Təmsillər



Yüklə 0,55 Mb.
Pdf görüntüsü
səhifə5/21
tarix02.01.2018
ölçüsü0,55 Mb.
#19456
1   2   3   4   5   6   7   8   9   ...   21

 

17 


rol oynay

an  kəslərin  cəmiyyətdəki  mövqeləri 

səciyyələndirilir. 

Təmsildəki  obrazlar  təkcə  Şirdən,  Tülküdən, 

Çaqqaldan,  Xoruzdan,  Tuladan  ibarət  deyildir.  Bə-

zən  iddia  edirlər  ki,  təmsil  yaradıcıları  mövcud 

cəmiyyətdən qorxaraq nöqsanları heyvanların dili ilə 

də  söyləyirlər.  Qətiyyən  belə  deyil.  Təmsillər  ən 

maraqlı, ən ürəyəyatımlı, uzun müddət yaddaşlarda 

qalan  folklor  janrıdır.  Təmsillər  rəngarəng,  poetik 

dillə  söylənən  mövzulara  malikdir.  “Qızılquş  və 

gürzə” təmsilində deyilir: 

Qızılquş  şehli  çəməndə  gəzirdi.  O,  birdən  uçub 

səmada  dövrə  vurdu,  bir  qayanın  abşına  qondu  və 

yenidən çəmənliyə endi. Gürzə başını qaldırıb qızıl-

quşa dedi: 

Gəl, dost olaq. 



 

Gürzənin süddən ağ buxağı Qızılquşun xoşuna 

gəlmişdi.  Lakin,  gürzə  koğa  kimi  əyri  dururdu. 

Qızılquş dedi: 

 

-Dü


z dur, səninlə dost olum. 

 

Gürzə  bildirdi  ki,  bu  olan  şey  deyil,  mən 



yaranandan əyri yaranmışam. 

Qızılquş ondan soruşdu: 

Mənlə dost olmaqda təmənnan nədir? 



G

ürzə bildirdi ki, mən də göylərdən yerə doyun-

ca baxmaq istəyirəm? 



 

18 


 

Qızılquş  onu  caynağına  alıb  göylərin  əngin-

liklərinə  qaldırdı  və  baxdı  ki,  gürzə  onun  tükünü 

aralayıb onu çalmaq istəyir. Qızılquş deyir: 

Sənin  o  süd  kimi  ağ  buxağın  xoşuma  gəlir. 



Ayın işığında yuxarı tut baxım. 

Qızılquş  onu  dimdiyi  ilə  vurub  sal  daşların  üs-

tünə saldı və yerə endi. Baxıb gördü ki, Gürzə ölüb, 

özü də dümdüz durur. Qızılquş istehza ilə dedi: 

Bax,  səni  dostluqda  beləcə  düz  görmək 



istəyirdim. 

Təmsillər  mövzu  müxtəlifliyinə  və  obraz  qale-

reyasına  görə  deyil,  psixoloji,  fəlsəfi  anlamlara  və 

düşüncələrə görə də fərqlənirlər. 

“Dovşan”  təmsilində  deyilir:  Dovşanlar  dəstə-

dəstə  qaçışırdılar.  Dovşanın  birindən  soruşurlar  ki, 

niyə  qaçırsınız?  O,  cavab  verir  ki,  kimin  üç  qulağı 

varsa birini kəsirlər. 

Müsahibi bildirir ki, axı sizin iki qulağınız var. 

Dovşan deyir: 

Bəli, lakin bəla burasındadır ki, əvvəlcə qulağı 



kəsirlər, sonra sayırlar. 

Bu təmsil cəmiyyətdəki ədalətsizliyə və məntiq-

sizliyə cavab olaraq yaradılmışdır. 

 

“Dov



şanla kirpinin yarışması” da çox maraq-

lıdır: Dovşan bir taxıl zəmisini göstərib deyir: 

Gəl,  hərəmiz  zəminin  bir  tərəfindən  qaçaq, 



görək kim birinci çatacaq. 


 

19 


Kirpi  ekiz  bacısının  birini  gətirib  taxıl  gül-

lüyünün  başında  qoyur,  özü  isə  ayağında  dayanır. 

Dovşan güllüyün başına çatanda Kirpinin biri deyir: 

Mən burda. 



Ayağa çatanda o biri deyir: 

Mən burda. 



Dovşan hirsli-hirsli güllüyün o başına, bu başına 

o qədər qaçır ki, ürəyi partlayıb ölür.  

 

Bu  o  deməkdir  ki,  dovşanın  sürətlə  qaçmaq 



qabiliyyəti  çoxdursa,  düşüncəsi  dayazdır.  Ekiz 

bacıları fərqləndirə bilmir. O, düşünmür ki, Kirpidə 

qaçan ayaq yoxdur. Təmsildən çıxan ümumi məntiqi 

nəticə  budur  ki,  çoxları  sadəlövhlüyündən  məhv 

olur.  

 

“Qurbağa  və  siçan”  təmsilində  isə  deyilir  ki, 



Qurbağa ilə Siçan dost olur. Bir-birindən xəbər tut-

maq  üçün  ayaqlarına  ip  bağlayırlar.  Bir  vəhşi  quş 

Siçanı  caynağına  alıb  havaya  qaldırır.  Bu  zaman 

Qurbağa  Siçanın  yedəyində  gedir.  Görənlər  soru-

şurlar: 

Ay  Qurbağa,  sən  ki,  su  heyvanısan,  bu  nə 



haldır? 

O cavab verir: 

Bənd olmayın, dost zibilinə düşüb gedirəm.  



 

Təmsil  yaradıcısı  onu  demək  istəyir  ki,  dost 

olarkən  sabahı  da  düşünməlisən.  Nəticədə  olmasın 

ki, Siçanın yedəyində gedib məhv olasan.  




 

20 


 

“Dovşan”  təmsilində  isə  yenə  də  dovşanlar 

belə  qərara  gəlirlər  ki,  indi  ki,  biz  hər  şeydən  qor-

xuruq,  özümüzü  gölə  tökək  məhv  edək.  Dovşanlar 

gölə  yaxınlaşar-yaxınlaşmaz  qurbağalar  özlərini 

partapartla gölə atırlar.  

 

Dov


şanlardan biri deyir:  

Yox  özümüzü  məhv  etməyək,  bizdən  də 



qurxanlar var. 

 

Bu 



təmsildə  sadəlövh  lük,  hiyləgərlik,  qor-

xaqlıq, düşüncə bir xətt boyunca hərəkət edir və bir 

vəhdətdə verilir. 

Bəzən  təmsillərdə  gülüş  mövzusu  təmsilin  məz-

mu

nundan çıxır. Bəzilərində isə göz önündə obrazın 



karikaturası yaranır. Məsələn: “Tülkü öz quyruğunu 

yatmış Dəvənin quyruğuna bağlayır. Dəvə nə qədər 

o  yan,  bu  yana  qaçırsa  Tülkü  onun  quyruğundan 

qop


mur.  Çarəsiz  qalan  Dəvə  böyük  bazarın  içinə 

girir. Adamlar qışqırırlar: 

Tülküyə baxın, Dəvənin quyruğundan sallaşıb. 



Tülkü göz vurub deyir: 

Mən  ölüm,  üstünü  vurmayın,  böyüklərlə 



gəzirəm. 

 

Doğrudan  da,  həyatda  belə  Tülküyə  bənzər 



adamlar var ki, şöhrət xatirinə öz müstəqilliyini iti-

rib ki


minsə quyruğunda gəzməklə öyünürlər. 

 

“Bu  ki,  Tülkü  imiş”  təmsilində  deyilir  ki, 



səhrada  su  tapmayan  Tülkü  gecə  şəhərə  girir. 

Boyaqçının    bacasından  baxanda  rəngli  su  ilə  dolu 




Yüklə 0,55 Mb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   ...   21




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə