Telman Orucov



Yüklə 4,8 Kb.
Pdf görüntüsü
səhifə6/55
tarix01.12.2017
ölçüsü4,8 Kb.
#13256
1   2   3   4   5   6   7   8   9   ...   55

qədər uzanan Kiçik Asiyanı, Misiri əhatə edən Persiya dünya imperiyasını yaratdılar. 
Lakin perslər Marafon döyüşündə və Salamin dəniz döyüşündə məğlub oldular. Böyük 
Aleksandrın İssa vəı Qavqamela yaxınlığındakı döyüşlərdə məğlub etdiyi Persiya çarı III 
Daranın ölümündən sonra (b.e.ə. 330-cu il) Əhəmənilərin Persiya dövləti artıq mövcud 
deyildi.  
Mesopotamiya cəmiyyəti üç təbəqəyə: kübarlara, azad vətəndaşlara və qullara 
bölünürdü. Şəhərlərin sakinləri və kəndlilər azad vətəndaşlar zümrəsini təşkil edirdi. 
Kübarlar isə yüksək vəzifəli dünyəvi məmurlar, kahinlər və hərbi xadimlər idi. Kənd 
əhalisi isə getdikcə daha da güclənən asılılığa düşürdü.  
Üç yarım minillik ərzində Mesopotamiyada özünəməxsus və nisbətən vahid 
mədəniyyət formalaşdı. Bu ərazinin arxitekturası monumental tikililərlə - saraylarla, 
möhtəşəm məbədlərlə, hündür zikkuratlarla və güclü şəhər divarları ilə fərqlənirdi. 
Tikintidə əsasən çiy kərpicdən istifadə olunurdu. Sütunlara az rast gəlinirdidi. Sonralar 
dua edilənlərin heykəlləri meydana gəldi. B.e.ə. I minilliyin başlanğıcında isə 
hökmdarların heykəlləri və relyeflər geniş yayılmışdı. Bu dövrdə divar rənglərinin 
əhəmiyyəti artır. Bunun üçün yandırılmış şirdən istifadə edilirdi, ilahə İştarın mədədində 
və II Navuhadonosorun Babildəki sarayında belə bəzəklər çoxdur.  
B.e.ə. III minillikdə Şumerdə yazının icad edilməsindən sonra Böyük Mesopotamiya 
sivilizasiyalarının ədəbi yaradıcılıq nümunələri meydana gəldi və onlar bizim dövrə gəlib 
çatmışdır. Bunlar Allahlar haqqındakı mifoloji tarixlər və hökmdarların igidliklərini 
tərənnüm edən epik şeir nümunələri, məbəd himnləri, dualar və cadulardır.  
Alkad dilində söz yaradıcılığının ən yaxşı nümunələri şumer ədəbiyyatının 
mövzuarından və janrlarından istifadə edir. Qəhrəmanların igidliyini təsvir edən epik 
əsərlərlə yanaşı, buraya miflər, əfsanələr və xronikalar, həmçinin hökmdarların şərəfinə 
həsr edilmiş himnlər, dualar, zəburlar və cadu daxildir.  
Şumerlərin icad etdiyi piktoqrafık yazı bəşəriyyət tarixində ən qədim yazı hesab 
olunur və IV minilliyin ortası, III minilliyin başlanğıcı ilə tarixlənir. Ümumiyyətlə, Şumer 
öz sivilizasiyalarını yaratmaq üçün çoxşaxəli iş görmüşdü. Dəclə və Fərat üzərində 
kanallar tikildikdən sonra şumerlər səhranı inkişaf etmiş kənd təsərrüfatı olan çiçəklənən 
dünyaya çevirmişdilər.  
Onların idarəetmə sistemini yaratması məbədlərdə və çar saraylarında yazının 
meydana gəlməsinə səbəb oldu. Bu dahiyanə icadı şumer məbəd məmurlarının xidməti 
saymaq olar, onlara ictimai işləri idarə etmək etibar olunmuşdu. Mühüm təsərrüfat işlərini 
qeydə almaq üçün çox tezliklə piktoqrafiya təkmilləşdirilmişdi. Yeni yazı gil lövhələrdə 
qamış çubuqları ilə nəqş edilmiş işarələrin formasına görə mixi yazısı kimi tanındı. 
Qədimdən qalmış lövhələrdə məbəd təsərrüfatı, icarə barədə müqavilələr, görülən işlərə 
nəzarət barədə sənədlər, daxil olan malların qeydə alınması barədə məlumatlar vardır. Bu 
lövhələr mixi yazısının inkişafına dair tarixi nəql edir.  
Sonrakı mərhələlərdə şəkillərin üslublaşması baş verdi ki, bu da yazı prosesini 
sürətləndirdi. Sadələşdirilmə hesabına ayrı-ayrı simvollardan bir neçə dəfə istifadə etmək 
olurdu. Sonra onun daha da təkmilləşməsi baş verdi. Simvollardan əşyaları və ya bənzər 


anlayışları ifadə etmək üçün istifadə olunmağa başlandı. Beləliklə, simvolların bir neçə 
dəfə istifadə olunması hesabına işarələrin sayı üç dəfə azaldılaraq, 600-ə çatdırıldı. Misirdə 
isə müdriklik, hesablama və yazı allahı Tot yazını icad etdi və adamları hesablamağa və 
yazıya öyrətdi. Burada heroqliflər şəklindəki piktoqrafik yazıdan istifadə olunurdu. 
Əvvəllərdə hər bir heroqlif sözə və ya həttı bütöv anlayışa uyğun gəlirdi. Heroqlifləri 
papirusdan olan vərəqələr üzərində qamış çubuqlarla yazırdılar. İşarələr üfüqi qaydada 
sağdan sola yazılırdı.  
Yüksək inkişaf etmiş mədəniyyətlər sivilizasiyalara çevrildilər. İlk inkişaf etmiş 
mədəniyyətlərin meydana gəlməsi ilə bəşəriyyətin tarixi başlanır. Əvvəllər mövcud olan 
əkinçilik mədəniyyətlərindən fərqli olaraq, ilk sivilizasiya mərkəzləri çayların sahillərində 
meydana gəldi. Nil üzərində Misir çarlığı, Dəclə və Fərat çayları üzərində Mesopotamiya 
çarlıqları, İnd çayı üzərində hind çarlıqları, Huanho üzərində Çin çarlıqları yarandı. 
Əlbəttə, mədəniyyətin səviyyəsi bir sıra əlamətlərlə bağlıdır. Bunun mərkəzləri kimi 
şəhərlərin, ticarət və hakimiyyətin meydana gəlməsi, sosial təbəqələrə bölünmüş 
cəmiyyətdə dövlətlərin yaranması, ixtisaslaşma əsasında əmək bölgüsü, kommunikasiya 
vasitəsi kimi yazının yaranması və istifadə olunmiası, din, mədəniyyət və dil vahidliyi 
əsasında adamların mənəvi birliyinin formalaşması daxildir.  
Qədim sivilizasiyalardan biri olan Misirdə kult arxitekturasının inciləri sayılan 
piramidalar tikdirilmişdi. Qədim və Orta çarlıqlar dövründə misirlilər öz hökmdarlarını 
piramidalarda dəfn edirdilər. İlk dəfə firon Cosef piramidada b.e.ə. 2600-ci ilə yaxın dəfn 
edilmişdi. Yeni çarlıq epoxasında (b.e.ə. 1551-1070-ci illər) artıq piramidalar tikilmirdi. Ən 
böyük piramida Gizada Xufu (və ya Xeopsun) piramidasıdır. Onun hündürlüyü 137 
metrdir.  
Piramida tikmək olduqca ağır iş idi, çünki əsasən primitiv əmək alətlərindən istifadə 
olunurdu, iri daş parçaları isə Nil çayı daşanda daş karxanasından su ilə tikinti yerinə 
gətirilirdi, sonra ağac tirlər üzərində dartılırdı. Beş tonluq bu bloklar torpaqdan tökülmüş 
platformalar vasitəsilə lazım olan yerə qoyulurdu. Daşlar o qədər məharətlə kəsilirdi ki, 
onların arasındakı boş məsafə 0,5 mm-dən çox olmurdu. Sarkafaq (yunanca «cəsədləri 
yeyən») fironun meyiti ilə piramidaya gətirilirdi və xüsusi kanalla sərdabəyə çatdırılırdı. 
Piramidanı qullar deyil, daşqın və quraqlıq vaxtı tarla işlərindən azad olan kəndlilər 
tikirdi. Piramida tikintisində iş görmək dini mükəlləfiyyət hesab olunurdu. Xalq bunu Yer 
üzərində allahın təcəssümü olan fironun naminə icra edirdi, çünki o, öləndən sonra da 
ölkəyə himayə göstərə bilərdi. İlahələşmiş fironun qeyri-məhdud hakimiyyəti həm ölkədə 
qaydanı, həm də kosmosla harmoniyanı təmin edirdi. Piramida kosmosun modeli idi və 
ciddi həndəsi formalara malik idi. Onun tikintisində «Qızıl kəsişmə», «Sirli kvadrat» və 
«Müqəddəs üçbucaq» tətbiq olunurdu. Ölçülərdə sirli rəqəmlər, xüsusən üçlük və dördlük 
mükəmməlliliyi rəmzləndirilməklə, mühüm rol oynayırdılar. 
Misirlilər o dünyadakı həyata inanırdılar. Fironun öz ölümündən sonra göy qübbəsi 
boyunca uçduğuna güman edirdilər. Ölən fironu mumiyalaşdırır, beynini və daxili 
orqanlarını çıxarırdılar. Quru hava cəsədin konservləşməsinə kömək edirdi. Misirlilərin 


Yüklə 4,8 Kb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   ...   55




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə