Təmsillər



Yüklə 0,55 Mb.
Pdf görüntüsü
səhifə2/21
tarix02.01.2018
ölçüsü0,55 Mb.
#19456
1   2   3   4   5   6   7   8   9   ...   21

 

Q.Za



kir  başlayan  yeni  təmsilçiliyi  S.Ə.Şirvani da-

vam  etdirmiş  və  müasir  tərbiyə  ilə  bağlı  bir  neçə 

təmsil yazmışdır.   

 

Quşla,  ilanla  əlaqədar  elə  əfsanələr  var  ki,  



mahiyyətində təmsil dayanır. Professor Sədnik Paşa 

Pirsultanlı    1985-ci  ildə  çap  etdirdiyi  “Azərbaycan 

xalq əfsanələri” kitabında verilmiş “İlan məhəbbəti” 

və “Qu quşu” əfsanələri daha çox təmsillə bağlıdır. 

Bu  tədqiqat  bir  məsələni  də  üzə  çıxarır.  Quşlarla, 

ilanlarla  və  başqa  canlılarla  bağlı  olan  əfsanələrin 

təmsillərlə  bağlılığı  çox  maraqlıdır.  “İlan  məhəb-

bəti”  əfsanəsində  deyilir  ki,  ilan  Tuti  adlı  bir  qıza 

vurulur. 

Gecələr  onun  saçlarının  ətrini  ala-ala hö-

rükləri  arasında  qıvrılıb  yatır.  Həddi-büluğa  çatmış 

Tutini  ərə  vermək  üçün  ilanı  tiryəklə  məst  edirlər, 

qızı  uzaq  kəndə  ərə  verirlər.  İlan  ayılıb  Titini  ye-

rində görmür, izinə düşüb qonşu kəndə gedir. Artıq 

qız  başqasının  arvadı  idi.  Qısqanclıq  ilanı  çaşdırır, 

həm oğlanı, həm də qızı vurub öldürür. Lakin bu ay-

rılığa,  hicrana,  həsrətə  dözməyən  ilan  qayanın  ba-

şına çıxıb özünü daşlara vurub parça-parça edir.  

 

 

İlanın  insan  kimi  şəxslənmiş  obrazı  onu 



təmsilə çevirir. Bundan sonra da tədqiqatçılar əfsa-

nələr arasında olan belə təmsilləri arayıb-axtarmalı, 

təhlilə cəlb etməlidirlər.  

 

“Qu  quşu  əfsanəsi”  də  təmsilə  yaxındır.  Ana  



xəstələnir, dörd övladının birinə bir qab su gətizdirə 

bilmir.  İlahidən  rica  edir  ki,  onu  quşa  döndərsin. 




 

Arzusu  yerinə  yetən  Qu  quşu  göyə  qalxır,  qanad 



çalıb uçur. Balaları nə qədər onun dalınca qaçırlarsa 

çata  bilmirlər.  Qu  quşu  o  gündən  sularda  yaşayır. 

Demək olar ki, o, bala məhəbbətini itirir. O gündən 

bala çıxartmayan Qu quşu başqa quşların yuvasında 

yu

murtlayır. Övladlarının nankorluğu ananın qəlbin-



dən  bala  məhəbbətini  çıxarıb  atır.  Doğrudan  da, 

burada  nankor  övladların  anaya  münasibəti,  ananın 

qəzəbi insan kimi şəxsləndirilmişdir.   

 

“Tülkü  və  insan”  təmsili  daha  xarakterikdir. 



Bu  insana  təmsildən  çox  nağıl  təsiri  bağışlayır. 

Tülkü elə bir arzuya düşür ki, o, öləndən sonra insan 

kimi  kəfənlənib  dəfn  edilsin.  O,  bir  kasıb  kişini 

tapıb deyir: mən sənə böyük xəzinələr yeri deyərəm, 

varlanarsan,  firəvan  yaşayarsan.  Bu  şərtlə  ki,  mən 

öləndə məni insan kimi kəfənləyib dəfn edəsən. Kişi 

tülkünün  sayəsində  böyük  var-dövlət  sahibi  olur. 

Kənddən-şəhərdən kənar bir yerdə kişi tülkü ilə şirin 

söhbət  edə-edə  gəlirmişlər.  Qəflətən  tülkü  yıxılıb 

ölür. Kişi o tərəfə baxır, bu tərəfə baxır və öz-özünə 

deyir ki, tülkü nə biləcək ki, mən onu dəfn etmədim. 

Onu sürüyüb yaxındakı barının o biri tərəfinə atmaq 

istəyir. Tülkü barının üstündə dikəlib deyir: 

-

Eh,  bəni-insan,  bəni-insan,  heç  zaman  sənə 



etibar etmək olmaz.  

 

Kişi qəmli-qəmli yol ilə gedir. Birdən bir əfi 



ilan atılıb onun sinəsinin üstünə çıxır və deyir: 

 



Səni harandan vurum? 


 

Çıxılmaz vəziyyətdə qalan kişi deyir:  



-G

əl yol ilə gedək və qarşımıza çıxan ilk canlıdan 

soruşaq. O harasından vur desə, ordan da vurarsan. 

İlan razılaşır. Bir az getdikdən sonra həmin tülküylə 

rastlaşırlar. Kişi deyir ki, ay aman, indi deyəcək onu 

gözlərindən  vur.  Tülküdən  soruşduqda  tülkü  ilana 

deyir: 

 



Mən inanmıram ki, sən atlanıb insanın sinə-

sinə  çıxa  biləsən.  İlan  çox  and-aman edir. Tülkü 

inanmır. Axırda əlacsız qalan ilan deyir ki, inanmır-

san  bax.  Bunu  deyib  ilan  yerə  düşür.  Tülkü  tez 

kişiyə işarə ilə ilanın başını daşla əzməsini məsləhət 

görür və bununla da  kişini  ölümdən xilas edir. Kişi 

tülküyə deyir ki, sən yenə məni xilas etdin, gəl dost-

luğumuzu davam etdirək. Tülkü isə ona deyir, indi-

dən belə mən sənə yüz belə yaxşılıq etsəm də xeyri 

yox


dur.  Sən  bəni-insansan  ki,  bəni-insan olaraq da 

qalacaqsan. 

 

 

İnsanın  rəzilliyi,  etibarzıslığı  açıq  surətdə 



tülküyə də əyan olur.  

 

Hər bir təmsildə insan idrakından doğan tərbi-



yəvi bir cəhət özünə yer alır. Folklorşünaslıqda təm-

sillərin  indiyə  qədər  toplanmaması,  tədqiqata  tam-

lıqla  cəlb  edilməməsi  təəssüf  doğurur.  XIX  əsrdən 

sonra demək olar ki, yazılı ədəbiyyatda xalq yaradı-

cılığından  gələn  təmsillərə  toxunulmamışdır.  Düz-

dür, sonralar Hikmət Ziya təmsil yazmışdır. Amma, 

bunu  folklorda  olan  təmsillərlə  müqayisə  etmək 



 

olmaz. 



Nizami  kimi  dahilərin  bəhrələndiyi  təmsil-

lərdən,  folklordan  müasir  yazarların  da  faydalan-

ması onların ən ümdə vəzifələrindəndir. 

Çöl xoruzu və tülkü” təmsilində deyilir ki, tülkü 



meşə  xoruzuna  rast  gəlir.  O,  kök  meşə  xoruzunu 

yemək üçün hiyləyə əl atır.  Xoruzun qonduğu buda-

ğın altında dayanır və ah, of çəkir. Xoruz soruşur ki, 

tülkü, nə çox ah, of çəkirsən? 

 

 Tülkü cavab verir: 



 

Bundan sonra işimiz fənadır. Padşah fərman 



verib ki, heç bir canlı başqa canlıya toxuna bilməz. 

Buna  inanan  xoruz  tülkünün  yanına  gəlir.  Bu  vaxt 

böyürdən pələng çıxır. Tülkü qaçır, nə qaçır. Xoruz 

səslənir: 

 

-

Ey  tülkü,  niyə  qaçırsan,  padşahın  fərmanı 



var, pələng sənə neyniyə bilər? 

 



Heç  bəlkə  pələngin  o  fərmandan  xəbəri 

yoxdur. Fərmanı oxuyanacan məni basıb yeyəcək.  

 

H

ələ təmsilə vaxtilə Nizami Gəncəvi də müra-



ciət  etmişdir.  Nizami  Gəncəvi  çoxsaylı,  müxtəlif, 

rəngarəng  əfsanələrlə  yanaşı,  ona  çox  yaxın  olan 

təmsillərdən də ustalıqla istifadə etmiş, onların məna 

və  məzmununu  bir,  iki  beytdə  ifadə  edə  bilmişdir. 

Məsələn: 

Qızılquş bir ördəyə dedi: -  Səhra gözəldir. 

Ördək söylədi ki, səhvsən, ancaq dərya gözəldir. 

 

 




Yüklə 0,55 Mb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   ...   21




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə