47
əsrlər boyu davam edə bilməz. Vaxtilə Avropada Yüzillik, Otuzillik müharibə
aparan, XX əsrdə iki dünya müharibəsində, bir-birilə döyüş cəbhəsində vuruşan
xalqlar indi 27 dövləti birləşdirən və Avropa İttifaqı adlanan sülh evində
yaşayırlar. Viktor Hüqo kimi dahilər hələ bir əsr yarım bundan əvvəl belə birliyin
mövcudlğunu aruzlayırdı və bu arzu artıq həqiqətə çevrilmişdir. Avropa İttifaqı bir
çox cəhətlərinə, atributlarına görə vahid dövləti xatırladır. Belə bir vaxtda niyə
Qafqaz XXI əsrin əvvəlində də tüstülənən müharibə ocağı kimi qalsın? Avropada
ən narahat region sayılan Balkanlarda da milli münaqişələr, hərbi toqquşmalar
böyük dövlətlərin müdaxiləsi hesabına kəsildiyi bir vaxtda niyə ərazicə nisbətən
kiçik olan Cənubi Qafqazda möhkəm sülhü bərpa etmək mümkün olmasın? Kim
qonşu ölkəsini Troyaya, Karfagenə çevirmək istəyirsə, birinci növbədə özünə qəbir
olmasa da, ən azı quyu qazır. Belə bəd fikirdən və əməldən nə qədər gec deyilsə
çəkilinsə, həmin xalq hamıdan çox özünə xeyir vermiş olardı.
Dünyanın Türkiyəni məhkum etməsinə fasiləsiz olaraq cəhd göstərən erməni
millətçilərinin canfəşanlığına gəldikdə, bunun özü də qeyri-real görünən və bir
qədər avantüra xarakteri daşıyan məqsəddir. Avantüradan, düşmənçiliyi bərpa
etməkdən birinci növbədə bu üsula əl atanlar zərər çəkirlər.
Mustafa Kamal Atatürkün yaratdığı Türkiyə Cümhuriyyəti Osmanlı
imperiyasının xarabalıqları üzərində qurulmaqla, onun pis əməllərindən, yararsız
irslərindən uzaqlaşdı, dünya dövlətləri ailəsinə tam fərqli mahiyyətdə qəbul
olundu. Ermənistan «genosid» iddiası ilə müasir Türkiyəni gözdən salmağa can atır
və demokratik dövlətə çevrilən bu ölkəni Osmanlı imperiyası ilə bir müstəviyə
qoymaq məqsədini güdür. Bu millətçilərin fitnəkarlığı olub, bunu onlar öz məkrli
məqsədlərinə çatmağın yollarından biri hesab edirlər. Erməni xalqına da yəqin
başqaları kimi dinc şəraitdə yaşayıb, yaratmaq, lazımdır. Məkrlə, hərbi yolla nəyə
nail olunursa, gec-tez qəsb edilən hər şey itirilir. Napaleon Avropada qanlı
müharibələr yolu ilə öz imperiyasını yaratmaq istəyirdi, öz ömrünü uzaq adada
tənhalıqda başa vurmalı oldu. XX əsrin ikinci yarısında isə onun bu arzusu öz
mahiyyətini və həyata keçmə vasitələrini dəyişərək, bir damcı da qan axıdılmadan
öz gerçəkləşməsini tapdı. Çox istərdik ki, Qafqaz da Avropanın bu taleyini yaşamış
olsun, əslində bəlkə də buna məhkumdur. Bu nəcib arzunun həyata keçirilməsini
gecikdirməyə çalışanlar bu ərazidə yaşayan xalqlara xəyanətə bərabər bir xidmət
göstərmiş olurlar.
Erməni millətçilərini bütöv erməni xalqı ilə eyniləşdirmək düzgün deyildir.
Heç şübhə yoxdur ki, sadə, zəhmətkeş erməni digər bəşər övladları kimi
müharibəyə qətiyyən can atmır, dinc şəraitdə öz əməyi ilə firəvan yaşamaq istəyir.
Axı ağlı başında olan hər bir adam anlayır ki, XXI əsrdə hətta fövqəl dövlət belə
dünyada ağalıq etmək kimi sərsəm fikirdən uzaqlaşırsa, çoxqütblü dünyanın
mövcudluğunu qəbul etmək məcburiyyətində qalırsa, iqtisadi cəhətdən zəif,
müqayisəli şəkildə götürdükdə cılız potensiala malik olan Ermənistan avanturist
məqsədlərinin heç birinə çata bilməz, öz xülyaları ilə yaşamağa üstünlük versə də,
onların reallaşmasına təxəyüllündə də nail ola bilməz. Bircə onu əlavə etmək lazım
gəlir ki, bu məqamda yalnız
sağlam təxəyyüldən, düşüncədən söhbət gedir.
Rablenin məşhur əsərinin qəhrəmanı Panurq acgöz taciri cəzalandırmaq