Təmsillər



Yüklə 0,55 Mb.
Pdf görüntüsü
səhifə4/21
tarix02.01.2018
ölçüsü0,55 Mb.
#19456
1   2   3   4   5   6   7   8   9   ...   21

 

13 


 

Eh mənə bəxtəvərlik verirlər ki, şirlə gəzir. 



Amma  bilmirlər  ki,  yediyim  sür-sümük  və  bağır-

saqdır.  

 

Şir soruşdu: 



Bəs könlündən nə keçir? 

Bu meşədə vəhşi qulanlar (atlar) yaşayır. 



 

Şir dedi: 

Onun birini döşləyib qənşərimə gətir. Mən o 



vaxta qədər gərdiş edəcəm ki, quyruğum düpbədüz 

duracaq, g

özlərimi tamam qan tutacaq. Bu əlamətlər 

yaranan kimi qulanın belini basıb qıracağam. 

Şir  dediyinə  əməl  etdi.  Tülkü  yenə  də  ah 

çəkdi. Şir dedi: 

Bəs bu ikinci ah nədən ötrüydü? 



Tülkü dedi: 

Sənin  zəhmindən  boğazımdan  bir  tikə 



keçmir. Bu qulanı mənə ver, sərbəst yeyim. 

 

Şir  meşənin  yamacına  çəkildi.  Tülkü  qulanın 



ətindən  yeyib  şelləndi.  Elə  bu  vaxt  çaqqal  gəlib 

çıxdı. Tülkü öyünə-öyünə dedi: 

Bu qulanı özüm ovlamışam, necədi? 



Çaqqal yalvarmağa başladı: 

Nə olar, mənim üçün də bir qulan ovla. 



Çaqqal bir q

ulanı  qova-qova  Tülkünün  bərabə-

rinə gətirdi. Tülkü dedi: 

Mən  gərdiş  eləyəcəm,  quyruğum  düpbədüz 



duranda mənə de. 


 

14 


Tülkü  gərdiş  etməyə  başladı.  Çaqqaldan  quyru-

ğunun düz durub-durmadığını  soruşdu.  Çaqqal 

baxıb güldü: 

Allah  sənin  şələ  quyruğunu  vursun,  yernən 



sürünür. 

Bax gör, gözlərim tamam qandırmı? 



Çaqqal dedi: 

Yalansa gözlərin kor olsun. 



T

ülkü  ona  bildirdi  ki,  sən  bilməzsən,  quyruğum 

düpbədüz  durur,  gözlərim  də  tamam  qandır,  mən 

ova başlayıram. 

Tülkü  bunu  deyib  Şir  kimi  qulanın  üzərinə 

hoppandı,  vəhşi  qulan  onun  qulağının  dibindən  bir 

təpik vurub öldürdü. Çaqqal tülküyə baxıb dedi: 

 

Чаггал тцлкцйя бахыб деди: 



-  Bax, s

ən  deyən  əlamətlər  indi  yarandı.  Quy-

ruğun düpbədüz, gözlərin də tamam qandı, arxan da 

öz-


özünə çalxalanır. 

 

Xalq bununla onu deyir 



k, şir şirdir, tülkü də 

tülkü. Şirin ovunu tülkü edə bilməz. 

“Kömbə” təmsilində deyilir: 

Tülkü, Canavar, At və Dəvə bir kömbə tapırlar. 

Lakin bu kömbəni bölməkdə çətinlik çəkirlər. Belə 

qərara  gəlirlər  ki,  kimin  yaşı  daha  çoxdursa,  köm-

bəni  o  yesin.  Hərə  bir  yaş  söyləyir.  At  bildirir  ki, 

mənim  yaşım  yadımda  deyil.  Amma  atam  mənim 

yaş kağızımı nalın içinə qoyub. Tülkü deyir: 



 

15 


Mənim    savadım  yoxdur,  odur  ki,  oxuya  bil-

mərəm. 

Canavar  bildirir  ki,  yüksək  təhsil  sahibiyəm. 



Arxaya keçir ki, məktubu oxusun. At təpiklə elə vu-

rur ki, Canavar ordaca ölür. Tülkü bir daşın üstünə 

çıxıb deyir: 

Qurbanın  olum,  ay  ata,  nə  yaxşı  ki,  məni 



oxutmamısan. 

  

Şuxluq  edirdim”  adlı  təmsildə  deyilir:  “Qar-

ğılıqdan heç bir heyvanın səsinə bənzəməyən bir səs 

gəldi. Bu əcaib səsi eşidən bütün heyvanlar meşəni 

tərk edib qaçmağa başladılar. Şir qorxusundan yolu-

izi batırdı, sonra öz-özünə dedi: 

Meşədə başqa heyvanlar mənim gücsüzlüyümü 



görüb itaətimdə durmayacaqlar. 

 

Şir  gücünü  toplayıb  qarğılığa  hücum  çəkdi. 



Baxdı ki, bu tülküdü, qəribə səslər çıxarır. O, tülkü-

dən soruşdu: 

Bu nə qəribəlikdir? 



 

Тцлкц деди: 

 



Şuxluq edirəm. 



Şir onun boğazından tutub yerə çırpdı: 

Bütün heyvanlar meşəni tərk etdi, mən yolu-izi 



batırdım, sən hələ şuxluq edirsən? 

 

Çoz  yerdə  tülkünün  çoxbilmişliyi  və  tamahı 



başına bəlalar gətirir. 

 

Hətta, Sovet imperiyası dövründə də təmsillər 



yaranmışdır.  “Xoruz  və  tülkü”  təmsilində  deyilir: 


 

16 


“Bir  gün  xoruz  tulaya  müraciət  edir  ki,  tülkünün 

əlindən  kənddə  toyuq  qalmadı.  Gəl  mən  bir  iş 

qurum,  tülkünün  dərsini  ver.  Xoruz  onu  bir  ağacın 

altında  gizlədir.  Hündür  bir  ağacın  üstünə  çıxıb 

banlayır. Tülkü yüyürə-yüyürə bu səsə tərəf gəlir. O, 

Xoruza müraciətlə deyir: 

Ey Xoruz, o qədər həsrətini çəkmişəm. Kənddə 



it-

pişik qoymur ki, doyunca danışaq.  

Xoruz deyir: 

Talaya  xoş  niyyətlə  gəlmişəm.  Burada  yeni 



kənd salınacaq. Mən carçıyam, xəbər edirəm ki, hər 

kəs gəlib özünə həyətyanı yer seçsin. 

Tülkü deyir: 

Qurban olum, Xoruz, düş aşağı, mənə yer ver, 



qoy mən bu kəndin ilk sakini olum. 

Xoruz bildirdi ki, m

ənim vəzifəm car çəkməkdir. 

Yeri ölçüb verən isə, bax, o ağacın dibində dincəlir. 

Tülkü  bərk  yüyürür,  elə  başa  düşür  ki,  o  da  bu 

Xoruzun  o  biri  tayıdır.  Tülkü  ora  çatan  kimi  Tula 

onun  quyruğunu  üzür,  qanına  qəltan  edir.  Tülkü 

birtəhər canını qurtarıb hündür bir daşın üstə çıxır. 

Elə bu vaxt Xoruz bir də banlayır. Tülkü deyir: 

Nədi,  nə  qışqırırsan?  Neçə  ki,  sənin  yer  pay-



layanın  o  Tuladır,  burda  nə  kənd  olacaq,  nə  də 

qəsəbə”. 

Bu t

əmsildə  Tülkünün,  Tulanın  və  Xoruzun 



timsa

lında cəmiyyətin yanlış tənzimlənməsində əsas 




Yüklə 0,55 Mb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   ...   21




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə