Tempus-jpcr: anpassung des lehrbetriebs an den bologna prozessim ingenieurstudium f



Yüklə 2,8 Kb.
Pdf görüntüsü
səhifə5/26
tarix08.10.2017
ölçüsü2,8 Kb.
#3944
1   2   3   4   5   6   7   8   9   ...   26

18 
 
 
Təsadüfi  siqnalların  tezlik  xassələrinin  xarakteristikası 
üçün gücün spektral sıxlığından   istifadə edilir ki,bu da siqnalın 
orta gücünün özünün tezliyinə görə paylanmasını müəyyən edir. 
 
2.  SƏNAYE  AVTOMATİKASI  ÜÇÜN  
INFORMASIYA-ÖLÇMƏ   SİSTEMLƏRİ   
2.1. İnformasiya-ölçmə sistemləri haqqında ümumi 
məlumat 
 
İnformasiya  -  ölçmə  sistemləri  (İÖS)  bilavasitə 
obyektdən  informasiyanın  avtomatik  olaraq  alınmasını, 
onun  çevrilməsini,  ötürülməsini,  ölçülməsini,  emalını, 
saxlanmasını, operator tərəfindən rahat  qəbul  edilməsini və 
(və  ya)  idarəedici  sistemə  daxil  edilməsini  təmin  edən 
texniki  vasitələr  toplusudur.  İOS  mürəkkəb  ölçmə 
kompleksidir.  Onun  tərkibinə  təkcə  ölçmə  çeviriciləri  yox, 
həm  də  ölçmə  informasiyasını  emal  etmək  üçün,  eləcə  də 
ölçmə  prosesinin  realizasiyası  və  informasiya  alınması 
prosesinin idarə edilməsi üçün hesablama  
 İnformasiya-ölçmə  sistemləri    öz  inkişafında  bir 
neçə  mərhələ  keçmişdir.Birinci    mərhələdə  İÖS  –ləri 
avtomatlaşdırılmış  analoq  sistemləri  kimi  fəaliyyət 
göstərmişdir.Burada  əsasən funksional  çeviricilərin və sadə 
hesablama  qurğularının  (elektromexaniki  və  elektron) 
köməyi  ilə  informasiyanın  ilkin  emalı  yerinə  yetirilirdi, 
Birinci mərhələyə aid İÖS-ləri elektromexaniki və elektron-
lampa  elementləri  üzərində    qurulurdu.  Onlar  aşağı 
cəldişlmə qabiliyyətinə,  kiçik dəqiqliyə və etibarlılığa malik 
idilər. 
  
Rəqəm texnikasının intensiv inkişafı İÖS-lərin ikinci 
nəslinin  –rəqəm  ölçmə  sistemlərinin  yaranmasına  səbəb 


19 
 
oldu.Belə  sistemlər  daha  böyük  cəldişləməyə  və  dəqiqliyə 
malik  idilər.  Bu  nəsil  İÖS-lərində  informasiyanın  emalı 
ixtisaslaşdırılmış  rəqəm  hesablama  maşınlarının  köməyi  ilə 
yerinə  yetirilirdi.İnformasiya  yığımı  prosesinin  proqramla 
idarə  edilməsi  elektron  hesablama  maşınlarının,tsiklik  və 
ünvan  sorğusu  isə  operatorun  pultunda  yerləşdirilmiş 
avtonom elektron bloklarının köməyi ilə həyata keçirilirdi. 
 
İnformasiya-ölçmə  sistemlərinin  üçüncü  nəsli 
mikroelektronikanın  inkişafı,  otra  və  böyük  inteqrasiya 
dərəcəli  mikrosxemlərin,  mikroprosessorların,  mini-  və 
mikro-EHM-lərin yaranması ilə əlaqədar oldu. 
İnformasiya-ölçmə  sistemlərinin  dördüncü  nəsli 
onlarda  çoxfunksiyalı  bircinsli  və  müxtəlif  cinsli  fiziki 
kəmiyyətlərin  ilkin  çeviricilərinin  istifadə  olunması  ilə 
xarakterikdir. Çoxprosessorlu sistemlərdən istifadə olunması 
bir tərəfdən emal və idarəetmə funksiyalarını ayırmağa,digər 
tərəfdən isə İÖS-nin cəldişləmələrini kifayət qədər artırmağa 
imkan verir. 
 
Təyinatına görə informasiya-ölçmə sistemləri 
aşağıdakı növlərə ayrılır:  
    1) ölçmə sistemləri;  
2) avtomatik nəzarət sistemləri
3) texniki diaqnostika sistemləri; 
4) təsvirləri tanıma sistemləri. 
Ölçmə  sistemləri  (ÖS)  birbaşa,dolayı  və  birgə 
ölçmələr 
aparılması 
üçün 
tətbiq 
olunur.Bu 
sistemlərdən,adətən,müxtəlif  obyektləri  və  prosesləri  tədqiq 


20 
 
etmək üçün istifadə edilir və onlar nisbətən yüksək metroloji 
xarakteristikalara malik olur. 
Bəzi ölçmə sistemləri ölçmə informasiyasını mürəkkəb 
riyazi emaletmə qabiliyyətinə malikdirlər.Bu halda ölçmə nəti-
cəsi  məntiqi  nəticələr  və  ümumiləşdirilmiş  rəqəmlər  şəklində 
alınır. 
Avtomatik  nəzarət  sistemlərində  (ANS)  nəzarət 
obyektinin  vəziyyəti  müəyyənləşdirilir,  yəni  nəzarət  olunan 
obyekti  xarakterizə  edən  paramaetrlərin  həqiqi  qiymətləri 
normal  və  ya  mümkün  ola  bilən  qiymətləri  ilə 
tutuşdurulur.Bu  qrup  sistemlər  mərkəzləşdirilmiş  nəzarət 
sistemləri  də  adlandırılır.  Burada  obyektin  xarakteri 
əvvəldən məlum olur,onun mümkün olan halları isə normal 
və  yol  verilməyən  hallara  bölünür  (“norma”,  “normadan 
yuxarı”, və “normadan aşagı”). 
 
Texniki diaqnostika sistemlərində  (TDS)  ölçmə nəti-
cələri  əsasında  obyektin  xarakteri,ondakı  nasazlıqların 
xarakteri,  bu  nasazlıqları  aradan  qaldırmaq  və  s.haqqında 
ümumiləşdirilmiş  mülahizələr  verilir.  Bu  qrup  sistemlərdə, 
adətən,  yaxşı  inkişaf  etmiş  hesablama  və  məntiq  qurğuları 
olmalıdır. 
 
Təsvirləri  tanıma  sistemləri  (TTS)  ölçmə  informasi-
yasını emal yolu ilə sistemin çıxışında təsvirləri təsnif etmə 
nəticələrinin alınmasına imkan verir. 
 
Tədqiq  edilən  obyektə  qədər  olan  məsafədən  asılı 
olaraq  İÖS  –  yaxın  və  uzaq  məsafədə  təsir  edən  sistemlərə 
və  ya  teleölçmə  sistemlərinə  (TÖS)  ayrılır.Teleölçmə 
sistemlərinin  əsas  fərqləndirici  əlaməti onlarda  əlavə  olaraq 
rabitə 
kanalları  xarakteristikasının  nəzərə  alınması 
tələbatıdır. 


21 
 
 
Tədqiq  olunan  obyektlə  qarşılıqlı  əlaqəsinə  görə 
sistemlərin strukturu passiv və aktiv sistemlərə ayrılır.Passiv 
sistemlər  yalnız  obyektdən  informasiyanı  qəbul  edir.Aktiv 
obyektlər  isə  obyektə  xarici  təsiretmə  qurğuları  vasitəsilə 
təsir  etməklə  onun  vəziyyətinin  avtomatik  olaraq  və  daha 
dolğun  öyrənilməsinə  imkan  verir.  Bu  cür  strukturlardan 
elmi tədqiqatların avtomatlaşdırılması üçün istifadə olunur. 
 
2.2. İnformasiya-ölçmə sisteminin ümumiləşdirilmiş 
struktur sxemi 
 
İnformasiya-ölçmə  sistemlərinin  əsas  funksiyalarına 
– 
tədqiqat 
obyektindən 
ölçmə 
informasiyasının 
alınması,onun  emalı,  informasiyanın  operatora  və  yaxud 
kompyuterə  verilməsi,  tədqiqat  obyektinə  idarəedici 
təsirlərin 
formalaşdırılması 
və  s.  əsasən  onların 
ümumiləşdirilmiş  struktur  sxemini  şəkil  2.1-də  göstərilmiş 
sxem kimi təqdim etmək olar. 
Sxem aşağıdakı qurğulardan təşkil olunmuşdur: 
 
 
 


Yüklə 2,8 Kb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   ...   26




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə