Təməlinin qoyulması Avropaya uzanan Cənub Qaz Dəhlizinin təməlinin qoyulması



Yüklə 41,38 Kb.
Pdf görüntüsü
tarix29.01.2018
ölçüsü41,38 Kb.
#22810


Dünya miqyaslı qaz dəyər zəncirinin yaradılması – Avropaya uzanan Cənub Qaz Dəhlizinin 

təməlinin qoyulması 

 

Avropaya uzanan Cənub Qaz Dəhlizinin təməlinin qoyulması 

Al Kuk, Şahdəniz işlənməsi üzrə vitse-prezident 

 

 

Giriş 



Salam! Bu gün bu əhəmiyyətli konfransda məni çıxış etməyə dəvət etdiyinizə görə Sizə təşəkkür edirəm. 

Avropa Yenidənqurma və İnkişaf Bankının Londonda bu insanları bir araya gətirməsi məndə çox dərin 

təəssürat yaratdı və mən bu müzakirələrin bir hissəsi olmaqdan qürur düyuram. 

Şirkətin bütöv bir regionun enerji xəritəsini dəyişdirməyə qadir olan bir layihəyə investisiya yatırmaq 

qərarına gəldiyini elan edə biləcəyi fürsətlər elə də çox deyil. 

Amma bir neçə həftə bundan əvvəl Azərbaycanın paytaxtı Bakı şəhərində belə bir fürsət yarandı. 

Xəzər dənizində Şahdəniz yatağını istismarını həyata keçirən, diqər şirkətlərlə yanaşı ARDNŞ, Statoyl və 

BP şirkətlərinin daxil olduğu tərəfdaşlar bu nəhəng enerji layihəsinin Mərhələ 2 çərçivəsində işlənməsinə 

yaşıl işıq yandırdılar. 

Albaniya, Avropa Komissiyası, Birləşmiş Ştatlar, Türkiyə, İtaliya, Böyük Britaniya və bir sıra digər ölkələrin 

liderləri bu tarixi imzalanma mərasiminə şahidlik etmək üçün dekabr ayının 17-də keçirilmiş tədbirdə 

iştirak etdilər. 

Sözügedən imzalanma mərasimi bizim Azərbaycan və Gürcüstandan keçən Cənubi Qafqaz Boru Kəmərini 

genişləndirmək, Türkiyədə Trans Anadolu Boru Kəmərini (TANAP) inşa etmək və Yunanıstan, Albaniyadan 

keçən Trans Adriatik Boru Kəmərini (TAP) İtaliyaya çəkmək planlarımıza təkan vermişdir. 

 

Cənub Dəhlizi 



 

Şahdəniz yatağı 

Cənubi Qafqaz Boru Kəmərinin Genişləndirilməsi (CQBKG) 

Trans Anadolu Boru Kəməri (TANAP) 

Trans Adriatik Boru Kəməri (TAP) 

 

 



 


Bu layihələr və eləcə də Bolqarıstana qaz nəql edəcək infrastruktur yeni bir Cənub Qaz Dəhlizi yaradacaq 

və bu, Xəzər regionundakı qaz təchizatı xətlərini ilk dəfə Avropadakı bazarlara birləşdirəcək. 

 

Növbəti bir neçə dəqiqə ərzində mən bu layihəni nə üçün həyata keçirdiyimizi və qarşımızda duran 



nəhəng iş həcmi barəsində sizə məlumat vermək istəyirəm. 

 

Birincisi, mən Avropanın Cənub Dəhlizi vasitəsilə nəql edilən qaza ehtiyacı olub-olmaması barədə 



danışmaq istəyirəm. 

 

İkincisi, mən layihənin siyasi və texniki əsaslarını təsvir edəcəyəm. 



 

Üçüncüsü, mən bu layihənin əlaqədar şirkətlər və ölkələr üçün nə demək olduğu barədə söz açmaq 

istəyirəm. 

 

Və nəhayət, mən üzləşdiyimiz problemlərin bəziləri haqqında sizinlə açıq danışmaq etmək istəyirəm. 



 

 

Avropa üzrə qaz proqnozları 



 

İlk öncə gəlin Avropada təbii qaz təchizatı və tələbatı üçün proqnozlara nəzər salaq. 

 

BP şirkətinin bu yaxınlarda çap olunmuş “Enerji Perspektivlərinə Baxışı - 2035” hesabatında 



proqnozlaşdırılır ki, növbəti 20 il ərzində təbii qaz qlobal miqyasda ən yüksək sürətlə artan mədən 

yanacağı olacaq. 

 

 

Avropa: idxal edilən qazdan asılılıq 



 

Avropanın qaz tələbatı                            Avropa qaz təchizatçıları 

 

Mlrd.m


3

/il                                                   Mlrd.m

3

/il 


 

 

Türkiyə   



 

 

Niderland 



 

Cənub Dəhlizi 

 

Rusiya 


CŞ Avropa 

 

 



Almaniya  

 

Digər boru kəmərləri 



Yerli hasilat 

İtaliya 


 

 

 



Fransa 

 

 



MTQ 

Digər Avropa ölkələri 

 

Böyük Britaniya 



İspaniya 

 

 



 

 

 



Mənbə:  BP-nin “Enerji Perspektivlərinə Baxışı - 2035” hesabatı, yanvar 2014-cü il 

 

 



Lakin, Avropanın bir problemi var və həmin problem bu slaydda göstərilmişdir. Burada qaz tələbatı və 

təchizatı ildə milyard kubmetrlərlə və ya mlrd.m

3

/il ilə göstərilir. Sağ tərəfdə boz rənglə göstərildiyi kimi 



daxili qaz hasilatı kəskin şəkildə azalmaqla kontinent təchizat məsələsi ilə üzləşir. 

 

Təkcə Birləşmiş Krallıqda son 10 il ərzində hasilat səviyyələri 60% aşağı düşüb. 



 

Avropa bu gün dünyada ən böyük təbii qaz idxalçısıdır və biz proqnozlaşdırırıq ki, o, növbəti iki onillik 

ərzində olduğu kimi qalacaq. 



 

Bu, Xəzər qaz təchizatının genişləndirilməsi və Avropaya uzanan yeni Cənub Dəhlizinin inkişaf etdirilməsi 

üçün böyük bazar imkanı yaradır. 

 

Möhkəm təməlin qurulması 



Siyasi müstəvi               Uzunmüddətli satışlar                

Təsdiq olunmuş nailiyyət 

 

 

Möhkəm təməlin qurulması 



 

Mən indi bu layihəni həyata keçirilməsində əsas götürdüyümüz təməllər haqqında danışmaq istərdim. 

 

Hazırda bu böyük yeni qaz dəyəri zəncirinin uğurunu dəstəkləyən üç amil var: 



 

Birincisi, siyasi müstəvi. 

 

Çox ölkələrin iştirakçısı olduğu bu qəbildən olan və belə əhəmiyyətli iqtisadi və siyasi ölçülü layihələr 



dəqiq və aydın siyasi çərçivələr tələb edir. 

 

2011-ci ildə Aİ və Azərbaycan Xəzərdən Avropaya birbaşa qaz nəql edən marşrutların yaradılmasını 



dəstəkləyən Birgə Bəyanat imzalamışlar. 

 

Bu, Cənub Qaz Dəhlizi layihəsi üçün əsas məsələ olmuşdur. 



 

İkincisi, Birgə Bəyanat TANAP və TAP ilə bağlı Hökumətlərarası Sazişlər ilə birlikdə uzunmüddətli qaz satış 

müqavilələri üçün zəmin yaratmışdır. 

 

İldə 6 milyard kubmetr qaz Türkiyəyə çatdırılacaq və ildə 10 milyard kubmetr qaz Bolqarıstan, Yunanıstan 



və İtaliyada istehlak edilmək üçün doqquz  Avropa şirkətinə nəql olunacaq. 

 

Və nəhayət, Azərbaycanda dünya miqyaslı layihələri həyata keçirmək bizim təsdiq olunmuş 



nailiyyətimizdir və bu bizdə inam yaradır ki, biz Cənub Qaz Dəhlizinin inkişaf etdirilməsi ilə bağlı 

mürəkkəb işləri də öz üzərimizə götürə bilərik. 

 

1994-cü ildən keçən müddət ərzində biz Azərbaycanda 2 nəhəng yatağın işlənməsini həyata keçirmişik



Azərbaycan, Gürcüstan və Türkiyədən keçən Bakı-Tbilisi-Ceyhan və Cənubi Qafqaz Boru Kəmərlərini inşa 

etmişik.  Mən burada AYİB-nın oynadığı əsas rolu qeyd etmək istəyirəm. 

 

Bu, tranzit əraziyə malik ölkə hökumətləri, qaz alıcıları və investorlarımızda əminlik yaradan bir 



nailiyyətdir. 

 

Təməlin qoyulması 



 

Şahdəniz Mərhələ 2 işlənməsi  qaz hasilatına ildə əlavə 16 milyard kubmetr qaz təmin edəcək. 

 

Bu həcmdə qaz Cənub Dəhlizi boyunca hər bir paytaxt şəhərin ehtiyaclarını iki dəfədən çox ödəmək üçün 



yetərlidir. 

 



Təməlin qoyulması 

 

Şahdəniz 2 layihəsi tam sürətlə mobilizasiya olunur. 



 

İndi biz əsas tikinti müqavilələrini bağlayır və minlərlə Azərbaycanlıları işə cəlb edirik və onlar dəniz və 

qurudakı qurğuları inşa edəcəklər. 

 

Cənubi Qafqaz Boru Kəmərinin genişləndirilməsi işləri də bu il başlanacaq. 



 

İki yeni boru kəməri – TANAP və TAP üçün işlər ilkin tədarük və Türkiyə, Yunanıstan, Albaniya və İtaliyada 

boru kəməri dəhlizi boyunca torpaqdan istifadə icazələrinin əldə olunması ilə başlanmışdır. 

 

Beləliklə, demək lazımdır ki, bu nəhəng layihə artıq gerçəkliyə çevrilməkdədir və onun aydın vaxt qrafiki 



və yerinə yetirilməli məqsədləri müəyyənləşdirilmişdir. 

 

İqtisadi və maliyyə təsirləri 

 

Yaxşı, bu layihə əlaqədar şirkətlər və ölkələr üçün nə deməkdir? 



 

Cənub Dəhlizi layihəsinin yaradacağı iqtisadi mənfəətlər əhəmiyyətli mənfəətlərdir. 45 milyard ABŞ 

dollarından çox ümumi investisiyanın tikinti mərhələsində 30,000 yerli iş yeri yaradacağı gözlənilir. 

 

Bunun miqyasını sizə anlatmaq üçün qeyd etmək istəyirəm ki, bu layihə BP şirkətinin bir əsrdən çox 



fəaliyyət göstərdiyi müddət ərzində həyata keçirdiyi ən bahalı layihədir. 

 

Lakin, qazanılacaq mükafat daha böyük və daha uzunmüddətlidir. 



 

Dekabr ayının 17-də biz Şahdəniz yatağı üçün Hasilatın Pay Bölgüsü Sazişinin müddətinin 2031-ci ildən 

2048-ci ilə qədər uzadılmasını da elan etdik. 

 

Bu bizə Şahdəniz 2-nin altında yerləşən və bizim Dərinlikdə Yerləşən Şahdəniz adlandırdığımız yeni 



yüksək təzyiqli layın potensialını qiymətləndirmək imkanı yaradır. 

 

Dərinlikdə Yerləşən Şahdəniz kimi qaz perspektiv strukturları bizim Cənub Qaz Dəhlizi boru kəməri 



sistemini layihələndirməyimizin səbəbidir və bu sistem gələcəkdə əlavə qaz təchizat həcmlərini nəql edə 

bilmək üçün onun gücü ilkin gücü ilə müqayisədə iki dəfə artırıla bilər. 

 

Biz inanırıq ki, potensial əlavə qaz təchizat həcmləri ilə  Cənub Dəhlizi qazı hazırda cəlb olunmuş 



ölkələrdən kənardakı sifarişçilər üçün də əlçatan olacaq. 

 

Yunanıstan-Bolqarıstan və İoniya Adriatik Birləşdirici Boru Kəməri kimi yeni boru kəmərləri Cənub Dəhlizi 



qazını Cənub Şərqi Avropada digər ölkələrə nəql etmək imkanı yaradır. Dekabr ayının 17-də - siz deyə 

bilərsiniz ki, bu, hadisələrlə zəngin bir gün olmuşdur -  imzalanmış növbəti bir saziş Cənub Dəhlizinin 

Albaniya və Monteneqrodan Xorvatiyaya qədər genişləndirilməsi üçün Anlaşma Memorandumu 

olmuşdur. 

 

Əsas çətinlik – Mürəkkəbliyin idarə olunması 

 



Mən bu gün bu layihənin müsbət tərəflərini təsvir etdim. 

 

Lakin, bu o demək deyil ki, əlaqədar çətinliyin miqyasını və növbəti bir neçə il ərzində idarə edilməsinə 



ehtiyac olan mürəkkəbliyi yetərincə qiymətləndirmirik. 

 

Və mən çıxışımın yekununda üzərimizə götürməli olacağımız mürəkkəb işlərin bir neçəsini diqqətinizə 



çatdırmaq istəyirəm. 

 

Bizim çoxsaylı və çox müxtəlif investorlarımız var. 



 

Yeddi hökumətin layihədə birbaşa marağı var. 

 

On bir şirkət layihənin bir və ya bir neçə hissəsində iştirak payına malikdir. 



 

Və on bir qaz alıcısı böyük yeni qaz həcmlərinn alınmasına cəlb olunacaq. 

 

Biz Cənub Dəhlizi boyunca layihələri bütün mümkün yollarla koordinasiya etməliyik. Ardıcıl bir 



yanaşmaya nail olmaq üçün biz  tərəfdaşlarımız və podratçılarımız ilə işləmək məqsədilə ən təcrübəli 

layihə rəhbərlərimiz, mühəndislərimiz və texnoloqlarımızdan istifadə etməliyik. 

 

Bundan başqa, biz xeyli investorlarların maraqları arasında aydın və davamlı uyğunluğu/tənzimlənməni 



təmin etməliyik. 

 

Bu, bizim liderlərimiz üçün Cənub Dəhlizi layihələrinin hər biri ilə bağlı son çağırış olacaq. 



 

 

Nəticə - Gələcək üçün irs 



 

Nəhayət, Cənub Qaz Dəhlizi öz miqyası və Avropa və dəhliz marşrutu boyunca yerləşən ayrı-ayrı ölkələr 

üçün əhəmiyyəti baxımından əlamətdar bir layihədir. 

 

Bu dəhliz Avropaya enerji diversifikasiyasının böyük yeni mənbəyini təklif edəcək. 



 

Bu, Dəhliz boyunca iqtisadiyyatlara ciddi müsbət təsir göstərəcək. 

 

Eyni zamanda bu, tranzit əraziyə malik ölkə hökumətləri, enerji şirkətləri və qaz alıcıları arasında razılıq 



və anlaşma mühiti yaradacaq və bu isə öz növbəsində Azərbaycan və digər ölkələrdə hətta daha böyük 

qaz həcmlərinin işlənməsini stimullaşdıracaq. 

 

Bu isə misilsiz bir mükafatdır. 



 

Beləliklə, Cənub Qaz Dəhlizinin uğuru onun təhlükəsizliyinin təmin olunmasının açarıdır. 



 

 

Sağ olun. 



Yüklə 41,38 Kb.

Dostları ilə paylaş:




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə