Teqvim-2015. pdf


Kitabxanaşünaslıq.Biblioqrafiya Firidun bəy Köçərli adına Respublika Uşaq



Yüklə 42,04 Kb.
Pdf görüntüsü
səhifə13/173
tarix13.11.2017
ölçüsü42,04 Kb.
#10093
1   ...   9   10   11   12   13   14   15   16   ...   173

27
Kitabxanaşünaslıq.Biblioqrafiya
Firidun bəy Köçərli adına Respublika Uşaq 
Kitabxanası 
1965
Y
ANV
AR
F.Köçərli adına Dövlət Uşaq Kitabxanası 1965-
ci il yanvar ayının 1-də  Mədəniyyət Nazirliyinin 
(indiki Azərbaycan Respublikasının Mədəniyyət 
və Turizm  Nazirliyi) qərarı ilə M.Qorki adına ki-
tabxananın fondu əsasında yaradılmışdır. 
2010-cu ildən kitabxana yeni ünvanda (Bakı 
şəhəri, S.Vurğun küçəsi 88) fəaliyyət göstərir. Ki-
tabxanada nağıl otaqları, incəsənət otağı, böyük və 
kiçik oxu zalları, elektron resurslar bölməsi, multi-
media, internet-resurs mərkəzləri yaradılmışdır. 
Kitabxananın 250 minə yaxın kitab fondu, 
17028 nəfər oxucusu var. 
Respublika  əhəmiyyətli kitabxana kimi 
Mədəniyyət və Turizm Nazirliyi sisteminə daxil 
olan uşaq kitabxanalarına metodik mərkəz funk-
siyasını  həyata keçirir. Kitabxananın 9 şöbəsi 
(Komplektləşdirmə  və kitabişləmə  şöbəsi, Ki-
tabsaxlayıcı  şöbə,  Xidmət  şöbəsi, Ölkəşünaslıq 
və milli ədəbiyyatın təbliği  şöbəsi, Məlumat-
biblioqrafiya  şöbəsi, Elmi-metodika şöbəsi, 
Kütləvi işlər şöbəsi, İncəsənət şöbəsi, Avtomatlaş-
dırma şöbəsi), 5 bölməsi, 2 oxu zalı var. 4 filialı isə 
Ba
kının müxtəlif rayonlarında fəaliyyət göstərir.
F.Köçərli adına Respublika Uşaq Kitabxanası 
müstəqillik illərində Azərbaycan mədəniyyətinin 
inkişafı və mədəni sərvətlərimizin mühafizə oluna-
raq gələcək nəsillərə çatdırılması, dünya kitabxa-
naları səviyyəsinə qalxması istiqamətində də mü-
hüm addımlar atmışdır. Kitabxana respublikanın 
mədəni həyatında fəal iştirak edir. Mədəniyyət və 
Turizm Nazirliyinin təşəbbüsü ilə hər il keçirilən 
ənənəvi kitab bayramlarının təşkilatçısıdır. Uşaq-
ların informasiya tələbatının ödənilməsi ilə bağ-
lı, onları son illərdə çap olunan müasir uşaq 
ədəbiyyatı, uşaq yazıçıları və nəşriyyatları ilə ta-
nış etmək, mütaliəyə həvəsləndirmək məqsədilə 2 
aprel - Beynəlxalq Uşaq Kitabı günü hər il Milli 
Uşaq Kitabı sərgisi, həmçinin regionlarda “Kitab 
karvanı” adlı səyyar sərgilər təşkil edir. 3 il ərzində 
(2011-2013) keçirilən layihə üzrə 16 rayona Ki-
tab Karvanı yola düşmüş, 14270 nüsxə uşaq kitabı 
hədiyyə edilmişdir.
Məqsəd respublikanın  şəhər və rayon MKS-
lərinin mərkəzi kitabxanalarında və  filialların-
da uşaq  ədəbiyyatının azlığını  nəzərə alaraq, 
səyyar sərgilərlə  uşaq  ədəbiyyatına olan marağı 
yüksəltmək, uşaqları mütaliəyə cəlb etməkdir.
Kitabxana 2006-cı ilin mart ayından “Göy qur-
şağı” (goyqurshagi@box.az) adlı jurnal təsis edir. 
Rəngli  şəkillərlə 32 səhifədən ibarət nəfis tərtib 
olunan bu jurnal MKS-lər vasitəsilə ən ucqar dağ 
kəndlərinə belə yayılır.
F.Köçərli adına Respublika Uşaq kitabxanası 
2012-ci ildə 76 dövlətin üzv olduğu Beynəlxalq 
Uşaq Kitabı Şurasına (İBBY) üzv olmuşdur. 
Kitabxanada vaxtaşırı kitab festivalları, viktori-
nalar, müsabiqələr, teatr tamaşaları, yeni kitabların 
təqdimatı və müzakirəsi təşkil olunur.
Sayt: www.clb.az
E-mail: childlibbaku@yahoo.com
1
50 
 illiyi


28
Tarixdə bu gün
Yeni il
Y
ANV
AR
Yeni il bayramı dünyanın müxtəlif 
xalqları üçün ənənəvi bayrama çev-
rildiyi kimi, Azərbaycanda da insan-
ların məişətinə daxil olmuşdur. Bəzi 
fərziyyələrə görə Yeni ili ilk dəfə qədim 
çinlilər qeyd etmiş, digər mənbələrdə 
bu, qədim germanlar və romalıların adı 
ilə bağlanmışdır. Başqa bir mənbə isə 
ənənənin Mesopotamiyada yarandığını 
sübut etməyə cəhd etmişdir. 
Sonuncu mənbəyə görə bayramın 
yaranmasının azı 25 əsrlik tarixi var. 
Tarixçi alimlərin  fikrincə, martın axı-
rında Dəclə  və  Fərat çaylarında suyun 
səviyyəsi artanda əkin-biçin işləri başla-
yarmış və məhz həmin dövrdə insanlar 
yeni ilin gəlişini qeyd edərmişlər. Dünya 
xalqlarının böyük əksəriyyəti yeni ilin 
başlanğıcını dekabrın 31-dən yanvarın 
1-nə keçən gecə qeyd edirlər. Dünyanın 
hər yerində bütün insanlar Yeni ili yeni 
ümidlərlə - xoş möcüzələr, yeni uğurlar, 
xoşbəxtlik arzusuyla gözləsələr də bay-
ramı hərə öz adət-ənənəsinə uyğun qar-
şılayır. Bu günü bayram etməklə insan-
lar hesab edirlər ki, bütün uğursuzluq 
və kədərli anlar köhnə ildə qalır, yeni il 
yeni arzular və ümidlər gətirir.
Təzə ilin yanvarın 1-dən hesab olun-
ması xristianlığın tarixi ilə  də bağlıdır. 
Rəvayətə görə, xristian dininin yara-
dıcısı, dekabr ayının 24-də anadan ol-
muş İsa peyğəmbərin şərəfinə xristian-
lar bu günü Milad bayramı kimi qeyd 
edirlər. Milad bayramının  əsasında isə 
hər il qış günəş duruşu zamanı (21-25 
dekabr) “xilaskar allahın doğulması” 
ilə  əlaqədar keçirilən qədim bütpərəst 
mərasimi dayanmışdır. Bu bayram 431-
ci ildə qanuniləşdirilmiş və hazırda bi-
zim istifadə etdiyimiz təqvim də məhz 
miladi təqvimə  əsaslanır. Bu təqvimə 
əsasən yeni il yanvar ayının 1-dən baş-
lanır.
Yeni ilin rəmzlərindən biri də Şaxta 
babadır. Şaxta babanı müxtəlif ölkələrdə 
müxtəlif cür adlandırırlar. Məsələn, 
ABŞ-da və Avstraliyada o, Santa Klaus, 
Rusiyada-Ded Moroz, Türkiyədə - Noel 
baba, Avstriyada-Silvestr, Britaniyada 
- Milad baba, Yunanıstanda Müqəddəs 
Vasili adlanır.
Bütün hallarda Şaxta baba uşaqla-
rın sevimlisidir. Yeni il gecəsində onlar 
evlərə heç vaxt əliboş gəlmirlər. Torba-
larındakı müxtəlif hədiyyələrlə uşaqları 
sevindirirlər.
Dekabrın 31-i gecəsi insanlar bayram 
süfrəsi  ətrafında toplaşır, həmişəlik vi-
dalaşdıqları ilin son anlarında musiqini 
dayandıraraq sükut içərisində saat 12.00 
gözləyirlər. İlin başa çatdığını göstərən 
saat zənginin təntənəli sədaları altın-
da sağlıqlar söyləyir, sonra isə şampan 
şərabı ilə dolu qədəhləri toqquşduraraq 
yeni ildə bir-birinə xoş günlər və sağ-
lamlıq arzulayırlar.
Ə d ə b i y y a t
 
Axundov, T. Yeni il 
xalqımıza firavanlıq, 
xoşbəxtlik gətirsin 
/T.Axundov //Respublika.- 
2013.- 1 yanvar.- S.6.
Valehoğlu, İ.Yeni il və 
onun təzadlı tarixi : Ayrı-
ayrı xalqların bayram 
adətləri və bu adətlərdəki 
türk izləri /İ.Valehoğlu 
//Ədalət.-2010.- 10 de-
kabr.- S. 5. 
Yeni il bayramı //Əkbər 
Qocayev. Bayramlar 
və tarixi günlər.- Bakı, 
2006.- S.36. 
İ n t e r n e t d ə
www..anl.az
az.wikipedia.org
www. ebooks.preslib.az
www. qadin.net
1


Yüklə 42,04 Kb.

Dostları ilə paylaş:
1   ...   9   10   11   12   13   14   15   16   ...   173




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə