Teqvim-2015. pdf


Tarixdə bu gün Gömrük İşçiləri Günü



Yüklə 42,04 Kb.
Pdf görüntüsü
səhifə15/173
tarix13.11.2017
ölçüsü42,04 Kb.
#10093
1   ...   11   12   13   14   15   16   17   18   ...   173

31
Tarixdə bu gün
Gömrük İşçiləri Günü 
1992
Y
ANV
AR
Gömrük dövlət xəzinəsini gəlirlə 
təmin edən  ən mühüm dövlət atribut-
larından biridir. Gömrük sistemi həm 
də ölkəyə qeyri-qanuni yolla müxtəlif 
malların gətirilməsinin, habelə ölkənin 
ən mühüm strateji sərvətlərinin aparıl-
masının qarşısını alır.
Azərbaycanda gömrük sisteminin 
təşkili tarixi çox qədimdir. Tarix boyu 
mövcud olmuş bütün Azərbaycan 
dövlətlərində gömrük xidməti ilə 
məşğul olan xüsusi təsisatlar fəaliyyət 
göstərmişlər. Lakin gömrük sistemi-
nin elmi-hüquqi əsaslarla təşkili ilk 
dəfə Azərbaycan Xalq Cümhuriyyəti 
dövründə olmuşdur.
Azərbaycan  ərazisini qeyri-qanuni 
ticarətdən və qaçaqmalçılıqdan qorumaq 
məqsədilə hökumətin 1918-ci il 12 iyul 
tarixli qərarı ilə Qazax qəzasının Salahlı 
və Şıxlı kəndlərində, Poylu dəmir yolu 
stansiyasında ilk gömrük postları yara-
dılmışdı. Azərbaycan hökuməti gömrük 
sisteminin fəaliyyətə başlamasını təmin 
edən sənədi 1918-ci il avqust ayının 10-
da qəbul etmişdi.
Azərbaycan parlamentinin 1918-ci il 
18 avqust tarixli qanununa əsasən, qa-
çaqmalçılıqla mübarizə, ölkə  ərazisini 
qeyri-qanuni ticarətdən qorumaq 
məqsədilə Azərbaycanın sərhədlərində 
99 gömrük postu yaradılmış və burada 
992 gömrük işçisi keşik çəkmişdi.
Aprel işğalı digər sahələrdə olduğu 
kimi, gömrük sistemində də işlərin başa 
çatdırılmasına imkan vermədi. SSRİ 
dövründə Azərbaycanda gömrük sis-
temi mövcud olmamışdır. Bu iş yalnız 
ittifaq orqanları tərəfindən həyata keçi-
rilirdi.
Azərbaycan   öz dövlət   müstəqilli-
yini bərpa etdikdən az sonra - 1992-ci 
il yanvar ayının 29-da müstəqil gömrük 
sisteminin  əsası qoyulmuş  və yanvar 
ayının 30-da Dövlət Gömrük Komitəsi 
(DGK) yaradılmışdır. 
Komitə ötən müddət  ərzində sürətli 
inkişaf yolu keçmiş, ölkədə dünya stan-
dartlarına uyğun gömrük xidməti forma-
laşmışdır. Lakin Azərbaycan gömrüyü, 
iqtisadiyyatın digər sahələri kimi, yalnız 
ulu öndər Heydər Əliyevin hakimiyyətə 
qayıdışından sonra yenidən qurularaq 
həyata keçirilən irimiqyaslı  tədbirlər 
və geniş kadr islahatları  nəticəsində 
təşəkkül tapmağa başlamışdır. Qısa za-
man kəsiyində respublikanın iqtisadi 
suverenliyi və təhlükəsizliyinin etibarlı 
təminatçısı kimi formalaşan Azərbaycan 
Gömrük Xidməti bu gün ölkə prezi-
denti İlham Əliyevin diqqət və qayğısı 
nəticəsində dünya standartlarına cavab 
verən modern dövlət təsisatına çevril-
mişdir.
Bu günün gömrük işçilərinin peşə 
bayramı günü kimi qeyd edilməsi də 
məhz cənab Heydər  Əliyevin adı ilə 
bağlıdır. Belə ki, Ulu Öndərin 1997-ci il 
yanvar ayının 10-da imzaladığı müvafiq 
Sərəncama əsasən, yanvarın 30-u Göm-
rük işçilərinin peşə bayramı günü elan 
olunmuşdur.
30
Ə d ə b i y y a t
Abdullayev Ə.Gömrük 
işçiləri peşə bayramını 
qeyd edir: Dövlət Göm-
rük Komitəsinin sədr 
müavini, gömrük xidməti 
general-leytenantı Əsgər 
Abdullayevin “Həftə 
içi”nə müsahibəsi 
/Ə.Abdullayev; 
müsahibəni apardı 
S.Osmanova //Həftə içi.-
2013.- 30 yanvar.- S.3.
Heydərov K.Gömrük 
işinin əsasları: [4 
cilddə]: Gömrük işinin 
idarə edilməsi və inkişafı 
/K.Heydərov; elmi red. 
C.Həsənov; ixtisas 
red. A.Əliyev.- Bakı

Azərnəşr, 2000. 
Gömrük işçilərinin 
tədbirləri: 
[fotoşəkillər].-Bakı, 
2011.-1 elektron. opt. 
disk (CD-ROM) 
Gömrük İşçiləri Günü        
//Qocayev Ə.Bayramlar 
və tarixi günlər.- Bakı, 
2006.- S.33.
İ n t e r n e t d ə
www.anl.az
www.president.az
www.customs.gov.az


32
FEVRAL
 
 
Ş. 
B.
B.E. 
Ç.A. 
Ç. 
C.A. 
C. 
Ş. 
B. 
B.E. 
Ç.A. 
Ç. 
C.A. 
C. 
Ş. 
B. 
B.E. 
Ç.A. 
Ç. 
C.A. 
C. 
Ş. 
B. 
B.E. 
Ç.A. 
Ç.
C.A. 
C.
Ş.
 
 









10 
11 
12 
13 
14 
15 
16 
17 
18 
19 
20 
21 
22 
23 
24 
25 
26 
27 
28

 Gənclər Günü (02.02.1997)
• 
Azərbaycan Hərbi Hava Qüvvələri Günü 
• 
(14.02.1992)
X
• 
ocavənd rayonunun Qaradağlı kəndinin 
işğalı günü (17.02.1992)
Bеynəlxalq Ana Dili Günü (21.02.1999)
• 
Xоcalı Sоyqırımı günü (26.02.1992) 
• 
Üzeyir bəy Əbdülhüseyn oğlu Hacıbəyli 1885-ci il sentyabr ayının 18-də 
Şuşa qəzasının Ağcabədi kəndində anadan olmuşdur. İlk təhsilini Şuşadakı 
ikisinifli rus-türk məktəbində almışdır. 
Onun ilk müəllimi Azərbaycan musiqisinin gözəl bilicisi, dayısı 
A.Əliverdibəyov olmuşdur. O, 1899-1904-cü illərdə Qori Müəllimlər Semi-
nariyasında təhsilini davam  etdirmişdir. Onun dünyagörüşünün formalaş-
masında seminariya böyük rol oynamışdır. Hacıbəyli seminariya illərində 
qabaqcıl dünya mədəniyyəti ilə yaxından tanış olmuşdur. O, burada Avropa 
musiqi klassiklərinin əsərlərini mənimsəmiş, skripka və baritonda çalmağı 
öyrənmiş, xalq mahnı nümunələrini nota köçürmüşdür.
Üzeyir bəy 1905-1907-ci illər rus inqilabı  ərəfəsində Bakıya gəlmiş, 
Bibiheybətdə, sonralar isə “Səadət” məktəbində  dərs demişdir. Üzeyir 
Hacıbəyli Bakıda ədəbi-publisistik fəaliyyətə başlayaraq “Həyat” qəzetində 
tərcüməçi işləmişdir.
Bəstəkar 1911-ci ildə musiqi təhsilini artırmaq üçün Moskvaya getmiş, 
həmin il orada filarmonik cəmiyyətin musiqi kurslarında, 1913-cü ildə isə Pe-
terburq konservatoriyasında oxumuşdur. Maddi ehtiyac üzündən Hacıbəyli 
musiqi təhsilini yarımçıq qoyub, Bakıya qayıtmağa məcbur olmuşdur. 
Üzeyir Hacıbəyli 1948-ci il noyabr ayının 23-də Bakıda vəfat etmişdir. 
1 fevral
Gün çıxır 07:50 

n batır
17:59
28 fevral
Gün çıxır 07:16

n batır 18:31 
Gün batır
18:32
21 yanvar-  
18 fevral
Dolça - nişanı 
havadır. Saturn 
və Uranın 
himayəsindədir. 
Günəşin Dolça 
bürcündən keçdiyi 
dövrdə doğulanlar 
xaraktercə 
emosional, 
təbiətcə həssas 
olurlar.
130 il
1885-1948
Üzeyir Hacıbəyli


Yüklə 42,04 Kb.

Dostları ilə paylaş:
1   ...   11   12   13   14   15   16   17   18   ...   173




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə