski haqqında maraqlı, həqiqətə uyğun, lakin onun üçün ağır olan bir 
fikir  söyləmişdi  və  qeyd  etmişdi  ki,  dünya  çempionu  olmaq  üçün  oyunda  nümayiş 
etdirilməli olan bir qığılcım Qatanın üslubuna xas deyildir. Ona görə də o, heç vaxt bu 
titula yiyələnə bilməyəcəkdir.  
Doğrudan  da,  dünya  çempionlarının  hər  biri  öz  fərdi  üslubunu  nümayiş 
etdirməklə, bu nailiyyətə sahib olmuşdu. Alyoxinin kombinasiya istedadı, Botvinnikin 
analitik  dəqiqliyi,  Talın  dahiyanə  intuisiyası,  Petrosyanın  idman  hiyləgərliyi, 
Spasskinin  universalizmi,  Karpovun  «kompüterə  bənzər»  hesablaması,  Kasparovun 
şahmat sənətinə yaxşı bələd olması, onlara məlum şöhrəti bəxş etmişdi. Ona görə də 
onlar uzun müddət qalxanı yerə atmadılar. 
Şahmat  sirli  aləm  olduğu  kimi,  onun  özünəməxsus  rekordları  da  mövcuddur. 
İsveç qrossmeyster Gidson Ştanberq 1941-ci ildə Buenos-Ayresdə 400 oyun oynamış, 
onlardan  364-də  qalib  gəlmiş,  22-ni  uduzmuş,  14-də  heç-heçə  oynamışdı.  Heç  kəs 
indiyədək Laskerin uzunmüddətli çempionluq rekordunu ötüb keçməmişdir.  
Şahmat  yarışlarının  digər  növləri  də  mövcuddur.  Onlardan  biri  gözübağlı 
oynamaqdır.  Bu  vaxt  oyunçu  taxtanı  və  onunla  oynayan  rəqibləri  görməməlidir. 
Gedişlər ayrıca adam tərəfindən elan edildikdə, gözübağlı oyunçu öz növbəti gedişini 
elan edir. 1947-ci ildə argentinalı qrossmeyster Migel Naydorf Braziliyanın San-Paulu 
şəhərində  keçirilən  yarışda  gözübağlı  oynamaqla  45  oyundan  39-nu  udmuş,  yalnız 
ikisini  uduzmuşdu.  1945-ci  ildə  Nyu-Yorkdakı  sərgidə  Reuben  Fayn  gözübağlı 


215 
 
qaydada  dörd  ustaya  qarşı  yüksək  sürətlə  -  hər  gedişə  yalnız  10  saniyə  vaxt  sərf 
etməklə oynamışdı.  
Yüngül və  yaxud  sürətli  şahmat  oyunu  da  geniş  yayılmışdır.  Blits  adlanan  bu 
şahmat  oyunu  sərt  vaxt  ölçüsü  ilə  məhdudlaşır.  Fərdi  blits  oyunlarında  hər  bir 
oyunçuya beş, yeddi və ya on dəqiqə vaxt verilir ki, öz oyununu başa çatdırsın, əgər 
həmin  vaxta  əməl  edə  bilməsə,  o,  hətta  uduş  mövqeyində  olsa  da,  uduzmuş  hesab 
olunur.  Məktubla  şahmat  oyunu  da  mövcuddur  bu  vaxt  oyunçu  öz  rəqibini  şahmat 
taxtası arxasında görmür, gedişləri ona məktubla çatdırırdı. Adətən uzaq məsafələrdə 
yaşayanlar  bu  oyun  növündən  istifadə  edirdilər  və  bu  növdə  oyun,  əlbəttə  ki,  uzun 
çəkirdi. Lakin kompüter bu oyunu da xeyli sürətləndirə bilmişdir.  
Şahmat yaşayır, ona rəğbət bəsləyənləri əvvəlki tək özünə cəlb etməkdə davam 
edir. Oyundakı şahın ölməsi bu oyunun ən başlıca məqsədidir. Şahmat isə ölməkdən 
çox  uzaqdır.  Şahmat  ətrafındakı  əllaməliklərə,  onu  siyasətin  girovuna  çevirmək 
cəhdlərinə  baxmayaraq,  şahmatın  süqut  etməsi  mümkün  deyildir.  Görünür,  şahmat 
günəşi  də  kainatı  işıqlandıran  Günəş  kimi  işıq  və  hərarət  saçmaqda  davam  etməklə, 
ona  susayan  könüllərə  sevinc  paylaması  şəklindəki  möcüzəli  xüsusiyyətini  heç  vaxt 
itirməyəcəkdir.  
 
SON 
 
 
 
 

Yüklə 4,8 Kb.

Dostları ilə paylaş:
1   ...   89   90   91   92   93   94   95   96   97




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə