Telman orucov



Yüklə 5,01 Kb.
Pdf görüntüsü
səhifə5/171
tarix17.11.2017
ölçüsü5,01 Kb.
#10701
1   2   3   4   5   6   7   8   9   ...   171

10 
 
İnstitut  təsis  edildi,  burada  tələbələr  erməni  və  azərbaycan  bölmələrində  təhsil 
alırdılar. Vilayətin paytaxtına dəmir yolu çəkildi. Xocalıda aviasiya reyslərinə yol 
açan hava limanı istifadəyə verildi. Ermənistanla nəqliyyat əlaqəsinə imkan verən 
Şuşa-Laçın  yolu  yenidən  tikildi.  Bir  sıra  sənaye  müəssisələri  işə  salındı. 
Üzümçülük  və  şərabçılıq  sürətlə  inkişaf  etdirildi.  Stepanakertdə  və  Şuşada  geniş 
miqyasda  tikinti-quruculuq  işləri  aparıldı.  Bütün  bunlar  və  həmçinin  aparılan 
səmərəli  ideoloji  iş  muxtar  vilayətdə  mənəvi  iqlimin  saflaşmasına  xeyli  şərait 
yaratdı.  Yarasalar  işıqdan  qaçan  kimi  qatı  millətçilərin  də  ciyərləri  saf  hava  ilə 
nəfəs  almağa  yaramırdı,  ona  görə  də  onlar  vilayəti  tərk  edib,  isti  yuvaya 
yiyələnmək  niyyəti  ilə  Yerevana  üz  tutdular.  Axı  onların  bir  hissəsi  həm  də  sui-
istifadə  hallarına  yol  verdiklərinə  görə  rəhbər  vəzifələrdən  uzaqlaşdırılmışdılar, 
əvvəlki nüfuz dairələrini itirmişdilər. 
Lakin  vilayətdəki  sabitlik,  əmin-amanlıq  erası  uzun  sürmədi.  1985-ci  ildə 
ölkə  rəhbərliyinə  gəlmiş  Mixail  Qorbaçovun  siyasi  həyatı  demokratikləşdirmək 
ideyası  Dağlıq  Qarabağda  separatçı  ünsürlərin  çirkab  köpüyü  kimi  baş 
qaldırmasına  münbit  şərait  yaratdı.  Vilayətdəki  qatı  millətçilər  ölkəni  fəlakətə 
aparan  dalğanın  detonatoru  rolunda  çıxış  etməyə  başladılar.  Bu  vaxt  millətçi 
liderlər  də  Yerevandan  geri  dönmüşdülər  ki,  separatizm  hərəkatına  birbaşa 
rəhbərlik etsinlər. Getdikcə səsi yüksələn xora azmış oğul kimi geri qayıdan və daş 
karxanasına  direktor  təyin  edilmiş  Arkadi  Manuçarov  dirijorluq  edirdi.  Vilayətin 
rəhbərliyi isə millətçiliyə qarşı əvvəlki mübarizəsini zəiflətmiş, heçə endirmişdi və 
əslində prosesə nəzarəti itirməklə hadisələrin quyruğunda sürünürdü. 
Qatı  erməni  millətçiliyi  öz  aqressiv  planlarının  əlamətlərini  1987-ci  ildə 
büruzə  verməyə  başlamışdılar.  Həmin  il  Heydər  Əliyevin  Sov.  İKP  MK  Siyasi 
Bürosunun  tərkibindən  və  SSRİ  hökumətindəki  rəhbər  vəzifədən  uzaqlaşdırılması 
ilə  onların  təxribat  yönlü  hərəkətləri  üçün  münbit  şərait  yaranmışdı  və  bu  vaxta 
qədər davam edən məxfilik pərdəsi yırtılmış, sərsəm iddialar açıq-aşkar müstəviyə 
keçirilmişdi.  Akademik  Aqanbeqyanın  Parisdəki  Dağlıq  Qarabağın  Ermənistana 
aid olması barədəki provokasiya xarakterli çıxışı separatizm üçün onu dəstəkləyən 
qüvvələrin  şüurunda  yaşıl  işıq  yandırmışdı.  Zori  Balayanın  azərbaycan  xalqına 
qarşı  nifrət  və  kinlə  mayalanmış  “Ocaq”  adlı  kitabı  erməni  millətçiliyinin  əlavə 
ideoloji  təminatına  çevrilmişdi.  Belə  bir  şəraitdə  Mixail  Qorbaçovun  bilavasitə 
bələdçiliyi  və  iştirakı  ilə  Azərbaycana  təzyiqlər  artırdı.  Ermənistan  nə  sahədəsə 
tənqid  ediləndə  “birləşmiş  qablar”  qanunun  icrası  kimi  Azərbaycan  da  paralel 
olaraq  əslində  əsassız  ittihama  məruz  qalırdı.  Azərbaycan  KP  MK  birinci  katibi 
Kamran  Bağırovun  bu  təzyiqləri  dəf  etmək  cəhdləri  uğur  qazanmırdı.  Artıq 
respublika  partiya  rəhbərliyinin  daxilində  də  müəyyən  çaşqınlıq  və  qıcqırma 
əlamətləri  nəzərə  çarpırdı.  Hələ  öldürülməmiş  ayının  dərisindən  xəz  çuxa 
geyinmək  arzusunda  olanlar  boşalması  gözlənilən  birinci  katib  postunu  tutmaq 
üçün yollar və vasitələr axtarırdılar. 
Bir  qədər  sonra  hadisələr  daha  gərgin  fazaya  daxil  oldu.  1988-ci  ilin 
fevralında vilayətin paytaxtının mərkəzi meydanında mitinqlər başladı. İlk mitinq 
baş verən ərəfədə mən Qubaqlı, Zəngilan, Cəbrayıl rayonlarında ezamiyyətdə idim, 
Mərkəzi  Komitənin  aqrar  məsələlər  üzrə  katibi  kimi  kənd  təsərrüfatı  işlərinin 


11 
 
vəziyyəti  ilə  tanış  olurdum.  Axırıncı  gün  Cəbrayıl  rayon  partiya  komitəsində 
müşavirə  keçirərkən  Azərbaycan  KP  MK-nın  birinci  katibi,  mərhum  Kamran 
Bağırov  məni  telefona  çağırdı  və  göstəriş  verdi  ki,  təcili  Stepanakertə  gedim. 
Söhbətin gedişində orada vəziyyətin yaxşı olmadığını da qeyd etdi. 
Vilayət  partiya  komitəsində  məndən  bir  az  əvvəl  buraya  gəlmiş  Mərkəzi 
Komitənin ideoloji iş üzrə katibi Ramiz Mehdiyevlə görüşdüm. Biz gecəni birinci 
katibin kabinetində keçirdik. Gecə saat 4-ə yaxın vilayət qəzetində vəziyyəti təhlil 
edən məqaləni dərc etməkdən redaktorun imtina etdiyini xəbər verdilər. Məqalədə 
“Azərbaycan”  sözünün  işlədilməsinin  əhalini  guya  hiddətləndirəcəyini  əsas 
gətirərək redaktor belə mövqedən çıxış etmişdi. Bundan əvvəl isə o, vilayət partiya 
komitəsinin  ideoloji  iş  üzrə  katibi  işləmişdi.  Onun  belə  təslimçi  mövqeyi  hiddət 
doğurmaya bilməzdi, o, əslində əhalidən deyil, artıq bütün məsələlərə nəzarət edən 
qatı millətçilərdən qorxurdu, çünki onlar “xain” damğası yapışdırmaqla onu şantaj 
edə bilərdilər. 
Bu  gecə  bizə  çox  həqiqətləri  anlatdı.  İyrənc  epizod  isə  Azərbaycanın 
ərazisinin parçalanmasına yönələn təhlükənin ilk nişanəsi idi. 
Mitinqlər  artıq  vilayət  paytaxtının  həyatının  başlıca  atributuna  çevrilmişdi, 
adamlara işləməyə də imkan vermirdilər. Bu vaxt Moskva heç bir ciddi tədbirə əl 
atmağa icazə vermirdi, çıxış yolunu vilayət rəhbərliyini dəyişdirməkdə gördü. Bu, 
əslində qəti addımlardan qaçmaq yolu olmaqla vəziyyətə müsbət təsir göstərmədi. 
Az  sonra  Azərbaycanda  və  Ermənistanda  rəhbərliyin  dəyişdirilməsi  baş  verdi, 
“xilas kəməri” kimi düşünülən həmin tədbir də heç bir faydalı bəhrə vermədi. Bir 
qayda  olaraq  kosmetik  əməliyyatlar  zahiri  təsir  bağışlayır,  mahiyyət  isə  elə  bir 
korreksiyaya  məruz  qalmır.  Azərbaycanda  yeni  rəhbərlik  səmərəsiz  güzəştlər 
yolunu  tutmaqla  səhvləri  daha  da  dərinləşdirdi.  Mərkəzi  Komitənin  birinci  katibi 
Əbdürrəhman  Vəzirov  problemə  nüfuz  etmək  əziyyətinə  qatlaşmırdı,  adekvat 
addımlar  əvəzinə  palliativlərə,  bəzən  hətta  primitiv  effekt  yaradan  tədbirlərə 
üstünlük verirdi. Onun “süvari hücumu” ilə məsələni bir andaca həll etmək inamı 
gerçəkliklə üzləşdikdə iflasa uğradı. Bu isə çox güman ki, Moskvanı razı salmamış 
deyildi. 
Şovinistlər  başqa  millətlərin,  xüsusən  qonşu  xalqların  timsalında  düşmən 
obrazı  yaratmadan  keçinə  bilmirlər.  Onlar  bu  “düşmənə”  hər  an  xətər 
toxundurmağa, ziyan vurmağa çalışırlar. Lakin bu münasibətin mahiyyətinə nüfuz 
etdikdə görürük ki, xətər, bəla birinci növbədə şovinistlərin mənsub olduğu xalqa 
dəyir.  Alman  şovinizminin  bu  xalqı  hansı  fəlakətlərə  sürüklədiyi  əyani  bir 
sübutdur.  Qatı  millətçilər  əks  qütbdə  hesab  etdikləri  milləti  izqoy  vəziyyətinə 
salmağa  çalışsalar  da,  əslində  özünə  böyük  bədbəxtlik  uçurumu  yaratmış  olur. 
“Miatsum”  şüarı  vasitəsilə  və  mistik  xoşbəxtliyə  çatdırılacağı  vədi  ilə  Qarabağ 
ermənilərini  aldadanlar, onların bir  hissəsini  zombilərə  çevirənlər  hər  iki tərəfdən 
olan  yüz  minlərlə  adamı  fəlakətli  günlər  yaşamağa  məcbur  etdilər.  Yer  üzərində 
cənnətlə üzləşəcəklərini güman edənlər səfalətli həyatın bütün nümunələri ilə tanış 
olmaq  imkanı  qazandılar,  Dante  cəhənnəminin  doqquz  dövrəsindən  keçdilər. 
Eldorado  xəyalı  ilə  yaşayanlar  ehtiyacın,  yoxsulluğun,  evsiz-eşiksizliyin  eybəcər 
sifətləri ilə üzləşməli oldular. 


Yüklə 5,01 Kb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   ...   171




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə