Telman xəLİlov, maya zeynalova



Yüklə 2,8 Kb.
Pdf görüntüsü
səhifə2/61
tarix26.01.2018
ölçüsü2,8 Kb.
#22492
növüDərs
1   2   3   4   5   6   7   8   9   ...   61



FƏSİL 
BƏŞƏRİYYƏTİN ƏN ƏSAS QLOBAL EKOLOJİ 
PROBLEMLƏRİ 
 
T
əbii  mühit  –  insanın  həyatı  üçün  əvəzedilməz  şərtlər-
d
əndir. 
B
əşəriyyətin  inkişaf  tarixinə  bir  neçə  dövr  qeyd  olun-
muşdur: dəmir, bürünc, mis dövrləri və s. Bizim yaşadığımız 
XX  v
ə XXI yüzilliklər də tarixdə güman ki, texniki tərəqqi 
əsri kimi qeyd ediləcək. 
H
əqiqətən də nüvə enerjisinin kəşfi, kosmosun fəthi, lazer 
şüasının cilalanması və başqa nəaliyyətlərlə səciyyələnən XX 
yüzilliyin  m
əşəqqətli  təzadları  da  az  olmamışdır.  Dünya 
müharib
ələri, ictimai-siyasi və iqttisadi inqilablar, çəkişmələr 
araşdırdığımız dövrün ən böyük bəlası, ümumbəşəri miqyaslı 
t
əhlükə kimi qəbul olunan təzadlar və ekoloji böhrandır. 
Lap 
yaxın  keçmişlə,  yəni  XX  əsrin  50-60-cı  illər  ilə 
müqayis
ə  edilərsə  son  on  illiklərdə  ekoloji  böhran  barədə 
söz-söhb
ət daha tez-tez təkrarlanır. 
Çoxdan  sübut 
olunmuşdur  ki,  insan  cəmiyyəti  mövcud 
olduğu dövrdən təbiətə qarşı qəddarlıq edir, bütün canlılardan 
f
ərqli olaraq insan öz mühitini korlayır, zibilləyir, zəhərləyir 
v
ə  bununla  da  özünə  və  təbiətə  qəst  etmiş  olur.  Əgər  uzaq 
əcdadlarımız sapandla, dəyənəklə, ox-nizə ilə ov edirdilərsə, 
müasir  insan  bir  göz 
qırpımında  dünyanı  alt-üst  etmək 
qüdr
ətinə malik silahlara və texniki vasitələrə yiyələnmişlər. 
M
əhz  ona  görə  də  müasir  insan  geoloji  amil  sayılır.  Axı  o, 
t
əbiətin  iki  milyon  il  ərzində  yaratdığı  faydalı  qazıntı  məh-
sullarını başlıca olaraq sonuncu yüzillikdə mənimsəmişdir. 
Bununla  bel
ə  tarix  boyu  insanların  təbiətə,  ətraf  mühitə 
bigan
əliyini iddia etmək də ədalətsizlik olardı. Qədim mən-
b
ələrdən məlumdur ki, hələ eramızdan 5-6 əsr öncə Misirdə 



mis 
əridən  zaman  havanı  korlayan,  açıq  suları  çirkləndirən 
misk
ərlərə qarşı xüsusi cəza tədbirləri nəzərdə tutulmuşdur. 
Bizim 
eranın 12-13-cü yüzilliklərində Fransada Sena çayına 
r
əngli, çirkli su axıdan emalatxana ləğv edilmiş, günahkarlar 
c
əzalandırılmışlar. 
Dem
əli,  ətraf  mühitin  qorunması  qayğıları  adamları  yüz 
ill
ərdən  bəri  narahat  edir.  Bununla  belə  biosferin  vəziyəti 
ilb
əil  ağırlaşır,  həyat  amilləri  sayılan  suyun,  havanın,  tor-
pağın  keyfiyyəti  pisləşir.  Çağdaş  dünyamızda  ekoloji  böh-
ranın  ümumbəşəri  təhlükə  olmasına  heç  kim  şübhə  etmir. 
M
əhz  ona  görə  də  qlobal  ekoloji  təhlükənin  hamımıza  aid 
olmasını  qəlbən  şüurlu  olaraq  dərk  etməklə,  əməli  iş  üçün 
h
əm birgə, həm də fərdi təşəbbüslər göstərməliyik. 
T
əsəvvür edək ki, hələ 2300 il öncə Epikur car çəkmişdir: 
«
İnsanlar!  Siz  təbiətin  naz-nemətindən  qənaətlə  istifadə 
etm
əklə,  ona  qarşı  qəddarlığınızı  ram  etmək  borcunuzu  bir 
an bel
ə unutmayın». 
Bel
əliklə,  bir  daha  məlum  olur  ki,  biosferin  qorunması 
z
ərurəti zaman-zaman narahatlıq yaratmışdır. 
Planetd
ə  ekoloji  sabitliyin  pozulması  qitələr,  ölkələr,  re-
gionlar  üzr
ə müxiəlif dərəcədə qiymətləndirilsə də axar su-
lar, 
yağmurlar, atmosfer havası sərhəd bilmir. Müasir kom-
munikasiya,  n
əqliyyat  vasitələri,  iqtisadi  əlaqələr  nisbətən 
lokal  m
əhdud  ərazilərdə  yetişdirilən  aşağı  keyfiyyətli  məh-
sul
ların da dünyanın çox yerinə getməsinə imkan yaratmış-
dır. Hazırda dünyanın müxtəlif regionlarında ekoloji baxım-
dan 
ziyansız,  təmiz  ərzaq  əldə  edilməsi  imkanları  getdikcə 
m
əhdudlaşır. Çernobl qəzasının «Radioaktiv» əks-sədasının 
h
ətta uzaq Avstraliya ərazisində qeyd olunması bu baxımdan 
çox 
şeyi  deyir,  izah  edir.  Ümumdünya  səhiyyə  təşkilatının 
1993-cü il
ə aid yekun sənədlərində göstərilir ki, hazırda dün-
ya 
əhalisinin  duçar  olduğu  xəstəliklərin  58%  çirkli  sularla 



bağlıdır. 1960-cı  ilin  məlumatlarında  isə  bu  göstərici  cəmi 
2% t
əşkil edirdi. 
B
əşəriyyət üçün müdhiş təhlükəyə çevrilən ekoloji böhran 
bar
ədə  dəlil-sübutları  sadalamağa  ehtiyac  qalmır  (Çernobl, 
Aral gölü, 
Yaponiyadakı zəlzələ və sunami, Meksika körfə-
zind
əki  fəlakət,  atom  silahı,  müasir  səhralaşma,  ərzaq  və 
enerji probleml
əri və s.). 
Neolit  dövründ
ən  başlayaraq  cəmiyyət  tədricən  biosferə 
regional  miqyas  alan  t
əsir  göstərməyə  başlamışdır.  Bu 
birinci növb
ədə maldarlıq və əkinçiliyin inkişafı ilə əlaqədar 
olaraq planetimizin 
yaşıl örtüyünün azalması ilə əlaqədardır. 
Arxeoloji,  paleobotaniki  t
ədqiqatlar  göstərir  ki,  quldarlıq 
dövrünün 
keçmiş  bio-geosenozları  nəinki  aqrosenozlara 
çevrilmiş, hətta çox hallarda dağıdılmışdır. Qobi, Qaraqum, 
Qızılqum, Saxara səhralarının yerində nə vaxtsa çiçəklənən 
sivilizasiyalar 
olmuşdur. 
Bel
əliklə,  bəşəriyyətin  tarixində  bir  çox  hallarda  ekoloji 
böhranlar 
ayrı-ayrı  dövrlərdə  də  yaranmış  və  müxtəlif 
regionlarda t
əbii tarazlığı pozmuşdur. 
Eramızdan əvvəlki ikinci və üçüncü minilliklrədə Hindis-
tanın  şimal-qərbində  yaranmış  və  bəşəriyyətin  ilk  mədəni 
dövl
ətlərinin  mərkəzləri  olan  Xarappa  və  Mahendro  Dara 
şəhərləri xarabalıqlara çevrilmişdir.  
Arxeoloji t
ədqiqatlar həm də göstərir ki, vaxtilə bu sahə-
l
ər  çöl  landşaftlarına  malik  olmuş  əhalisi  əsasən  maldarlıq 
v
ə qismən əkinçiliklə məşğul imiş. Torpaqdan düzgün istifa-
d
ə edilməməsi üzündən həmin sahələr səhraya çevrilmiş və 
q
ədim  mədəni  dövlətin  və  şəhərlərin  yox  olmasına  səbəb 
olmuşdur. 
Böyük S
əhranın, Orta və Mərkəzi Asiya səhralarının və s. 
ya
ranmasında  və  yaxud  da  sərhədlərinin  genişlənməsində 
insanların da fəaliyyəti böyük olmuşdur.  


Yüklə 2,8 Kb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   ...   61




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə