Təmsillər



Yüklə 0,55 Mb.
Pdf görüntüsü
səhifə6/21
tarix02.01.2018
ölçüsü0,55 Mb.
#19456
1   2   3   4   5   6   7   8   9   ...   21

 

21 


çənləri  bulağa  və  gölməçəyə  oxşadır.    Suyu  içməli 

olmadığından özünü çəndən-çənə atır və yeddi rəng 

alır.  Səhər  boyaqxananın  qapısını  açan  şagirdi 

heyrət götürür. Qapını örtmək yadından çıxır. Tülkü 

fürsət  tapıb  səhraya  qaçır.    Heyvanlar  pələngə 

bildirirlər: 

Bir  heyvan  meydana  gəlib  ki,  onun  zolaqları 



yanında sənin zolaqların heç nədir. 

 

Pələng deyir: 



Doğrudan da məndən gözəl olsa, onu hökmdar 

seçərik. Mən də xidmətçi olaram. 

Pələng  yeddi  rəngli  heyvanı  şah  seçir.  Yazın 

leysanları  başlayır.  Yavaş-yavaş  Tülkünün  boyaları 

yoxa çıxır. Pələng onun Tülkü olduğunu anlayır və 

deyir: 



Mən heyfsilənmirəm ki, sən Tülkü bir neçə ay 



hökmdar oldun, bircə özümü bağışlaya bilmirən ki, 

mən  Tülküyə  xidmətçi  olmuşam.    Təcrübə  göstərir 

ki, ağlı, düşüncəsi olmayan, Tülkü və Tülkü xasiy-

yətli  adamlar  bəzən  libasını,  rəngini  dəyişərək 

yüksək  mərtəbələrə  ucala  bilirlər.  Lakin,  zərbə 

altında qalan aqillər olur. Təmsillərin gücü ondadır 

ki, həyatın mənasını, mahiyyətini aça bilirlər. Bəzən 

mövcud  cəmiyyətdə  tənqid  etməkdən  çəkindikləri 

çatışmamazlıqları  heyvanların  dili  ilə  çatdırırlar. 

Əksinə  şifahi  xalq  ədəbiyyatında  təmsillər  böyük 

təsir gücü ilə ürəklərə, beyinlərə daha çox təsir edir. 

Uzun illər yaddaşlardan silinmir. 




 

22 


“Yonca  əhvalatı”  təmsilində  deyilir  ki,  bir 

tövlənin  bir  tərəfində  quzulara  yonca  verib  kökəl-

dirlər, o biri tərəfində eşşəklə balası  qırcla (heyvan-

ların  ayağının  altına  tökülən  ot  qırıntıları)  qida-

lanırlar.  Həmin  eşşəyin  balası  hərdən  bir  qaçıb 

quzularla yonca yeyirdi. 

 

Eşşək dedi: 



 

Bala, yoncaya meyl etmə. Gəl, dədə-babadan 



yediyimiz qırca qane ol. Yoxsa xəta çəkərsən. 

Bir gün ge

cəyarı  quzuları  kəsməyə  apardılar. 

Qoduq  da  onlarla  getdi.  Quzuları  kəsdikcə  onların 

xırıltısı  qoduğu  vahiməyə  saldı.  Qoduğu  kəsmək 

istədikdə  qulaqları  qəssabı  şübhəyə  saldı.  Onu 

anasının yanına qaytardılar. Qoduq dedi: 

Ana, sənə inanmırdım. Elə yonca yeməyin belə 



də xırıltısı olurmuş. 

Məntiqi  nəticə  budur  ki,  hər  kəsin  həyatda  öz 

mövqeyi var. 

Əgər adam özünü tənzimləməyi bacar-

mazsa nəticədə öz nəfsinin qurbanı olar. 

“Canavar  və  Qoyun”  təmsilində  olduqca  həyati 

bir hadisəyə toxunulmuşdur. Bu mövzuya A.Bakıxa-

nov da öz yaradıcılığında ötəri şəkildə toxunmuşdur. 

Bu  təmsil  şifahi  xalq  ədəbiyyatı  daxilində  daha 

böyük təkamül yolu keçmişdir.  

 

“Andın iki başı olur” təmsilində deyilir: 



Sürülər  yaylaqdan  arana  enərkən  ayağı  sınmış 

qoyun  yaddan  çıxıb  arxacda  qalır.  Onu  tək  görən 

Canavar  uzaq  məsafədən  qaça-qaça  gəlir.  Elə  bu 



 

23 


vaxt Bozdarın yadına düşür ki, qoyunun biri arxacda 

qalıb.  Dərhal  onun  dalınca  qaçır.  Bozdar  yanına 

çatan  kimi  qoyun  onu  bir  çalada  gizlədib    üzərinə 

çırpı yığır. Elə bu vaxt Canavar gəlib yetişir: 

 

Mənim, yurdumda nə gəzirsən? 



Qoyun ona deyir:  

 

-G



əl  bu  yaylaqda  bir  canlı  tapaq.  O,  desə  bu 

yaylaq sənindir, məni ye. 

Elə bu vaxt Tülkü gəlir. Tülkü deyir: 

Dünya  binnət  olanda  mənim  Binnət  adlı  bir 



qardaşım  olub.  Qardaşım  deyirdi  ki,  bu  yurd 

Ca

navarın yurdudur.  



Qoyun deyir: 

İndi  ki,  elədi  o  çırpıya  and  iç  ki,  yalan 



deyirəmsə o çırpı kimi qırılım. 

T

ülkü  çırpıya  yaxınlaşanda  görür  ki,  Bozdarın 



gözləri alaf-alaf yanır. Tülkü üzünü Canavara tutub 

deyir: 


 

Mən and içə bilmərəm, andın iki başı olur.  



 

İşi belə görən Canavar hirslə: 

 



Özüm  and  içəcəyəm  deyib  çırpının  yanına 



gəlir. 

 

Bozdar Canavarın boğazını üzür. Tülkü gülə-



gülə onu süzür: 

 



Sənə demədimmi, andın iki başı olur. 

 

Bununla  xalq demək istəyir ki, bəzən də  mə-



qam 

olur 


ki, 

orada 


mənəm-mənəmliyə, 


 

24 


çoxbilmişliyə  yer  qalmır.  Səbr  və  təmkin  hər  şeyə 

qalib gəlir.   

 

Əlbəttə,  Sədnik  Paşa  Pirsultanlının  toplayıb 



nəşr  etdirdiyi  “Azərbaycan  xalq  söyləmələri” 

kitabına  daxil  edilən  təmsilləri  təhlilə  cəlb  etsək 

başqa gülüş qaynaqları olan janrlara yer qalmaz. 

Bəzən belə izah edirlər ki, təmsil ozaman yaranır 

ki, mövcud ictimai-

siyasi  vəziyyət  insanları  qorxu 

içində  saxlayır.  Ona  görə  də,  insanlar  öz  fikirlərini 

gizli formada heyvanların dili ilə söyləyir. Bu doğru 

deyildir. 

Bizə görə hər bir janrın özünəməxsus yeri 

vardır.  Bu alleqorik əsərlər təkcə heyvanların, bitki-

lərin, ağacların bir-biri ilə danışığı şəklində verilmir. 

Əksinə,  bəzən  onlara  insan  da  müdaxilə  edir.    Və 

yaxud  da  heyvanlar  təmsillərdə  tam  şəxsləndirilir.  

Məhz,  “İki  meymunun  söhbəti”  təmsilində  deyilir 

ki,  böyük  bir  ormanlığın,  meşəliyin  sahibi  iki 

meymun  imiş.  Yəni,  bu  meyvəli  meşəliyin  sərvəti 

iki  meymuna  baxırmış.  Meymunlar  bu  ormanlığın 

meyvəsini  yeyir,  suyunu  içib,  havasını  udub  kef 

edirlər. Meymunların biri o birisinə deyir: 

Bizim  bu  meşənin  ayağında  Fatı  qarı  ilə  onun 



kədisi  (pişiyi)  yaşayırlar.  Onların  arasında  ciddi 

ziddiyyət var. Gəl gedək, onları barışdıraq. Onların 

davası meşəyə və bizə zərər yetirər.  

Meymunun biri çox təkəbbürlü imiş, o deyir: 

Fatı da ölsün, onun kədisi də. 




Yüklə 0,55 Mb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   ...   21




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə