Teqvim-2015. pdf



Yüklə 42,04 Kb.
Pdf görüntüsü
səhifə165/173
tarix13.11.2017
ölçüsü42,04 Kb.
#10093
1   ...   161   162   163   164   165   166   167   168   ...   173

364
Geologiya.Coğrafiya
235
illiyi
Hacı Zeynalabdin Şirvani  
1780-1838
2015
Hacı Zeynalabdin ibn  Axund İskəndər 
Şirvani 1780-ci ildə  Şamaxı  şəhərində 
anadan olmuşdur.
Onun beş yaşı tamam olanda ailəsi 
Bağdad yaxınlığındakı Kərbəla şəhərinə 
köçmüşdür. Zeynalabdin də ilk təhsilini 
burada mədrəsədə almışdır. 1796-cı ildə 
o, təhsilini başa vurmaqdan ötrü Bağdad 
şəhərinə getmişdir. Zeynalabdin Bağdad-
da fəlsəfə, tibb, astronomiya və riyaziy-
yatı, habelə dilləri öyrənməkdə davam 
etmişdir.
Bağdad kitabxanalarında olan 
səyahətnamələr, bütün Şərq dünyasından 
buraya axışıb gəlmiş alimlərin, müqəddəs 
şəhərin ziyarətinə  gələn zəvvarların 
söhbətləri bu gənc oğlanın nəzərlərində 
yeni bir dünya açmışdır. Dünyanı görmək 
və onun möcüzələri ilə həmyerlilərini ta-
nış etmək elə həmin vaxtdan gənc Zey-
nalabdinin həyat məqsədinə çevrilmiş 
və o, tərəddüd etmədən səyahətə çıxmaq 
qərarına gəlmişdir.
İndi artıq bir çoxu sıradan çıxmış 
beş yüzdən artıq  əlyazma və  mətbu 
qaynağın və  səyahətlər zamanı etdiyi 
şəxsi müşahidələri nəticəsində  Şirvani 
ona dünya şöhrəti gətirən üç kitab yaz-
mışdır: 1822-ci ildə “Riyazüs-səyahət” 
(“Səyahət bağçaları”), 1827-ci ildə 
“hədaiqüs-səyahət” (“Səyahət bağları”) 
və  nəhayət, 1833-cü ildə “Bustanus-
səyahət” (“Səyahət gülzarı”). Bu 
əsərlərdə o, bir çox ölkələrin coğrafi-
yası, tarixi, etnoqrafiyası, arxitekturası, 
ədəbiyyatı və görkəmli ictimai xadimləri 
barədə  dəyərli məlumatlar vermişdir. 
Şərqin digər alim və səyyahları kimi o da 
Yeri yeddi iqlim qurşağına bölmüşdür.
Olduğu bir çox yerlərdə onu saraya 
dəvət etmişlər. Bunlardan Misir hakimi 
İbrahim bəyi, İran şahı Fəthəli şah Qaca-
rı, Türkiyə sultanı Mahmudu və başqa-
larını göstərmək olar. Olduğu saraylarda 
müzakirə və söhbətlərdə iştirak edən Şir-
vani həmişəlik burada qalmaq dəvətlərinə 
nəzakətlə rədd cavabı vermişdir. Şirvani 
həmişə macəralar və  məhrumiyyətlərlə 
dolu səyyah həyatını saraydakı rahat 
həyatdan üstün tutmuşdur.
Zeynalabdin eyni zamanda şair olmuş 
və “Təmkin” təxəllüsü ilə şeirlər yazmış-
dır. Həmin şeirlər onun səyahətnamələrinə 
səpələnmiş və əlyazması Tehran mərkəzi 
kitabxanasında saxlanan “Divan”ında 
toplanmışdır. Bu nadir şəxsiyyətin 
digər  əsərlərinin  əlyazmaları Britaniya 
muzeyində, Paris Milli kitabxanasında, 
Sankt-Peterburqda və İranda saxlanır.
Şirvaninin  əsərləri bir çox Azərbay-
can,  İran, rus və Avropa tədqiqatçıları 
tərəfindən öyrənilib. Bu alimlərdən 
A.Ağa Bakıxanovun, M.Tərbiyətin,          
Ə.Həmid Rəbbaninin, B.A.Dornun, 
N.V.Xanıkovun, E.Bloşenin və başqala-
rının adlarını  çəkmək mümkündür. Bu 
sırada öz ömrünün böyük bir hissəsini 
Zeynalabdin Şirvaninin elmi hünərlərinin 
tədqiqinə həsr etmiş N.K.Kərəmovun adı 
xüsusilə qeyd olunmalıdır.
Şirvani ömrünün son illərini ailəsi ilə 
Şirazda keçirib. Elə buradan da özünün 
son səyahətinə yollanıb. Bu, onun həyat 
yoldaşı ilə birlikdə çıxdığı həcc ziyarəti 
idi.
1838-ci ildə  həmin səfəri zamanı 
Zeynalabdin  Şirvani yolda xəstələnmiş 
və Middə şəhəri yaxınlığında dünyasını 
dəyişmişdir. Hacı Zeynalabdin elə orada 
da dəfn olunmuşdur.
Səyyah və coğrafiyaçı
Ə d ə b i y y a t
Quliyev, A. 
Azərbaycanın görkəmli 
səyyah və alimi Hacı 
Zeynalabdin Şirva-
ni /A.Quliyev; red. 
Ə.Ələsgərzadə; Azərb.
SSR EA, Şərqşünaslıq 
İn-tu.- Bakı: AzSSR 
EA, 1964.- 209 s. 
Haqverdiyev, H. Hacı 
Zeynalabdin Şirvanin 
tarixi-coğrafi fikirləri 
/H.Haqverdiyev           
//Kredo.- 2014.- 25 
yanvar.- S.15.
Fərəcov, S.Səyahətdə 
keçən ömür: Hacı 
Zeynalabdin Şirvani          
//Mədəniyyət.- 2011.- 
27 aprel.- S. 13.
İ n t e r n e t d ə
www.anl.az
www.az.wikipedia.org
www.adam.az
www.files.preslib.az


365
Tarixdə bu gün
1315 
illiyi
Kitabi-Dədə-Qorqud  
2015
Azərbaycan xalqının  əsrlər boyu ya-
ratdığı  zəngin mədəni-mənəvi sərvətlər 
xəzinəsində “Kitabi-Dədə Qorqud” özünə-
məxsus layiqli yer tutur. Qəhrəmanlıq dolu 
keçmişimizi parlaq əks etdirən bu misilsiz 
və möhtəşəm sənət abidəsi milli varlığımı-
zın müəyyənləşməsində mühüm rol oyna-
mışdır.  Əcdadlarımız barəsində yaradılmış 
ən böyük və məşhur oğuznamələrdən ibarət 
“Kitabi-Dədə Qorqud” (“Kitab-i Dədəm 
Qorqud  əla lisan-i taife-i Oğuzan” (Oğuz 
tayfalarının dilində  Dədəm Qorqudun ki-
tabı - Oğuz türk dastanı)) ana dilimizin 
tükənməz ifadə imkanlarını özündə yaşa-
dır. Azərbaycanın tarixi coğrafiyasını bütün 
genişliyi ilə  əhatə edən monumental epos 
xalqımıza məxsus qədim adət-ənənələrin, 
ulu babalarımızın dünyagörüşünün, mənə-
vi aləminin və yüksək bədii zövqünün 
öyrənilməsində qiymətli mənbədir. 
“Kitabi-Dədə Qorqud” Azərbaycan xalq 
ədəbiyyatının  ən qədim yazılı abidəsidir 
(XI-XII  əsrlər). Elm aləminə XIX əsrdən 
məlum olan “Kitabi-Dədə Qorqud”un iki 
əlyazma nüsxəsi (Drezden və Vatikan) ta-
pılmışdır. 
“Kitabi-Dədəm Qorqud” eposunun 
bizə  gəlib çatmış  əlyazma nüsxələrinin 
köçürülmə tarixi XVI əsr kimi müəyyən edi-
lir. Boylarda orta əsrlər dastanlarımız kimi, 
nəsr və şeir parçaları növbələşsə də, həmin 
şeir parçaları orta əsrlərin poetika qanun-
larına az uyğun gəlir. Bəzi tədqiqatçıların 
fikrincə, “Kitabi-Dədə Qorqud”da vaxtilə 
bəzi digər qədim türk dastanları kimi 
başdan-başa  şeirlə yaradılmış, sonra isə 
yaddaşlarda yalnız əsas motivləri qaldığın-
dan, yazıya köçürülərkən nəsrlə bərpa edil-
mişdir.
Dastanların əsas süjeti aşağıdakı on iki 
boyda  əks olunmuşdur: “Dirsə xan oğlu 
Buğacın boyu”, “Salur Qazanın evinin yağ-
malandığı boy”, “Bayburanın oğlu Bamsı 
Beyrək boyu”, “Qazan bəyin oğlu Uruz 
bəyin dustaq olduğu boy”, “Duxa Qoca 
oğlu Dəli Domrulun boyu”, “Qanlı Qoca 
oğlu Qanturalı boyu”, “Qazılıq Qoca oğlu 
Yeynəyin boyu”, “Basat Təpəgözü öldür-
düyü boy”, “Bəkil oğlu  Əmranın boyu”, 
“Uşun Qoca oğlu Səgrəyin boyu”, “Salur 
Qazan dustaq olub oğlu Uruz çıxardığı 
boy”, “İç Oğuza Dış Oğuz asi olub Beyrək 
öldüyü boy”.
Bu dastanlar islamdan öncə Azərbay-
canda baş vermiş hadisələrlə səsləşir. Das-
tandakı hadisələrin  əksəriyyəti Dəmirqapı 
Dərbənd, Bərdə, Gəncə,  Əlincə, Göyçə 
gölü və s. yerlərdə  cərəyan edir. “Kitabi-
Dədə Qorqud”u yazıya köçürən şəxs Dədə 
Qorqudu bu dastanların yaradıcısı, həm də 
iştirakçısı kimi təqdim edir. “Kitabi-Dədə 
Qorqud” yarandığı dövrün adət-ənənələri, 
köçəri həyat tərzi və s. haqqında tarixi-
etnoqrafik məlumatla zəngindir. Soykö-
kümüzü, tariximizi, dövlətçiliyimizi və 
Azərbaycan türkcəsini öyrənmək baxımın-
dan zəngin mənbə olan “Kitabi-Dədə Qor-
qud” yalnız Azərbaycanın deyil, bütün türk 
dünyasının ölməz kitabıdır.
Azərbaycan xalq bədii təfəkkürünün 
abidəsi olan “Kitabi-Dədə Qorqud” das-
tanlarının poetik dili bədii təsvir vasitələri 
ilə zəngindir. Onlarda xalq dilinin incəlik-
lərindən, atalar sözü, məsəl və idiomatik 
Ə d ə b i y y a t
Kitabi-Dədə Qorqud: 
əsl və sadələşdirilmiş 
mətnlər.-Bakı:Öndər 
nəşriyyatı.- 2004.-376 s. 
Kitabi Dədəm Qorqud: əla 
lisani-taifeyi-oğuzan /tərt. 
ed., çapa hazırl., ön söz. 
və lüğətin müəl. S.Əlizadə; 
“Kitabi-Dədə Qorqud” 
Dastanının 1300 illiyi 
Üzrə Dövlət Komissiyası.- 
Bakı: Yeni Nəşrlər Evi, 
1999.-704 s. 
Kitabi-Dədə Qorqud 
ensiklopediyası: 2 cilddə 
Drezden və Vatikan 
əlyazma nüsxələri və 
M.Erginin nəşri əsasında 
/tərt. ed., çapa haz. 
S.Əlizadə; red.şurası: 
Anar (sədr), A.Axundov, 
B.Vahabzadə, B.Nəbiyev 
[və b.]; AMEA; Azərb. Ya-
zıçılar Birliyi; TÜRKSOY; 
Azərb. Resp. “Kitabi-
Dədə Qorqud” dastanının 
1300 illiyi üzrə Dövlət 
Komissiyası; layih. rəhb.: 
O.Ələkbərli, T.Həsənov.- 
Bakı: Yeni Nəşrlər Evi, 
2000.- C.I.-623 s.; C.II.- 
567 s.
Nəbiyeva, A. “Kitabi-Dədə 
Qorqud”un nəşr və tədqiqi 
tarixindən /A.Nəbiyeva      
//Kredo.- 2014.- 23 av-
qust.- S.10-12.


Yüklə 42,04 Kb.

Dostları ilə paylaş:
1   ...   161   162   163   164   165   166   167   168   ...   173




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə