Telman orucov


“525-ci qəzet”.26.07.2008



Yüklə 5,01 Kb.
Pdf görüntüsü
səhifə4/171
tarix17.11.2017
ölçüsü5,01 Kb.
#10701
1   2   3   4   5   6   7   8   9   ...   171


 
  
“525-ci qəzet”.26.07.2008 
 
 
 
Xəyanətdən müharibəyə gedən yol 
 
Bu  gün  informasiya  orqanlarının  gündəliyində  özünə  möhkəm  yer  tapan 
Dağlıq  Qarabağ  problemi  əslində  tarixdə  daim  münaqişələrə  səbəb  olan 
xəyanətdən  başlanmışdı.  Bir  qrup  qatı  erməni  millətçisi  Azərbaycanın  bu  tarixi 
ərazisini qoparmaq üçün əvvəlcə xəyanət yolunu tutmuş, sonra isə bunun davamı 
kimi cürbəcür fitnəkarlıqlara, nəhayət qanlı müharibəni alovlandırmağa əl atmışdı. 
Onların  dilində  mantraya  çevrilmiş  milli  və  ya  sosial  narazılığın  baş  verməsinə 
əslində  heç  bir  səbəb  də  yox  idi.  Səbəbin  olmaması  bir  yana  qalsın,  heç  hiddət 
partlayışı üçün bəhanə də yox idi. Dağlıq Qarabağ muxtar vilayətinin iqtisadiyyatı 
yüksələn xəttlə inkişaf edirdi, əhalinin rifahı ilbəil yaxşılaşırdı və ölkədəki ümumi 
səviyyədən  heç  də  aşağı  deyildi.  Respublikanın  paytaxtında,  digər  regionlarında 
yaşayan  erməni  əhalisinə  qarşı  heç  bir  ayrı-seçkilik  siyasəti  aparılmırdı,  diqqətlə 
təhlil etdikdə yalnız ermənilərin siyasi həyata və rəhbər vəzifələrə daha geniş cəlb 
olunması  nəzərə  alınmaqla  müsbət  diskriminasiyanın  mövcudluğunu  qeyd  etmək 
olardı. Muxtar vilayətdə isə azərbaycanlılar bəzi hallarda belə ayrı-seçkiliyə, hətta 
seqreqasiya  elementlərinə  məruz  qalırdılar,  vilayətin  paytaxtında  və  rayon 
mərkəzlərində 
azərbaycanlıların 
məskunlaşmasına  örtülü  məhdudiyyətlər 
qoyulurdu. Bütövlükdə iki xalq arasında kindən, nifrətdən uzaq olan münasibətlər 
aparıcı  rol  oynayırdı.  Əhəmiyyətsiz  istisnalar  isə  mənzərəni  korlamağa  qadir 
deyildi. 
Əlbəttə,  belə  vəziyyət  qatı  erməni  millətçilərinin  strategiyasına  qətiyyən 
uyğun gəlmirdi. Azərbaycan ərazisini parçalamaq yolu ilə, onun bir hissəsinə sahib 
olmaq  niyyəti  onların  şüurunu  bir  an  da  olsun  tərk  etməmişdi.  Ümumiyyətlə, 
ermənilər  qonşuluqda  yaşayan  xalqlara  qarşı  ərazi  iddialarını  özləri  üçün  bir 
pozulmaz doqmaya çevirmişlər. Onlar təkcə Azərbaycanın deyil, qonşu Türkiyənin 
və  Gürcüstanın  ərazilərinə  göz  dikmələrini  dayandırmır,  əlverişli  şəraitin 
gələcəyini gözləyirlər. Belə iddialar yazıçıların, jurnalistlərin sevimli mövzularına 
çevrilmişdir,  onların  yazıları  bu  torpaqlar  üçün  süni  həsrət  hissləri  ilə  doludur. 
Hətta  bəzən  gülməli  görünən  motivlər  də  uydurulurdu.  Naxçıvanda  vaxtilə 
çoxsaylı  erməni  ailələrinin  yaşadığı  əsas  götürülərək  azərbaycanlıların  bu  qədim 
torpağına  olan  iştahalar  azalmaq  bilmirdi.  Arqumentlərinin  sarsılmazlığına  bel 
bağlayan  bu  üzdəniraq  ziyalılar  unudurdular  ki,  Ermənistanın  sonralar  paytaxtı 
adını  alan  Yerevanın  sakinləri  arasında  böyük  tarixi  müddət  ərzində  sayca  nisbi 
çoxluq  məhz  azərbaycanlılara  məxsus  olmuşdu.  Zəngəzur  azərbaycanlıların 
kompakt  yaşadığı  diyar  olsa  da,  Ermənistan  sovet  respublikası  yaradılanda  onun 
tərkibinə  daxil  edilmişdi.  Belə  tarixi  faktlar  erməni  millətçilərinin  xülyalarını 
bütünlüklə alt-üst edir.  
Azərbaycan  daim  öz  ərazisinə  gələn  ermənilərə  ağuşunu  açmaqla  öz 



 
xalqının  malik  olduğu  alicənablığı  nümayiş  etdirmişdir.  1988-ci  ilin  sonunun 
məlum  hadisələrinə  qədər  ermənilərin  nə  vaxtsa  kütləvi  şəkildə  bu  ölkədən 
köçürülməsi,  çıxarılması  faktı  ümumiyyətlə  mövcud  olmadığı  halda,  1948-ci  və 
1950-ci  illərdə,  müharibədən  sonra  guya  ana  vətənlərinə  qayıdan  repatriantların 
yerləşdirilməsi  pərdəsi  altında  Ermənistandan  on  minlərlə  azərbaycanlı  ailəsi 
açıqca  sürgünə  məruz  qalmış,  öz  yurd-yuvalarından  qopardılıb  Azərbaycana 
göndərilmişdi.  Tarixdə  mövcud  olmuş  yunan-türk,  hindli-pakistanlı  əhalilərin 
qarşılıqlı  yerdəyişməsinin,  kütləvi  köçünün  faciəli  hisslərini  bu  dəfə  yalnız 
azərbaycanlılar  yaşamalı  olmuşdu.  Bu  əslində  zorakı  xarakter  daşıyan  köç 
Azərbaycanda  elə  bir  hiddət  dalğası  yaratmamış,  ermənilərə  qarşı  münasibətdə 
mənfi işarəli heç bir dəyişiklik baş verməmişdi. 
Sonrakı  hadisələr  göstərdi  ki,  repatriantların  yerləşdirilməsi  şüarı  yalnız 
gözdən  pərdə  asmaq  məqsədini  güdürmüş,  90-cı  illərdə  artıq  monomilli  tərkibə 
məxsus  olacaq  Ermənistan  bu  bədnam  siyasətinə  hələ  yarım  əsr  əvvəl,  SSRİ-nin 
mövcudluğu  şəraitində  başlamışdı.  Repatriantlara  isə  yeni  Xanaan  vəd  edilmişdi, 
süd və bal çayları ilə onlar şirnikləndirilmişdi. Ona görə də əsasən kəndli kütləsini 
təşkil edən azərbaycanlıların yaşadığı məntəqələrdə məskunlaşmaları ilə onlar heç 
cür razılaşmazdılar. 
Faktlar  göstərir  ki,  millətçilərin  Qarabağı  Azərbaycandan  ayırmaq 
cəhdlərinin heç bir nə tarixi, nə hüquqi, nə də digər bir əsası yoxdur. Onlar əlacsız 
qalıb məişət zəminində baş verən ixtilafları qabarda bilərlər. Lakin bu məsələdə də 
onlar uduzurlar, çünki belə ixtilaflar nadir hallarda baş verirdi və bu qovğalar hər 
iki millətin öz daxilində baş verən münaqişəli hadisələrlə müqayisədə olduqca cılız 
və  əhəmiyyətsiz  görünürdü.  Hətta  bunlar  da  nəzərə  alınsa  belə,  milli  ədavətə 
gətirib çıxaran elə bir hadisə baş vermirdi. 
Lakin erməni millətçiləri ədavət toxumu səpmək üçün istənilən fürsəti fövtə 
vermirdilər.  Axı  onlar  geniş  cəbhə  boyu  fəaliyyət  göstərirdilər.  Azərbaycanlılar 
üçün erməni millətçiliyi “daşnaklar” adı altında tanınsa da, qatı millətçilər təkcə bu 
hərəkatda  təmsil  olunmurdular,  bu  şəbəkə  çoxlu  qollara  və  şaxələrə  malik  idi. 
Onlar  şəfa  verən  cərrah  bıçağını  da  qatilin  xəncəri  kimi  qələmə  verməkdən 
çəkinmirdilər.  Cinayət  hadisəsinin  mahiyyətinə  əhəmiyyət  vermədən,  bunu  milli 
zəminə keçirməyi özlərinin uduş şansı hesab edirdilər. 1967-ci ildə erməni mənşəli 
bir  uşağın  öldürülməsində  qatil  kimi  ittiham  edilən  bir  azərbaycanlının 
Stepanakertdə  məhkəməsi  başa  çatdıqdan  sonra  guya  cəzanın  yüngüllüyündən 
narazı olduqlarına görə bir qrup adam (oxu: qatı millətçilər) dustağı aparan maşını 
yandıraraq,  özbaşına  mühakimə  qaydasında  onun  həyatına  fərman  vermişdilər. 
Azərbaycanın  o  vaxtkı  rəhbərliyi  hadisənin  qəzəb  əks-sədası  yaradacağından 
ehtiyat  edərək,  onun  ictimai  rəyə  təsir  göstərməsinə  imkan  verməmişdi.  Azğın 
millətçilər isə bunu zəiflik əlaməti kimi qiymətləndirmişdilər. 
Heydər  Əliyev  respublika  rəhbərliyinə  gəldikdən  sonra,  1970-ci  illərin 
əvvəllərində  həyatın  digər  sahələrindəki  nöqsanlara  qarşı  kəskin  mübarizə 
aparıldığı  kimi,  milli  münasibətlərdəki  sui-istifadə  hallarına  da  son  qoyulmağa 
başlandı.  Millətçilərin  bel  bağladığı  dayaqlar  getdikcə  uçurulurdu.  Dağlıq 
Qarabağın  iqtisadi  və  mədəni  inkişafına  diqqət  artırıldı.  Stepanakertdə  Pedaqoji 


Yüklə 5,01 Kb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   ...   171




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə