Temperament Plan



Yüklə 79,25 Kb.

tarix05.10.2017
ölçüsü79,25 Kb.


 

 



 

 

 



  

Temperament 

 

 



 

 

 



Plan:  

1. 


Temperament  haqqında  anlayış.  Psixikanın  dinamik  xüsusiyyətləri. 

Onların qarşılıqlı əlaqəsi.

 

2. 


Temperament haqqında təlimlər tarixindən.

 

3. 



Temperament tipləri: sanqvinik, xolerik, fleqmatik, melanxolik.

 

4. 



Temperament  tiplərinin  psixoloji  xarakteristikaları.  Ali  sinir  fəaliyyətinin 

tipi və temperament tipi.

 

5. 


Təlim fəaliyyətində temperamentin roli.

 

 



Ədəbiyyat:

 

1. 


Bayramov Ə.S., Əlizadə Ə.Ə. Psixologiya. Bakı, 2002.

 

2. 



bayramov Ə.S., Əlizadə Ə.Ə. Sosial psixologiya. Bakı, 2003.

 

3. 



Psixologiya. S.

İ.Seyidov və M.Ə.Həmzəyevin redaktorluğu ilə.Bakı,2007 

 

4. 


Мерлин В.С. Очерки теории темперамента. М., 1969.

 

5. 



Bayramov Ə.S. Şəxsiyyətin təşəkkülünün aktual psixoloji problemləri. 

 

Bakı, 1989.



 

 

 



Hələ  qədim  zamanlarda  alimlər  insanların  davranışının  xarici 

təzahürlərini  müşahidə  edərək  onlar  arasında  böyük  fərdi  fərqlərin  mövcud 

olması fikrini  irəli sürmüşlər. At, it, uzunqulaq, pələng, meymun və s. təbiətli 

adamlar haqqında təsəvvürlər də belə meydana gəlmişdir. İnsanlar arasında 

belə fərdi fərqləri hər zaman duymaq və görmək mümükündür. Bəzi adamlar 

çox  mütəhərrik,  emosional  cəhətdən  oyanıq  və  enerjilidirlər,  digərləri  zəif, 

astəgəl  və  adamayovuşmazdır.  Bəzi  adamlar  fəal,  ünsiyyətə  meyilli  olduğu 

halda,  başqaları  qapalı  və  qaraqabaqdırlar.  Buradan  da  insanlar  haqqında 

fərqli təsəvvürlər meydana gəlmişdir. 

 

 



İnsanların  davranış  və  fəaliyyət  prisesində  aşkara  çıxan  bu  cür  fərdi 

fərqlərini  əks  etdirən  xüsusiyyətlərin    kompleksi  öz  əksini  “temperament” 




 

anlayışında  tapmışdır.  Temterament  sözü  latınca  “



temperamentum

 

sözündən  götürülmüşdür,  lüğəti  mənası  “praporsiya”,  “qarşılıqlı  nisbət”



 

deməkdir. 

 

 

Yaşından asılı olmayaraq bütün insanların  rəftar və davranışında fərqli 



xüsusiyyətlər  müşahidə  olunur.  İnsanların  işləyərkən,  öyrənərkən, 

oynayarkən,  danışarkən  belə  fərdi

 

fərqləri  aşkar  görmək  olar.  Onlar  xarici 



təsirlərə  qarşı    göstərdikləri  reaksiyaların    gücünə,  sürətinə  görə  müxtəlif 

qruplara  ayrılırlar.  Eyni  bir  hadisə  bəzi  adamlarda  dərin  kədər,  digərlərində 

etinasızlıq yaradır. Bəzi adamlar gülməli bir hadisədən göz

 

yaşları axıdıncaya 



qədər  gülür,  digərlərinin  isə  bir  azca  dodağı  qaçır.  (Məsələn,  Azərbaycanın 

xalq  artisti  N.Zeynalova  “Cəhrə  qarı”  obrazını  oynayarkən  tamaşaçıların  

münasibəti), (Teatra blet alan və gecikən 4 nəfərin fərqli davranışı və s.)

 

 



Psixologiy

ada  temperamentə  belə  bir  tərif  verilir:



  Temperament 

şəxsiyyətin  fəaliyyəti  və  davranışı  prosesində  üzə  çıxan,  psixi  fəallığın 

dinamikasını əks etdirən  fərdi –psixoloji xüsusiyyətdir. 

 

 



İnsanın psixi fəaliyyətində 2 əsas amil xüsusi olaraq diqqəti cəlb ed

ir. 


1. 

fəallıq.


 

2. 


emosionallıq.

 

Psixi  fəaliyyətin  fəallığı  özünün  cərəyanetmə  gücünə,  sürətinə  və 



tempinə  görə  fərqlənir.  Psixi  fəallıq  müxtəlif  adamlarda  fərqli  təzahürlərə 

malikdir.  Burada  bir-

biri  ilə  qütblük  təşkil  edən  iki  əsas  cəhəti  fərqləndirmək 

olar:  


1. 

Böyük enerjililik, qətiyyətlilik, həvəs və nitq zamanı ifadəli hərəkətlər.

 

2. 


Passivlik, süstlük, astagəllik, zəif tempdə müşahidə olunan hərəkətlər.

 

Romalı həkim Qalen (e.ə.II əsr) temperament tiplərini fizioloji, psixoloji, 



hətta  əxlaqi  xassələrə  əsasən  şərh  etmişdir.  Qalen  ilk  dəfə  olaraq 

temperamentin  təsnifatını  vermiş  və  onun    13  tipini  göstərmişdir.  Antik 

dövrdəki temperamentlə bağlı fikir və mülahizələr yüzilliklər keçdikdən sonra 

psixikanın dinamik təzahüründəki fərqlərlə bağlı yeni nəzəriyyələr yaratmağa 




 

başladış.  Lakin  yaranan  bu  nəzəriyyələrə  antik  yunan  və  romalı  həkimlərin 



təsivi  qalmaqda  idi.  Bu  nəzəriyyələr 

Humoral  sistem 

adlanır.  Humoral 

nəzəriyyə yuxarıda deyildiyi kimi orqanizmdəki mayelərin nisbətinə əsaslanır.

 

Alman  psixiatrı  E.Kreçmer  XX  ə



srin  20-

ci  illərində  temperamentin 

xüsusiyyətlərini    insanın  bədən  quruluşunun  xüsusiyyətləri  ilə  izah  etməyə 

başladı.  Kreçmerə  görə  bədən  quruluşuna  görə  müəyyən  temperament  tipi 

uyğun  gəlir.  XX  əsrin  40

-

cı  illərində  Amerika  psixoloqu  Y.eldon 



temperamenti

n bədən quruluşu ilə əlaqəsini daha əsaslı şəkildə sübut etməyə 

çalışdı.  Onların  bu  nəzəriyyəsi 

  Somatik  sistem 

adlanır.  Məşhur  rus  alimi 

İ.P.Pavlov  temperament  tiplərini  ali  sinir  fəaliyyətini    tipləri  əsasında  izah 

edirdi. Sonralar psixoloq və fizioloqlar (B.M.Teplov, V.S.Merlin, V.D.Nebılitsın 

və  b.)  İ.P.Pavlovun  bu  nəzəriyyəsini  daha  da  inkişaf  etdirərək  bu 

xüsusiyyətləri beyinin strukturuna uyğun olaraq izah etdilər. 

 

Temperament  tiplərinin  ali  sinir  fəaliyyətinə  əsasən  şərhi 



Sinir 

sisteminə  əsaslanan  nəzəriyyə  adlanır.  Temperamenti  yalnız  şərti  olaraq  

şəxsiyyətin    komponentinə  aid  etmək  olar.  Çünki  temperament  bir  qayda 

olaraq  anadangəlmədir  və  bioloji  xüsusiyyətlərlə  şərtlənir.  Temperament 

xarakterlə sıx bağlıdır və yaşlı adamlarda onları fərqləndirmək xeyli çətindir. 

 

Hələ bizim eradan bir neçə əsr əvvəl qədim Hind  və Çin təbibləri insan 



bədənindəki  elementləri  3  əsas  qrupa  ayırırdılar.  Çinlilərdə:  “tsi 

(heyvayabənzər başlanğıc), öd, qan, selik. 

 

Bədəndə  bu  mayelərdən  hər  hansı  birinin  üstünlük  təşkil  etməsi 



baxımından qədim çinlilər

 

insanları aşağıdakı 3 əsas tipə ayırırdılar:



 

1. 


Öd  və  ya  qanın  üstün  olduğu  adamlar:  güclü,  mərd,  cəsur, 

pələngəbənzər adamlardır.

 

2. 


“Tsi”nin üstün olduğu adamlar: meymunabənzər adamlardır.

 

3. 



Seliyin üstün olduğu adamlar: ləng,

 

astagəl və az fəal adamlardır. 



 

Psixologiya  tarixində  temperament  haqqında  ilk  təlimin  müəllifi  Qədim 

Yunan  həkimi  Hippokrat  hesab  edilir.  (e.ə.  V

-

IV  əsrlər).  O,  temperamentin 




 

şərhini  və  izahını  fizioloji  əsaslarını  insan  orqanizmində  mövcud  olan  4 



müxtəlif mayenin qarşılıqlı nisbəti ilə isah edirdi. 

 

1. 



Qan (latınca “sanqviz”) –

 sanqvinik; 

2. 

Selik (“fleqma”) –



 fleqmatik; 

3. 


Öd, sarfa (“xole”) –

  xolerik; 

4. 

Qara öd (“melame xole”) –



 melanxolik. 

Qeyd etmək lazımdır ki, insanların hər biri müəyyən temperament tipinə 

a

id  edilsə  də,    xalis  şəkildə  bu    və  ya  digər  temperamentə  rast  gəlmək  çox 



çətindir. İnsanların böyük əksəriyyəti qarışıq temperament tipinə aiddir. Lakin 

hər hansı temperament tipinin  xüsusiyyətinin üstün olması  baxımından onlar 

konkret  bir  tipə  aid  edilirlər.  Məsələn,  rus  yazıçısı  Gertsen  sanqvinik,  Qoqol 

melanxolik,  Puşkin  xolerik  temperament  tipli  olmuşlar.  Suvorov  xolerik, 

Kutuzov  fleqmatik, Hitler  və  Stalin  xolerik temperament tipinə  mənsub  idilər. 

Heydər Əliyev, S.Vurğun xolerik temperamentinə mənsub idilər. 

 

Yunan  təbibi 



Hippokrat 

temperamentin  fizioloji  əsaslarını  psixoloji  və 

fizioloji  cəhətdən,  Roma  həkimi  Qalen  (II  əsr),  fizioloji,  psixoloji  və  əxlaqi 

cəhətdən, XVIII əsrdə yaşamış Alman filosofu İ.Kant isə yalnız psixoloji xassə 

kimi səciyyələndirmişdir. 

 

XIX  əsrdə  alman  psixoloqu  V.Vund  temperamenti  “ruhi  hərəkətlərin 



qüvvəsi və surəti  arasındakı nisbət” hesab edirdi. 

 

XX  əsrdə  alman  alimi    Kreçmer  və  ABŞ  alimi  Şeldon  temperamenti 



daxili  ifrazat  vəzilərinin  fəaliyyətinin  nisbəti  ilə    izah  etmiş

,  temperament 

tiplərinin insanın  fizioqonomiyası ilə əlaqəsinin olduğunu eqyd etmişlər. Rus 

fizioloqu akademik İ.P.Pavlov temperament haqqında təlimə tamamilə yeni və 

fərqli baxış gətirmiş, onu ali sinir fəaliyyətinin qanunları əsasında izah etməyə 

nail o


lmuşdur. 

 

İ.P.Pavlov  sinir  prosesləri  olan  oyanma  və  ləngimənin  3  əsas 



xüsusiyyətini  kəşf etmişdir. 

 

1. 



Oyanma və ləngimənin

 

qüvvəsi;



 


 

2.   



Oyanma və ləngimənin

 

müvazinətliyi;



 

3. 


Oyanma və ləngimənin

 

mütəhərrikliyi.



 

Oyanma  və  ləngimə  proseslərinin  qüvvəsi  bütövlükdə

 

sinir 


hüceyrələrinin iş qabiliyyətinin göstəricisidir. 

 

Oyanma və ləngimənin müvazinətliyi  sinir prosesləri arasındakı balansı 



əks etdirir. 

 

Oyanma  və  ləngimənin



 

mütəhərrikliyi  bu  proseslərin  qarşılıqlı  olaraq 

əvəzlənmə surətinin  göstəricisidir. 

 

Qeyd  o



lunan 3əsas əlamətə  əsaslanan Pavlov temperament tiplərinin 

adlarına toxunmadan onları aşağıdakı kimi izah etmişdir. 

 

1. 

Qüvvətli,  müvazinətli,  mütəhhərrik  tip  –

 

yəni,  diribaş,  canlı  tip  –



 

sanqvinik. 

2.   

Qüvvətli,  müvazinətsiz  tip  –

 

coşğun  və  enerjili,  tündməca



z  tip 

 



xolerik. 

3. 

Qüvvətli, müvazinətli tip 

ətalətli, sakit və astagəl tip –



 fleqmatik. 

4. 

Zəif tip –

 melanxolik. 

İ.P.Pavlov 

 

vaxtilə  qetd  etmişdir  ki,  sinir  proseslərinin  başqa  mümkün 



xassələri də ola bilər. Pavlovdan sonra B.M.Teplov və V.D.Neblitsın daha 

iki 


yeni xassənin –

 

dimaniklik və labilliyi kəşf etmişlər. 



 

Dinamiklik  

dedikdə onlar mənfi və ya müsbət şərti reflektor rabitələrin 

yaranması  sürətini, 

labillik 

dedikdə  isə,  oyanma  və  ləngimə  proseslərinin 

yaranması  sürətini    nəzərdə  tuturdular.  Onların  fikrincə  sinir  prosesləri 

arasında  düzxətli  asılılıq

 (

oyanma nə qədər 



 

zəifdirsə, diqqət bir o qədər tez 

y

ayınır)  və  əyrixətli  asılılıq  (



oyanma  prosesinin 

qüvvəsi  müəyyən    həddə 

çatdıqda, emosional oyanıqlıq zəifləyir) mövcuddur. 

 

Temperment  tiplətinə  aid



 

xassələrin  daha  geniş  və    müfəssəl  izahı  

akademik V.Merlin tərəfindən irəli sürülmüşdür. 

 



 



1.  Senzitivlik 





 

bu psixi reaksiyanın əmələ gəlməsinə təsir edən qıcığı və 

onun  qüvvəsini  əks  etdirir.  (məsələn,  bir  dəfə  qışqıran  kimi  dərhal 

qorxdu). 



2.  Reaktivlik 

 

qüvvətli  xarici  və  daxili  təsirlərə  (tənqid,  təhqir,  ürək 



sındıran  söz,  hədə  vəs.)  qarşı  verilən  reaksiyanın  qeyri–

ixtiyarilik 

dərəcəsini əks etdirir.

 

3.  Aktivlik 

 

məqsədə  çatmaq  üçün  xarici  və  daxili  təsirlərə  qarşı 



müqavimət dərəcəsinin əks etdirir.  

 

4.  Reakti



vliklə  aktivliyin  nisbəti  –

 

bu  fəaliyyətin  nədən  asılı  olduğunu 

-  

əqidə və ya məqsəddənmi, yoxsa təsadüfi istəkdənmi 



əks etdirir.

 

5. 

Reaksiyaların 

  tempi 



 

psixi  reaksiyanın  sürəti,  nitq  zamanı  zirəklik, 

yaddasaxlamanın sürəti və s.

 

6.  Plastiklik  - 

(xarici təsirlərə tez  uyğunlaşma)  və  onun  əksi  olan



  rigitlik 

(gec uyğunlaşma).



  

7.  Ekstroversiya 



  (

fəaliyyətin  indiki  andan)  və   



introversiya 

(keçmişvə 

ya gələcəkdən asılı  olması).

 

8. 

Emosional  oyanıqlıq  –

 

Emosional  reaksiyanın  yaranmasının  daha 

aşağı təsir dərəcəsi və onun yaranma sürəti.

 

Müxtəlif  əmək  fəaliyyəti  sahələrində  temperament  tiplərinin  mühüm 

xarakterik  keyfiyyətləri    üzə  çıxır.    Məsələn,  təcili  gərginlik  tələb  edən 

peşələrdə temperament xüsusiyyətləri taleyüklü xüsusiyyətlərə malikdir. 

 

 

Məsələn



,  melanxolik   

vasvasılı,  şübhə  meylli,  səksəkəlidir.  Ləngdir. 

Belə şagird qaralama yazı üzərində çox oynayır, ağartmaya isə vaxt çatmır.  

Yazdığını dəfələrlə yoxlayır, səhv edəcəyindən qorxur.

 

 

Savqvinik 



tez,  sürətli,  bəzən  pinti  yazır,  yazdıqlarını  yoxlamağa 

hövsələsi

 

çatmır, onun yazı işində səhvləri çox olur.



 

 

İnsanların  tempetament  tipi  ilə  onların  davranış  mədəniyyəti  arasında 



birbaşa əlaqə vardır. Elə adamlar var ki, ədəbsiz, çılğın, əsəbidir.  Onlar deyir: 

nə  edə  bilərəm,  temperamentim,xasiyyətim  belədir.    Onlar 

qeyri-

mədəni, 



 

tərbiyəsiz  adamlardır.  İnsanların  temperamenti  ilə    iradə  arasında  əlaqə 



vardır.  Polad iradəli adamlar özünü ələ ala bilirlər. 

 

 



 

 

Temperament tiplərinin psixoloji xarakteristikası



 

1. Xolerik 



 

müvazinətsiz, tez

-

tez əhvalı dəyişən, emosiyalarında coşğun, işə 



ehtirasla  başlayan,  daim  hərəkətdə  olan  güclü  temperament  tipidir.  Xolerik 

üçün reaktivlik, yüksək aktivlik, reaksiyaların sürətli olması səciyyəvidir. Lakin 

onların  reaktivliyi  aktivlikdən  üstündür.  Xolerik  kəmhövsələ,  səbrsiz, 

tündməcazdır. Çətinlikdən qorxmur, məhz öz gücünə onu aradan qaldırmağa 

çalışır.

 

 



Xoleriklərdə  oyanmanın  ləngimədən  üstün  olması  onları  bir  sıra 

problemlərlə  üzləşdirir.  Onlar  ünsiyyət  zamanı  özlərini  ələ  ala  bilmir, 

məsələlərə  kəskin  yanaşır,  səbrsizlik  göstərir  ki,  bu  da  onlarda  ünsiyyət 

çətinliyi  yaradır.  Bu  xüsusiyyətlərinə  görə  xoleriklər  çox  vaxt  hadisələri 

obyektiv qiymətləndirə bilmirlər.

 

2. Sanqvinik 





 

müvazinətli, ünsiyətcil, həssas, hərəki, yüksək psixoloji aktivlik 

göstərən güclü temperament tipidir. Sanqvinik zirək, diribaş, tez

-

tez vəziyyəti 



dəyişən, tez

-

tez təsirlənən, hər şeylə maraqlanan temperament tipidir. Lakin 



onun marağı və həvəsi dəyişən və davamsızdır. Mimikası zəngin, mütəhərrik 

və  ifadəlidir.  Əhval

-

ruhiyyəsi  dəyişkəndir.  Yeni  şəraitə  və  insanlara  tez  və 



asan uyğunlaşır. Sanqvinik reaktivdir. Onlar tez təsirlənir, tez küsür və tez də 

unudurlar.  Sanqviniklər  kollektiv  fəaliyyətə  meyl  göstərir,  insanlarla  tez  və 

asan  ünsiyyət  qururlar.  Onlar  yeni  şəraitə  tez  uyğunlaşır  və  bununla  belə 

köhnəni  də

 

tez  unudurlar.  Təlim  fəaliyyəti  zamanı  sanqvinik  maraqlandığı 



fənn və mövzuları asanlıqla mənimsəyir. Xoşlamadığı fənnə maraq göstərmir, 

öyrənməyə səy etmirlər. 

 

3.  Fleqmatik  -   

güclü temperament tipidir, hərəkətləri ləngdir. Əhvalı adətən 

sabitdir.  Emosi

yaları  zahirən  zəifdir.  Psixi  fəallığının  səviyyəsi  aşağıdır. 

Reaktivliyi  azdır.  Fleqmatik  az  plastikdir  və  rigiddir.  Fleqmatiklər  fəaliyyət 



 

prosesində ölçülü



-

biçili davranırlar. Qayda

-

qanuna əməl etməyi, adət etdikləri 



şəraitdə  çalışmağı  xoşlayırlar.  Ləng

 

olmaları  bir  qayda  olaraq  təlim 



fəaliyyətində  onları  çətinliklərlə  üzləşdirir.  Belə  ki,  yeni  materialı  öyrənib 

yadda  saxlamaq  üçün  dəfələrlə  təkrar  etməyə  ehtiyacları  olur.  Fleqmatiklər 

insanlarla  münasibətdə  sabit  və  sakitdirlər.  Onlar  hadisələrə  də  soyuqqanlı 

yanaşırlar.  Onları  özündən  çıxarmaq  çətindir.  Adətən  mübahisələrə 

qoşulmurlar. Tərbiyə işi düzgün qurulduqda, yaxşı şəraitə düşdükdə onlarda 

işgüzarlıq,  dözümlülük,  hadisələrdən  düzgün  nəticə  çıxara  bilmək  keyfiyyəti 

formalaşır.  Münbit olmayan şəraitdə isə tənbəllik, ətalət, əzginlik kimi mənfi 

xüsusiyyətlər  özünü  göstərir.  Bəzən  onlar  insanlara,  əməyə,  hətta  özlərinə 

qarşı laqeyd olurlar.

 

4.  Melanxolik 





 

zəif  temperament  tipidir.  Hərəkətləri  ləngdir.  Psixi  fəallığı 

aşağıdır.  Asanlıqla  təsirlənir,  q

eyri-


senzitivdir.  Yeni  şəraitə  çətinliklə 

uyğunlaşır. 

Hisslərini 

zəif 


ifadə 

edir. 


Adətən 

melanxoliklərdə 

özünüqiymətləndirmə  aşağı  olur.  Onlar  üçün  zəif  reaktivlik  xasdır. 

Melanxoliklərdə psixi proseslərdə oyanma gec baş verir. Yeni şərait və güclü 

qıcıqlandırıcılar  onları  tez  yorur.  Ümumiyyətlə,  onlar  tez  yorulurlar.  Lakin 

öyrəşdikləri  və  sakit  şəraitdə  məhsuldar  işləyirlər.  Emosionallıqları  zəifdir. 

İncikləri çətinliklə bağışlayırlar. Lakin onu zahirən biruzə vermirlər. Bir qayda 

olaraq  melanxoliklər  ünsiyyətə  meyl  göstərmirlər.  Xüsusilə  tanış  olmayan 

şəraitdə və tanımadıqları adamlarla ünsiyyətdən qaçırlar. Onlar həm də daha 

çox  pessimist,  qapalı,  qaraqabaq  adam  təsiri  bağışlayırlar.  Melanxoliklər 

adətən musiqidə, ədəbi yaradıcılıqda, rəssamlıqda, daha çox uğur qazanırlar.

 

 



Pis və ya yaxşı temperament tipi yoxdur. Onlardan hər birinin üstün və 

mənfi tərəfləri vardır. Xoleriklərin üstün cəhəti qısa müddət ərzində hadisələri 

qiymətləndirə  bilməsidir.  Çatışmamazlığı  isə  işi  başa  çatdıra  bilməməsidir. 

Onlar  bi

r  çox  hallarda  başladıqları  işi  sona  çatdırmqda  hövsələsizlik 

göstərirlər.  Sanqviniklər  işin  başlanğıcında  yüksək  fəallıq  göstərsə  də, 

sonunda  fəallıqları  aşağı  düşür,  işə  maraqları  azalır.  Onlar  ümumən  əksər 



 

hallarda yüksək reaksiya nümayiş etdirirlər. Fleqmatiklər isə uzun müddət və 



inadkarlıqla  çalışsalar  da  tezliklə  qüvvələrini  işə  yönəltməyə  çətinlik  çəkir, 

özlərini səfərbər edə bilmirlər. Melanxoliklərin yüksək dözümlülüyü, işin ortası 

və  sonuna  yaxın  fəallıqları  müsbət  sayılır.  Lakin  ləng  və  süst  hərəkət 

ümumən az fəallıqları mənfi keyfiyyət kimi qiymətləndirilməlidir.

 

 

Peşə  fəaliyyəti,  peşəseçmə  zamanı  temperament  tiplərinin  peşənin 



xüsusiyyətlərinin  dinamiklik  və  emosionallıq  baxımından  nəzərə  alınmasəı 

vacibdir.  



 



Dostları ilə paylaş:


Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2017
rəhbərliyinə müraciət

    Ana səhifə