Teqvim-2015. pdf



Yüklə 42,04 Kb.
Pdf görüntüsü
səhifə19/173
tarix13.11.2017
ölçüsü42,04 Kb.
#10093
1   ...   15   16   17   18   19   20   21   22   ...   173

40
65 
illiyi
Ağaxan Abdullayev   
1950 
FEVRAL
Ağaxan Minaxan oğlu Abdulla-
yev 1950-ci il fevral ayının 6-da Bakı 
şəhərinin Əmircan kəndində anadan ol-
muşdur.
1958-1968-ci illərdə 84 saylı orta 
məkəbdə  təhsil almış, 1969-1973-cü 
illərdə A.Zeynallı adına Orta İxtisas 
Musiqi Məktəbində təhsilini davam et-
dirmişdir.
1973-cü 
ildə  İ.Əbilov adına
  Mədə-
niyyət evində muğam ixtisası üzrə mü-
əllim vəzifəsinə dəvət olunmuşdur.
İfaçılıqla bərabər, pedaqoji fəaliy-
yətlə  məşğul olan sənətkar uzun illər 
vaxtilə  təhsil aldığı Asəf Zeynal-
lı adına musiqi məktəbində  gələcək 
xanəndələrin yetişməsində böyük əmək 
sərf etmişdir. 
Hazırda Bülbül adına musiqi məktə-
bində, gimnaziyada, eləcə də Milli Kon-
servatoriyada, Mədəniyyət və İncəsənət 
Universitetində muğamdan dərs deyir. 
Xanəndə kimi 1975-ci ildə Filarmo-
niyanın səhnəsində  fəaliyyətə başla-
mışdır. Rusiya, Qazaxıstan, Gürcüstan, 
Özbəkistan, ABŞ, Kanada, Almaniya, 
Hollandiya,  İsveç, Belçika, Avstriya, 
Fransa, Avstraliya, Hindistan, İraq, 
Tunis, Türkiyə,  İran və s. ölkələrdə 
konsert proqramları ilə  çıxışlar etmiş-
dir. Dəfələrlə muğam müsabiqələrində 
münsiflər heyətinin üzvü olmuşdur.
1992-ci ildə “Azərbaycan Respubli-
kasının  Əməkdar artisti”, 1998-ci ildə 
“Azərbaycan Respublikasının Xalq ar-
tisti” fəxri adlarına layiq görülmüşdür. 
Prezident təqaüdçüsüdür.
2000-ci ildə pedaqoji fəaliyyətinə 
görə Azərbaycan Respublikasının Təhsil 
Nazirliyi Kollegiyasının Fəxri fərmanı, 
2001-ci ildə Azərbaycan Respublika-
sı Simurq Milli mükafatı, 2002-ci ildə 
“Humay” Milli mükafatı, 2003-cü ildə 
“Yaşa Azərbaycan” mükafatı ilə  təltif 
olunmuşdur. 
2010-cu ildə Azərbaycan Respubli-
kasının Prezidenti cənab  İlham  Əliyev 
tərəfindən Azərbaycan milli musiqisinin 
inkişafındakı xidmətlərinə görə Ağaxan 
Abdullayev “Şöhrət” ordeni ilə  təltif 
edilmişdir. Azərbaycan mədəniyyətinin 
inkişafına xüsusi diqqət və qayğı 
göstərən Heydər  Əliyev Fondu Xalq 
artisti Ağaxan Abdullayevin anadan ol-
masının 60 illik yubileyi münasibətilə 
xanəndənin musiqi albomunu nəşr et-
mişdir.
Nəşrdəki üç kompakt diskdə 
cəmlənmiş musiqi nümunələri sənət 
hesabatı kimi xanəndənin yaradıcılıq 
yolunu  əks etdirir. Burada xanəndənin 
ifasında “Rast” dəsgahı, “Bayatı-kürd”, 
“Zabul segah”, “Rahab”, “Bayatı-
Qacar” muğamı, “Humayun” təsnifi və 
xalq mahnıları toplanmışdır.
Xanəndənin həyat və yaradıcılı-
ğından bəhs edən kitabda isə ömrü-
nün müxtəlif məqamlarını  əks etdirən 
şəkillər də yer almışdır.
Ə d ə b i y y a t
Xalqımızın xəmiri 
muğamla yoğrulub 
/A.Abdullayev //Üç 
nöqtə.-2012.- 7 iyul.- 
S.13.
Muğam genimizin 
kodudur /A.Abdullayev; 
müsahibə alan Atəşgah 
Nelli //Kaspi.-2012.- 12 
oktyabr.- S.15.
Səs üstə köklənmiş 
ömür //M.Çəmənli Sənət 
hekayələri.-Bakı, 2014.-
S.537-551.
Azərbaycan muğamı 
bütün dünyada sevilir     
//Ekran-efir.- 2014.- 7 
fevral.- S.10. 
Təranə. 60 yaşın zirvəsi 
/Təranə //Kaspi 2010. - 
20-22 fevral.- S.15.
İ n t e r n e t d ə
www.anl.az
www.az.wikipedia.org
www.heydar-aliyev-
foundation.org
6
Xanəndə
Musiqi.Opera.Balet


41
65 
illiyi
Rəna Məmmədova   
1950  
FEVRAL
Rəna Azər qızı  Məmmədova 1950-
ci il fevral ayının 27-də  Bakı şəhərində  
anadan  olmuşdur. 1968-ci ildə Bülbül 
adına Orta  İxtisas Musiqi Məktəbini,  
1973-cü ildə isə Azərbaycan Dövlət 
Konservatoriyasını bitirmişdir.
1978-ci ildən etibarən Azərbaycan  
Milli Elmlər Akademiyasının Memar-
lıq və  İncəsənət  İnstitutunda elmi işci  
kimi işə başlayan Rəna xanım 1990-cı  
ildə  “İncəsənətin qarşılıqlı  əlaqələri”  
şöbəsini təşkil etmiş və artıq iyirmi beş  
il ərzində ona rəhbərlik edir.  
1981-ci ildə namizədlik, 1991-ci ildə 
doktorluq dissertasiyasını müdafiə et-
mişdir.
110-dan artıq elmi əsərin müəllifidir. 
O, “Üzeyir Hacıbəyovun yaradıcılı-
ğında sonata forması”, “Azərbaycan 
muğamında funksionallıq problemi”, 
“Azərbaycan muğamlarının musiqi-
estetik xüsusiyyətləri”, “Azərbaycan mu-
ğamı: təşəkkül və fəaliyyəti mənbələri” 
adlı kitabların müəllifidir.
Alimin tədqiqatlarının dairəsi əsasən 
türk dünyasının mədəniyyəti ilə bağ-
lı olmuşdur. Rəna Məmmədovanın 
elmi yaradıcılığının  ən vacib və mü-
hüm mərhələsini musiqi türkologiyası-
nın elmi əsaslarının yaradılması  təşkil 
edir. Bu ad altında 2003-cü ildə  Rəna 
Məmmədovanın monoqrafiyası işıq üzü 
görmüşdür ki, bu da sənətşünaslıq el-
minin yeni sahəsinin nəzəri-metodoloji 
müddəalarının əsasını qoymuşdur.
AMEA-nın müxbir üzvü Rəna 
Məmmədovanın elmi fəaliyyətinin 
əhəmiyyəti musiqişünaslığın hüdudların-
dan çox-çox kənara çıxmışdır. Onun bir 
sıra fundamental işləri və ilk növbədə, 
“Musiqi türkologiyası” monoqrafiyası 
musiqişünaslığın inkişafında layiqli yer 
tutur. 
Alimin rəhbərliyi altında 20 namizəd-
lik, 5 doktorluq dissertasiyası müdafiə 
edilmişdir.
Rəna Məmmədova Rusiya Pedaqoji 
və Sosial Elmlər Akademiyasının həqiqi 
üzvü, Azərbaycan Bəstəkarlar  İttifaqı-
nın  İdarə heyətinin üzvü; Azərbaycan 
Rəssamlar  İttifaqının  üzvü; Azərbaycan  
Respublikası Ali Attestasiya Komissiya-
sının Ekspert Şurasının üzvü; “Simurq”  
mədəniyyət cəmiyyətinin Rəyasət 
heyətinin  üzvü;  Azərbaycan  Zadəganlar  
məclisinin üzvü; Bir çox respublika elmi  
jurnallarının redaksiya heyətinin üzvü-
dür.
Rəna Məmmədovanın çoxşaxəli ya-
radıcılıq fəaliyyəti Dövlət və ictimai 
qurumlar tərəfindən yüksək qiymət-
ləndirilmişdir. O, AMEA-nın  Rəyasət 
Heyətinin Fəxri fərmanları ilə mükafat-
landırılmış; Azərbaycan kütləvi informa-
siya vasitələrinin Həmkarlar İttifaqının- 
“Xalqın nüfuzlu ziyalısı”,  “Qızıl qələm”, 
“Azərbaycan bayrağı”  mükafatları ilə 
təltif edilmiş; “Simurq” Azərbaycan 
Mədəniyyət Assosiasiyasının diplomunu  
almış; “Simurq”  Beynəlxalq  medalına  
layiq  görülmüşdür.
Ə d ə b i y y a t
Azərbaycan muğamı      
/R.Məmmədova; elmi 
red. E.Babayev.- Bakı: 
Elm, 2002.- 280 s. 
Bakının te-
atr həyatından 
/R.Məmmədova.- Bakı: 
Elm, 2006.-58 s.
Musiqi türkologiyası 
/R.Məmmədova.- Bakı: 
Elm, 2002.- 84 s.
Oktay. Rəna 
Məmmədova 
Azərbaycan muğamının 
problemlərinin sistemli 
şəkildə tədqiqatını 
aparıb /Oktay //Xalq 
Cəbhəsi.- 2013.- 14 
fevral.- S.13.
Из истории 
азербайджанского 
музыкального театра 
/Р.Мамедова.- Баку: 
Элм, 2006.-223 с.
Проблемы лада 
в исследованиях 
Р.Зохрабова. //Ramiz 
Zöhrabov: görkəmli 
musiqişünas-alim.- 
Bakı,2013.- S.203-207.
İ n t e r n e t d ə
www.anl.az
www.csl-az.com
27
Musiqişünas
Musiqi.Opera.Balet


Yüklə 42,04 Kb.

Dostları ilə paylaş:
1   ...   15   16   17   18   19   20   21   22   ...   173




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə