Təmsillər



Yüklə 0,55 Mb.
Pdf görüntüsü
səhifə14/21
tarix02.01.2018
ölçüsü0,55 Mb.
#19456
1   ...   10   11   12   13   14   15   16   17   ...   21

 

54 


Pələng  ha  güc  verirsə  xışı  tərpədə  bilmir,    elə  bu 

zaman  insan  gəlib  çıxır,  pişik  qaçır,  pələngin  boynu 

qalır boyunduruqda. 

İnsan ona deyir: 

-

Kələmin biri azarlayıb, Allah səni yaman yerimdə 



yetirdi,    yoxsa  boyunduruğun  bir  tayını  götürən 

olmayacaqdı. 

O,  bir  tay  kəli  də,    öküzləri  də  qoşur,    bir  əli  ilə 

xışdan  yapışıb  pələngi  qamçıya    tutur.Qamçı  belində 

şaqqıldadıqça  pələng  özünü boyunduruğa  verir,  kəllə 

bazlaşıb  xışı irəli dartır. 

Vəri bir dəfə başa çıxandan sonra  görür yox,  gücü 

tükənib daha taqəti qalmayıb,  yıxılır ki, insanın bəlkə 

ona yazığı gələ, onu açıb buraxa. 

İnsanda hardaydı o mərhəmət.  Əlinə bir özgə malı 

düşmüşdü,  onu belində bostan əkməyəsəydi heç ürəyi 

soyuyardı? 

Pələngi  qamçı  ilə  dağ-dağ  eləyir,    sonra  xış  qaşı-

yanla  döyür.  Pələng  canını  dişinə  tutur,    irəli  bir  də  

cumuxur, yenə də heydən kəsilir,  tir-tap uzanır. İnsan 

onu döydükcə qışqırır, “ay öldüm” deyir, “ay yandım” 

bağırır,  harayına heç bir canlı-cinli çatmır. Ölhaöldə 

necə  olursa  samıların  bağı  qırılır,  pələng    boyun-

duruğun altında çıxıb  meşəyə sarı götürülür. Meşənin 

girəcəyində  həmin  pişiyi  görür,    tanıyır,  lakin  pişik 

onu tanımır, deyir, sən pələng deyilsən,  bizim pişik-

lərin birisən. 

Pələng deyir: 



 

55 


-

 

Mən hələ insan əlində bircə saat qalıb bu günə 



düşmüşəm,  o mənə bircə gün yer əkdirsə səndən də 

balaca olardım. 

 

                   

Torağayın intiqamı 

   

 

Torağay  yolun  qırağında  yuva  qurubmuş.  Şir  də  



bu  yuvanı  ayaqlayıb,    torağayın  ətcə  balalarını  əzib,  

öldürübmüş. 

Bir gün torağay onun qabağını kəsib deyir: 

-

Səndən balalarımın intiqamını alacam. 



Şir  torağayın  dediklərini  vecinə  almır,    hələ  bir 

lovğalanıb da: 

-

Sən özün nəsən ki, sənin intiqamın da nə ola... 



Torağay  quşlar  padşahına  şikayətə  gedir.    Quşlar 

padşahı bütün quşları yığır və deyir: 

-

Kim şirin gözlərini dimdiyi ilə vurub onu  kor edə 



bilər? 

Bu işi sağsağan öz öhdəsinə götürür. Yatdığı yerdə 

şirin gözlərini dimdikləyib deşir. 

Şir  qalır  heç  vaxt  gündüzü  olmayan  zülmətdə,  

ciyəri də susuzluqdan yanır, bilmir hara getsin, hansı 

səmtə üz tutsun. 

Bu  vədə  quşlar  padşahı  qurbağalardan  xahiş  edir 

ki,    bir  uçurumda,  yarğanın  başında  quruldaşsınlar. 

Qurbağalar da padşahın bu sözünü tuturlar, başlayırlar 

ağız-ağıza  verməyə.  Şir  heç  bir  şübhə  etmir  ki,  




 

56 


qurbağalar  quruldaşan  tərəfdə  su  olar,    aldanıb  səs 

gələn tərəfə gedir və uçurumdan  aşağı yuvarlanır. 

Torağay can verən şirin yaxınına qonub deyir: 

-

Şir,  gördünmü  səndən  intiqamımı    necə  aldım? 



Gördünmü  “mənəm”  liyin,  saymazlığın  axırı  necə 

olur? 


 

 

         



Sənin qarının  nəyini yemişəm 

 

Bir canavar tez-

tez  bəyin  sürüsündən  qoyun-qoç 

aparardı. Bir gün bəyin iti canavara hücum etdi,  onu 

pis vəziyyətə saldı. Canavar güc-bəla ilə canını xilas 

etdi.  Elə bu zaman kasıb bir qarının iti özünü canava-

ra  yetirdi. 

Canavar dedi: 

-

A  qarının  iti,    bəyin  qoyununu  yemişəm,  iti  də 



mənə hücum edir. O haqlıdır. Sənin qarının bir inəyi 

var,  ona  da  dəyməmişəm,    de  görüm  sən  nədən  ötrü 

gəlmisən, sən nəyin heyfini çıxarmaq istəyirsən. Bunu 

deyərək qarının itinin boğazından yapışıb,  yerə çırpıb 

öldürdü. 

 

 



 

   

 

 


 

57 


     

Onunku böyük Allahdan üzülüb 

 

Ovçu adəti üzrə ova çıxmışdı. Ovçunun çiynindəki 



tüfəngini,  əlindəki  otu,  yanındakı  tulanı  görənlər 

çaşdılar.  Bir nəfər cəsarət edib soruşdu: 

-

Ovçu  qardaş,    tüfəngi,  tulanı  bildik,    bəs  bu  ot 



nəyə gərəkdir? 

Ovçu  dedi: 

-Bu   

yaxınlarda bir tülkü yaşayır,  Kəndin toyuq-



cücəsinə  aman  vermir.    Özünü  də  ovlamaq  çətindir.  

Be

lə  ki,  onun  üç  çıxış  yeri  var.  Deşiyin  birinin 



ağzında  tulanı qoyacağam, birinin ağzında  ocaq çatıb 

içəri tüstü verəcəyəm,  birini də özüm gözləyəcəyəm. 

Ki

şi əlini dizinə vurub dedi: 



-

Yox,  qardaş,  tülkünün  işi  bitdi.  Onunku  böyük 

Allahdan üzülüb. 

 

 



 

                 

Mənə  dəymədi 

 

Qurbağalar sakitcə göldə yaşayıb,  öz nəğmələrini 



oxuya-

oxuya  xoş  güzaran  keçirirdilər.  Hardansa  bu 

gölə  iri  su  ilanı  gəlib  çıxdı,    növbə  ilə  qurbağaları  

yeməyə başladı.  İlan qurbağaların birini tutub yeyən-

də, başqaları belə bir nəğmə oxuyurdu: 

-Vakka-


vakk, mənə dəymədi. 

Lakin bir qədərdən sonra  ilan “vakka-vakk, mənə 

dəymədi” deyən qurbağaların hamısını yedi. 



Yüklə 0,55 Mb.

Dostları ilə paylaş:
1   ...   10   11   12   13   14   15   16   17   ...   21




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə