Telman Orucov



Yüklə 4,8 Kb.
Pdf görüntüsü
səhifə9/55
tarix01.12.2017
ölçüsü4,8 Kb.
#13256
1   ...   5   6   7   8   9   10   11   12   ...   55

Antik dövrün ən böyük filosoflarından biri Aristotel (b.e.ə. 384-322-ci illər) idi. O, 
ensiklopediyaçı alim olmaqla, Litseyi və peripatetik məktəbini yaratmışdı. O, Platonun 
şagirdi, Makedoniyalı Aleksandrın isə tərbiyəçisi idi. Öz fəlsəfəsini inkişaf etdirərək, o, 
əvvəllər Platonun ideyaları barədəki nəzəriyyəsindən çıxış edirdi. Lakin sonralar 
təcrübənin, materiya və real dünyanın formalarının dərk olunmasına mürəciət edərək, 
Platonun əsərlərinin hərtərəfli tənqidinə keçdi. B.e.ə. 343-cü ildə Aristotel Makedoniyanın 
paytaxtı Pellaya dəvət edilib, 13 yaşlı Makedoniyalı Aleksandrın tərbiyəçisi işləməyə 
başladı. On iki il sonra o, Afinaya qayıdıb Litseydə məktəb yaratdı. Aristotelin bütün 
əsərləri həm ezoteriklər (şagirdləri üçün mühazirələr), həm də ekzoteriklər (hər kəsin 
öyrənə bilməsinə uyğun olan) – altı istiqamətə bölünür: Elmi məntiq (orqanon) – 
qanunlara və kateqoriyalara əsaslanırdı. Metafizika formanı və materiyanı öyrənirdi. 
Təbiət fəlsəfəsi, başqa sözlə, fizika ayrı-ayrı elmi fənlər üzrə tədqiqatla məşğul olurdu. 
Etika insanın ağıllı fəaliyyətini ali ləyaqət kimi qəbul edirdi. Siyasət bölməsində müxtəlif 
dövlət formalarının təhlili verilirdi. Poetikada faciə və eposun tərifi verilir.  
Aristotel hesab edirdi ki, «Dövlət təbiətə görə mövcud olana məxsusdur və insan öz 
təbiəti etibarilə siyasi məxluqdur, dövlətdən kənarda yaşayan isə ya əxlaqi mənada inkişaf 
etməmiş məxluqdur, yaxud da fəvqəlbəşərdir». Sonra o, dövlətlə insanların qarşılıqlı 
münasibətini izah edərək qeyd edir ki, «Hər bir adamda təbiət dövlət birliyinə can atmaq 
hissi qoymuşdur… Ədalət anlayışı dövlət haqqındakı təəssüratla əlaqədardır, çünki 
ədalətin ölçüsünə xidmət edən hüquq, ictimai birliyin nizamlayıcı normasıdır».  
B.e.ə. V-IV əsrlərində yaşamış Hippokrat qədim yunan həkimi olmaqla Koç 
adasında doğulmuş, 90 illik ömrünü Fessaliyadakı Larissada yaşamışdı. O, elmi təbabətin 
banisi, antik dövrün ən məşhur həkimi olmuşdu. Hippokratın təliminə görə, insanın 
sağlamlığı dörd bədən şirəsinin düzgün nisbətindən asılıdır. Bunlar qan, bəlğəm, sarı və 
qara öddür, onların pozulması xəstələnməyə gətirib çıxarır. Həkimin vəzifəsi düzgün 
diaqnoz qoymaq və xəstəliyi deyil, xəstəni müalicə etmək vasitəsini seçməkdir. Müalicə bu 
vaxt həkim fəaliyyətinin əsasını təşkil edir. O, təbii dərman vasitələrinin köməyi ilə 
müalicəyə böyük əhəmiyyət verirdi. Hippokrat həm də həkimin etik davranışının 
qüsursuz nümunəsi hesab olunur, ona görə də ali təhsil alan həkimlər fəaliyyətə 
başlamamışdan «Hippokrat andını» içirlər və bu anda əməl etməmək faktı həkim üçün 
bağışlanmaz qəbahət sayılır.  
B.e.ə. 356-cı ildə Kiçik Asiyanın sahil ərazisindəki Efesdə baş verən yanğın ilahə 
Artemidanın məbədini məhv etdi. Deyilənlərə görə, yanğın o gecə baş vermişdi ki, həmin 
vaxt Böyük Aleksandr anadan olmuşdu. Öz adını əbədiləşdirmək istəyən Herostrat adlı 
birisi işgəncələr altında bu cinayətini etiraf etdi. Efesin saknləri qərar qəbul etdilər ki, bir 
daha onun adını tələffüz etməsinlər və məbədi nə qədər mümkünsə, tez qaydada bərpa 
etsinlər. B.e.ə. VI əsrdə tikilmiş Efesdəki Artemida məbədi dünyanın yeddi möcüzəsindən 
biri hesab olunurdu. Zevsin və Letonun qızı olan Artemideya bakirəlik təmizliyi, evlilik və 
uşaq doğmaq ilahəsi kimi sitayiş edirdilər. Yanğından sonra Artemida məbədi bərpa 
olundu və onun bəzədilməsində bütün Asiyadan olan sənətkarlar çalışdılar.  
 


 
 
 
Ellinizmin o vaxtkı dünyaya yayılması 
 
Yunanıstanın siyasi parçalanması Balkan yarımadasının coğrafi xüsusiyyətlərinin 
(dağlarla ayrılan vadilərin mövcudluğu) nəticəsi idi. İstedadlı xalqın təkrarsız xarakterində 
meydana gələn izolə olunmuş və qapalı həyat tərzi meydana gəlmişdi. Yunan dünyasının 
siyasi xəritəsi ellinlərin Roma imperiyasına daxil olmasına qədər duruş gətirdi. 
Yarımadadakı kiçik münbit vadilər, Kiçik Asiyanın dəniz sahilləri və Egey dənizinin çox 
saydakı adaları böyük miqdarda xırda ölçülü dövlətlərin (polislərin) yaranmasına şərait 
yaratmışdı. Lakin siyasi birliyə qədər mədəni birlik mövcud olmuşdu. Yunanları dil 
qohumluğu fərqləndirirdi, hələ də onlarda ümumi allahlar kultu və qədim ümumi yunan 
mifləri mövcud idi. Torpağın azlığı əksər polisləri məcbur etmişdi ki, yerli məhsullarla – 
yağla, şərabla, həm də sonralar sənətkarlıq məhsulları ilə ticarəti inkişaf etdirsinlər. 
Dənizin arxasındakı qonşularla əlaqə yarandı. Belə kontakt finikiyalılarla baş verdi, 
yunanlar onlardan əlifbanı əxz etdilər.  
Şəhərlərin əhali sıxlığı üzündən yunanlar yeni ərazilərdə məskənlər salmağa 
başladılar. Ona görə də Aralıq dənizinin və Qara dənizin uzaq sahillərində koloniyalar 
meydana gəldi. Cənubi İtaliyanı və Siciliyanı əhatə edən Böyük Yunanıstan yarandı.  
Tədricən Yunanıstanın başlıca siyasi mərkəzləri Afina və Sparta oldu. Bütün 
Attikanı əhatə edən Afinada idaretmənin demokratik sistemi təşəkkül tapdı. Sparta isə 
özünə məhsuldar əraziləri tabe edib, bütün Peloponnes yarımadasına öz təsirini yaydı. 
Burada arxaik üsul-idarə, qədim çar hakimiyyəti institutu qalırdı. Çarlar yalnız müharibə 
vaxtı real hakimiyyətə sahib olurdular, digər vaxtlarda ölkəni Ağsaqqallar şurası 
(gerusiya) idarə edirdi.  
Perslərlə müharibələr vaxtı düşməni iki mühüm döyüşdə məğlub edən Afinanın 
Yunanıstanda nüfuzu ən yüksək nöqtəyə çatdı. Afina öz ətrafında Egey dənizinin çox ciddi 
adalarını birləşdirdi. Afina dəniz ittifaqının polislərində ticarət, sənətkarlıq və kənd 
təsərrüfatı inkişaf edirdi. Bu dövrdə həm də mədəni həyatın çiçəklənməsi baş verdi. Afina 
uzun müddət üçün Aralıq dənizi mədəniyyətinin mərkəzinə çevrildi. İki iri yunan dövləti 
arasındakı rəqabət Peloponnes müharibəsinə (altı illik fasilə ilə b.e.ə. 431-404-cü illər) 
gətirib çıxardı. Bu müharibədə Afina məğlub oldu və Spartanın hegemonluğu quruldu. 
Lakin Sparta da məğlubiyyətsiz ötüşmürdü. Fiva sərkərdəsi Epaminond bir neçə dəfə 
spartalıları məğlub etmişdi. Gələcək Makedoniya çarı, Böyük Aleksandrın atası II Filipp bu 
vaxt Fivada əsir kimi yaşayırdı. B.e.ə. 359-cu ildə o, hakimiyyətə gəlib makedoniyalıları 
yunan hərb sənətinin nailiyyətləri ilə tanış etdi. Həm də kiçik knyazlıqları vahid dövlətdə 
birləşdirdi. 
Atasının qətlindən sonra çar taxt-tacına gələn və Makedoniyalı adlandırılan III 
Aleksandr öz hökmranlığını genişləndirmək istədi. İki il sonra, b.e.ə. 334-cü ildə Aleksandr 
Kiçik Asiyaya keçib, dağılmaqda olan Persiya imperiyasını özünə tabe etdi. Beş il sonra o, 


Yüklə 4,8 Kb.

Dostları ilə paylaş:
1   ...   5   6   7   8   9   10   11   12   ...   55




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə