Telman orucov



Yüklə 5,01 Kb.
Pdf görüntüsü
səhifə171/171
tarix17.11.2017
ölçüsü5,01 Kb.
#10701
1   ...   163   164   165   166   167   168   169   170   171

342 
 
iştirakçısı idisə, niyə indi bu savaşını davam etdirmir, nəyə görə bəzi məsələlərdə 
artıq iqtidara izah olunmayan loyallıq göstərir. Guya siyasətdə qalıb qalmamasını 
da  bu  dinləyicilərdən  soruşmalı  imiş,  onların  iradəsinə  baş  əyməli  imiş.  Müğənni 
isə  indiki  mövqeyini  əsasən  Qarabağ  probleminin  həllinə  münasibətdə  dövlət 
rəhbərliyinin yenilməz  mövqeyi və siyasəti ilə onun öz düşüncələrinin bütünlüklə 
üst-üstə  düşməsi  ilə  əlaqələndirsə  də,  nədənsə  dinləyicilər  bu  səmimi  etirafa  da 
məhəl  qoymamaqla  öz  hədyanlıqlarından  qalmırdılar.  Belə  çıxırdı  ki,  bu  qadın 
sənətilə  bütünlüklə  vidalaşmalı,  birinci  növbədə  öz  peşəsi  üçün  bəhrəsiz  olan 
mübarizə ilə məşğul olmalı, onlar isə məşhur «mənim komam kənardadır» prinsipi 
ilə  hərəkət  edərək  əvvəlkitək,  bu  «özgəsinin  şücaətindən»  həzz  almaqda  davam 
edəcəklər.  Heç  kəs  demək  istəmirdi  ki,  bəlkə  sənin  vaxtilə  siyasətə  gəlişinin  özü 
səhv addım idi, çünki əsas zərbə sənin istedad aləminin zəmisinə dəyirdi, onu biçib 
yerə sərirdi. 
Axı  yüksək  sənət   baxımından,  onsuz da  hüdudsuz  olmayan  yaradıcılıq 
dövrünün,  çox  xırda  bəhrələr  istisna  olunmaqla,  iki  onilliyə  yaxın  olan  çox 
qiymətli  bir  hissəsini  bu  qadın  itirməli  olmuşdu.  İndi  o,  özünü  bütünlüklə  sənətə 
həsr etmək istəyəndə, yəqin ki, bu məsələdə nəcib məsləhətlər də öz xeyirxah işini 
görmüşdü,  onun  bu  addımını  yalnız  alqışlamaq  lazımdır.  Sənət  dünyasını  tərk 
etmək onu çox sayda bəlalarla üzləşdirmişdi. 
Onun ecazkar  səsi, ifa tərzi də, vurduğu intonasiyalar  da, həzin zümzüməsi, 
məhrəmanə  pıçıltıları  ilə  yanaşı  dağ  selinin  nərəsi  kimi  hayqırtısı  da  milli  vokal 
sənətində  bənzəri  olmayan  bir  hadisə  idi.  Mahnı  ifasına  çox  sayda  yenilikər 
gətirmişdi.  Oxuduqlarını  faciə  rənginə  boyaya  bilmişdi.  Səsinin  tembri,  vurğu 
çalarları  könülləri  riqqətə  gətirən  elegeya  yağışı  əmələ  gətirirdi,  bizim  ruhumuz 
onun  nəcib  damcılarından  islanırdı.  Onun  səsindəki  yüksək  qəm,  kədər  cərəyanı 
xüsusən adamı tam başqa aləmə çəkib aparırdı, insanlıq dərəcəsinin, səmimiyyətin, 
nisgilin  qiymətini  azaltmamağa  çağırırdı.  Əlbəttə,  hamının  tapdaq  etdiyi  hamar 
yoldan,  ümumi  məhvərdən  uzaqlaşdığına  görə  onun  sənətini  bəyənməyənər, 
ümumiyyətlə onun həyat tərzinə ağız büzənlər də var idi. Ancaq qatı bədxahlar da 
başa  düşürdü  ki,  ifa  etdiyi  mahnılar  bəlkə  də  əbədi  olaraq  onun  inhisarında 
qalacaqdır, çunki heç kəs onları elə sehrli, cazibədar qaydada oxuya bilməyəcəkdir. 
Axı ən uğurlu reproduksiya da məşhur tabloların orijinalına yaxınlaşa bilmir. Belə 
bir  həqiqət  mövcuddur  ki,  yalnız  yerin  təkindəki  çox  yüksək  hərarətdə  və  olçüyə 
sığmayan  təzyiqdə  adicə  kömür  almaza  çevrilir.  Onun  sənətinə  də  məhz  belə 
hərarət və təzyiq məxsus idi. 
İnsan boğazı tayı-bərabəri olmayan, ən kamil musiqi aləti hesab edilərsə, bu 
müğənninin  boğazını  təbiət  elə  bil  ki,  məlum  olmayan  bir  materialdan 
düzəltmişdir.  Həm  də  onu  da  qeyd  etmək  lazımdır  ki,  bu  musiqi  aləti  muzey 
eksponatına  çevrilib,  üstünü  toz  basmadı,  onda  gözəl  incilər  yaratmaq  üçün  bu 
qadın  böyük  əziyyətlərə  qatlaşmaqdan,  daim  öz  Eldoradasını  axtarmaqdan 
usanmadı. Ona görə də ümumi axından ayrı düşdü və bəstəkarlar bu bülbülün cəh-
cəhinə  uyğun  gələn,  yalnız  onun  üçün  nəzərdə  tutulan  mahnılar  yazmağa 
başladılar.  O,  bu  yolda  tək  addımlamalı  oldu,  minnətdar  pərəstişkarlar  ordusuna 
malik  olmaqla  yanaşı,  onu  daim  müşayiət  edən  kinayəli  baxışların  zəhərini  də 


343 
 
dadmaq məcburiyyətində qaldı. Gənc Puşkin haqqında bir ağıllı adam demişdi ki: 
«Qoyunlar  sürüdə  ömür  sürür,  şir  isə  tək  gəzir».  Qoyunlar  şiri  sevmirlər,  daim 
onun məhvini arzulayırlar. Nə etmək olar, bu da təbiətin qanunudur. 
Mübarizə onu   nə  qədər cəlb  etsə  də,  sənətə  bağlılığı   hədd  tanımırdı,  hətta 
fasilə  mərhələsi  sayılan  illər  də  onun  musiqiyə  olan  sədaqətini  azalda,  daxili 
yanğısını  söndürə  bilmədi.  Lakin  itki  də  kiçik  deyildi,  ən  başlıcası  sənətinin 
püxtələşdiyi  bir  dövrdə  öz  doğma  təbiətindən  azacıq  da  olsa  uzaqlaşmaq  onun 
reallaşmamış neçə-neçə uğurlarına qənim kəsildi, həqiqi sənət adamı üçün isə bu 
ən  ağır  cəza  idi.  Yaradıcılıq  məkanını  tərk  etmək  onu  yuvasından  perik  düşmüş 
quşa  bənzətdi.  Bu  boşluq  vaxtı  bir  çox  hallarda  onu  xırdalıqlarla  məşğul  olmağa 
sövq etdi, intriqalar, çəkişmələr tələsinə düşməkdən də hifz edə bilmədi. 
Bu gün həmin müğənni bəlkə də həyatında ən düzgün olan qərarlardan daha 
birini  də  qəbul  etmək  kimi  ağıllı  iş  görmüşdür.  Onu  azdıran  məşğuliyyət 
sferalarından uzaqlaşıb özünü bütünlüklə sənətə həsr etmək yolunu seçmişdir. Əks 
məsləhət  verənlər,  canfəşanlıq  edən  radio  dinləyiciləri  kimi  onu  yəqin  ki, 
qınayacaqlar.  Lakin  bu  məsləhətlər  onu  əlavə  uçuruma  aparmaq  məqsədindən 
başqa heç bir nəcib yol göstərməyəcəkdir. Bəzən yaxın dost da ağılsız məsləhəti ilə 
adamı çətinliklər girdabına salır. Anarxizmin görkəmli nəzəriyyəçisi olan Bakunin 
bəstəkar  dostu  Vaqnerə  elə  ciddi  təsir  göstərmişdi  ki,  bu  məşhur  opera 
kompozitoru onun məsləhətlərindən ilham alaraq özünün «Allahların alatoranlığı» 
əsərində  terrorçu  fantaziyasının  finalını  –  od  tutub  yanan  planeti  göstərmişdi. 
Müğənninin sənətini də tarixin arxivinə atmaq istəyənlər nə arzuladıqlarından asılı 
olmayaraq, bu sənətə bir dəfəlik tabut düzəltməkdən başqa bir məqsədi güdmürlər. 
Çünki  yaradıcılığında  baş  verəcək  yeni  fasilə  onun  sənət  dünyasına  çalınan 
rekviyemin son akkordları olacaqdır. Musiqi planetinin sakini öz doğma məkanını 
tərk edirsə, ürəyini itirmiş olur, bunu siyasətə daxil olmaq üçün üçün edirsə başını 
da itirir. 
Həqiqi istedad   sahibləri,  əsl sənət adamları  başqalarından  fərqlənirlər, 
onların  könlü  zərif,  kövrək  olur.  Onlar  üzərində  eksperiment  aparmağın  özü 
haqsızlıqdır. Onlar yaradıcılıq ilahəsinə, sənətə sitayiş və qulluq edirlərsə, özlərini 
əlçatmazlıq  zirvəsinə  yüksəldirlər.  Onlara  daş  atmaq  da,  hətta  bu  barədə 
düşünməyin özü də günahdır. İstedadlar xalqın sərvətidir, bütün millətə, bəlkə də 
milli sərhədləri aşdıqda bütün bəşəriyyətə məxsusldurlar. Höte Şekspirin Hamletini 
billur vazaya bənzədirdi və qeyd edirdi ki, belə qaba gül qoyulmalıdır, onda palıd 
əkilsə,  kökləri  bu  zərif  cisimi  sındırıb  çilik-çilik  edəcəkdir.  İstedad  sahiblərinin 
hamısı belə zərif duyğulu Hamletlərdir, onları qorumaq, hifz etmək lazımdır, yoxsa 
biruzə verdiyimiz laqeydlik və qısqanclıq öz müdhiş atmosferi ilə onları Şekspirin 
bədbəxt  qəhrəmanı  kimi  məhv  edə  bilər.  Axı  onların  sənəti  tək  özlərinə  məxsus 
deyildir,  bizə  ünvanlandığından,  həm  də  bizimkidir.  Gəlin  bu  qiymətli  sərvətin 
qədrini  bilək,  onlara  bədxərcliklə  yanaşmayaq,  hətta  xüsusi  məhəbbət  izhar 
etiməsək də, onların könüllərini yaralamayaraq, bu vaxt həm də hər şeydən əvvəl 
bəşər övladı, insan olduğumuzu da unutmayaq. 
“525-ci qəzet”.15.05.2010 
  


344 
 
 
 BƏDİİ NÜMUNƏLƏR 
 
«Sarsılmaz mövqe» cəngavərləri 
Hekayə  
Çexov  həyatda   olmasa  da,  qələmi  ilə həyat verdiyi   buqələmunlar  hələ  də 
ömür sürürlər.  
O,  maşınını  yeni  salınmış  parkın  yanında  saxlayıb,  küçənin  əks  tərəfindəki 
zirzəmiyə,  nəyisə  kompyuterdə  çap  etdirməyə  getmişdi.  Oğlu  maşında  oturub, 
atasının  aldığı  dönər  bükülmüş  kökəni  iştahla  yeyirdi.  Birdən  yaxındakı  it  onun 
əlindəki iri kökəni görüb, maşının sağ qapısını cırmaqlamağa başladı. Uşaq qorxub 
sola, sükana tərəf qısıldı. Bu vaxt it tullanıb maşının kapotunun üstünə çıxdı, burnu 
ilə  az  qala  şüşəni  sındırmaq  istəyirdi,  ayaqları  isə  əvvəlki  işini  görməkdə  davam 
edirdi.  Uşaq  dözə  bilməyib,  qapını  açdı  və  kökənin  qalığını  itə  tulladı.  Qorxusu 
ötüb keçmədiyindən ağlaya-ağlaya adamları köməyə çağırdı. 
Atası gəlib çıxanda çox sayda qoca-cavan, ayaqlarını qabağa uzadıb uzanan 
itin  ətrafına  dövrə  vuraraq  toplaşmışdı.  İt  kökəni  yeyib  qurtardığından  dili  ilə 
dodaqlarını, çənəsini yalayırdı. Maşın sahibi nə baş verdiyini anlamağa başladı. Bu 
ədalı adam barmağını itə tərəf tuşlayıb qəzəblə qışqıra-qışqıra dedi: 
-  Vallah,  bu saatca   bunu öldürəcəyəm. Gör bir təptəzə   maşınımı nə  günə 
salıb. Görünür, oğlundan çox onu bu qiymətli mülkiyyəti maraqlandırırdı. 
İri bədəni, həm   də  qarnının  qeyri-adi ölçüsü ilə   başqalarından seçilən biri 
dedi: 
- Belə ziyankarı, əlbəttə, öldürmək lazımdır. Daha nəyi gözləyirsən?  
Onun yanında duran, çətin bir sirri açırmış kimi, əlavə etdi: 
-  Onu da fikirləşmək   lazımdır ki,  birdən hörmətli   bir yiyəsi çıxdı,  onda 
necə olsun? Görürsünüz, bu, heç kənd itinə də oxşamır, cins itdir. 
Başqa birisi ona  etiraz edirmiş kimi səsləndi: 
-  Yox, lap çempiondur,  adi ac,  yiyəsiz itdir. Beləsindən   xətər əskik  deyil, 
aman vermək olmaz. 
Bu vaxt  televiziya  ekranından  heyvanlar  barədə  bayağı  söhbəti  ilə  tanınan 
professor irəli çıxıb səsini qaldırdı: 


345 
 
-  Bizim  şəhərdə  sahibsiz  it  yoxdur.  Burada  hər  şeyin,  hər  kəsin  öz  sahibi, 
arxası var. İndi itin xətrinə dəysən, sonra yiyəsinə cavab verə biləcəksənmi? Sahibi 
nüfuzlu adam olsa necə? 
Maşın sahibi eyhamı diqqətsiz qoymadı: 
- Mən itə nə etdim ki, sahibi də  məndən incisin. Bəs, dərdimi kimə deyim, 
uşaq da tir-tir əsir, qorxudan xəstələnə bilər. 
Bu vaxt kütləyə  polis nəfəri yaxınlaşdı. Amiranə  səslə dedi: 
- Nə səs-küy salmısınız? Dağılışın!  
Biri cəsarətlənib  ona izah  etdi  ki, ortadakı  çöməlmiş  it  maşının  xeyli  yerini 
cızıb, içərisində oturan uşağı da qorxuzub. Ancaq bu məsələyə görə toplaşmışıq. 
Polis əlinə yaxşı  fürsət düşdüyünü hiss edib soruşdu: 
- İtin sahibi  kimdir? Qabağa çıx, özünü nişan  ver! 
Heç kəsdən səs  çıxmadı. Bu vaxt yenicə dəstəyə qoşulan tələbə oğlan dedi 
ki, bu, Fövqəladə Hallar Nazirliyinin xilasetmə dəstəsinin itlərinə bənzəyir. Onları 
baha qiymətə almışlar, özləri də xüsusi uçotdadırlar. 
Özünü psixiatr-həkim kimi qələmə verən sallaq dodaqlı biri maşın sahibinə 
üzünü tutaraq xırıltılı səsə qışqırdı: 
-  Belə itlər   neçə-neçə adamı xilas edib.  Əgər  uşağında  Parkinson  xəstəliyi 
varsa, get müalicə etdir. Sonra deyəcəksən ki, itdən uşağıma exnakok da keçmişdir. 
Adamlara böhtan atdığınız azmış kimi, indi də qiymətli itlərə iftira yağdırırsınız. 
Polis 
belə 
rəyləri  
eşidəndə  bir qədər diksinən  kimi  oldu  və 
özünü cəmləşdirib dedi: 
-  Xilaskar itə   hamı qayğı göstərməlidir. Lap   səhv edibsə, onu başqa  xətaya 
yol verənlərdən biri kimi bağışlamağı bacarmalıyıq. 
Başqalarını  daim  inkar  etməkdən  həzz  alan  dəstə  üzvü  bu  dəfə  də  fürsəti 
əldən vermək istəmədi: 
-  Bəziləri burada   yuxuda gördüklərini danışır.   Bu yiyəsiz itdir, bəlkə  də 
quduzdur, çoxuq deyə bizi tutmur. Onu hökmən zərərsizləşdirmək lazımdır. 
Əlində çəlik  olan beli bükülmüş pensiyaçı yaxında yaşadığından qonşuların 
itlərini  də  bu  parkın  hesabına  yaxşı  tanıyırdı.  Söhbətə  qarışıb  bildirdi  ki,  it  çox 
güman  ki,  yaxındakı  imarətin  sahibinindir.  Əvvəllər  bunu  deyəsən  onun  yanında 


346 
 
görmüşdür. O da elə belə adam deyil. Böyük bir məmurun yaxın qohumudur. Özü 
də  çox  kinli  vücuddur.  Deyirlər  ki,  xəstə  olduğuna  görə,  sanitariya  nöqteyi-
nəzərindən həkimlərin məsləhəti ilə itdən uzaqlaşmaq üçün onu evdən qovmuşdur. 
Ancaq nə qədər olmasa da adı üstündədir. 
Yekəpər  söhbətə   müdaxilə  edib  çoxbilmiş  adam  kimi  dedi  ki,  o  kişi  ilə 
zarafat  etmək  olmaz.  Hələ  heç  kəs  onun  zərbəsindən  qurtulmayıb.  Hərə  burada 
ağlına gələni danışmasın, adlı-sanlı bir evin itini də hallandırmasın.  
Özünü  akademiyanın  elmi  işçisi  kimi  təqdim  edən  uzunboylu  adam  hər 
sözünü höccələyə-höccələyə dedi: 
-  Biz XXI  əsrdə  yaşayırıq.  İtlər  də  böyük  təkamülə  uğramışlar.  Onlar 
sahiblərindən  yaxşı  olan  nə  varsa  götürürlər.  Olduqları  evdə  tərbiyə  məktəbi 
keçirlər.  Ona  görə  də  çox  vaxt  xasiyyətcə  yiyələrinə  bənzəyirlər.  Nəcib  tərbiyə 
görmüş məxluqlarla adekvat qaydada da davranmaq lazımdır. 
Bu dəfə  əvvəlki   ədasından heç bir əsər-əlamət  qalmayan  maşın  sahibi  daha 
çox qorxmağa başladı: 
- Mən necə  hərəkət etdiyini bilən adamam. Mənə ziyan dəysə də itlə yaxud 
onun hörmətli sahibi ilə nə işim var. Ağrımaz başıma niyə buz bağlamalıyam? 
Cəsarəti ilə   qarnının  ölçüsü  tərs  mütənasibdə  olan  adam  onun  belə 
fağırlığını görüb bu dəfə daha da ürəkləndi:  
-  Təqsirkar özünsən,  itdə  nə  təqsir  var  ki?  Niyə  qoyurdun  uşağın  ac  itin 
gözünün  qabağında  dönər  yesin?  İt  də  canlıdır,  yemək  istəyir.  Adam  ac  olanda 
başını itirir, it də onun kimi. 
O,  belə  uzun  danışırdı   ki,  nüfuzlu  it  sahibi  üzə  çıxsa,  necə  müdafiə 
istehkamı qurduğunu adamlar ona çatdırsınlar, bunun özü də kiçik məsələ deyil. 
Polis  hay-küyün   hadisənin sonrakı  davamından  ehtiyatlanıb,  məsələni 
yoluna qoymaq tərzində dedi: 
-  Hələ  maşınını  da  icazə  verilməyən  yerdə  saxlamısan,  adamların  parka 
gediş-gəlişinə  mane olmusan.  Tez  çıx  get  ki,  mərəkə böyüməsin,  yoxsa təqsirkar 
kimi səni cəzaya cəlb etməli olacağam. 
Maşın  sahibi  artıq   oğlunu  da,  əmlakını  da  yaddan  çıxartmışdı,  təhlükənin 
böyüyəcəyindən ehtiyatlanırdı: 
-  Düz  deyirsiniz,  bir  də  belə  hərəkət  etmərəm.  Heç  bir  iddiam  da  yoxdur. 
Yaxşı  anlayıram  ki,  öz  səhvim  üzündən  bu  hadisə  baş  verib.  Qoy  itin  sahibi  də 
məndən inciməsin. Lazım gəlsə lap ondan üzr də istəyərəm. 


347 
 
 
İt isə dаğılışаn аdаmlаrа bахmаqdа davam еdirdi, deyəsən hərdən bir 
başını dа silkələyirdi. Bəlkə о dа Аpuleyin eşşəyi кimi insanları daha dərindən 
öyrənməyə başlamışdı.  
“525-ci qəzet”.08.06.2010  
 
 
 
 
«Ədalət» hakimlərinin əcaib mühakiməsi  
 
Son  vaxtlarda   dostluq etdiyim ornitoloq-alim  öz  elm sahəsi  barədə 
çoxlu maraqlı  
söhbətlər edirdi. 
Tədqiqat 
məqsədi  
ilə bir neçə 
dəfə 
ekspedisiyalarda  Volqaboyunda olmuş, orada təbiət  qoynunda quşları öyrənmişdi. 
Bircə  dəfə  Çukotkaya  səfəri  isə  ona  praktiki  qaydada  çox  şeyləri  bəxş  etmişdi. 
Söhbətlərinə heyranlıqla qulaq asanda, təəccübümə səbəb olan qaydada bildirdi ki, 
qədim  təmsil  ustaları  heyvanların,  quşların  davranışlarını  heç  də  bizdən  pis 
bilmirdilər. Və o, Ezopun, Fedrin adlarını çəkdi, sonra isə Lafonteni siyahıya əlavə 
etdi. İsrail-İudeya çarı Solomonun quşların dilini bildiyini yada saldı. Məşhur nağıl 
ustası,  danimarkalı  Hans  Kristian  Andersenin  öz  xalqını  sülhsevərliyinə  görə 
hacıleyləyə bənzətdiyini vurğuladı. Bunlardan sonra Çukotka səfərini yadına saldı 
və bir əhvalatı danışmağa başladı: 
-  Ora qəribə   aləmdi,  öz ayrıca qaydaları var.   Təbiəti, iqlimi  də  çox  sərtdir. 
Meşəsi yoxdur, seyrək kolluqlara rast gəlmək olar. İqlimi isə ilin əksər vaxtlarında 
çox  soyuq,  şaxtalı  olur,  yayı  isə  qısamüddətli  olsa  da,  uzun  aylar  ərzində  yatmış 
vəziyyətdə olan bitki aləminə gur bir oyanış verir. Buzlu okeana yaxın olduğundan 
bura Asiyanın şimal ərazisinin şərq qurtaracağı hesab olunur. 
Qazlar min   illər boyu  buranı  məskunlaşdırmışlar.  Daha  doğrusu,  ilin  yay 
hissəsini nəsil artırmaq üçün burada keçirirlər. Onların bəzi növləri bu məskənləri 
özləri üçün  əziz  bildiklərindən  Himalay  dağlarının üstündən keçən  əzablı  yollarla 
bura gəlməyə də dözürlər, çünki uçduqları 4 min metr hündürlükdə quşun nəfəsi də 
buza dönür. Lakin onlar taqətdən düşsələr də, əcdadlarının ənənələrini bir instinktə 
çevirib  davam  etdirirlər.  Bir  qaz  artıq  neçə  illərdir  ki,  yayda  buraya  gəlib,  sonra 
geri, isti yerlərə öz balaları ilə dönürdü. Lakin bir il bu qayda pozuldu. Səbəb isə 
qazın  yuvasının  yaxınlığında  tülkünün  peyda  olması  idi.  Tülkü  əvvəlki  nəsillərin 
dövründə  cənubdan  buraya  gəlib  çıxmışdı.  Və  biyabırçı  acgözlüyü  ilə  tanınırdı. 
Şimal çöllərində yem bolluğu olmadığından çox vaxt siçan yeməklə dolanırdı. Son 
vaxtlarda isə qazın yumurtalarına iştah salmışdı, neçə dəfə hücum edib, onlara ələ 
keçirmək  istəsə  də,  kürt  yatan  qaz  dimdiyi,  qanadları  ilə  onu  qovub  uzaqlaşdıra 
bilmişdi.  Üçüncü  ili  tülkü  pusquda  durub  ana  qaz  yem  dalınca  uçanda 
yumurtalarının  hamısıni  qırıb  yedi  və  yuvanı  bütünlüklə  dağıtdı.  Həmin  ili  qaz 
balasız qaldı. Sonrakı illər də öz əvvəlki yuvasına yaxın düşə bilmədi. Çünki orada 
artıq tülkü yaşayırdı. 
 Bu sülhsevər quş indiyədək heç kəsə pislik etmədiyinə görə burada yaşayan 


348 
 
və  müxtəlif  heyvanlardan  ibarət  olan  dəstəyə  şikayət  etməyə  məcbur  oldu.  Onlar 
bir neçə dəfə yığışıb şikayəti müzakirə etdilər, «Bizim Möhkəm Tədbirimiz» kimi, 
qısa şəkildə sözlərin baş hərfləri ilə daha heybətli səslənən bir qərar qəbul etdilər. 
Bu da ondan ibarət idi ki, tülkü ləngimədən qaz yuvasını azad etsin. Tülkü isə buna 
əhəmiyyət vermədi, sonra onlar özləri də qərarlarını unutdular. Təcəvüzkar yuvanı 
xaraba  qoymaqla  kifayətlənməyib,  buraya  ötən  ildə  doğulmuş  balalarını  da 
gətirmişdi.  Artıq  onun  ailəsi  yuvanın  sakinlərinə  çevrilmişdi.  İllər  ötüb  keçsə  də 
tülkü  öz  çirkin  əməlindən  utanmadan  müxtəlif  rəvayətlər  uydurub  yuvaya 
sahibliyini  möhkəmləndirməyə  çalışırdı.  Heyvanlar  vaxtilə  onların  dilini  bilən, 
namusu  tapdanmış  kişiyə  də,  onun  əxlaqsız  arvadına  da,  ərli  kişinin  arvadı  ilə 
yaxınlıq  etmiş  məşuqa  da,  ayrı-ayrılıqda  onların  haqlı  olduğunu  deyən  çar 
Solomon kimi, bu məsələdən söhbət düşəndə hər iki tərəfi razı salan ümumi sözlər 
işlətməklə haqdan qaçmaqda davam edirdilər. 
Nəhayət,  qazın   səbri tükənir.  Ağ  ayıya və  canavara  ərazinin  ən  qüdrətli 
canlıları kimi şikayət etməyə başladı. Çünki ümumi qərar fayda verməmişdi. Hər 
ikisi özünü qazın halına acıyan kimi göstərirdi. Hər dəfə ona cavab verirdilər ki, 
sənin  yuvanın  toxunulmazlığı  prinsipi  var.  Onu  heç  kəs  poza  bilməz.  Tülkü  isə 
özünün  ac  qalmamaq  hüququnu  irəli  sürdükdə,  onlar  bir  ağızdan  bildirirdilər  ki, 
təbiətin  də  qanununa  heç  kəs  müdaxilə  edə  bilməz.  Beləliklə,  hər  iki  tərəf 
özlüyündə razı qalırdı, həmin münasibətin nəticəsi və reallıq da ondan ibarət idi ki, 
qazın əcdadlarının da yaşadığı yuva tülkünün əlində olmaqla onun balalarının yeni 
nəsillərinin yaşayış məkanına çevrilmişdi. 
Axırda qaz dözməyib ağ ayıya da, canavara da bildirdi ki, mən yuvamı geri 
alacağam, tülkü mənim hələ dünyaya gəlməmiş balalarımı məhv etdiyi kimi onun 
balalarını  dimdiyimlə  öldürəcəyəm.  Onlar  qazın  belə  cəsarətli  bəyanatını 
narazılıqla  qarşıladılar.  Bir  ağızdan  bildirdilər  ki,  bu  yenidən  dava  qaldırmaq 
əlaməti  olar  və  biz  buna  yol  vemərik.  Guya  onlar  dinc  mühitin  keşikçiləri, 
qarantlarıdır.  Sonra  da  qaza  öyüd-nəsihət  verməyə  başladılar  ki,  səbirli  olmaq 
lazımdır, danışıqlar limiti hələ tükənməyib, bunu yaddan çıxartma. Qaz bir qədər 
gözləsə  də  əvvəlkitək  uzanan  danışıq  bu  dəfə  də  heç  bir  fayda  vermirdi.  Tülkü 
özünün  «ac  qalmamaq»  hüququnu  gözə  soxub,  təcavüzünə  haqq  qazandırmaqda 
davam  edirdi.  Bu  vaxt  qaz  yenə  ən  qüdrətli  heyvanlara  müraciət  etdikdə,  onlar 
dedi: 
-Biz heç nəyə 
müdaxilə edən deyilik. Gedin  
öz aranızda razılaşın. Biz  
də sizin qərarınıza loyal yanaşmağa hazırıq. 
Bu əslində,  dənizdə  qurbana  çevrilən  balıqların  köpəkbalığı  ilə  razılığa 
gəlməsi  barədəki  bir  təklifə  bərabər  idi.  İllər  keçdikdən  sonra  qaz  özünə  pənah 
saydığı  varlıqların  belə  əcaib  qərarına  məəttəl  qalmışdı.  Ona  görə  yenə  də 
dimdiyini  və  qanadlarını  möhkəmləndirmək  barədə  fikirləşməyə  başladı,  çünki 
ədalət  mühakiməsinə  bəslədiyi  ümidlər  tamamilə  puça  çıxmışdı.  Deməli,  rast 
gəldiyi tale sınağını özü də həll etməli idi. Axı yurd-yuva itkisi balanın ölümündən 
də betər olur. Bala qurban verilsə də, yurd-yuva həmişəlik itirilə bilməz. 
Alim söhbəti   başa  çatdıranda,danışdığı  əhvalatdan  da  göründüyü  kimi, 
quşlar  və  heyvanlar  aləmində  də  ədalət  əvəzinə  «cəngəllik  qanunları»nın  hakim 


349 
 
kəsilməsini  nəzərə  alaraq,  bir  daha  söylədiklərinin  ümumən  ibrətamiz  xarakter 
daşıdığı qənaətinə gəldim.  
“525-ci qəzet”.17.06.2010 
 
 
 
 

Yüklə 5,01 Kb.

Dostları ilə paylaş:
1   ...   163   164   165   166   167   168   169   170   171




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə