105
olmayaraq yapon dilindəki «ça» sözündən götürülmüşdür, ingilislər isə çayın əsl
vətəni olan ölkənin sakinlərinin – çinlilərin dilindən onların «te» sözünü götürərək,
onu «tii» kimi tələffüz edilən «tea» ifadəsi kimi işlədirlər.
Mariko ingilisə müraciət edərək deyirdi ki, «Ancin-san» (yapon dilində
şturman «ancin» kimi tələffüz edilirdi) əgər bu üç qadından biri ilə, ya hamısı ilə
yastığa baş qoymaq sənin üçün xoşdursa, bunu istəsən, onlar heç də bundan
inciməyəcəklər. Həmin qadınların heç birinin əri yox idi. Əgər sən onlarla olmağı
arzulamasan da heç bir inciklik olmayacaqdır. Axı sən qadınla yastığa baş
qoymadan necə sağlam ola bilərsən? «Axı bu kişi üçün çox vacibdir». Bu rəy
Çingiz xanın əbədi həyat, ən azı uzun ömürlülük barədə məsləhət umduğu çinli
müdrikin sözləri ilə əkslik təşkil edir. Müdrik qoca Çingiz xana ölməzliyin
mümkün olmadığını, uzun ömür üçün isə qadınla intim yaxınlıqdan uzaq olmağın
məqsədəuyğun olduğunu demişdi. Bibliyadan sodomlulara məxsus olduğu məlum
olan iyrənc əlaqələr yaponlara da məlum idi. Və ingilisə belə intim yaxınlıq imkanı
təklif edildikdə o, bunu hiddətlə rədd etdi. Axı, yaxşı bilirdi ki, belə eybəcər
pozğunluğa görə Allah iki şəhəri – Sodomla birlikdə Qomorranı bütöv sakinləri ilə
birlikdə məhv etmişdi.
Yastığa baş qoymaq Yaponiyada normal hal sayılmırdı. İnsana həzz verən
hər hansı bir şey necə günah sayıla bilər? Katolik ruhani xadimlərin tselibatına –
nigahsızlığına zidd olaraq bəzi Buddist sektaları hətta intim yaxınlığı bir sitayiş
forması kimi təklif edirdi. Allahın bunu lənətləməsini demək ağılsızlıqdır. Mariko
bunu şübhəsiz bir həqiqət kimi deyirdi. Yalnız geyşalar istisna təşkil edirdi, onlar
heç vaxt yastığa birgə baş qoymağa məcbur edilmirdi. Geyşalar və şagirdlər
toxunulmaz hesab olunurdular.
Qadınların sosial həyatda kişilərdən xeyli aşağıda dayanması isə bütün
sahələrdə özünü biruzə verirdi. Ərinin sözü qadın üçün qanun idi. Marikonun anası
atasının öz saxladığı samuraylara maaş vermək üçün pulu olmadıqda, Kiotoya
yollanmış və orada parik düzəldənərə öz saçını satmış və əldə etdiyi pulu gətirib
ərinə vermişdi. Qadın üçün borc hissi olduqca vacib idi. Əri və ya xidmət
göstərdiyi kişi yatmayana qədər qadın oyaq qalmalı və səhər əri yuxudan oyananda
onu qarşılamalı idi. Qadının borcu müstəsna olaraq ərinə xidmət etmək idi. O,
daim səbirli olmalı idi. Ərli qadının başqası ilə intim yaxınlığı zinakarlıq hesab
olunur və seppuku ilə nəticələnirdi. Ayrı-seçkilik bütün sahələrdə gözə çarpırdı.
Fuci-sana, müqəddəs Fuci (və ya Fuciyama) dağına dırmaşmaq, onun kraterli
zirvəsinə qalxmaq yaponlar üçün sakral xarakter daşıyır. 1868-ci ilə, Meyci
Bərpasına qədər qadınlara hətta bu dağa qalxmağa da icazə verilmirdi. Qadın
yalnız oturmuş şəkildə kağız qapını-şocini açıb örtürdü.
Pula münasibətə gəldikdə avropalılardan fərqli olaraq samuraylar üçün
pul elə bir əhəmiyyət
kəsb
etmirdi.
Sədaqət yaponların
yüksək
qiymətləndirdikləri yeganə xüsusiyyət idi, bu onların kultu, buşidosu idi. Onlar
özlərini ağalarına xidmətə həsr edirdilər. Pis yaralanmış samurayların hamısı, əgər
onlar özlərini öldürməsələr
və bunu bacarmasalar, öldürülürdü.
Samuray ləyaqətlə ölürdü. Samuray əsir götürülə və samuray kimi qala
bilməzdi. Düşmənə əsir düşmək ən pis şərəfsizlik hesab olunurdu. Adətə görə digər