Telman orucov



Yüklə 5,01 Kb.
Pdf görüntüsü
səhifə3/171
tarix17.11.2017
ölçüsü5,01 Kb.
#10701
1   2   3   4   5   6   7   8   9   ...   171


 
əsaslı qaydada artırılmasına şərait yaratmışdır. 
 İngiltərə  höküməti  təkcə  iqtisadi  əlaqələr  sahəsində  deyil,  hümanitar 
sahələrdə  də  Azərbaycanla  yaxından  əməkdaşlıq  etmək  niyyətini  nümayiş  etdirir. 
Minlərlə azərbaycanlı gənc İngiltərənin məşhur universitetlərində və kolleclərində 
təhsil  alır.  İngiltərə  firmaları  öz  əsas  fəaliyətləri  ilə  yanaşı  ölkəmizdə  xeyli 
xeyriyəçilik  tədbirləri  keçirir.  Milli  incəsənətimizə  qayğı  göstərməyi  yaddan 
çıxarmır.  Bu  azərbaycanlılarda  İngiltərəyə,  ingilislərə  münasibətdə  səmimi 
minnətdarlıq hissləri oyatmaya bilməz. 
 Azərbaycan  həm  də  dünya  üçün  təhlükə  mənbəyinə  çevrilən  terrorizmə 
qarşı  mübarizə  sahəsində  fəal  işştirak  edir,  öz  üzərinə  düşən  vəzifələri  ləyaqətlə 
yerinə  yetirməyə  çalışır.  Ölkənin  daxilində  terrorizm  ,  ekstermizim  rüşeymlərinin 
vaxtında  ləğv  edilməsi  ictimai  asayişin  qorunub  saxlanılmasına  böyük  yardım 
göstrədi. Azərbaycan ordusunun nümayəndələri İraqda və Əfqanistanda beynəlxalq 
sülh  məramlı  dəstələrin  tərkibində  terrorizim  bəlasının  genişlənməsinin  qarşısını 
almaqda  nəyə  qadir  olduqlarını  göstərmək  üçün  yüksək  nizam  və  döyüş  hazırlığı 
nümayiş etdirmişlər. 
 Azərbaycan  xalqını  daim  əzən,  narahat  edən  yeganə  məsələ  torpaqlarının 
işğalda, düşmən tapdağı altında qalmasıdır.Lakin bu narahatlıq heç də ümidsizlik 
hissləri  doğurmur,  əksinə  aparılan  siyasət  müsbət  yekuna  nail  olmaq  ümidini  bir 
qədər  artırmışdır.Bu  inam  həm  də  ordunun  möhkəmliyini  qüvvətləndirir.  Lakin 
Azərbaycan  mümkün  qədər  hərbi  iddialardan  ,  güc  nümayiş  etdirmək 
mövqeyindən  uzaqdır  və  sülhə  nail  olmaq  tərəfdarıdır.  Lakin  onun  həm  də  öz 
torpaqlarını hərb yolu ilə azad etmək hüququ vardır.  
 Sülh  müqaviləsi  əlbəttə  ki,  kompromisslərə  getmək  iradəsi  hesabına 
imzalana  bilər  və  Azərbaycan  dövləti  ondan  asılı  olan  muxtariyyət  statusu 
verilməsində  hər  cür  güzəştlərə  getməyə  hazır  olduğunu  dəfələrlə  bəyan  edib. 
Təəsüf  ki,  Ermənistan  özünü  qalib  qiyafəsində  gördüyündən,  danışıqların  uğurla 
nəticələnməsinə  hər  cür  maneçiliklər  göstərir.  Dağlıq  Qarabağda  yaşayan 
ermənilərin  təhlükəsizliyi  üçün  ağlasığmayan  qarantiyalar  verilməsi  bəhanəsilə 
şərtlər irəli sürülür, əslində nəticə etibarilə bu, həmin ərazini Azərbaycanın suveren 
yurisdiksiyasından qoparmaq məqsədini güdür . Ermənistan qəsb etdiyi ərazilərin 
boşaldılması  müqabilində  dünya  praktikasında  analoqu  olmayan  tələblər  irəli 
sürməklə,  sülhə  nail  olmaq  prosesinə  hər  cür  əngəllər  törədir.  Haqq,  ədalət  isə 
Azərbaycanın  tərəfindədir  və  nə  ölkə  rəhbərliyi,  nə  də  xalq  onun  suveren 
hüquqlarına xələl gətirən və əlavə biabırçılıq bəxş edən heç bir addımı atmaz, diqtə 
üslubunda  irəli  sürlən  şərti  qəbul  etməz.  Ermənistan  danışıqlarda  formal  qaydada 
iştirak  etsə  də,  müxtəlif  bəhanələrlə  real  danışıqlardan  boyun  qaçırmaq  yolu  ilə 
müharibə vəziyyətinin uzanmasına , sülh şərtlərinin sıradan çıxmasına can atır.Bu 
isə  əslində  arzu  olunmayan  perspektivin  yaranmasına  səbəb  ola  bilər  və  onun 
Ermənistan  üçün  daha  qeyri-  məğbul  olacağını  proqnozlaşdırmaq  heç  də  çətin 
deyildir..  Ermənistan  yalnız  qısa  müddət  üçün  və  lokal  xarakter  daşıyan 
müharibəyə davam gətirə bilər. 
 Azərbaycan  isə  daha  geniş  müqyaslı  və  uzun  müddətli  müharibənin 
ağırlığına  dözmək  iqtidarındadır  .Müharibəyə  Ermənistanın  tərəfində  hansısa 



 
ikinici  bir  dövlətin qarışması  əlavə  çətinliklər  yaratmaqla  yanaşı  , digər  tərəfədən 
də  əlaqə  qüvvələrin  cəlb  olunmasına,  müharibə  teatırının  bütün  regionu  əhatə 
edərək,  böyüməsinə  gətirib  çıxra  bilər  və  bu  perspektiv  həmin  təşəbüsdə  ilkin 
bulunan dövlətə heç bir fayda verməz. 
 Azərbaycan,  ümumiyyətlə  silahlı  münaqişlərin  yenidən  start  götürməsini 
məqsədəuyğun saymır və ona gorə də danışııqlarda konstruktivlik nümayiş etdirir. 
İndi top yenidən Ermənistan tərəfdədir və hadisələrin sonrakı inkişafı onun düzgün 
mövqe tutub, tutmayacağından asılı olacaqdır. Ermənistan sülhə meyl etməsə, əldə 
etdiklərini  qoruyub  saxlamaq  fikirinə  düşsə,  regionu  yenidən  fəlakətə 
sürükləyəcək. Və ondan ən böyük zərəri özü çəkməli olacaqdır. 
 İkinci  Puniya  müharibəsi  ərəfəsində  Krarfagenə  gəlmiş  Roma  senatının 
nümayəndə  heyətinə  başçılıq  edən  Fabi  Maksim  yerli  senatda  çıxışını  bitirdikdən 
sonra  toqasının  ətəyini  büküb  orada  çökək  əmələ  gətirərək  demişdi:  “Mən  sizə 
burada  sülh  və  müharibə  gətirmişəm,  hansını  istəyirsiniz  seçin”.  Karfagen  senatı 
müharibəni  seçdi  və  iki  onilliyə  qədər  çəkən  silahlı  münaqişənin  sonunda  ağır 
şərtlərlə  sülh  bağlamaq  məcburiyyətində  qaldı.  Haniballın  hərb  dühası  da  ona 
kömək edə bilmədi. Yarım əsir keçməmiş üçüncü müharibədə romalılar Karfageni 
darmadağın edib , viran qoydular, şəhər- dövlət bütünlüklə yer üzündən silindi. 
 İndi Ermənistan tərəfi öz seçimini etməlidir. İndiyə qədər bel bağladığı silah 
diplomatiyası ona artıq fayda verə bilməz. Çünki üç mühim sahədə- siyasi, iqtisadi 
və  müəyyən  dərəcədə  də  hərbi  sahədə  Azərbaycan  ondan  yaxşı  vəziyyətdədir 
.Vaxtilə bizim ölkəni gücdən salan başıpozuqluq və anarxiya meyilləri bütünlüklə 
aradan  qaldırılmışdır.  Hakimiyyətlə  xoş  münasibət  simfoniyasından  söhbət 
getməsə də, cəmiyyət düşmənə münasibətdə monolitlik yoluna qədəm qoymuşdur . 
Bu  sahədə  iqtidar-  müxalifət  münasibətləri  bir-  birini  inkar  etmək  mövqeyindən 
uzaqlaşmağa  cəhd  edir,  bütövlükdə  demokratik  və  sivil  mübarizə  çalarları  qəbul 
edir  .Ermənistanda  isə  son  prezident  seçkilərindən  sonra  vəziyyət  xeyli 
gərginləşmiş,  itaətsizlik  halları,  əks  mövqedən  çıxış  edən  nümayiş  iştirakçılarının 
öldürülməsi baş vermişdir. Əslində, bu ölkədə siyasi mübarizə böhran səviyyəsinə 
çatan qarşıdurma ilə əvəz olunmuşdur. Xalqın iki yerə parçalanması qorxusu özünü 
nişan verməyə başlamışdır. 
 İqtisadi  inkişaf  və  onun  himayəsində  boy  atan  hərbi  qüdrət  sahəsində 
Azərbaycanın  potensialı  xeyli  böyümüşdür,  buna  baxmayaraq  o  öz  əlehdarının, 
daha  dəqiq  deyilsə  düşməninin  siyasi  və  iqtisadi  sahədəki  zəifliklərindən  istifadə 
etmək  fikrindən  çox  uzaqdır.  Coğrafi  qonşuluq  ,  yaxınlıq  hətta  müharibənin 
yaratdığı düşmənçiliklə də ləğv edilə , silinə bilməz.Hər iki tərəf bu həqiqəti dərk 
etmək,  ondan  nəticə  çıxarmaq  istəyində  və  iradəsində  olmalıdır.Çünki  hər  bir 
müharibə  sülhlə  yekunlaşır  və  bəşər  tarixi  göstərir  ki,  şüurlu  insan  üçün  sülh 
şəraitində yaşamağın özgə bir alternativi yoxdur. 
 Bu gün  hər iki xalq dillema  qarşısındadır: sülh və  ya  müharibəni  seçmək  . 
Azərbaycan  xalqının  və  rəhbərliyinin  seçiminə  heç  bir  şübhə  yoxdur.  Ermənistan 
rəhbərliyi  bu  bəladan  xilas  yoluna  iti  düşüncə  tərzi  ilə  baxmalıdır  və  gec  də  olsa 
diplomatiya  silahından  istifadəyə  və  onun  qələbəsinə  nail  olmağa  üstünlük 
verməlidir. 


Yüklə 5,01 Kb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   ...   171




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə