Təmsillər



Yüklə 0,55 Mb.
Pdf görüntüsü
səhifə9/21
tarix02.01.2018
ölçüsü0,55 Mb.
#19456
1   ...   5   6   7   8   9   10   11   12   ...   21

 

33 


-

Lənət  mənim  zənnimə,  rənginə  allanıb,  mənim 

kimi  aslan  sənin  kimi  boz  tülküyə  bir  il  nökərçilik 

elədim. 


 

 

   



Yavaş-yavaş döşə də çatasıyam 

 

Neçə  gün  idi  ki,  Ayı  da,  tülkü  də  özünü  ora-bura 

vursalar 

da  əllərinə  bir  şey  keçmədi,  aclıq  onları 

haldan salmışdı. Hərəsi bir  dəfə yuxarı  dırmaşırdı ki,  

bəlkə o yandakı  kənddən bir şey qapışdıra bildilər. 

Dədələrin  başını  kəsən  bələndə  üz-üzə  gəldilər. 

Tülkü yaltaqlanmaya başladı: 

-Ay

ı  lələ,  Allah  səni  yaxşı  yetirdi.  Neçə  gündü  



acam, 

sənin    səbəbinə  qarnım  doyacaq. Hamı  deyir, 

Ayi  lələ  yetim-yesir  yiyəsidi,  ac-yalavac  qeydinə 

qalandı. 

Bu fikir ayının xoşuna gəldi, onu lovğalandırdı. O, 

Tülküyə dedi: 

-

Sən yanımca gəl, bu saat bir bir şey taparam. 



Tülkü bilirdi ki, əllərinə başqa ov keçməsə ayı onu  

parçalayıb  yeyəsidir. Odur ki, yalandan hönkür-

hönkür ağlamağa başladı. 

Ayı soruşdu: 

-

Axı, birdən-birə nə oldu? 



Tülkü    içini  çəkə-çəkə,    gözlərini,  burununu  ova-

ova zıqqıldadı: 




 

34 


-

Mən balaca idim. Sənin atanla mənim atam bərk 

dost  idilər.  Onlar  söhbət  edə-edə  bax,  bu  iki  dərənin 

arasındakı  qılıcla    yuxarı  gedirdilər.  Onlar da bizim 

kimi ac idilər. Mənim atam səninkinə dedi: 

-

Qardaş,  qılçalarım  dalımca  yerimir,  gəl  bir  az 



oturaq, dincimizi alaq. Sən də mən günlü olarsan. 

Sənin atan elə bir nərə çəkdi ki, dağlardan qayalar 

qopub h

ellən getdi. Dedi: 



-

Qardaş,  aclıq-zad  mənə  kar  eləməz.  İnanmırsan, 

b

ax. Sənin atan belə deyib dərənin bu üzündən bax, o 



üzünə, düz o til qayanın üstə hoppandı. 

Ayı dedi: 

-

Mən də hoppanaram. 



Tülkü dedi: 

ətindi, nə səndə, nə də məndə atalarımızda olan 



o qo

çaqlıq hanı... 

Elə tülkü bunu demişdi, ayı qeyzə gəlib bu taydan 

o taya hoppandı, qayaya dəydi, xurd-xəşil olub dərəyə 

yuvarlandı. 

Tülkü  ayının  yanına  endi  və  onun  tərpənə 

bilmədiyini görüb dilləndi: 

-

Mən  şadam  ki,  atamın  dostunu  oğlu  özgə  yerdə 



yox,    mənim  yanımda  can  verir.  Deyirəm  dost,    bu 

fani dünyadan birimiz köçürük, daha ikimiz niyə ölək.  

Tülkü ayaq tərəfdən ayını sökməyə başladı.  

Ayı  indi  başa  düşdü  ki,  Tülkünün  kələyinə  uyub,  

ağılsızlıq  eləyib,  istədi  o  da  bu  son  nəfəsdə  onun 

başına corab hörsün, onun axırına çıxsın: 




 

35 


-

Qardaş,  görürəm  yaman  acmısan,  oralarım 

pasaxdır,    nə  gözün  doyacaq,  nə  qarnın,    döşüm 

yağlıdır, özünü bərilərimə doğru ver. 

Tülkü dedi: 

-

Hövsələsiz  olma,  yavaş-yavaş  yeyə-yeyə  döşünə 



də gəlib çatasıyam. Arığın nə işi var o qoruqda, vurub 

qıçını da sındırsınlar.  

Ayı gördü Tülkünü  aldada, heyif ala bilməyəcək, 

soruşdu: 

-

Sən  bu dərsi kimdən öyrənmisən? 



Tülkü dedi: 

-

Rəhmətlik  atamdan.  O,  naşılıq  eləyib  siftə  sənin 



ata

nın  döşündən  sökəndə  başına  dəyən  qapazdan 

gözünün biri kor oldu. 

 

 



                 

Böyüklərlə  gəzirəm 

 

Tülkünün  könlündən  böyüklərlə  gəzmək  keçirdi.  



Ö

z  quyruğunu  yatmış  dəvənin  quyruğuna  calayır. 

Dəvə  diksinib,  ayağa  qalxdı.  Tülkü  qopmadı  ki,  

qopmadı.  Dəvə  özünü    bazara  verdi  ki,  qoy  tülkü 

adamları görüb quyruğundan açılsın. 

Görənlər qışqırdılar: 

-

Tülküyə bax, dəvənin quyruğundan asılıb. 



Tülkü onlara göz vurdu: 

-

Mən ölüm, üstünü vurmayın,  böyüklərlə gəzirəm. 



                  


 

36 


                  

İçini piy alıbmış 

 

Tülkü itsiz-

pişiksiz  bir  kəndin  hinlərinə  dadan-

mışdı. Hər gecə bir toyuq-çolpa  gətirib çöldə yeyirdi,  

gündüzlər kefi istəyəndə arxayınca  yatırdı. Qorxusuz-

ürküsüz  gəzirdi.  Bir  gün  o,  bir  təpənin  başına  çıxdı,  

şəstlə oturdu və səhər-səhər bu yerlərdən harasa gedən 

şirə dedi



-

Bir də burdan keçmə, mən buranın hökmdarıyam. 



Şir  ona  məhəl  qoymadı.  Bir  də    gəlib  keçəndə 

Tülkü yekə-yekə bildirdi: 

-

Bir də özbaşınalıq eləsən, məndən incimə. 



Şir  səbrini  basa  bilmədi,  pəncəsini  onun  başına 

atdı.  Tülkünün  gözləri  pırtlayıb  yerə  düşdü.  Sonra 

fikirləşdi  ki,  Tülkü  belə  fironluq  eləməzdi,    onu 

danışdıran var, görüm bu, nədir. Qayıdıb yerdə çapa-

layan,  zarıyan  tülkünü  götürdü,  ora-burasına  baxdı, 

əlləşdirdi, onun qarın salladığını görəndə pıçıldadı: 

-

İçini piy alıbmış... 



 

 

 



 

 

 



 

 

 



 


 

37 


              

Bu da təzə bir fənddir 

 

Şahın  bir    buğası  vardı.  Car  çəkdirdi  ki,    kimin 

buğası,  öküzü  mənim  buğama  qalib  gəlsə,  ənam 

alacaq. Gündə bir kasıb-kusubənama susayıb öküzünü 

meydana çəkirdi, şahın buğasına öldürtdürürdü. 

Bir gün kasıb bir kişinin əldən düşmüş öküzü dilə 

gəlib dedi: 

-

Məni meydana çək, qorxma. 



Kişi  öküzü  küşt  meydanına  itələyə-itələyə  zorla 

apardı. Öküz ora çatan kimi yıxıldı, arxası yerə düşüb 

ayaqlarını göyə qaldırdı. 

Şahın buğasını buraxdılar. Buğa surətlə öküzə tərəf 

gəldi, lakin onu görən kimi meydandan çıxıb qaçdı. 

Ç

ox  adamı  heyrət  bürümüşdü.  Öküz  sahibi  də  bu 



işə məətəl qalmışdı.  

Öküz yenə dilləndi: 

-Sahibim

,  burada  təəccüblü  heç  nə  yoxdur.  Biz  

buzov  vaxtı  o  buğa  ilə    bir  yerdə  otlamışıq.Həmişə 

mən onu döymüşəm.  O mənim əldən düşdüyümü  bil-

mədi, elə zənn etdi ki,  bu da təzə bir fəndir, ona görə 

də başına götürüb getdi. Yekə yemək onu elə qaldırdı, 

əlacsızlıq da məni elə endirdi. 

 

            



 

 

            

 


Yüklə 0,55 Mb.

Dostları ilə paylaş:
1   ...   5   6   7   8   9   10   11   12   ...   21




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə