Telman orucov



Yüklə 5,01 Kb.
Pdf görüntüsü
səhifə156/171
tarix17.11.2017
ölçüsü5,01 Kb.
#10701
1   ...   152   153   154   155   156   157   158   159   ...   171

312 
 
başqa xalqlara aid edilir və kiçik bir hekayətdə həm də həmin xalqa məxsus olan 
milli  xüsusiyyətlər,  mərdlik,  nəciblik  qabardılır.  Xarici  ölkəyə  qaçmaq  üçün  bir 
yerə  yığılan  və  mərdliklərinə  görə  özlərini  qurban  verən  gürcülər  haqqındakı 
rəvayət ümumbəşəri duyğuların tərrənümünə çevrilir. 
 Çingiz  Aytmatovun  ölümü  türkdilli  xalqların  ədəbiyyatı  üçün,  qoy  buna 
bizim  hərf  güdənlərimiz  kinayə  ilə  baxmasınlar,  xüsusilə  də  böyük  itgidir.  Ana 
dilində bir əsər də yazmayan bu adam öz xalqının şərəfini xeyli ucaltmış, “Manas” 
kimi  qüdrətli  bir  şifahi  ədəbiyyat  nəhənginə  malik  olan  qırğızların  yazılı  ədəbi 
nümunələrini  də  dünya  cərgəsinə  çıxarmaqla  heç  bir  millilikdən  dəm  vuranların 
qadir  olmadığı  Fərhad  işini  görmüşdür.  Keşkə  başqa  millətçilər  də  səs  telləri 
yarışına girməkdənsə, belə xidmətin xırda damlasına bərabər olan bir işi görməklə 
öyünərdilər.  Sovet  dönəmində  bəlkə  də,  yeganə  yazıçı  idi  ki,  türklərin  böyük  və 
qədim  keçmişinə  ehtiyatla  da  olsa  nüfuz  edirdi,  Ana  sayın  (indiki  Yeniseyin) 
sahillərindən  köç  edib,  İssık-kul  ətrafında  məskunlaşan  türklərin  bir  qolunun 
tarixçəsini  qələmə  almışdı.  Onun  əsərlərində  nə  manasçılara,  nə  komuza,  nə  də 
beşbarmağa  rast  gəlmək  mümkün  deyildir,  bunların  əvəzində  hər  səhifədə  qırğız 
ruhu, qırğız dünyasının paralelləri özünün büruzə verir. Bəli, çuxa vətənpərvərliyi 
ona yaddır, o, öz Vətəninə bütün qəlbi, könlü ilə bağlıdır və bu bağlılıq boğazdan 
yuxarı şit sözlərdə deyil, onun əsərlərində, onun ilham pərisində öz əksini tapır. 
 Çingiz Aytmatov həm də böyük şəxsiyyət idi, hansısa “dərzinin” müəyyən 
etdiyi  kiçik,  dar  ölçülərə  sığmırdı.  O,  bir  fərd  kimi  öz  xalqına,  böyük  türk  elinə 
mənsub  idi,  lakin  bir  insan,  həm  də  yaradıcı  şəxsiyyət  kimi  bütün  bəşəriyyətə 
məxsus  idi,  ona  görə  də  onu  hansısa  aula  və  ya  alaçığa  salıb  kiçiltmək 
yolverilməzdir və bu onun ruhuna hörmətsizlik əlaməti olardı. 
Onu  şəxsən  tanıyanlar  üçün  bu  itki  iki  qat  ağırdır,  axı  o,  nurlu  bir  insan 
idi.Yəqin  ki,  onun  vətənində,  heç  olmasa  son  illərdə  yaşadığı  Çolpan  –atada  ona 
heykəl  qoyulacaqdır.Lakin  o,  heç  minnət  götürmək  də  istəməzdi,  axı  sağlığında 
özü  özünə  möhtəşəm  qranit  abidə, qədim  Romanın böyük şairi  Horatsinin sözləri 
ilə  deyilsə,  əllə  düzəldilmiş  abidə  yaratmışdır  və  bəlkə  də  Mikelanceloya 
yaxınlaşmaq  istəyən  bu  heykəltaraş  onu  öz  füsünkar  ağlı  və  yorulmaq  bilməyən 
əlləri ilə tökmüşdür. 
 Çingiz  Aytmatovun  məşhur  əsərinin  digər  adı  “Boranlı  qatar  dayanacağı” 
adlanır və minnətdar tatarlar bu roman  əsasında film çəkməyə başlamışlar. Onlar 
müəllifi filmin çəkilməsinə öz məsləhətləri ilə kömək etmək üçün Kazan şəhərinə 
dəvət  etmişdilər.  O,  bura  gəldikədn  sonra  qəflətən  xəstləndi  və  bədbəxtlikdən  bu 
böyrək  iltihabı  ölümcül  xarakter  almaqla,  adamları  tufanlardan  qorumağa  çalışan 
bu insanın həyatına son qoydu. Raketlərin gurultusu yeri lərzəyə saldığı kimi, onun 
möhkəm  bədəni  bu  xəstəliyin  xain  həmləsinə  davam  gətirə  bilmədi  və  böyük 
ümidlərlə yaşayan bir insan boranlı dayanacağın acı taleyini yaşamalı oldu. Çingiz 
Aytmatov  adlı  nəhəng  çay  artıq  öz  axının  davam  etdirə  bilmədi  və  o,  dunya 
adlanan səhralığın qumlarında mənsəbini tapdı. 
 
 “525-ci qəzet”.13.06.2008 
 


313 
 
 
Böyük ağıl, istedad və zövq sahibi 
 
 İnsana  hörmət,  ehtiram  hissi  kiminsə  təqdimatı  və  ya  məsləhətilə, hətta  ən 
yaxın  ünsiyyətin  köməyilə  də  yaranmır.  Həyatda  biz  bunun  əksi  ilə  daha  tez-tez 
rastlaşırıq, uzun müddət bir yerdə işləyən adamlar arasındakı hisslər məhəbbətdən 
çox  uzaq  olmaqla,  az  qala  niftərdən  xəbər  verdiyinə  görə,  onun  izləri  dəridəki 
çapıq kimi qətiyyən silinmək bilmir, daim özünü büruzə verir. Hörmət bəsləmək, 
yaxşı  xüsusiyyətləri  qiymətləndirmək  üçün,  əlbəttə  ki,  ilk  növbədə  tanışlıq 
lazımdır, sonra bu dostluğa çevrildikdə daha artıq möhkəmlik qazanmağa başlayır. 
Qiyabi  məhəbbət bir qayda  olaraq  mifik qəhrəmanlara  ünvanlanır,  axırıncılar real 
cizgilər  qazanmağa  başlayanda  səhv  etdiyini,  aldandığını,  xəyalının  əsirinə 
çevrildiyini anlayırsan. Mifik qəhrəmanı bütləşdirə bilərsən, lakin o heç vaxt sənə 
doğma olmayacaq, aradakı böyük məsafə hesabına ona münasibət isə hörmət deyil, 
bir  növ  sitayişdir,  bunda  isə  başlıca  rolu  ağıl,  zəka  deyil,  hisslər  oynayır.  Real 
insana  isə  şəxsiyyətinə,  əxlaqi  dəyərlərinin,  prinsiplərinin  möhkəmliyinə,  onda 
olan  mərdlik  laxtasına  görə  qiymət  verirsən,  onun  özünəməxsusluğunu, 
bütövlüyünü  dərk  etdikdən  sonra  bu  adama  inanmağa,  etibar  etməyə  başlayırsan. 
Dələduz, məkrli, insanlara qarşı səmimi yanaşmaq isə sadəlövlükdür, ağılsızcasına 
onun aldadıcı, saxta aurasınıən təsiri altına düşməkdən irəli gəlir.Lakin onların bir 
xidmətlərini də qeyd etməmək insafsızlıq olardı, iyrənc nümunələri bizə yaxşıları, 
ləyaqətliləri  sevməyə  sövq  edir,  qaranlıq  mühitdə  biz  işığın  həsrətini  daha  çox 
çəkməyə  başlayırıq.  Ləyaqətli  insanlar  ətrafa  güclü  işıq  və  həraraət  şüaları 
buraxırlar, harada olmağından asılı olmayaraq, belə adamlara qarşı səndə bir nisgil 
hissləri  yaranır  və  onlar  keçmiş  xatirələri  yaddaşında  canlandırmaqla,  daha 
arzulanan insana çevrilirlər. 
Axı bizdən nəyi alsalar da, keçmişimizi, o günlərin xatirəsini ala bilmirlər. 
Ruhi  xəstəlikdən,  amneziyadan  başqa  onları  yox  etməyə  heç  kəsin  və  heç  nəyin 
qüdrəti çatmır. Çünki bu keçmiş bizim şəxsi tarixçəmizə yapışıb, o dövrün mühiti, 
bəyənib bəyənməməyimizdən asılı olmayaraq bizim ruhumuza, canımıza, düşüncə 
və  həyat  tərzimizə  hopub.  Qədim  misirlilərin  dinindəki  Anubisin  tərəzisində  o 
dünyaya  köçənlərin  əməllərindəki  xeyir  və  şər  çəkilən  kimi,  biz  də  yaddaş 
tərəzimizə  yaxşıları  və  pisləri  qoyur,  onlara  münasibətdə  nə  qədər  düzgün  və  ya 
səhv  hərəkət  etdiyimizi  anlamaya  başlayırıq.  İllər  keçdikdən  sonra  aparılan 
mühakimə birinci növbədə özümüzə qarşı qurulur,lakin onun bələdçilik edən sapı 
bizi yaxşı adamlarla təmasda olduğumuz anlara gətirib çıxardanda, təsəlli tapmağa 
başlayırıq ki, xeyr və şər ağacının meyvəsini ilk dəfə dadan əcdadlarımızın yolu ilə 
gedərək  əzablı  da  olsa  kamilliyə  qiymət  verməyə  bacarmışıq,  bu  mehrabın 
cazibəsindən uzaq qaçmamışıq. 
 Yaxşı  adamlarla,  işıqlı  şəxsiyyətlərlə  təmasda  olmaq  özü  də  xoşbəxt 
qismətdir və bizim həyatımızı zənginləşdirən cəhətlərin, Şekspir demişkən, yaddaş 
cədvəlinə yazılmalıdır. Bəlkə də onlar sayca çox olmayıblar, lakin onların vəzninin 
böyüklüyü  nəinki  digər  kəmiyyət  çatışmamazlıqlarının  əvəzini  ödəyib, 
keyfiyyətinə görə isə bizim mənəviyyatımıza əyani nümunələri və obrazları ilə çox 


Yüklə 5,01 Kb.

Dostları ilə paylaş:
1   ...   152   153   154   155   156   157   158   159   ...   171




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə