Telman xəLİlov, maya zeynalova



Yüklə 2,8 Kb.
Pdf görüntüsü
səhifə8/61
tarix26.01.2018
ölçüsü2,8 Kb.
#22492
növüDərs
1   ...   4   5   6   7   8   9   10   11   ...   61

26 
ikinci 
yarısında Şimali Amerika qitəsinin cənubunu, Afrika-
nın  şimal  hissəsini,  Mərkəzi  Şərqi  Avropanı  və  Asiyanı 
tutmuş geniş dənizləri Tetis hövzəsi ilə birləşmişdir. 
T
əbaşir  dövrünün  I  yarısında  başayaqlılar  sinfindən  am-
monitl
ər  və  belementilər  öz  inkişaflarını  davam  etmişlər. 
Lakin  II 
yarımdövrdə  get-gedə  tənəzzül  edərək,  dövrün 
axırında  tamamilə  qırılmışlar.  Burada  yeni  quşlar  (neor-
mites)  meydana  g
əlmiş və inkiaşf etmişdir. Sürünənlər sin-
find
ən  nəhəng  kərtənkələləlr,  uçan  kərtənkələlər,  balıq 
k
ərtənkələlər  dövrün  I  yarısında  hakim  vəziyyət  tutmuş, 
lakin 
axırına doğru tənəzzül etmişlər. Bu dövrün çöküntüləri 
Az
ərbaycan  ərazisində  geniş  yayılmış,  Böyük  və  Kiçik 
Qafqazda böyük sah
ələrdə üzə çıxır. 
Kaynazoy 
erası – yeni həyat erası, Yer tarixinin sonuncu 
erası olub, iki dövrə – III və IV dövrlərə bölünür. «Üçüncü 
dövr»  termini  ilk  d
əfə  1759-cu  ildə  İtaliya  alimi  Ardoino 
t
ərəfindən geoloji ədəbiyyata gətirilmişdir. Üçüncü dövr öz 
adını o zaman qəbul edilən bölgü üzrə «birinci» və «ikinci» 
dövrl
ərdən  sonra  gəldiyinə  görə  almışdır.  Lakin  bu  sistem 
yerin  h
əyatının  müəyyən  hissəsinə  cavab  verən  müstəqil 
stratiqrafik  vahid  kimi  1883-cü  ild
ə  ingilis  alimi  Lyayel 
t
ərəfindən ayrılmışdır. 
Müasir  geoxronoloji  c
ədvələ  görə  üçüncü  dövrü  2 
epoxaya-paleogen  v
ə  neogen  epoxalarına  ayırırlar.  Lakin 
son zamanlar bir çox t
ədqiqatçılar bu iki epoxanın üzvi alə-
min v
ə paleocoğrafi şəraitinin xüsusiyyətlərini nəzərə alaraq 
onların hər birini müstəqil geoloji dövr kimi qəbul edirlər. 
Paleogen  dövrü.  30-35  milyon  il 
sürmüşdür.  Paleogen 
dövrünün  üzvi  al
əmi  mezozoy  erasının  üzvi  aləmindən 
k
əskin  surətdə  fərqlənir.  Belə  ki,  üst  təbaşirin  axırlarında 
mezozoyun  xarakter 
formaları  olan  ammonitlər  və  beləme-
nitl
ər  tamamilə  qırılıb  məhv  olur.  Paleogen  dənizlərinin 


27 
xarakterik  xüsusiyy
ətlərindən biri burada birhüceyrəli orqa-
nizml
ərin  nəhəng  nümayəndələri  olan  hummulitlər  olduqca 
inkişaf  etməsidir.  Hummulitlərlə  yanaşı  paleogen  gənizlə-
rind
ə  yastıqgəlsəməililər  və  qarınayaqlılar,  süngərlər,  mər-
canlar,  d
əniz kirpiləri də yaşamışlar. Dəniz fəqərəlilərindən 
balinalar  ilk  d
əfə  paleogendə  meydana  gəlmiş,  sümüklü 
balıqlar  isə  hakim  vəziyyət  tutmuşlar.  Paleogen  dövründə 
quru 
faunası  da  ciddi  dəyişikliklərə  uğramışdır.  Təbaşirin 
axırlarında  tamamilə  məhv  olmuş  dəhşətli  kərtənkələlərin 
(
dinozavrların),  uçan  kərtənkələlərin  və  qədim  quşların  ye-
rini paleogend
ə məməli heyvanlar və yeni quşlar tuturlar. Bu 
zaman 
yırtıcılar, xortumlular, dırnaqlılar o cümlədən atların, 
fill
ərin və s. qədim əcdadları, habelə gəmiricilərin, həşərat-
yey
ənlərin və primatların ilk nümayəndələri meydana gəlir. 
Orta  v
ə üst paleogendə  məməli  heyvanlar əsas etibarilə iki 
oblasta: C
ənubi və Şimali Amerikada, Avropada və Asiyada 
yayılmışlar.  Bu  ərazilərdə  məməlilərin  inkişafı  tam  başqa 
yollarla  getdiyind
ən  onların  tərkibi  bir-birindən  ciddi 
f
ərqlənir. 
Neogen dövrü. Bu dövr 25-30 milyon il davam 
etmişdir. 
Bu dövrün çöküntül
əri respublikamızda Xəzəryanı düzənlik-
d
ə, Kür-Araz ovalığında, Talış dağlarında və Naxçıvan MR-
da 
geniş yayılmışdır. 
Yuxarıda göstərdiyimiz rayonlarda və habelə respublika-
nın  bir  çox  başqa  yerlərində  neogen  çöküntüləri  içərisində 
yastıgəlsəməlilərin,  qarınayaqlıların,  bir  hüceyrəlilərin, 
balıqların və başqa fəqərəlilərin qalıqları vardır. 
Neogen  dövrünün  üzvi  al
əmindən danışdıqda hər şeydən 
əvvəl, qeyd  etmək lazımdır ki, onun xarakter xüsusiyyətlə-
rind
ən biri müasir üzvü aləmə olduqca yaxın olmasıdır. Bu 
bir  t
ərəfdən  fauna  və  floranın  tərkibinin  oxşarlığı,  digər 
t
ərəfdən isə onların  müasir qurşaqlara  yaxın qurşaqlar üzrə 


28 
paylanması şəklində özünü göstərir. 
Bir sözl
ə, neogen dövrü paleogenlə dördüncü dövr arasın-
da  üzvi  al
əmin təkamülü yolunda bir körpü təşkil edir. Xü-
susil
ə  neogenin  bitkilər  aləmi  müasir  dövrdəkinə  olduqca 
yaxındır. 
Quru 
faunasında  bu  dövrdə,  hər  şeydən  əvvəl,  məməli-
l
ərin inkişafı diqqəti cəlb edir. Neogenin əvvəllərində onla-
rın tərkibində böyük dəyişikliklər baş verir. Qədim primitiv 
yırtıcılar,  dırnaqlıların  bəziləri,  titanoteriyaların  bir  qismi, 
cütdırnaqlıların bəzi qrupları qırılırlar. 
Neogen  dövrünün 
şöbəsi  miosenin  sonu  və  alt  pliosenin 
əvvəllərində Avropa və Asiya qitələrində «hipparion fauna-
sı» adlanan xarakterik məməlilər qrupu geniş inkişaf etmiş-
di.  Bu  fauna  t
ərkibində  üçbarmaqlı  qədim  at-hipparionun 
üstünlük t
əşkil etməsinə görə belə adlandırılmışdır.  
Az
ərbaycanda  hipparion  faunası  Eldar  düzənliyində  üst 
miosen çöküntül
ərində tapılmış və öyrənilmişdir. 
Dördüncü  dövr.  Dördüncü  dövr  yer  tarixinin  son  döv-
rüdür.  O  t
əqribən  bir  milyon  800  min  il  bundan  əvvəl 
başlayıb, müasir geoloji əsri əhatə edir. 
Kür-Araz 
ovalığında  dördüncü  dövrün  dəniz  çöküntüləri 
ovalığın şərq hissəsində geniş yayılmışdır. Qərbə tərəf onlar 
Ming
əçevir şəhərinədək rast gəlinir. Lənkəran düzənliyi sa-
h
əsindhə də bu dövrün çöküntüləri terraslar əmələ gətirirlər. 
Q
ərbi  Azərbaycanda  isə  Kür  çayı  hövzəsi  ilə,  şərqdə  isə 
Uzboy  çök
əkliyi vasitəsilə müasir Aral-Sarıqamış göl dəni-
zil
ə əlaqədə olmuşdur. Belə hesab edilir ki, Xəzər dənizinin 
öz  sah
əsini genişləndirməsinə əsas səbəb buzlaq dövründən 
sonra  g
ələn  buzlaqlararası  əsrlərdə  böyük  buz  kütlələrinin 
əriyərək dənizə tökülməsi olmuşdur. 
Yeni 
buzlaşma  başlandıqda  Xəzərin  səviyyəsi  yavaş-ya-
vaş  aşağı  düşmüş  və  Qara  dənizlə  əlaqəsi  kəsilmişdir. 


Yüklə 2,8 Kb.

Dostları ilə paylaş:
1   ...   4   5   6   7   8   9   10   11   ...   61




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə