Tempus-jpcr: anpassung des lehrbetriebs an den bologna prozessim ingenieurstudium f



Yüklə 2,8 Kb.
Pdf görüntüsü
səhifə2/26
tarix08.10.2017
ölçüsü2,8 Kb.
#3944
1   2   3   4   5   6   7   8   9   ...   26


 
texnoloji  prosesləri,  nəzarəti,  idarəetməni,  buraxılan 
məhsulların  keyfiyyətini  və  s.  təyin  etmək  mümkün 
deyil.Müasir  cəmiyyətdə  də  ölçmələrin  əhəmiyyəti  çox  bö-
yükdür.Ölçmələrin rolu xüsusən yeni texnikanın tətbiqində, 
elektronikanın  inkişafında,  avtomatlaşdırmada,  atom  ener-
getikasında, kosmik uçuşlarda və s. daha da artmışdır. Dəqiq 
ölçmələr dəfələrlə fundamental kəşflərin edilməsində böyük 
rol oynayır.  
İldən-ilə 
ölçmənin 
rolu 
və 
əhəmiyyəti 
yüksəlir.Müasir  metodlardan  istifadə  edərək  alimlər 
maddələrin  tərkibini  dəqiq  ölçürlər.  Ölçmələr  bir  çox 
insanların  əsas  peşəsidir  (texniki  nəzarət  şöbələrinin,zavod 
laboratoriyalarının  və  sınaq  mərkəzlərinin  işçiləri).Ölçü  işi 
hədsiz 
böyükdür 
və 
hələ 
açılmayan 
ehtiyatlara 
malikdir,onun  istifadə  edilməsi  texniki  tərəqqinin  həyata 
keçirilməsinin həlledici şərtlərindən biridir. 
 
 
1.
 
 ÖLÇMƏLƏR  VƏ  ÖLÇMƏ  SISTEMLƏRI  
HAQQINDA  MƏLUNAT 
1.1.  Əsas anlayışlar və təriflər 
 
Fiziki kəmiyyətin qiymətinin təcrübə yolu ilə xüsusi 
texniki  avadanlığın  köməyi  ilə  tapılmasına  ölçmə 
deyilir.Ölçmənin  əsasını  iki  fiziki  kəmiyyətin  müqayisəsi 
təşkil  edir:  ölçülən  və  məlum.  Müqayisə  olunan  
kəmiyyətlər bircinslidir, yəni eyni fiziki təbiətə malikdirlər. 
 
Ölçmə  -  ölçülən  fiziki  kəmiyyəti  qanunlaşdırılmış 
vahidlərlə  ifadə  etmək    məqsədilə  onun  bircins    kəmiyyət 
şkalası  ilə  müqayisə  olunma  prosesidir.Ölçmə  mürəkkəb 



 
anlayışdır,onun  analizi  üçün  əsas  struktur  elementlərini 
araşdırmaq  zəruridir.  Bu  elementlərə:  ölçmənin  məqsədi, 
tədqiqat obyekti və onun modeli,aprior informasiya, ölçülən 
kəmiyyət, ölçmə vasitəsi (avadanlıq), nəticə və ölçmə xətası 
aiddir. 
 
Ölçmənin  məqsədi  ölçməyə  olan  tələbatları  təyin 
edir. Ölçmə hər hansı məqsəd üçün aparılır. Tədqiqat 
(ölçmə) obyekti təbii və ya texnoloji mühitə malik real fiziki 
obyektdir.  İnsanın  tədqiqat  obyekti  ilə  təması  ancaq 
obyektin modeli əsasında olur. 
 
Obyektin  modeli  obyektin  verilən  məsələ  üçün  əhə-
miyyət  kəsb  edən  xassələrini  əks  etdirən  nəzəri-fiziki  və 
riyazi  konstruksiyadır.  Model  ölçmə  məqsədinə  uyğun 
olaraq  qurulur  və  bunun  üçün  obyekt  və  ölçmə  şəraiti 
haqqında aprior informasiyadan istifadə olunur. 
 
Aprior  informasiya  –  ölçmənin  effektivliyini  təmin 
edən  amillərdən  biridir.  Aprior  informasiyasız  ölçmə 
mümkün deyil. Bu informasiya maksimum olduqda (ölçülən 
kəmiyyətin  qiyməti  məlum  olduqda)  ölçmə  lazım  deyil. 
Aprior  informasiya  ölçmələrin  alına  biləcək  dəqiqliyini  və 
effektivliyini müəyyən edir. 
 
Ölçülən  kəmiyyət  obyektin  modelinin  xüsusiyyətini 
əks  etdirən  və  ölçmənin  köməyi  ilə  qiymətinin  tapılması 
zəruri olan sabit parametrdir. 
 
Ölçmə 
vasitəsi 
ölçmələrdə 
istifadə 
olunan 
normallaşdırılmış  metroloji  xassələrə  malik  texniki  vasitə 
kimi müəyyən olunur. 
 
Ölçmənin nəticəsi fiziki kəmiyyətin ölçmədən alınan 
qiymətlər çoxluğudur. 



 
 
Ölçmənin  tənliyi  ölçmənin  formalizə  olunmuş 
yazılışına  deyilir  və  təcrübi  verilənlərlə  ölçmə  nəticəsi 
arasındakı əlaqəni ifadə edir. 
 
Ölçmə nə qədər dəqiq aparılarsa da, həmişə müəyyən 
xətaya malik olur. 
Ölçmə  xətası  ölçülən  kəmiyyətin 
həqiqi qiyməti ilə ölçmə nəticəsi arasındakı fərqə deyilir. 
 
1.2. Ölçmə sistemlərinin təsnifatı 
 
İstənilən  ölçmə  sistemləri,  onların  funksional 
imkanları,  texniki  parametrləri  və  xarakteristikaları 
əhəmiyyətli  dərəcədə  tədqiqat  obyekti  ilə  müəyyən  olunur. 
Müasir ölçmə sistemlərinin strukturaları çox müxtəlifdirlər , 
tez inkişaf edirlər və həll edilən məsələlərdən asılıdırlar. 
 
Yerinə  yetidikləri  funksiyalardan  asılı  olaraq  ölçmə 
sistemləri  şərti  olaraq  üç  əsas  növə  ayrılır:  ölçmə  və 
informasiyanı yadda saxlama ölçmə sistemləri (bu sistemləri 
düz  təyinatlı  ölçmə  sistemləri  də  adlandırmaq  olar  ); 
nəzarət-ölçmə  (avtomatik  nəzarət)  və  teleölçmə  sistemləri. 
Ölçmə  sistemlərinə  həm  də  obrazları  tanıma  və  texniki 
diaqnostika sistemləri də aid edilir. 
 
Ölçmə kanallarının sayına görə ölçmə sistemləri bir-, 
iki-, üç- və çoxkanallı (çoxölçülü) sistemlərə ayrılırlar.Birgə 
və 
müştərək  ölçmələr  üçün  adətən  çoxkanallı  , 
approksimasiyaedici sistemlər istifadə edilir. 
 
Hal-hazırda  düz  təyinatlı  ölçmə  sistemləri  daha 
sürətlə  işlənilir  və  inkişaf  etdirilir.Belə  sistemlərin  əsas 
xüsusiyyətləri  ondan  ibarətdir  ki,  onlar  müxtəlif  fiziki 
kəmiyyətləri ölçmək üçün proqram üsulu ilə yenidən qurula 



 
və  ölçmə  rejimini  dəyişə  bilirlər.Bu  zaman  aparat  hissədə 
dəyişiklik ətməyə ehtiyac qalmır. 
 
Düz  təyinatlı  ölçmə  sistemlərini  şərti  olaraq  
aşağıdakı növlərə ayırırlar: 
 
-informasiya-ölçmə  sistemləri  (İÖS).  Bu  sistemlər 
ölçmə-informasiya sistemləri də adlanırlar. 
 
-ölçmə-hesablama kompleksləri (ÖHK); 
 
-virtual  informasiya-ölçmə  cihazları  (və  yaxud 
kompyuter-ölçmə sistemləri). 
Bunlardan  əlavə  ölçmə  sistemlərinin  (ÖS)  digər 
növləri  də  mövcuddur:  multiplikasiya  edilmiş  ÖS;  təsadüfi 
proseslərin  ehtimallarının  paylanma  parametrlərini  ölçən 
sistemlər; korrelyasiya ÖS; spektral ÖS. 
Ölçülən  kəmiyyətlərin  sayı  çox  böyük  olmadıqda 
(20-dən  kiçik)  bəzi  hallarda  çoxsaylı  ölçmə  nöqtəli  sistem 
əvəzinə  multiplikasiya  edilmiş  ÖS-dən  istifadə  edilir.Belə 
ÖS-lər  ümumi  nümunəvi  ölçü  və  bir  ədəd  informasiyanı 
təsviretmə  qurğusu    vasitəsilə  birləşdirilmiş  bir  kanallı 
ölçmə  sistemlərinin  toplusundan  ibarətdir.  Multiplikasiya 
edilmiş  ÖS  –lərdə  açıcı  müvazinətləndirmə  üsulundan 
istifadə 
edilməsi 
ölçmə 
kanalında 
kommutasiya 
elementlərindən  istifadə  edilməməsi  imkanını  yaratmışdır. 
Bütün  ölçmə  kanalları  üçün  bir  ədəd  informasiyanı 
təsviretmə vasitəsi işlədildiyindən belə ÖS-lər nisbətən sadə 
olur. 
Təsadüfi  kəmiyyətlərin  və  proseslərin  statistik 
analizindən  elm  və  texnikanın  ,demək  olar  ki,  bütün 
sahələrində geniş istifadə edilir. Bu zaman stasionar erqodik 
proseslər mühüm əhəmiyyət kəsb edir. 


Yüklə 2,8 Kb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   ...   26




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə