Təmsillər



Yüklə 0,55 Mb.
Pdf görüntüsü
səhifə1/21
tarix02.01.2018
ölçüsü0,55 Mb.
#19456
  1   2   3   4   5   6   7   8   9   ...   21


 



 



    

SƏDNİK   PAŞA   PİRSULTANLI 

 

 

 

 

 

 

AZƏRBAYCAN 

 

AĞIZ   ƏDƏBİYYATINDA 

 

TƏMSİLLƏR 

 

 

 

 

 

 

 

 

                      BAKI-2012 

 

 

 

 


 

Toplayanı, tərtib edəni və ön sözün müəllifi: 



Sədnik Paşa Pirsultanlı,  

filologiya elmləri doktoru, professor. 

 

       

    Redaktor:  

Sahibə Paşayeva 

    

AMEA Folklor İnstitutunun elmi əməkdaşı. 

 

     

Sədnik Paşa Pirsultanlı (Paşayev). 

Azərbaycan  yazılı  ədəbiyyatında  N.Gəncəvi,  A.Bakıxanov, 

Q.Zakir,  S.Ə.Şirvani,  M.Ə.Sabir  və  başqaları  xalqdan  təmsilləri 

alaraq 

nəzmə  çəkmişlər  və  hər  təmsilin  sonunda  özlərinin  şəxsi 

subyektiv  nəticələrini  vermişlər.  Bu  isə  xalq  ədəbiyyatında  təm-

sillərin  cuzi  bir  hissəsini  təşkil  edir.  Lakin  ağız  ədəbiyyatında 

təmsillər şifahi halda yaşayır və hər əsrdə yeni çalarlar qəbul edir, 

forma və məzmunca zənginləşir.  

Mən bir folklorşünas kimi 50 ildən artıqdır ki, Azərbaycan ağız 

ədəbiyyatını  araşdırır,  toplanmış  janrları  yığıb  nəşr  etdirməklə 

məşğulam.  Əsatir  və  əfsanələrimizlə  yanaşı,  xalq  rəvayətlərini  və 

söyləmələrini toplayıb nəşr etdirmişəm. 

Epik janr

a  məxsus  təmsilləri  ayrı-ayrı  zamanlarda  yığıb 

“Azərbaycan    xalq  söyləmələri”  (2009-cu  il),  “Eldən-obadan 

eşitdiklərim”  (2005-ci il),  folklor  toplularında  nəşr  etdirmişəm. 

Təmsillər ilk dəfə “Azərbaycan folklorunda gülüş” monoqrafiyamda 

tədqiqata cəlb olunmuşdur.    

Kitab 

“Azərbaycan  ağız  ədəbiyyatında  təmsillər”  adlanır. 

Əminəm ki, bu kitab rəğbətlə qarşılanacaq və gələcəkdə onun həcmi 

artacaqdır.  

 

 

EL03  _____0031______         

qrifli nəşr.

 

             031.25.05.2019 

 

                  

 



 



                       Ön  söz 

 

Folklor janrlar



ı içərisində ən qədimi təmsillərdir. 

Ali  təhsilə  hazırlıq  kurslarının  dinləyiciləri  üçün 

dərs vəsaiti kimi nəşr olunan Möhsün Nağısoylunun 

və  Rəhman  Quliyevin  müəllifləri  olduğu 

“Ədəbiyyat”  kitabının  “Ədəbi  növlər  və  janrlar” 

bölməsində təmsillərdən də bəhs edilir. Onların elmi 

müla

hizələrinin  bəzi  cəhətləri  düzgün  mövqedən 



izah 

olunmur,  bəziləri  isə  natamam  görünür.  Onlar 

doğru  qeyd  edirlər  ki,  təmsil  epik  növün  ən  qədim 

janrlarından biridir. Təmsil həcmcə kiçik olur, lakin 

dərin  məna  ifadə  edir.  Təmsilin  əsas  xüsusiyyəti 

tənqidi və satirik mövzuda olmasıdır. Həmin müəl-

liflərin fikrindəki yanlışlıq ondan ibarətdir ki, guya 

təmsil  təkcə  nəzmlə  yazılır.  Onlar  fikirlərini,  elmi 

mülahizələrini  əsaslandırmaq  üçün  yazırlar  ki, 

ədəbiyyatımızda  təmsilin  ilk  nümunələrinə  N.Gən-

cəvinin  “Sirlər  xəzinəsi”  poemasında  rast  gəlirik. 

A.Bakıxanov, Q.Zakir, S.Ə.Şirvani və M.Ə.Sabir də 

qələmlərini təmsil janrında sınamışlar. Qələm sahib-

ləri  nəzərə  almalıdırlar  ki,  folklor  daxilində  təmsil 

epik növ kimi nəsrlə yaradılır. Yuxarıda adı çəkilən 

şairlər  təmsil  mövzularını  folklordan  alıb  nəzmə 

çəkmişlər.  Cəsarətlə qeyd etmək olar ki, şairlər tə-

rəfindən  qələmə  alınan  təmsillərin  mövzu  dairəsi 

xeyli kiçilmiş, bi qədər də xalq deyimlərindən uzaq-

laşaraq  şəxsi  subyektdə  verilmişdir.  Lakin, burada 




 

əhəmiyyətli cəhət odur ki, hər bir təmsil yazan şair 



sonda  öz  qənaətlərini  və  nəticələrini  ifadə  edir  ki, 

bunlar  da  təmsilin  əxlaqi-tərbiyəvi  təsir  gücünü 

ifadə edir. 

 

Müəlliflərin  təmsil  janrının  xalq  ədəbiyyatı 



daxilində bu qədər geniş yayılmasından bəhs etmə-

ləri onunla bağlıdır ki, təmsillər vaxtında toplanılıb 

nəşr edilməmişdir.  

 

Xalq təmsillərini xalqdan alıb yenidən nəzmə 



çəkmiş Q.Zakir hər məsələni olduğu kimi açıqlayır. 

O, “Xain yoldaşlar haqqında” təmsilin sonunda ya-

zır:  

M

üşküldü nəzm etmək hər belə nəsri, 



Əhv eyləsin arif gər olsa kəsri. 

 

 



H

ətta, Q. Zakir “Dəvə və eşşək”, “Aslan, qurd 

və  çaqqal”  təmsillərini  başqa  bir  nüsxədən,  yəni 

yazıya  alınmış  nümunələrdən  götürüldüyünü  qeyd 

edir. 

A.Bakıxanov  Krılovun  təmsillərindən  birini- 



“Eşşək  və  bülbül”ü  tərcümə  etməsəydi,  bəlkə  də 

təmsil janrına müraciət etməzdi. Onun tərcümələrin-

dən  ancaq  “Eşşək    və  bülbül”  təmsili  bizə  gəlib 

çatmışdır. Mütərcim Krılovun təmsilini Azərbaycan 

dilinə sərbəst tərcümə etmişdir.  

 

O, bu t



ərcüməsi  ilə  Azərbaycan  ədəbiyyatı 

tarixində təmsil tərcüməçiliyini, bununla da Rus və 

Azərbaycan  ədəbiyyatı  arasında  qarşılıqlı  əlaqəni 

inkişaf  etdirmişdir.  Ondan  sonra  A.Bakıxanov, 




Yüklə 0,55 Mb.

Dostları ilə paylaş:
  1   2   3   4   5   6   7   8   9   ...   21




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə