Telman xəLİlov, maya zeynalova



Yüklə 2,8 Kb.
Pdf görüntüsü
səhifə7/61
tarix26.01.2018
ölçüsü2,8 Kb.
#22492
növüDərs
1   2   3   4   5   6   7   8   9   10   ...   61

23 
II 
FƏSİL 
QLOBAL 
EKOLOJİ BÖHRANLAR 
 
Paleontoloji v
ə geoloji tədqiqatlar göstərmişdir ki, hər bir 
qrup, sistem, m
ərtəbə və s. özünə məxsus fauna (heyvanlar) 
v
ə flora (bitkilər) kompleksinə malikdir.  
Yer 
qabığını  təşkil  edən  süxurlar  komplekslərindən  eyni 
yaxud  çox 
oxşar fauna və flora kompleksinə malik olanları 
eyni 
yaşlı  olmalıdır.  Buna  əsasən  bir-birindən  uzaq  məsa-
f
ədə yerləşən sahələrdə yayılmış çöküntü süxurları asanlıqla 
tutuşdurmaq mümkündür. Paleozoy erası altı dövrə bölünür. 
Devon dövrün
ə aid çöküntülər ilk dəfə 1839-cu ildə İngil-
t
ərədə Devon qraflığında ingilis alimləri Murçison və Secvik 
t
ərəfindən  müəyyən  edilmişdir  və  öz  adını  elə  buradan 
almışdır.  Bu  yaşlı  çöküntülər  bütün  dünyada  çox  geniş  ya-
yılmışdır. Azərbaycanda devon çöküntüləri, yalnız Naxçıvan 
MR-da m
əlumdur. Burada həmin çöküntülər Dəhnə və Vəli 
dağın zirvəsində,  Bozdağ və  Sarıdağda,  Daşburun dağında, 
Yuxarı – Dənzik kəndi ətrafında və başqa məntəqələrdə üzə 
çıxır. Süxurların xarakteri göstərir ki, devon dövründə Nax-
çıvan  MR-ın  ərazisi  dəniz  altında  olmuşdur.  Ümumiyyətlə 
devon  dövründ
ə  bütün  Yer  qabığında  və  üzvi  aləmdə  çox 
böyük  d
əyişikliklər  baş  vermişdir.  Dövrün  əvvəlində  onur-
ğalılar ibtidai qrupunu təşkil edən qraptolitlər və habelə çə-
n
əsiz «balıqlar» demək olar ki, tamamilə qırılmışdır. Bunun-
la 
yanaşı başayaqlı (Cephalopoda) heyvanların ammonoldea 
deyil
ən  qrupu  və  bitkilərdən  ayıdöşəkləri  və  buğumlular 
meydana  g
əlmiş,  balıqlar  yaxşı  inkişaf  etmişlər.  Dövrün 
axırında suda-quruda yaşayanlar (Amphibia) və ilk böcəklər 
meydana g
əlmişdir (Ə.Xəlilov, Q.Əliyev, 1963). 
Karbon  dövrü  d
ə 1822-ci ildə Konibir və Fillips tərəfin-
d
ən İngiltərədə təyin edilmişdir. İçərisində zəngin daş kömür 


24 
yataqları tapıldığından karbon və ya daş kömür sistemi adını 
alm
ışdır.  Bu  dövrün  müddəti  50-55  milyon  il  olmuşdur. 
Karbon dövründ
ə bitkilərlə yanaşı, heyvanlar aləmi də xeyli 
inkişaf  etmişdir.  Suda-quruda  yaşayanlar  tərəqqi  etmiş  və 
dövrün 
axırında ilk sürünənlər meydana gəlmişdir.  
Karbon  dövründ
ə,  xüsusən  onun  ikinci  yarısında  dəniz-
l
ərin kənarı boyunca,  açıq dənizlərdən ayrılmış qapalı höv-
z
ələrdə,  göl  və  bataqlıqlarda  geniş  miqyasda  daş  kömür 
əmələgəlmə prosesi getmişdir. Azərbaycanda Naxçıvan MR-
da bu proses çox z
əif getmiş və əlverişli şərait olmadığından 
kömür  y
ataqları  əmələ  gəlməmişdir.  Bu  vaxta  kimi  Yer 
üz
ərində  məlum  olan  karbon  yaşlı  kömür  yataqlarının  ya-
yılmasını  nəzərdən  keçirdikdə  maraqlı  bir  qanunauyğunluq 
göz
ə çarpır. Belə ki, qərbdə, ABŞ-da bu yataqlar 45
0
 
şimal 
en  dair
əsindən şimala keçmədiyi halda, Mərkəzi Avropa və 
Donbas  m
ədənləri 55
0
,  Sibir  m
ədənləri isə 70
0
  en  dair
əsin-
d
ən  şimala  qalxmışlar.  Digər  tərəfdən  Braziliyanın,  Afrika 
qit
əsinin, Madakaskar adasının cənub-şərq  yamaclarında və 
Avstraliyada karbon 
yaşlı buzlaq çöküntüləri tapılır.  
Perm  dövrü  1841-ci  ild
ə  Rusiya  düzənliyinin  şimal-şər-
qind
ə  Perm  quberniyasında  Murçison  tərəfindən  müəyyən 
edilmişdir.  Perm  dövrünün  mütləq  davamı  təxminən  25-30 
milyon il hesab edilir. 
Yer 
qabığında  baş  verən  böyük  dəyişikliklər  karbondan 
başlayaraq permdə daha da güclənmiş və Hersen dağ əmələ 
g
əlməsində  böyük  qırışıqlar  və  dağlar  əmələ  gətirən  çox 
güclü  tektonik  h
ərəkətlərin  nəticəsində  baş  vermişdir.  Bu 
h
ərəkətlər  Appalaç,  Hersin,  Ural,  Sibir  və  s.  dağları  əmələ 
g
ətirmiş,  dəniz  və  hövzələri  müxtəlif  şəklə  salmış  və 
bel
əliklə  Yerin  fiziki-coğrafi  şəraitini  ciddi  dəyişdirmişdir. 
Bu dövrd
ə dördşualı və tablolu mərcanlar, tribolitlər adlanan 
buqum 
ayaqlılar  tamamilə  qırılıb  qurtarmış  bəzi  növlər  isə 


25 
inkişaf etmişlər. 
Bu  hövz
ə  cənubi  Avropanı,  Himalay  dağlarını  və  qonşu 
sah
ələri  tutan  böyük  dənizə  daxil  idi.  Belə  hesab  edilir  ki, 
Perm  d
ənizi  nəinki  Naxçıvanı,  hətta  bütün  Azərbaycan 
ərazisini tuturmuş. 
Mezozoy 
erasının  Trias  dövrü  1834-cü  ildə  Almaniyada 
Alberti t
ərəfindən təyin edilmişdir. Bu dövr 30-35 milyon il 
ol
muşdur.  Trias  dövründə  suda-quruda  yaşayan  sinfi 
t
ənəzzül edir, sürünənlər sinfi isə öz inkişafını davam etdirir. 
Bu zaman 6 
şüalı mərcanlar və ikiqəlsəməli baş, ayaqlı hey-
vanlar meydana g
əlirlər. İlk məməlilərin də Triasın axırında 
meydana  g
əldiyi  güman  olunur.  Triasın  axırlarında  bütün 
Qafqazla  fiziki-
coğrafi  şərait  əhəmiyyətli  dərəcədə  dəyişir. 
Bu  Böyük  Qafqaz  vilay
ətində,  habelə  Naxçıvan  MR 
ərazisində özünü göstərir. 
Yura  dövrü  1829-cu  ild
ə  Bronyar  tərəfindən  Avropada 
Yura 
dağlarında  təyin  edilmişdir.  Bu  dövrün  yaşı  25-35 
milyon il hesab edilir. Bütün dünya 
miqyasında Yura dövrü 
ammonitl
ərin və belemenitlərin və habelə sürünənlərin yük-
s
ək inkişaf dövrü kimi səciyyələnir. Birincilər normal dəniz-
l
ərdə  yayılmışdır. Sürünənlərin isə  müxtəlif  və çox nəhəng 
nümay
əndələri  dənizlərdə,  göl  və  bataqlıqlarda,  quruda  və 
havada 
hökmranlıq  etmişdir.  Bunlarda  uzunluğu  33  metrə 
çatan  suda 
yaşayan  pleziozaurus  (plesiosaurus)  və  ixtizau-
rusu (ichthyosaurus), quruda 
yaşayan branxiozaurusu (Bran-
chiosaurus),  uçan  (pterodactulis)  k
ərtənkələrdən  ptero-
daktill
ərin qanadları açılanda 8 m olur və s. göstərmək olar. 
Yura 
yaşlı  süxurlar  Azərbaycanda  çox  geniş  yayılmışdır. 
Onlar  Böyük  v
ə Kiçik Qafqaz dağlarında üzə çıxaraq geniş 
sah
ələr tutur. 
T
əbaşir dövrü – 1822-ci ildə Fransada Omalius Dallua tə-
r
əfindən təyin edilmişdir. Yaşı 55-60 milyon il olub. Dövrün 


Yüklə 2,8 Kb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   10   ...   61




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə