Telman orucov



Yüklə 5,01 Kb.
Pdf görüntüsü
səhifə6/171
tarix17.11.2017
ölçüsü5,01 Kb.
#10701
1   2   3   4   5   6   7   8   9   ...   171

12 
 
Qatı  millətçiliyin  ən  sınanmış  silahı  ekstremizmdir,  terrordur.  O 
ekstremizmin  palitrasında  olan  bütün  mənfur  rənglərdən  istifadə  edir,  öz 
cəbbəxanasına  yeni-yeni  fitnəkarlıq  silahları  əlavə  edir,  hədəf  seçdiyinə  qarşı 
yönəldilən  hər  cür  vəhşiliyi  az  qala  qəhrəmanlıq  nümunəsi,  rəşadət  rəmzi  kimi 
qələmə  verir.  Ona  görə  də  az  müddət  keçdikdən  sonra  mitinqlər  özünün  ideya 
mübarizəsi xarakterini dayandırdı, iyrənc məqsədlərinə çatmağa mane olan maddi 
qüvvəyə  qarşı  həmlə,  hücum  çağırışlarına  əl  atdı.  Əlbəttə,  mitinqdə  qan  tökmək 
barədə  çıxışlar  eşidilmirdi.  Lakin  bu  ictimai  iğtişaş  öz  inkişafını,  yalnız  daha 
kəskin və tutarlı saydığı metodlara keçməkdə görürdü. 
Vilayətin  ərazisində  yaşayan  azərbaycanlılara  qarşı  hər  cür  zorakılıq 
hərəkətlərinə  rəvac  verilirdi.  Stepanakertdə  yaşayan  azərbaycanlıların  evləri 
yandırılır,  onlar  güc  və  hədə  tətbiq  edilməklə  təhqiramiz  şəkildə  öz  yaşayış 
məskənlərindən  qovulurdular.  Bu  məcburi  köçkünlər  üçün  sığınacaq  yaratmaq 
məqsədilə Xocalıda və Malbəylidə 52 taxtadan tikilən ev istifadəyə verildi. Vilayət 
rəhbərliyi öz doğma ocaqlarından ailələrin qovulmasına göz yumduğu azmış kimi, 
həmin  tikintiyə  də  mane  olmaq  üçün  Moskvanın səlahiyyətlərinə  müraciət  edirdi. 
Sovet hərbçiləri erməni millətçilərinin göstərişlərinə itaət qaydasında tikintiyə yük 
daşıyan nəqliyyatın hərəkətinə maneələr törədirdilər. 
Qarabağ  ekstremistlərinin  vəhşiliyi  Ermənistanda  böyük  əks-səda  yaratdı. 
Respublikada  yaşayan  bütün  azərbaycanlı  əhalinin  zorla  qovulub  Azərbaycana 
sürgün  edilməsinə  başlandı.  Qaçqınlar  dəstəsinin  gəlişi  fasilə  vermirdi.  Qış 
aylarında  əhalinin  bir  hissəsi  heç  bir  minik  vasitəsi  olmadan  qarlı  dağlardan 
keçməyə məcbur olurdu. Belə kütləvi qovulma siyasəti Azərbaycanda da müəyyən 
reaksiya yaratmamış qalmadı, ermənilər də öz evlərini tərk edib SSRİ-nin müxtəlif 
regionlarına  səpələndilər,  onların  az  hissəsi  Ermənistanda  özünə  sığınacaq  tapdı. 
Millətçilərin onlara vəd etdikləri “qızıl dağlar” bir andaca öz saxtalığını, ağ yalan 
olmasını büruzə verdi. 
Zorakılıq  spiralı  istənilən  vaxt  açıq  müharibəyə  gətirib  çıxara  bilərdi  və 
ekstremistlər  casus  belli  yaratmaq  üçün  dəridən-qabıqdan  çıxırdılar.  Əvvəllər 
epizodik  xarakter  daşıyan  toqquşmalar  artaraq  onların  çox  arzu  etdikləri 
müharibənin  başlanmasını  mümkün  etdi.  Savaşa  ermənilər  ciddi  hazırlıq  da 
görmüşdülər.  Ermənistan  Qarabağ  separatçılarını  silahlandırmaq  üçün  hər  cür 
vasitələrdən istifadə edirdi. Oradan göndərilmiş beton məmulatları vaqonunda çox 
sayda “qrad” raketləri aşkar edilmişdi. Stepanakertdə zavodda və emalatxanalarda 
gizli  qaydada  sadə  silah,  sursat  istehsal  edilirdi.  Azərbaycanda  isə  Moskvanın 
təkidi  ilə  hətta  ov  silahları  da  sahiblərindən  alınıb  istifadədən  yığışdırılmışdı. 
Çexovun  dediyi  kimi,  birinci  səhnədə  divardan  asılan  silah  dördüncü  səhnədə 
hökmən  atəş  açmalıdır.  Artıq  ekstremistlərin  silahlı  dəstələri  mövcud  idi,  onlar 
əhalini  vahimədə  saxlamağa  çalışırdı.  Belə  dəstələr  Şaumyan  (kənd)  rayonunda 
xüsusi fəallıq göstərirdi, digər yerlərdə də dinc əhaliyə qarşı basqınlar baş verirdi. 
Bu  silahlı  həmlələrdən  mülki  əhali  böyük  ziyan  çəkirdi,  onların  əmlakı  qəsb 
edilirdi. Bununla əlaqədar olaraq “Nyurnberq prosesi” filmindəki “cinayətin ölüm 
saçan  alətini  göndərən  hər  bir  adam  günahkardır”  sözlərinə  əsaslanaraq  demək 
lazımdır  ki,  Qarabağ  ekstremistləri  ilə  birgə  onların  Ermənistandan  olan 


13 
 
silahdaşları da birbaşa məsuliyyət daşıyırdılar. Heç kəsin fəaliyyətini nəyisə nəzərə 
alaraq  ört-basdır  etmək,  unutmaq  olmaz,  ideya  mübarizəsini  terrora,  ekstremizm 
tufanına  çevirənlər  ən  azı  tarix  qarşısında  cavabdehliklərini  dərk  etməlidirlər. 
Dünyada  mütləq  müqəddəslər  olmadığı  kimi,  mütləq  əclaflar  da  yoxdur.  Ancaq 
qan  axıtmaq,  dinc  insanları  qətlə  yetirmək  –  hansı  bir  ideya  naminə  həyata 
keçirilirsə keçirilsin, ən ağır cinayətdir, insanlığa qarşı olan cinayətdir. 
Qatı  erməni  millətçiləri  özlərini  manixeizm  təliminin  ardıcılları  kimi 
apararaq  dünyanı  iki  qütbə,  xeyirə  və  şərə,  özününkülərə  və  özgələrə  bölürlər. 
Qədim  İran  filosofunun  doktrinasına  inanc  gətirənlər  üçün  düşmənsiz  olan  həyat 
artıq yaşamaq üçün mümkün olmayana çevrilir. Müasir erməni “manixeistlərinin”, 
dostluqdan savayı onlara başqa bir münasibət göstərməyən, öz ölkəsinin ağuşunu 
mehribanlıqla  açan  bir  xalqa  qarşı  belə  nankorluqla  yanaşmaları  faktına  təəccüb 
qalmaya  bilmirsən.  Çox  pis  haldır  ki,  bəzən  xalqın  xeyli  hissəsi  belə  xəstəliyə 
sirayətlənmiş olur. Əgər ekstremistlər üçün müharibə sənətə, peşəyə çevrilirsə, bu 
daha qorxuludur. Klinik vətənpərvərlər müalicə olunmaq əvəzinə məxsus olduqları 
xalqa  öz  dəhşətli  xəstəliklərindən  pay  verməyə  çalışırlar.  Separatizm  küləyi  bir 
çoxlarının  şüurunu  qarışdırmaqla,  onları  qonşuluqda  yaşadığı  xalqla  düşmənçilik 
yoluna,  müharibə  cığırına  salır.  Onlar  bircə  şeylə  öyünə  bilərlər  ki,  apardıqları 
müharibə  xalqımıza  ağır  yaralar  vurmuş  və  bu  xoralar  indiyədək  sağalmamış 
qalmışdır.  Bu  sevinc  ibtidai  insanın  öldürülmüş  qurbanın  dövrəsindəki  ritual 
rəqslərini yada salmaya bilmir. 
Müharibə,  bədbəxtlikdən  Azərbaycanı  sarsıntılar  dövründə  haqladı. 
Müstəqillik  qazanmış  ölkənin  mərkəzləşmiş  ordusu  yox  idi,  yaradılan  müdafiə 
batalyonları muxtar qaydada vuruşmağa üstünlük verdiyindən qazanılan uğur da az 
sonra  yoxa  çıxırdı.  İntizam  zəif  idi,  əməliyyatlar  koordinasiya  edilmədiyindən 
pərakəndə  xarakter  daşıyırdı.  Bəzən  adi  döyüş  qaydalarına  əməl  edilməməsi  ağır 
itkilərlə nəticələnirdi. Birinci Dünya müharibəsində belə bir zərb-məsəl yaranmışdı 
ki,  “tər  qanı  xilas  edir”.  Tər  axıtmaqla  qazanılan  səngərlər  piyadaların  həyatını 
düşmən  gülləsindən  çox  vaxt  hifz  edirdi.  Təəssüf  ki,  döyüşən  qruplarda  bəzən 
səngər  qazılması  artıq  bir  iş  hesab  olunurdu.  Məğlubiyyətə  baxmayaraq,  sıravi 
döyüşçülərimizin  igidliklə,  fədakarlıqla  vuruşması  üzərinə  heç  kəs  kölgə  sala 
bilməz. Komandanlığın isə taktiki ustalığı aşağı idi, düşmənin imkanları lazımınca 
qiymətləndirilmədiyindən  bu  ağır  nəticələrə  gətirib  çıxarırdı.  Belə  bir  şəraitdə 
erməni  quldurları  daha  da  həyasızlaşırdı.  1992-ci  ilin  fevralında  ermənilər 
Rusiyanın  motorlu  atıcı  alayının  köməkliyi  ilə  gecə  Xocalı  şəhərinə  hücum  edib 
qocaları, uşaqları, qadınları, dinc əhalini qırğına məruz qoydu. Yüzlərlə günahsız 
insan  həyatını  itirdi  və  əsir  götürüldü.  Bu  vaxt  respublika  prezidenti  olan  Ayaz 
Mütəllibov  qırğının  miqyasını  ört-basdır  etdirmək  yolunu  tutdu  və  Xocalı  dəhşəti 
bütün  təfərrüatı  ilə  məlum  olduqda  o,  öz  postu  ilə  vidalaşmaq  məcburiyyətində 
qaldı. Dəhşətli genosidin təfsilatı aşkarlandıqda, insanların gəzəbi hədd tanımırdı. 
Mütəllibovun,  istefasından  iki  ay  sonra  isə  çox  şey  bəxş  edən  əvvəlki  vəzifəsini 
yenidən  bərpa  etməyə  həsr  olunmuş  misteriyası  da  uğursuzluqla  nəticələndi.  Bu 
dəfə o, öz əvvəlki sələfi kimi Moskvada sığınacaq axtarmaq labüdlüyü ilə üzləşdi. 
Vasitələr məqsədin və şəxsiyyətin həqiqi dəyərini açiq göstərməyə qadirdir. .  


Yüklə 5,01 Kb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   ...   171




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə