Telman orucov



Yüklə 5,01 Kb.
Pdf görüntüsü
səhifə7/171
tarix17.11.2017
ölçüsü5,01 Kb.
#10701
1   2   3   4   5   6   7   8   9   10   ...   171

14 
 
Xocalı isə dəhşətli taleyinə görə  faşistlərin  məhv  etdiyi  Gernika,  Koventri, 
Oradur kimi şəhərlərin faciəvi siyahısına daxil oldu. 
Hakimiyyətin  “interim”  dövrü  bədbəxtliklərin  davamı  ilə  varislik  hüququ 
qazandı. 1992-ci ilin mayında təbiətin özünün istehkamlandırdığı Şuşa şəhəri işğal 
edildi.  Xalq  Cəbhəsinin  bir  il  davam  edən  hakimiyyətinin  ilk  günlərində  Laçın 
rayonu,  idarəçiliyinin  sonuna  yaxın  isə  Kəlbəcər  rayonu  Ermənistan  silahlı 
qüvvələri tərəfindən işğal edildi. 1993-cü ilin iyul-oktyabr aylarında isə əlavə beş 
rayon  bu  müdhiş  taleyi  yaşamalı  oldu.  Bu  müharibə  ümumilikdə  Azərbaycan 
ərazisinin 20 faizinin itirilməsi və bir milyona yaxın əhalinin qaçqına və məcburi 
köçkünə  çevrilməsi  ilə  nəticələndi.  Ermənilər  uzun  illər  ərzində  arzu  etdiklərinə 
bundan  xeyli  əvvəl  çatdılar  –  Ermənistanda  demək  olar  ki,  heç  bir  azərbaycanlı 
qalmadı. Din müxtəlifliyini də öz düşmənçilik silahı kimi istifadə edənlər “rahat” 
nəfəs  ala  bilərdilər  ki,  onların  yaşadıqları  ərazilərdə  az  sayda  kürdlər  istisna 
olmaqla  müsəlmanlardan  əsər-əlamət  qalmamışdı.  Hətta  ən  quduz  səlibçilər  də 
Yaxın  Şərqdə  özlərini  belə  aparmamışdılar,  işğal  etdikləri  torpaqlarda  bol  insan 
qanı  axıtsalar  da,  heç  vaxt  əraziləri  qeyri-dinə  mənsub  olan  insanların 
yaşamadıqları məkana çevirməmişdilər. Azərbaycanda isə hazırda otuz minə qədər 
erməni yaşayır və onlar, elan olunmamış bir qaydada kiçik siyasi hüquqlar istisna 
olunmaqla, bütün vətəndaş hüquqlarından bol-bol istifadə edirlər.  
1988-ci ildən başlayaraq Dağlıq Qarabağ adlanan yerüstü behiştdə elə bil ki, 
ağır  kabus  dayanmışdı.  Bu  kabus  öz  kini  və  nifrəti  ilə  həmin  ərazinin  doğma 
insanlarının  həyatına  qənim  kəsilmiş,  onları  cəhənnəm  əzablarına  düçar  edəcəyi 
andını  içmişdi.  Bu  hadisələrdən  iki  onillikdən  artıq  bir  müddət  keçmişdir,  bu 
dövrdə Qarabağ savaşı barədə çox sayda xatirələr, sənədli və bədii əsərlər yazılmış, 
onlardan  bəziləri  ekran  və  səhnə  həyatını  da  yaşamışdır.  Bunlar  adamlarımızın 
yaddaşının  bir  daha  mürgüləməməsi  üçün  çalınan  təbil  rolunu  oynamaqla 
gənclərdə  vətənpərvərlik  hisslərinin  güclənməsinə  kömək  etmişdir.  Lakin  heç  bir 
xatirə və ya təsvir bu faciəli dövrdə yaşamış insanların çəkdiyi ağrıları və kədərləri, 
on  minlərlə  azərbaycanlıların  düçar  olduğu  bədbəxtlikləri,  keçirdikləri  təhlükə 
hisslərinin  dəhşətini  ifadə  edə  bilməz.  Düşmənlə  vuruşda  canını  Vətən  yolunda 
qurban  verənlərin  ruhu  hələ  də  rahatlıq  tapmır:  çoxları  xəyanətkara,  bir  andaca 
özünü düşmənə çevirən dünənki buqələmun dostlara təslim olmaqdansa, həyatdan 
getmək kimi acı aqibətlə razılaşmışdılar. 
Müharibə  həmişə  faciə  mənbəyi  olmuşdur,  qanla  qidalanan  Moloxdur. 
Xəyanətdə yoğrulmuş müharibənin dəhşətləri isə daha ağrılıdır, axı sənin öz evində 
kürəyinə  xəncər  sancırlar.  Sərsəm  millətçi  ideyaların  təsiri  altında  öz  torpağında 
dünənə qədər ən azı zahiri mehribanlıqda yaşayan adamların onların taleyinə qılınc 
zərbəsi  vurmasına,  ölkəsinin  müqəddəs  yerlərini  xarabazara  çevirməsinə  heç  bir 
izah  da  tapa  bilmirsən.  Vətənindəki  müharibə  vətəndaş  müharibəsi  olmasa  da, 
onun  eybəcər  prinsiplərindən  istifadə  etməsi  ilə  seçilir.  Özünü  saxta  qaydada 
“qardaş”  adlandıranlar  insan  qanına  susamaqla  yanaşı,  əcdadlarımızdan  yadigar 
qalmış  torpaqlara  sahib  olmağa  can  atırlar.  Beləliklə  həm  də  xalqın  keçmişinə, 
bütövlükdə  tarixinə  ağır  zərbə  vurmuş  olurlar.  Kardinal  Rişelyenin  sözlərini  bir 
qədər dəyişdirərək “Xəyanət onların bütün böyük işlərinin ruhudur” desək heç də 


15 
 
mübaliğəyə yol vermərik. Uzun onilliklər ərzində bizim atalarımız, yaşlı nəsil dinc 
həyata  üstünlük  verdiklərindən,  bunu  allahın  ümdə  mərhəməti  kimi  qəbul 
etdiklərindən  heç  bir  qorxulu  vasitəyə  əl  atmadan  münaqişələrin  həll  edilməsini 
məqbul  saymış,  sülhü  istənilən  hipotetik  zəfər  və  qələbədən  üstün  tutmağı 
bacarmışlar. Əvəzində isə qara nankorluq, xəyanət cavabı almışlar. 
Lakin  şər  heç  də  cavabsız  qalmır,  xeyirə  böyük  təhlükə  yarananda  özünə 
müvafiq  müdafiə  vasitəsi  də  tapmağa  müvəffəq  olur.  Bəlkə  də  babalarımızın, 
atalarımızın səmimi hissləri, qoyun dərisi altında gizlənmiş canavarlara əhəmiyyət 
verməmələri,  əksinə  onlara  bəzən  hətta  hədd  bilməyən  xoş  münasibətləri,  təəssüf 
ki, nəcib bar vermək əvəzinə zəhərli meyvələr yetişdirdiyini büruzə verdi. “Atalar 
qora  üzüm  yemişdi,  indi  oğulların  dişi  qamaşır”  Bibliya  hikməti  bu  məsələdə 
bütünlüklə  öz  təsdiqini  tapır.  Sonrakı  nəsillər  bu  diqqətsizliyin  və  sayıqlığı 
unutmanın  əziyyətini  çəkməli  oldu.  Həm  də  adamlarda  artıq  hər  şeyə  açıq  gözlə 
baxmaq,  mahiyyətdən  baş  çıxarmaq  keyfiyyətləri  aşılandı.  Düşməndən 
təhlükələnmək hissləri də, ona əvvəllər bəslənən xoş münasibət də sınaq anlarında 
yoxa çıxdı. İndi azərbaycanlı döyüşçü təkcə dövlətin ona bəxş etdiyi müasir hərbi 
texnika,  cihaz  və  silahla  qürur  duymaqdan  daha  çox  öz  qüvvəsinə  inanır,  bel 
bağlayır.  Vətən  naminə,  itirilmiş  torpaqları  geri  qaytarmaq  naminə  o,  hər  cür 
fədakarlığa  hazırdır.  Axı  onun  arxasında  özünə  bəslənən  kin  və  ədavətin  cavabı 
kimi,  sönməz  nifrətlə  silahlanmış  və  möhkəm  yumruğa  çevrilmiş  xalq 
dayanmışdır. 
Qoy heç kəs bu sətirləri düşmənin istifadə etdiyi üsullara çağırış kimi qəbul 
etməsin. Xəyanətə  və  təcavüzə layiqli  cavab verilməkdə ifadə olunan istək, bəlkə 
də  əcdadlarımızdan  yadigar  qalmış  sülhsevər  davranışa  ziddir.  Lakin  xalqımızın 
qanını  axıtmış,  şəhərlərini,  kəndlərini  viranə  qoymuş,  tarlalarını  səhraya 
döndərmiş,  böyük  bir  ərazimizin  üzərindən  dağıdıcı  tufan  əsdirmiş  düşmənin 
bağışlanmasını, cinayətlərinin əfv edilməsini heç bir normal insanın vicdanı qəbul 
edə  bilməz.  Fransızların  zərb-məsəlində  deyildiyi  kimi,  “A  la  querre  comme  a  la 
querre”  –  “Müharibədə  müharibədə  olduğu  kimi”.  Qılıncın  qarşısına  musiqi  aləti 
ilə çıxmaq ağılsızlıqdır. Lakin onu da nəzərə almalıyıq ki, xalqımızın müdrikliyi və 
mərhəməti,  heç  şübhə  yoxdur  ki,  onun  qəzəbindən  və  qisas  hissindən  çox-çox 
yüksəkdir. Torpaqlarımızı, əgər lazım gəlsə silah gücünə xilas edəndə biz uşaqları, 
qocaları,  qadınları,  dinc  əhalini  qırmaq  kimi  vəhşiliyə  əl  atmayacağıq,  qızların 
ləyaqətinə  təcavüz  etməyəcəyik,  bütövlükdə  haqq  işimizə  ləyaqətsiz  olan  nəyinsə 
qatılmasına, kölgə salmasına imkan verməyəcəyik. Bu bizim qələbəmizin vəznini 
daha  da  artıracaqdır.  Çünki  zəfərimizdə  də  qəddarlıq  deyil,  təslim  olanları 
alicənablıqla əfv etmək xüsusiyyətləri nümayiş etdirəcəyik.  
Müharibə  nə  qədər  dəhşətli  əməl  olsa  da,  onun  da  öz  qanunları  vardır.  Bu 
qanunlar  hər  cür  vəhşiliyi,  dinc  əhaliyə  qarşı  silah  işlədilməsini,  günahsız 
insanların,  mülki  əhalinin  qanının  axıdılmasını  inkar  edir  və  sivilizasiyalanmış 
bütün  xalqlar  beynəlxalq  sənədlərdə  əksini  tapmış  bu  cəhətlərə  əməl  etmək 
öhdəliyini  götürmüşlər.  Biz  müharibə  aparmalı  olsaq,  baxmayaraq  ki,  dövlətimiz, 
xalqımız problemin sülh yolu ilə həllini prioritet qaydada qəbul edir və onun baş 
tutması  üçün  haqqın  imkan  verdiyi  hədlərdə  hər  cür  kompromisslərə  gedir,  bu, 


Yüklə 5,01 Kb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   10   ...   171




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə