Tempus-jpcr: anpassung des lehrbetriebs an den bologna prozessim ingenieurstudium f



Yüklə 2,8 Kb.
Pdf görüntüsü
səhifə14/26
tarix08.10.2017
ölçüsü2,8 Kb.
#3944
1   ...   10   11   12   13   14   15   16   17   ...   26

53 
 
vasitələrini  və  yaxud  digər  xarici  sistemləri  uzlaşdıran 
qurğudur. 
3.3. İntellektual ölçmə sistemləri 
İntellektual ölçmə sistemləri  parametrləri daxil etmək 
üçün proqramlaşdırılan terminaldan (proqrammatordan) isti-
fadə etməklə spesifik məsələlərin həllindən ötrü fərdi proq-
ramlaşdırıla  bilən  sistemlərdir.  Bu  cür  sistemlər  analiz 
edilən informasiyanı təqdim edən vasitələrlə - komandaların 
simvollarını  mnemonik  vizuallaşdırmaq  üçün  displeylə, 
informasiyanı  operatora  təqdim  etmək  üçün  rəqəm 
indikatorları  ilə  və  yerinə  yetirilən  işin  növlərini  çevirmək 
üçün klavişlərlə  təchiz olunurlar. 
İntellektual  ölçmə  sistemləri  real  zaman  miqyasında 
ölçmə  və  nəzarətin  bütün  funksiyalarını  yerinə  yetirmək 
imkanına  malikdirlər.  Bu,  “yüksək  səviyyəli”  ölçmə  və 
nəzarət  funksiyalarını  böyük  kompyuterlərdən  istifadə 
etmədən yerinə yetirməyə imkan verir. 
Avtonom  fəaliyyətdə  belə  ölçmə  sistemi  fasiləsiz 
olaraq  verilən  parametrlərin  ölçülməsini  və  onlara  nəzarət 
olunmasını,verilənlərin  yığımını  və  siqnalların  emalını 
təmin edir. 
İntellektual  ölçmə  sistemləri  ənənəvi    sistemlərə 
nisbətən aşağıdakı üstünlüklərə malikdirlər: 
-
 
ölçmə  proseslərinin  idarəetmə  konturlarının  yüksək 
cəldişləməsi  və  eləcə  də  verilənlərin  yığımının  böyük 
sürəti; 
-
 
universallıq – standart interfeyslər istənilən sistemlərə və 
avadanlıqlara sadə qoşulmanı təmin edirlər
-
 
hər bir sistem səviyyəsində yüksək etibarlılıq – universal 
metodların tətbiqi imtinasız işi təmin edir; 


54 
 
-
 
qarşılıqlı əvəzolunma; belə ki, intellektual sistemlər özlə-
rinin  spesifik  funksiyalarına  fərdi  proqramlaşdırılan 
qurğular olduğundan onlardan hər biri həmin funksional 
təyinatlı digər qurğu ilə əvəz oluna bilər; hər bir sistemə 
həmin  sinifli  istənilən  sistemin  ehtiyat  sistemi  kimi 
baxmaq olar ki, bu da əlavə ehtiyat ölçmə, nəzarət, idarə 
və  tənzimləmə  vasitələrinin  sayının  azalmasına  səbəb 
olur. 
İntellektual  ölçmə  sistemlərinin  qurulma  prinsipləri 
və  strukturları  özlərində  ənənəvi  ölçmə  sistemlərinin  bütün 
yaxşı 
cəhətlərini 
cəmləşdirir 
və 
eyni 
zamanda 
mikroprosessor 
və 
kompyuter  texnikası  ilə  daha 
dolğundurlar. 
 İntellektual  ölçmə  sistemləri  ölçmə  obyektinin 
xüsusiyyətləri  və  ölçmə  şəraiti  haqqında  işçi,  köməkçi  və 
aralıq  informasiyaları  nəzərə  alan  ölçmə  alqoritmlərini 
yaratmağa  imkan  verirlər.  Fəaliyyət  göstərdiyi  şəraitin 
dəyişməsinə  uyğun  olaraq  sazlamanı  və  proqramlaşdırmanı 
dəyişmə qabiliyyətinə malik olmaqla intellektual alqoritmlər 
ölçmələrin  cəldliyini  və  metroloji  səviyyəsini  yüksəltməyə 
də imkan yaradırlar. 
3.4. Teleölçmə sistemləri 
  
Teleölçmə  -  elektrik  ölçmə  texnikasının  bir  sahəsi 
olub,texnoloji  parametrin  uzaq  məsafədən  (onlarla,yüzlərlə 
kilometr)  dəqiq  ölçülməsini  təmin  edir.  Bunun  üçün  fiziki 
kəmiyyət  informasiya  mənbəyindən  alındığı  şəkildə 
deyil,rabitə  kanalı  ilə  verilməyə  əlverişli  şəklə  çevrilib, 
ötürülür. 
 
Uzaq 
məsafədən 
ölçülən  kəmiyyətin  ardıcıl 
funksional  çevrilməsini  əks  etdirən  teleölçmə  sisteminin 
(TÖS) struktur sxemi şəkil 3.6-da göstərilmişdir. 


55 
 
 
Şəkil 3.6. Teleölçmə sisteminin struktur sxemi 
 
Ölçülən  A  kəmiyyəti V vericisi vasitəsilə TÖS-nin 
ilk parametrinə çevrilir.Sonra isə  Ç  çeviricisi bu parametri 
ötürülməyə  əlverişli  olan  kanal  siqnalına  çevirib,  Ö  
ötürücüsü  vasitəsilə  kanala  verir.  Rabitə  kanalından    Q  
qəbuledicisi    vasitəsilə  alınan  siqnal    Ç    çeviricisində  ilk 
siqnala çevrilib, göstərici və ya qeydedici QC  qəbul cihazı 
ilə müşahidə edilir. 
Ölçülən  kəmiyyətin  çevrildiyi  parametrə  görə  TÖS-
ni  analoq  və  rəqəm  sistemləri  olmaqla  iki  qrupa  ayırmaq 
olar. 
Analoq TÖS-nə aiddir: 
1.
 
İntensivlik  teleölçmə  sistemləri.  Burada  ölçülən 
kəmiyyət  sabit  cərəyan  və  ya  gərginliyin  qiymətinə 
çevrilib,rabitə kanalı ilə verilir. 
2.
 
 Tezlik  teleölçmə  sistemləri.  Bu  sistemdə  ölçülən 
kəmiyyət 
sinusoidal  siqnalın  və  periodik  impuls 
ardıcıllığının tezliyinə mütənasib olur. 
3. Müddət teleölçmə sistemləri.  Burada  ölçülən  kəmiy-
yət  impulsun  müddətinin  və  ya  impulslar  arasındakı  faza 
sürüşməsinin modulyasiyası ilə verilir. 
Rəqəm  teleölçmə  sistemlərinə  say-impuls  və  kod-
impuls TÖS  aiddir.Say-impuls TÖS-də ölçülən kəmiyyətin 
hər bir qiymətinə müəyyən impulslar sayı, kod-impuls TÖS-
də isə uyğun kod kombinasiyası müvafiq olur. 


56 
 
TÖ  sistemləri  (TÖS)  ölçmə  məsafəsinə,  ölçülən 
kəmiyyətin  çevrildiyi  parametrə,  ölçmə  sxeminin  növünə 
görə təsnif oluna bilər.  
Ölçmə məsafəsinə görə teleölçmə sistemləri olurlar: 
a) yaxın  məsafəli (ölçmə məsafəsi 15 - 20 km); 
b) orta məsafəli (ölçmə məsafəsi 80 – 100 km); 
c) uzaq məsafəli (ölçmə məsafəsi 100 km-dən çox) . 
Ölçülən  kəmiyyətin  çevrildiyi  parametrə  görə  TÖS-
ni  analoq  və  rəqəm  sistemləri  olmaqla  iki  qrupa  ayırmaq 
olar.  
Analoq TÖS-nə daxildir: 
1.  İntensivlik  teleölçmə  sistemləri.  Bu  sistemlərdə 
ölçülən  kəmiyyət  cərəyan  və  ya  gərginliyin  intensivliyi 
(amplitudası) ilə verilir. İntensivlik TÖS-ləri yaxın məsafəli 
TÖS-nə  aiddir.  Belə  sistemlərdə  məftilli  rabitə  xəttinin 
uzunluğu  7-10  km,  kabel  xəttinin  uzunluğu  isə  20-30  km 
hüdudunda ola bilər. 
2.  Tezlik  teleölçmə  sistemləri.Bu  TÖS-də  ölçülən 
kəmiyyət  tezlik  və  tezlik-impuls  modulyasiyalı  siqnallar 
vasitəsilə verilir. 
Tezlik TÖS-də ölçülən kəmiyyət daşıyıcı siqnalların 
tezliyi  ilə  verildiyindən  rabitə  kanallarının  parametrlərinin 
dəyişməsi  ölçünün  dəqiqliyinə  təsir  göstərmir  .  Odur  ki, 
tezlik TÖS-ləri uzaq məsafəli TÖS-nə aiddir.  
3.  Müddət  teleölçmə  sistemləri.Bu  TÖS-də  ölçülən 
kəmiyyət:  a)  sabit  cərəyan  impulslarının  müddəti 

  ilə 
verilir. Bu halda impulsların təkrarlama tezliyi T sabitdir


Yüklə 2,8 Kb.

Dostları ilə paylaş:
1   ...   10   11   12   13   14   15   16   17   ...   26




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə