Telman orucov



Yüklə 5,01 Kb.
Pdf görüntüsü
səhifə2/171
tarix17.11.2017
ölçüsü5,01 Kb.
#10701
1   2   3   4   5   6   7   8   9   ...   171


 
yoxa çıxa bilər, çünki müvəqqətidir, ötüb keçəndir. Məqsəd və niyyət isə yenə də 
xəyali və qeyri- real olaraq qalır. Qəsbkarlıq heç vaxt əbədi xarakter daşıya bilmir, 
başlanğıcı  olduğu  kimi  sonluğuna  da  malikdir.  Ermənistanın  müharibədə 
qazandıqları öz hüquqi təsdiqini tapmamış və tapa da bilməz, ona görə də hər an 
ləğv olunmaq təhlükəsi ilə üzləşə bilər. Müharibəni və təcavüzü başlayan tərəf öz 
sifətini saxlamaq üçün sülh danışıqlarından istifadə etməyə daha çox ciddi- cəhdlə 
girişməlidir. 
 Çünki  sülh  danışıqlarının  və  onun  uğurlu  nəticələrinin  əslində  alternativi 
yoxdur.Qeyri –məqbul  sayılan altrentiv isə  müharibə tonqalının  yenidən daha gur 
və  məhvedici  qaydada  alovlanmasıdır.  Ermənistan  siyasətçiləri  əgər  real  düşüncə 
müstəvisindən  bütünlüklə  uzaqlaşmamışlarsa,  müharibənin  yeni  fazasının  onlara 
nələr  vəd  etdiyini  dərk  etməmiş  deyillər.  Axı  qüvvələr  nisbətindəki  baş  verən 
dəyişikliklər də nəzərə alınmalıdır. Son beş il ərzində baş verən mühim fərqlər isə 
göz qabağındadır. 
 Vaxtilə  Napoleon  qeyd  edirdi  ki,  müharibənin  taleyi  puldan  aslıdır,  başqa 
sözlə  hərbi  qüdrət  iqtisadiyyatdan  və  onun  törəməsi  olan  maliyyə  imkanlarından 
qidalanır, güclü iqtisadi baza müharibənin nəticələrini müəyyən edən başlıca faktor 
rolunu  oynayır.  Ser  Uniston  Çorçill  İkinci  Dünya  müharibəsinin  başlanğıcından 
Hitler  Almaniyasının  labüd  məğlubiyyətə  düçar  olacağına  inanırdı,  çünki 
proqnozlaşdırırdı  ki,  ABŞ  və  SSRİ  ilə  Böyük  Britaniyanın  müttəfiqliyinin  malik 
olduğu  resuslar  düşmənin  imkanlarından  ikiqat  çox  olacaqdır  və  bu  üstünlük 
nəhayət etibarilə münaqişənin hansı sonluqla yekunlaşacağını müəyyən edəcəkdir. 
 Ermənistanla müqayisədə, həm də faktiki olaraq Azərbaycanın iqtisadiyyatı 
dinamik olaraq inkişaf edir . Bunu bütün göstəricilər təsdiq edir. Son üç ildə ölkədə 
daxili ümumi məhsul istehsalı demək olar ki, iki dəfə artmışdır. 
 Son on il ərzində neft istehsalının bir neçə dəfə artması enerji daşıyıcılarının 
satışından  daxil  olan  vəsaitlərin  xeyli  böyüməsinə  səbəb  olmuşdur.  Bütün  bunlar 
həm  də  müəyyən  dərəcədə  sosial  problemlərin  həll  olunmasına  yol  açmışdır. 
İqtisadiyyatın  irəliləyişi,  maliyyənin  sağlam  durumda  olması  ölkənin  hərbi 
qüdrətinin  əsaslı  qaydada  möhkəmləndirilməsinə  əlverişli  şərait  yaradır.Silahlı 
qüvvələrin  müasir  silah  ,  döyüş  texnikası  və  cihazlarla  təchizatında  xeyli  müsbət 
dəyişikliklər əmələ gəlmişdir. Orduda canlı qüvvələrin hazırlıgına diqqət artırılmış, 
vətənpərvərlik və fədakarlıq ruhu yüksəldilmişdir.  
 Azərbaycanın  iqtisadi  inkişaf  səviyyəsini  müəyyən  etmək  üçün  geniş 
miqyasda  tədqiqatlar  aparmağa  da  ehtiyac  yoxdur.  Ölkədə,  xüsusən  onun 
paytaxtında  aparılan  nəhəng  ölçüdə  tikinti-  quruculuq  işləri,  infrastruktur 
şəbəkəsinin  yenidən  qurulması,  əhalıinin  öz  məişətini  yaxşılaşdırmaq  üçün  sərf 
etdiyi  xərclərin  məbləğinin  xeyli  artması,  hətta  təsirindən  əziyyət  çəkdiyimiz 
infilyasiyanın  dördnala  çapması,  nə  qədər  paradoksal  görünsə  də,  xalqın  maddi 
rifahında  baş  verən  yüksək  dəyişikliklərdən  xəbər  verir.  Bakının  mərkəzini  və 
yaşayış  zonalarını  bahalı  mağazalar,  restoranlar  şəbəkəsi,  saysız-  hesabsız  şadlıq 
evləri bəzəyir və onların boş qalıdığını güman etmək belə mümkün deyildir. Şəhər 
küçələrində tez- tez baş verən və avtomobillərin sürətini az qala faytonların malik 
olduğu  səviyyəyə  endirən  nəqliyyat  tıxacları,  istifadədə  olan  minik  maşınlarının 



 
günbəgün çoxlamasından və benzinə sərf olunan xərclərə məhəl qoyulmamasından 
xəbər  verir.Bəlkə  də  bunlar  adi  məsələlərdir,  lakin  istehlakının  səviyyəsi  və 
nəhayət güzaran haqqında daha real təsəvvür yaratmağa imkan verir. 
 Azərbaycanın  regionda  ciddi  nüfuz  sahibinə  çevrilməsini  də  heç  kəs  inkar 
edə bilməz. Bunu  mümkün  edən  ən vacib  amil  iqtisadi tərəqqidirsə, digər  mühim 
cəhət  düşünülmüş,  tarazlaşdırılmış  ,  ardıcıl  aparılan  xarici  siyasətdir.  Əlbəttə, 
Azərbaycan  kiçik  dövlətdir,  lakin  dünya  dövlətləri  ailəsinin  tam  hüquqlu  və 
bərabər  üzvi  kimi  müstəqil  siyasətini  yeritməyə  çalışır  və  ona  əsasən  nail  olur. 
Kiçik  dövlətlərin  tarixən  bufer  rolunu  oynaması,  güc  mərkəzləri  arasında  saaat 
kəfkiri  kimi  hərəkət  etməsi  dövlətimizin  mövcüdluq  tərzinə,  yaşayş  və  fəaliyyət 
obrazına  yaddır.Kiminsə  himayəsinə  qısılmaqla  özünü  güclü  göstərmək  bizim 
dövlətin  xarici  siyasətinin  səciyyələndirən  amil  deyildir.  Hətta  iri  dövlətlərin  bu 
mövqe  ilə  razılaşmaması  və  ya  nədənsə  narazı  qalması  Azərbaycanı  öz  tutduğu 
yoldan  sapdıra  bilmir.  Çünki  bu  siyasətdə  başlıca  məqsəd  xalqın  uzağa  gedən 
mənafeyini nəzərə almaqdır. Ona görə də xarici siyasət vektoru müəyyən edilərkən 
hansısa güclü dövlətin himayəsinə qısılmaq variantı bütünlükə rədd edilir. Əlbəttə, 
belə müstəqil mövqe heç də hüsn –rəğbətlə qarşılanmır, bəzən üstüörtülü hədələrlə 
və təzyiqlərlə rastlaşmaq lazım gəlir. Xarici siyasətdə məhəbbət kimi narazılıq da 
müvəqqəti xarakter daşıyır. Onları əsas götürməklə qurulan münasibət də davamlı 
olmur,  daimi  olan  dövlətin,  xalqın  özünün  mənafeyidir,  onun  sarsılmazlığıdır. 
Bunun  bariz  nümunəsini  Azərbaycanın  dünya  dövlətləri  ilə  genişlənən  iqtisadi 
əlaqələrində görürük 
 Ölkəmiz Avropanın, Asiyanın, Amerikanın çox sayda dövlətləri ilə ticarət-
kommersiya  əlaqələri  qurmuşdur.  Qarşılıqlı  faydaya  əsaslanan  bu  münasibətlər 
Azərbaycanın  dünya  iqtisadiyyatı  şəbəkəsinə  inteqrasiya  edilməsində  mühim  rol 
oynayır.  Yaxşı  cəhət  orasındadır  ki,  xarici  siyasətdə  olduğu  kimi,  dövlət  iqtisadi 
əlaqələrində  də  hansısa  qütbə  sitayiş  mövqeyindən  çıxış  etmir,  bu  fərqi  nəzərə 
almamağa  çalışır  və əsas  diqqəti  öz iqtisadi  maraqlarına  uyğun  gəlib,  gəlməməsi 
amilinə yönəldir. Azərbaycanın iqtisadi əlaqələrində və əməkdaşlığında xüsusi çəki 
ilə götürdükdə İngiltərə, Rusiya , ABŞ, Almaniya , Çin mühim rol oynayır. Və bu 
vaxt həmin dövlətlərin öz aralarındakı münasibətlərin hərarət dərəcəsinə əhəmiyyət 
verilmir. 
 İngiltərə höküməti və kompaniyaları ilə əlaqələr Azərbaycanın bu sahədəki 
uğurlu  cəhdlərindən  biri  sayıla  bilər.  Britiş  Petroleum  şirkəti  dünyanın  ən  iri 
iqtisadi  maliyyə  maqnatı  olmaqla  yanaşı,  Azərbaycanın  neft  sənayəsinin 
inkişafında  yaxından  və səmərəli qaydada  iştirak  edir. BP-nin ölkəmizə  gəlişi ilə 
dənizdə  neft  hasilatı  yeni  elmi-  texniki  əsaslar  üzərində  qurulmuş,  ARDNŞ  ilə 
onun  əməkdaşlığı  olduqca  yaxşı  nəticələr  vermişdir.  Ölkəmizin  bir  əsir  yarıma 
qədər  tarixi  olan  neft  sənayəsi  yeni  tərəqqi  və  çiçəklənmə  dövrünə  qədəm 
qoymuşdur.  Əgər  sovet  dövründə  Xəzər  dənizinin  20  metrlik  su  qatının  altından 
neft  çıxarılması  iftixar  mənbəyi  sayılırdısa,  dənizdə  yeni  neft  yataqlarının 
istismarında  müasir  texniki  imkanların  yaradılması,  böyük  sənaye  kompleksini 
andıran platformaların qurulması 200 metrdən daha çox dərinliklərdəki su qatının 
altından neft çıxarılmasına imkan vermiş və bu karbohidrogen sərvətin istehsalının 


Yüklə 5,01 Kb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   ...   171




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə