Telman Orucov



Yüklə 4,8 Kb.
Pdf görüntüsü
səhifə7/55
tarix01.12.2017
ölçüsü4,8 Kb.
#13256
1   2   3   4   5   6   7   8   9   10   ...   55

təsəvvürünə görə, o dünyada da yer üzündə olduğu kimi, bir hissə çalışır, işləyir, digərləri 
isə hakimiyyətdən və var-dövlətdən istifadə edirlər.  
Xeopsun piramidasının tikintisində, «tarixin atası» Herodotun yazdığına görə, yüz 
min adam bu işi aramsız olaraq görürdü, onlar yalnız üç aydan bir dəyişirdilər. Piramida 
tikintisi çox baha başa gəlirdi. Axı əmək alətlərindən başqa, tikintidə işləyənləri çörəklə, 
ərzaqla təmin etmək lazım idi. Xeops axırda belə bir binamusluq vəziyyətinə düşdü ki, 
pula çox ehtiyacı olduğundan, öz doğma qızını fahişəxanaya göndərdi və ona əmr etdi ki, 
bir qədər pul əldə etsin. Herodot bunları kahinlərin danışdıqları əhvalatlardan 
götürmüşdü.  
Babil – qədim dövrün ən füsunkar şəhərlərindən biri olmaqla, II Nabuhodonosorun 
hakimiyyəti dövründə (B.e.ə. 605-562-ci illər) Ön Asiyanın ən qüdrətli dövlətinə çevrildi. 
Onun paytaxtı isə – qədim dünyanın ən böyük paytaxtlarından biri idi. «Tarixin atası» 
Herodotun şəhadətinə görə, Babil təkcə çox iri şəhər deyildi, həm də bütün şəhərlərin ən 
gözəli idi. Onun içərisində çar sarayının və məbədin müqəddəs sahəsi olan iki divar 
yerləşirdi. Orada 100 min adam yaşayırdı, onların içərisində başqa ölkələrdən çıxmış çox 
sayda adamlar var idi. Bibiliyada bu, «Babil həngaməsi» kimi təsvir olunur.  
II Nabuhodonosorun göstərişi ilə şəhər divarları nəinki böyüdülmüş və 
möhkəmləndirilmişdi, həm də bəzədilmişdi. İlahə İştara həsr olunmuş şəhərin şimal 
qapıları xüsusən öz dəbdəbəsi ilə seçilirdi, yüksək qüllələrdəki mavi emal çəkilmiş 
kaşılardan olan rəngli relyeflərdə fantastik heyvanlar təsvir edilirdi. Babilin çox sayda 
məbədləri və sarayları içərisində iki bina müasirlərini xüsusilə təəccübləndirirdi. 
Saraylardan birinin damında çiçək və ağacların əkildiyi geniş terraslar mövcud idi. Su 
qaldıran cihazların köməyi ilə bu bitkilər suvarılırdı. Bu, tarixə dünyanın Yeddi 
möcüzəsindən biri olan «asılı bağlar» (Semiralina bağları) kimi daxil olmuşdur. Digəri isə 
iri kvadrat piramida üslubunda pilləkənli, 7 mərtəbəli tikili (zikkurat) idi, onun 
hündürlüyü 91 metr idi. Bu tikilini Bibliyadakı Babil qülləsinin prototipi sayırlar. Babil 
gəmiləri Persiya körfəzindən Dəclə çayı ilə üzüb, Ərəbistan və Hindistan mallarını 
gətirirdilər. Karvan yolları Babili Aralıq dənizi sahilləri və Persiya ilə birləşdirirdi. Yunun, 
toxuculuq mallarının, taxılın, şərabın, qiymətli və əlvan metalların, inşaat materiallarının 
gur ticarəti gedirdi. Babil həm də maliyyə mərkəzi idi. 
Bir əsrə yaxın bir müddətdə Persiya dövləti də özünün qüdrətinin zirvəsinə və 
mədəniyyətin inkişafında yüksək dərəcəyə nail oldu. Bu dövrdə baş şəhərlər olan Suzada 
və Persepolisdə saray binaları tikildi, onlar Persiyanın dünya ağalığını bədii formada əks 
etdirirdi. I Dara Suzanı paytaxt etmişdi, şəhər Assuriya çarı tərəfindən b.e.ə. 750-ci ildə 
məhv edildiyinə görə yenidən tikildi. Suza Perisya dövlətinin ticarət mərkəzinə çevrildi. 
Burada Kiçik Asiyanı, Mesopotamiyanı və Persiya körfəzini birləşdirən mühüm yollar 
kəsişirdi. I Daranın sarayı şəhərin şimal hissəsindəki terrasda yüksəlirdi. Qəbul Sarayının 
salonunu üç sütunlu zal əhatə edirdi. Tavanı saxlayan 20 metrlik sütunların üstünü öküz 
başı şəklindəki kapitellər taclandırırdı. Sarayın divarlarını örtən şirli kərpiclərdəki 
relyeflərin ən mühüm motivi Dara ilə Misirdə olmuş «ölməzlər» qvardiyasının döyüşçüləri 
idi.  


Persepolisdə isə çarlar baharın başlanğıcında Persiyanın ən böyük dini bayramı olan 
Novruzu qeyd edirdilər. Bu vaxt icra edilən mərasimlərdə Persiya dövlətinin 30 ölkəsinin 
xalqları sədaqət nişanəsi kimi hökmdara qurban və fəxri hədiyyələr gətirirdilər. Şəhər 
funksiya cəhətdən müxtəlif olan iki hissəyə bölünürdü. 
B.e.ə. V əsrdə Yunanıstanda, Olimpiyada Zevs məbədi ucalırdı. Olimpiya həm də 
idmanın beşiyi kimi məşhurdur. Tədricən Olimpiya oyunlarının proqramı və gediş 
müddəti artdıqca, Olimpiya oyunları ümumyunan əhəmiyyəti daşımağa başladı. Onun 
xüsusi rolu ondan ibarət idi ki, hər cür çəkişmələrin əksinə, yunanlara öz mədəni birliyini 
saxlamağa və inkişaf etdirməyə imkan verirdi, müxtəlif tayfalardan olan vahid xalqı 
formalaşdırmağa şərait yaradırdı. İlk Olmipiadanın b.e.ə. 776-cı ildə keçirildiyi güman 
edilir. Bu vaxtdan antik dövrdəki yunan tarixinin yazılması başlamışdır. Məhz onda 
yunanlar Olimpiyadadan Olimpiadaya olan dördillik tsiklik dövrün necə keçməsinin 
qeydiyyatını aparırdılar. Olimpiadanın qalibi olmaq ellin üçün ən yüksək şərəf idi.  
Akropol isə Afinanın iftixarı idi. Perslər tərəfindən b.e.ə. 480-ci ildə dağıdılmış 
Akropolu bərpa edən Perikl yeni bir ümumellin müqəddəs yeri yaratmaq fikrinə düşdü. 
Bu məbəd  toplusu ümumellin birliyi ideyasını ifadə etməli idi. Akropolun tikintisinə 
məşhur heykəltəraş Fidi başçılıq edirdi. Bir məbəd istisna olunmaqla, Akropolun 
tikintilərinin hamısı b.e.ə. 449-421-ci illərdə yüksəldilmişdi. İlahə Afinaya həsr edilən 
Parfenon dori orderində olan sütunlarla tikilməklə, mərmərdən ucaldılmışdı. Onun daxili 
salonuna girişi Fidinin yaratdığı ilahə Afinanın heykəli bəzəyirdi.  
Assimmetrlilik Akropolda müxtəlif allahların məbədlərini yerləşdirməyə imkan 
verirdi.  
 
Antik eranın macəraları və icadları 
 
Qədim Afina təkcə öz filosofları ilə deyil, həm də siyasi həyatın görkəmli 
islahatçıları ilə öyünə bilərdi. B.e.ə. VI əsrdə yaşamış arxont Solon öz islahatları ilə dövlət 
idarəetməsini yaratdı, bu idarəçilikdə Afina xalqının (demosun) bütün təbəqələri iştirak 
edirdi. Solon Xalq yığıncağını xeyli fəallaşdırdı, ona qanunvericilik funksiyasını, müharibə 
və sülh məsələlərini həll etmək sahəsində müstəsna hüquq verdi. Demokratik Dördyüzlər 
Şurası və Xalq Məhkəməsi təsis etdi. Bu vaxtadək geniş yayılmış bir cəza növü olan borca 
görə qul olmağı qadağan etdi və torpağa görə borcları ləğv etdi. Afinalıları ərazi 
əlamətlərinə görə dörd filə böldü, onların hər biri vətəndaşların illik gəlirinə görə dörd 
dərəcəyə bölünürdü. İlk birinci iki təbəqənin nümayəndələri süvari qoşunda xidmət edir 
və yüksək vəzifələrə seçilirdilər, üçüncünün nümayəndələri ağır sıravi qoşuna çağırılır, 
dördüncününkü  isə yalnız Xalq yığıncağında səs verirdi, ancaq onlar silah almağa pul 
xərcindən azad idilər. Yəqin ki, Solonun siyasi, dövlət quruluşuna aid islahatları, Afina 
vətəndaşlarının orta və yoxsul zümrələrini dövlət idarəçiliyinə cəlb etməsi olmasaydı, heç 
Afinanın «qızıl dövrü» də mövcudluq hüququ qazanmazdı.  
Antik dövrün ən məşhur simalarından biri isə Afiinanın dövlət xadimi Perikldir. O, 
bir strateq kimi b.e.ə. 443-cü ildən 429-cu ildəki ölümünə qədər şəhər-dövlətə başçılıq etdi. 


Yüklə 4,8 Kb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   10   ...   55




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə