Təmsillər



Yüklə 0,55 Mb.
Pdf görüntüsü
səhifə7/21
tarix02.01.2018
ölçüsü0,55 Mb.
#19456
1   2   3   4   5   6   7   8   9   10   ...   21

 

25 


Kədi    quyruğunu  dolayıb  Fatının  qatıq  qazanını 

ağzı  üstə  çevirir.  Fatı  da  eləmir  tənbəllik  lampanın 

neftini pişiyin üstünə səpir, kibrit çəkib onu alışdırır. 

Yanmaqda  olan  kədi  özünü  meşəyə  verir.  Bütün 

meşə yanıb kül olur. İki meymun dalı qızara-qızara 

qorun  içərisində  yazıq  görkəmdə  qalır.  Meymunun 

biri o birinə deyir: 

Sənə  demədimmi  ki,  gəl  Fatı  ilə  kədisini 



barışdıraq.  Ondan  bizə  zərər  gələr.  Sən  əhəmiyyət 

vermədin.  

Bu  “Fatı,  kədi  və  meymun”  təmsilində  böyük 

mətləb  gizlənib.  Bəzən  kiçik  ölkələr,  dövlətlər  bö-

yük  dövlətlərin  gözünə  kiçik  görünür.  Onlara 

əhəmiyyət  vermirlər.  Nəticədə,  böyük  ölkələr  də 

onun  oduna  düşüb  yanır.  Hər  bir  təmsildə  böyük 

məntiqi nəticələr yaşayır.  

“Canavar və qaz” təmsilində deyilir ki, Canavar 

böyük  bir  qoyun  cəmdəyini  yeyərkən  boğazında 

sümük  qalır.  Heç  kəs  o  sümüyü  çıxara  bilmir. 

Canavar  yemək  yeyə  bilmir,  taqətdən  düşür.  Elan 

edir  ki,  kim  sümüyü  boğazımdan  çıxartsa  oni 

mükafat  gözləyir.  Bu  xəbəri  eşidən  qaz  Canavarın 

yanına gəlir və deyir ki, ağzını aç, dimdiyini uzadıb 

Canavarın boğazından sümüyü çıxardır. Canavardan 

heç  bir  mükafat  almayan  qaz,  canavarın  dalınca  

dağa  çıxır,  dərəyə  enəndə  isə  qaz  da  yanını  basa-

basa dərəyə enir. Canavar soruşur: 



 

26 


Ay  qaz,  dağa  çıxıram,  dağa  çıxırsan,  dərəyə 

enirəm, dərəyə enirsən, xeyir ola? 

Sizin vəd etdiyiniz mükafatı istəyirəm. 



  

Canavar gülür və deyir: 

-  S

ənin  qaz  boğazın  mənim  canavar  ağzımdan 



salamat çıxıb, daha bundan böyük nə mükafat istə-

yirsən? 


 

Təmsilin  məntiqi  mənası  budur  ki,    “böyük-

lərin”  qəzəbinə  rast  gəlməməyin  özü  həyatda  ən 

böyük  mükafatdır. Atalar  deyib  ki,  “oda  çox  yaxın 

durma  səni  yandırar,  çox  uzaq  durma  üşüyərsən, 

arada  müəyyən  məsafə  saxla”.  Heç  bir  təmsil  elə-

belə yaradılmayıb. Onların hər birinin özünəməxsus 

tərbiyəvi əhəmiyyəti vardır.  

“Azərbaycan folklorunda gülüş” mövzusu işlə-

nilərkən təmsil, lətifə, qaravəlli, meydan tamaşaları 

və digər folklor janrlarından örnəklər burada təhlilə 

cəlb  edilmişdir.  Ancaq  bizim  tədqiqat  üçün  əsas 

gülüş mənbəyi olan təmsillər və lətifələr tədqiqatın 

özəyi kimi götürülmüşdür. Təmsillər alleqorik şəkil-

də  olmaqla,  ən  qədim  janrdır.  Ayrı-ayrı  şairlərimiz 

tərəfindən  təmsillər  nəzmə  çəkilərək,  yenidən  iş-

lənmiş  və  bunlara  onların  subyektiv  mülahizələri 

əlavə edilmişdir. Yazılı ədəbiyyatda işlənmiş təmsil-

lər  tədqiqata  cəlb  edilsə  də,  xüsusi  inkişaf  yolu  ilə 

tarixə  yoldaşlıq  edən  ağız  ədəbiyyatında  yaşayan 

təmsillər  son  zamanlara  qədər  toplanmamış,  nəşr 

edilməmiş və tədqiq olunmamış qalmışdır.  İlk dəfə 




 

27 


olaraq  həmin  bədii  nümunələr  tədqiqata  cəlb  edilir 

və münasibət bildirilir. Əlbəttə, folklorda əsas gülüş 

mənbəyi təmsillər və lətifələrdir. Məhz əsər təmsil-

lər və lətifələr üzərində qurulmuşdur.  

Sovet  dönəmində  yaranmış  müasir  təmsil 

nümu


nələri,  nəinki  nəşr  edilmiş,  hətta,  yaddaşlarda 

belə  qorxa-qorxa  müəyyən  həvəskarlar  tərəfindən 

qorunub  saxlanmış  və  müstəqillik  əldə  edildikdən 

sonra həmin nümunələr toplanılmağa başlanılmışdır. 

Sovet  dönəmində  yaranan  təmsilləri  oxuyanda 

insanı  heyrət  bürüyür.  Xalq  necə  də  qormazdır.  O, 

hər  bir  hadisəyə  vaxtında  öz  münasibətini  bildirir, 

olmuş hadisələri bədii əsərə çevirir, pünhan şəkildə 

olsa da, xalq arasında yayır. Bununla kifayətlənmək 

olmaz  ki,  xalq  arasında  adını  çəkdiyimiz  elə  bu 

təmsillər mövcuddur.  Əksinə, yurdumuzu gəzərkən, 

təmsil  axtarışına  çıxarkən  yəqin  ki,  daha  gözəl 

nümunələrə rast gəlinəcəkdir.  Bəri başdan deyirəm 

ki, buna böyük ehti

yac vardır. Bunlar uşaqlarımızın 

tərbiyəsi  üçün,  maraq  dairələrini  artırmaq  üçün 

böyük əhəmiyyət kəsb edəcəkdir.  

Bu əsərin əsasını təmsillərin tədqiqi təşkil edir. 

Ona  görə  də  təmsillərin  mövqeyindən,  ictimai 

məzmunundan və dəyərindən söz açacağıq. Təmsil-

lər  haqqında  müxtəsər  olaraq  aşağıdakıları  demək 

olar: 


T

əmsilin  tarixi  obrazlı  sözün  tarixi  qədər 

qədimdir.  Təmsil  həm  Şərq,  həm  də  Qərb  ədəbiy-



 

28 


yatında,  həm  şifahi,  həm  də  yazılı  bədii  nümu-

nələrdə,  həm  ən  qədim  dövrlərdə,  həm  də  bizim 

günlərdə  mövcud  olan  ciddi,  kəskin,  fəal  və  və 

böyük ictimai-

əxlaqi  təsirə  malik  ədəbi  formadır. 

Bir  ədəbi  forma,  bir  janr  kimi  təmsilin  müəyyən-

ləşmiş poetikası, üslubu, tələbləri, normaları, spesi-

fik  tematikası,  üslubu  və  surətlər  aləmi,  dünyaca 

məşhur nümayəndələri vardır. Təmsil janrının ayrıca 

bir  ədəbi  janr  kimi  formalaşıb,  xüsusi  mövqe  

qazanmasında şifahi təmsil təcrübəsi, yazılı ədəbiy-

yatla  müştərək  əlaqə  nəticəsində  təmsil  janrı  güclü 

b

ir  dünyəvi  ədəbi  forma  kimi  kamala  çatmışdır.  



Qeyd edilm

əlidir  ki,  təmsil  janr  olaraq  bir  zərurət 

kimi meydana gəlmişdir.  

Təmsillər yurdumuzun hər yerində yox, daha çox 

Ucar və Kürdəmirin Şilyan kəndlərində, Gədəbəyin 

ayrı-ayrı  kəndlərində  və  başqa  bölgələrdə  yayıl-

mışdır.  Onu  da  qeyd  etmək  lazımdır  ki,  təmsillərə 

nisbətən  lətifələr  daha  kütləvi  janrdır  və  o,  xalq 

arasında daha geniş yayılmışdır. 

 

Sədnik

 

Paşa Pirsultanlı, 

f

ilologiya elmləri doktoru, professor. 

 

 

 

 



Yüklə 0,55 Mb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   10   ...   21




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə