Telman Orucov



Yüklə 4,8 Kb.
Pdf görüntüsü
səhifə31/55
tarix01.12.2017
ölçüsü4,8 Kb.
#13256
1   ...   27   28   29   30   31   32   33   34   ...   55

yaşayış məskəninin əsasını qoydu. Beş ay sonra isə, sentyabrda ispan dəstəsi atstek 
dövlətinin paytaxtı Tenoçtitlana girdi. Bu şəhərin böyüklüyü və var-dövləti ispanlara 
əfsanəvi qızıl ölkəsi Eldoradoya çatdıqlarını düşünməyə əsas verdi.  
Kortes 1514-cü ildə Espanyolaya (Haitiyə) sadə sakin kimi gəlmişdi. Lakin Kubaya 
gəlib çıxdıqdan və orada plantasiya ələ keçirdikdən sonra çox tez varlandı və öz vəsaitləri 
hesabına Meksikada ekspedisiya təşkil etməyi bacardı.  
Kortesin komandası muşketlərlə və yüngül artilleriya ilə silahlanmış 6000 nəfər 
adamdan ibarət idi. Atstkelərin paytaxtına doğru irəliləyərkən o, bir sıra hindu tayfalarını 
fəth etdi, onlar daxili çəkişmələrə və onları tabe etmiş atsteklərlə düşmənçiliklərinə görə 
işğalçılara ciddi müqavimət göstərmədilər. İspan dəstəsinin sahilə çıxması barədə 
atsteklərin hökmdarı Montesumaya xəbər verdilər. O, allah Ketsalkoatolun qayıdacağı 
barədə qədim peyğəmbərliyin həyata keçməsini güman etdiyindən, ispanları qarşılamağa 
varlı hədiyyələrlə elçilər göndərdi. O, ümid edirdi ki, sərt allahı sakitləşdirsin, çünki onun 
gəlməsi atsteklərə məhrumiyyətlər və ağır sınaqlar gətirəcəkdi.  
Lakin ispanlar hökmdar II Montesumanın sadəlövhlüyündən xaincəsinə sui-istifadə 
edib, onu əsir götürdülər. Montesuma əsirlikdə də öldü.  
Atsteklər, ümumiyyətlə, çox dindar olduqlarından, inanırdılar ki, bəlalardan və 
fəlakətlərdən müdafiə olunmaq üçün allahlara qurban vermək lazımdır. Onlar əsasən 
qulları və əsirləri qurban verirdilər və insan qurbanı fəxri və müqəddəs iş sayılırdı. Atstek 
heykəltəraşları rəhmsiz və qana susayan allahları təsvir edirdilər. Atsteklərin dövlətinin 
başında hökmdar, kahinlər, hərbi xadimlər və yüksək rütbəli məmurlar dururdu. Yalnız 
onlar özəl mülkiyyət hüququna malik idilər. Zümrə fərqlərinə ciddi surətdə əməl edilirdi. 
Öz möhtəşəmliyi ilə adamları heyran edən paytaxt Tenoçtitlanın 250.000 nəfərdən çox 
əhalisi tabe edilmiş xalqların verdikləri bac hesabına yaşayırdı. 
Atsteklər ispan qəsbkarlarını paytaxtdan qova bildilər. Lakin 1521-ci ildə yenidən 
şəhəri tutdular və onu viran qoydular. Bir il sonra Tenoçtitlanın xarabalıqları üzərində 
onlar yeni şəhərin tikintisinə başladılar və onu Mexiko adlandırdılar. Mexikonun mərkəzi 
qədim atstek məbədinin ərazisi oldu.  
1533-cü ildə isə ispan konkistadoru Fransisko Pisarronun başçılıq etdiyi kiçik 
ekspedisiya cənubi Amerika Andlarında olan inklər imperiyasını dağıtdı. İnklərin 
hökmdarı Ataualpa nəhəng məbləğdə girov pulu verməsinə baxmayaraq, Pisarro onu 
edam etməyi əmr etdi və inklərin paytaxtı Kuskonu tutdu. 1529-cu ildə Pisarro İspaniya 
kralı imperator Karldan Peru torpaqlarının (Yeni Kastiliyanın) general-qubernator 
rütbəsini aldı, bununla onları ispan taxt-tacına tabe etmək istəyirdi. 1531-ci ildə Cənubi 
Amerika sahillərinə ayaq basan ispanlar məhrumiyyətlərlə dolu olan keçiddən sonra And 
dağlarındakı Ataualpa qoşunlarının düşərgəsinə çatdı. Gözlənilməyən hücumun 
nəticəsində Pisarro inklərin hökmdarını tutmağa müvəffəq oldu.  
İnklərin imperiyası ilk (mifik) ink hökmdarı Manko Kapakanın işğal yürüşlərindən 
sonra ən yüksək inkişafına çatmışdı. İnk hökumətinin qəsbkar siyasəti hər şeydən əvvəl 
möhkəm dövlətə və hərbi təşkilatlanmaya əsaslanırdı. Yollar şəbəkəsi paytaxt Kuskonu 
əyalətlərlə birləşdirirdi.  


         İnklərin dövləti siyasi cəhətdən piramida şəklində təşkil olunmuşdu. Onun zirvəsini 
qeyri-məhdud hakimiyyətə yiyələnən kral – allah İnka tuturdu. Ona Günəşin oğlu kimi 
sitayiş edilirdi,  imperiyanın dörd hissəsini idarə edən dörd vali ona tabe idi. Dövlətin 
sərvəti və qüdrəti «aylyu» adlanan kənd və əmək icmaları tərəfindən yaradılırdı.  
Ümumiyyətlə, Amerika qitəsinin tədqiq edilməsi və işğalı özlərini konkistador 
adlandırdıqları ispan macəraçılarının işinə çevrildi. Onların arasında mənşəyinə və 
xarakterinə görə müxtəlif adamlar var idi. Lakin onları bircə şey – var-dövlət və 
hakimiyyət yanğısı birləşdirirdi.  
Vasko Nunyes de Balbao Amerikaya yollandı, qərbdə böyük dənizin mövcud 
olduğunu bildikdən sonra 1613-cü ildə Panama boynunu keçib, Sakit okean sahillərinə 
çıxdı. Kortes Meksikanın bir hissəsini tutmaqla şöhrətə malik olsa da, hakimiyyət qazana 
bilmədi. Ümidləri puça çıxan Kortes İspaniyaya qayıdıb, 1547-ci ildə orada öldü.  
Fransisko Pisarro inklərin dövlətini qarət edib dağıtdı. Lakin Yeni Dünya ona nə 
sərvət, nə də hakimiyyət verdi. Öz tabeliyində olanlarla davada o, 1541-ci ildə Limada 
öldürüldü.  
Ernando de Sato Perunun işğalında iştirak etmiş, qızıl və gümüş axtarmaq 
məqsədilə 1539-cu ildə Floridanı tədqiq etmişdi. Arzuladığı qiymətli metalları o, heç də 
tapa bilmədi. Qızıl əldə etmək uğrundakı fəaliyyət işğal edilmiş torpaqların qarət 
edilməsinə gətirib çıxardı.  
İspan konkistadoru və səyyahı Fransisko de Orelyano ilk avropalı kimi ispan 
Visente Pinsonun 1500-cü ildə kəşf etdiyi Amazonkanı tədqiq etdi. Orelyanonun dəstəsi 
hindu qadınlarından ibarət döyüşçülərin hücumuna məruz qaldıqdan sonra o, çayı 
Amazonka adlandırdı (səyyah hindu qadın döyüşçülərini yunan mifologiyasında təsvir 
edilən vuruşan qadınlar – amazonkalar tayfasının üzvlərinə bənzətmişdi). Orelyano 
Pisarronun ekspedisiyasında iştirak etmişdi, Andın digər tərəfindəki torpaqları tədqiq 
etməyə yollanmışdı. O, əfsanəvi qızıl mənbəyi olan Eldoradonu tapmağa ümid bəsləyirdi. 
Lakin o, nə qızılı, nə də həmçinin axtardığı qəhvəyi ağacları tapa bilmədi. Yerli sakinlərlə 
qanlı toqquşmalardan, silahlı hindu qadınların hücumundan və çayla səkkiz ay davam 
edən üzməkdən sonra, 1542-ci ildə ispanlar Amazonkanın mənsəbini gördülər.  
Orelyano arzularının həyata keçməsinə nail olmasa da, Amerikanın kəşfi tarixində 
qitənin ən böyük çayını tədqiq etdiyinə görə daim qaldı.  
İspan konkistadorları Cənubi Peru Andlarında zəngin gümüş yataqları tapdılar və 
adada Potosi yaşayış məntəqəsi saldılar. 1547-ci ildə imperator V Karl dəniz səviyyəsindən 
4.000 m hündürlüyündə olan bu məntəqəni Villa İmperial de Potosi adlandırmağa göstəriş 
verdi. Gümüş çıxarılmasından gələn mənfəət hesabına məntəqə tezliklə mədən 
sənayesinin mərkəzinə çevrildi və İspaniya müstəmləkə imperiyasının ən varlı 
şəhərlərindən biri oldu. İspan donanması yüksək tələbat olan qiymətli metalı 
müstəmləkədən Avropaya daşıyırdı. Gümüşün daşınması çətin və uzun müddət davam 
edən üzməyə səbəb oldu. Qiymətli yük, dəniz quldurlarının ovuna çevrilirdi. Çox xərc 
tələb edən işlərin görülməsi üçün pula ehtiyac duyulduğundan, gümüşün çıxarılmasından 
bu çox asılı idi. Gümüş mədənlərində ucuz işçi qüvvəsi Andın kənarlarından gələn 


Yüklə 4,8 Kb.

Dostları ilə paylaş:
1   ...   27   28   29   30   31   32   33   34   ...   55




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə