Təmsillər



Yüklə 0,55 Mb.
Pdf görüntüsü
səhifə3/21
tarix02.01.2018
ölçüsü0,55 Mb.
#19456
1   2   3   4   5   6   7   8   9   ...   21

 

 



Yaxud başqa bir misal: 

 

Kəklik qarışqanı dimdikləyərək, 



Onu dimdiyinə sıxırdı bərk-bərk. 

Qarışqa kəkliyə gülərək bu an, 

Dedi ki, “sən gülmək bacarmayırsan”. 

Yazıq qarışqaya baxaraq dik-dik, 

“Bu mənim peşəmdi” söylədi kəklik. 

Sonra qəhqəhəylə o güldü birdən, 

Saldı qarışqanı öz dimdiyindən. 

H

ər kim bu dünyada gülərsə artıq, 



Ondan uzaqlaşar məncə xoşbəxtlik. 

 

Bu 



parçalarda  şifahi  xalq  yaradıcılığından  baca-

rıqla istifadə edilmişdir.  

  

“Bülbül ilə qızılquş” dastanı da təmsildir. Həm 



də  ictimai  məzmunu  daha  güclüdür.  Bu  təmsilin 

əsas məzmununu istehza təşkil edir. Nizami daxilən 

acıyır,  kədərlənir,  zahirən  istehza  edir.  Adama  elə 

gəlir ki, Nizami də susmağı üstün tutur. Lakin əsərin 

ictimai  məzmunu  hər  şeyi  açır,  əsl  həqiqəti  üzə 

çıxarır.  Bizcə  buradakı  bülbül  şairin  özüdür  və  ya 

zəmanəsinin  daha  başqa  gözü  açıq,  düşünən  bir 

şəxsiyyətidir.  

 

O,  gecə-gündüz  xalqının  eşqilə  bülbül  kimi 



ötür,  nəsibi  isə  arpa  çörəyindən  başqa  bir  şey 

deyildir.  Qızılquş  isə  saraylarda  yaşayıb-yaradan, 

naz-

nemət içində xumarlanan məddah şairləri təmsil 




 

10 


edir.  Onlar  ağızlarına  su  alıb  otursalar  da,  günləri 

eyş-işrətlə  keçir.  Nizami  bu  təzadlı  vəziyyəti  təhlil 

və müqayisə edərək, Bülbül və Qızılquşun rəmzi su-

rətlərini  yaradır.  Bülbülün  dilindən  deyilən  aşağı-

dakı  etiraz  dolu  misralar  həmin  fikri  təsdiq etmək-

dədir: 


“...Nə müddətdir, dünyaya gəlib alırsan nəfəs, 

S

əndən eşitməyibdir, bir şirin nəğmə heç kəs. 



S

əncər dəstigahıdır, sənin mənzilin hər an, 

Da

ğ kəkliyi döşüdür xörəyin, bilir cahan. 



 

Bir göz açıb yumunca çıxarıram sinədən, 

Yüzlərcə mirvarilər, yüzlərlə şux gövhər mən. 

Bəs, nədən qurd quşlardır, mənim yediyim xörək, 

Nədən tikanlıqlardır, mənim evim, de görək”. 

 

 



Qızılquş “yüz iş görüb birin açmadığı” halda, 

“xörəyi  kəklik  döşü,  mənzili  şahın  əlinin  üstü” 

olmuşdur.  

 

Nizaminin  dövrü  elədir  ki,  çoxları  qızılquş 



kimi  susmağı  üstün  tuturlar.  Bülbül  kimi  ötməyin, 

nəğmə deməyin xeyri yoxdur. Şair öz ürək ağrısını 

bir beytlə tamamlayır: 

 

 



Gəl nəzmin şöhrətini qaldırıb etmə bayraq, 

    


Ta sən də Nizamitək olmayasan bir dustaq. 

 



 

11 


 

Məlumdur ki, Nizami hər oxuyub öyrəndiyini, 

hər  eşidib  bildiyini  olduğu  kimi  öz  poeziyasına 

gətirməmiş,  əksinə  bunları  saf-çürük  etmiş,  ağıl 

süzgəcindən  keçirmiş,  “ağlabatan”  şəklə  salmış, 

xalq ədəbiyyatının öz üslubuna uyğun tərzdə istifadə 

etmişdir.  

 

Folklor



şünas-alim  Sədnik  Paşa  Pirsultanlının 

uzun illərdən bəri xalqdan topladığı təmsillər “Azər-

nəşr”  tərəfindən  1992-ci  ildə  nəşr  edilmiş,  “Azər-

baycan xalq söyləmələri” kitabına daxil edilmişdir. 

 

Kitaba  daxil  edilmiş  təmsillərin  üzərində 



zamanın möhürü vardır. Burada ayrı-ayrı heyvanlar, 

bitkilər  və  digər  canlılar  insan  kimi  şəxsiyyətlən-

dirilib danışdırılır və onların timsalında cəmiyyətdə 

yaramaz  insanların  eyibləri  müxtəlif  hərəkət  və 

danışıqlar  vasitəsilə  özünü  göstərir.  Burada tülkü 

hiyləgər, ayı axmaq, canavar sadəlövh, çaqqal arada 

vurnuxan,  dəvə,  at  müdrik  və  s.  şəkildə  şəxsiy-

yətləndirilir. 

   “Ay

ı və tülkü” təmsilində deyilir:  



İki dağın arasında olan uçurumun kənarı ilə Ayı 

və  Tülkü  üzüyuxarı  çıxırlar.  Hər  ikisi  acdır.  Tülkü 

hiss edir ki, Ayı aclığa tab gətirməyib onu parçala-

yacaqdır. Odur ki hiyləyə əl atır, yalandan hönkürə-

hönkürə ağlamağa başlayır. Ayı soruşur:  

Tülkü, niyə ağlayırsan? 



Tülkü deyir: 


 

12 


-

 

Mənim  Tülkü  atam,  sənin  atan  Ayı  əmim  və 



mən bu yerlə üzüyuxarı gedirdik. Acdığımızı görüb, 

Ayı əmim bu dağdan o dağa hoppanıb elə ov ovladı 

ki, hər üçümüz doyunca yedik. 

Ayı dedi: 

 

-

Bundan  ötrü  ağlamağa  dəyməz,  mən  də 



hoppanaram.  

 

Bunu  deyib  uzaq  məsafəyə  doğru  hoppandı, 



lakin yerə düşüb xırdu-xəşil oldu. Hiyləsi baş tutan 

Tülkü  ayıya dedi: 

 



Mən sevinirəm ki, əmim oğlu gözüm baxa-



baxa  mənim  yolumda  canını  fəda  etdi.  Deyirəm, 

əmioğlu, sən ölürsən, daha mən niyə ölüm? 

Tülkü  Ayının  ayaq  tərəfindən  cəmdəyini  söküb 

yeməyə başladı. Ayı onun hiyləsini gec də olsa başa 

düşüb dedi: 

 



Döşüm daha yağlıdır. 

Ayı istəyirdi ki, döşünə yaxın gələndə Tülkü-

nün  başını  ağzına  alıb  qoparsın  və  ondan  intiqam 

alsın. Tülkü dilləndi: 

Əmi  oğlu,  sən  narahat  olma,  cəmdəyini 



aşağıdan sökə-sökə döşünə də gəlib çatacam. 

Tülkünün  hiylələri  heç  də  həmişə  qələbə  ilə 

nəticələnmir. Bəzən, özü-öz hiyləsinin toruna düşür. 

“Şir, tülkü və çaqqal” təmsilində olduğu kimi: 

 

Şirlə  tülkü  böyük  bir  ormanlıqda  gəzirdilər. 



Tülkü dərindən ah çəkdi, bunu eşidən şir soruşdu: 

Sən niyə ah çəkdin, ay tülkü lələ? 




Yüklə 0,55 Mb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   ...   21




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə