Teqvim-2015. pdf



Yüklə 42,04 Kb.
Pdf görüntüsü
səhifə21/173
tarix13.11.2017
ölçüsü42,04 Kb.
#10093
1   ...   17   18   19   20   21   22   23   24   ...   173

45
Milli Qəhrəmanlar
40 
illiyi
Xanoğlan Məmmədov 
1975-1995     
FEVRAL
Xanoğlan Sadıq oğlu Məmmədov  
1975-ci il  fevral ayının 13-də Neftçala 
rayonunun Qaraqaşlı kəndində anadan 
olmuşdur. 
1983-cü ildə Salyan rayonundakı 
104 saylı texniki peşə məktəbinə daxil 
olmuş, iki il dülgərlik sənətinin sirlərini 
öyrənmişdir. 
1993-cü ildə  hərbi xidmətə yolla-
naraq topçu kimi əvvəlcə Səngəçalda
sonra isə Çuxanlı, Pirəküşkül və Qala-
dakı hərbi hissələrdə xidmət keçmişdir. 
O, bir müddət təlim keçdikdən sonra 
Murovdağ  cəbhəsinə göndərilmiş  və 
bir neçə döyüşdə iştirak etmişdir. 
Döyüşlərdə  rəşadəti ilə  fərqlənən 
Xanoğlan 1995-ci ilin mart ayın-
da dövlət çevirilişinə  cəhdin qarşı-
sının alınmasında müstəsna xidmət 
göstərmiş  və  qəhrəmancasına həlak 
olmuşdur.
Azərbaycan Respublikası Prezi-
dentinin 4 aprel 1995-ci il tarixli 307 
saylı  Fərmanı ilə  Məmmədov Xa-
noğlan Sadıq oğlu ölümündən sonra 
“Azərbaycanın Milli Qəhrəmanı” fəxri 
adına layiq görülmüşdür.
Neftçala rayonu Qaraqaşlı kəndində 
dəfn edilmişdir.
Neftçala rayon Mədəniyyət və 
İncəsənət sarayı qəhrəmanın adını da-
şıyır. 
Ə d ə b i y y a t
Azərbaycan Respublikasının hərbi qulluqçularının və polis işçilərinin bir qrupuna “Azərbaycanın Milli Qəhrəmanı” adı verilməsi 
haqqında: [Məmmədov Xanoğlan Sadıq oğlu – Müdafiə Nazirliyi, sıravi – Azərbaycan Respublikasının Konstitusiya, dövlət quruluşunun 
müdafiəsi, onun müstəqilliyinin qorunub saxlanılması və dövlət çevrilişi cəhdinin qarşısının alınması zamanı şəxsi qəhrəmanlıq və şücaət 
göstərdiyinə görə]: Azərbaycan Respublikası Prezidentinin Fərmanı, 4 aprel 1995-ci il //Azərbaycan.- 1995.- 5 aprel.- (Ölümündən 
sonra).
Əsgərov, V. Məmmədov Xanoğlan Sadıq oğlu /V. Əsgərov //Azərbaycanın Milli Qəhrəmanları.- Yenidən işlənmiş II nəşr.- Bakı, 2010.- 
S.196.
Məmmədov Xanoğlan Sadiq oğlu //Azərbaycanın Milli Qəhrəmanları: biblioqrafiya /Azərbaycan Milli Kitabxanası; tərtib edəni 
H.Həmidova.- Bakı, 2008.-S.140.
Seyidzadə, M. Məmmədov Xanoğlan Sadiq oğlu /M.Seyidzadə //Milli qəhrəmanlar zirvəsi.-Bakı, 2010.-S.151.
İ n t e r n e t d ə
www.anl.az
www.az.wikipedia.org
www.e-qanun.az 
www.milliqahraman.az
www.muallim.edu.az
13
Milli Qəhrəman


46
Milli Qəhrəmanlar
40 
illiyi
Elşad Məmmədov   
1975-1995 
FEVRAL
Elşad Ramiz oğlu Məmmədov 
1975-ci il fevral ayının 14-də Xanlar 
rayonunun Haçaqaya kəndində ana-
dan olmuşdur.
1990-cı ildə Haçaqaya kənd nata-
mam orta məktəbini bitirdikdən sonra 
Xanlar rayonu texniki-peşə məktəbində 
təhsilini davam etdirmişdir. 
1993-cü ilin avqust ayında Hərbi 
Komissarlıq tərəfindən Milli Ordu sı-
ralarına hərbi xidmətə çağırılaraq, 6 ay 
hərbi təlim keçmişdir. Oradan da Qara-
bağa - döyüş bölgəsinə yollanmışdır.
Tərtər bölgəsində döyüşə başlayan 
Elşad, daha sonra Ağdərə  ərazisinin 
düşmənlərdən təmizlənməsi uğrunda 
gedən qanlı döyüşdə qəhrəmanlıq nü-
mayiş etdirmişdir.
17 mart 1995-ci ildə dövlət çevi-
rilişi cəhdinin qarşısının alınmasın-
da rəşadət göstərən E.Məmmədov 
qəhrəmancasına həlak olmuşdur.
Azərbaycan Respublikası Prezi-
dentinin 4 aprel 1995-ci il tarixli 307 
saylı  Fərmanı ilə  Məmmədov El-
şad Ramiz oğluna ölümündən sonra 
“Azərbaycanın Milli Qəhrəmanı” fəxri 
adı verilmişdir.
Xanlar rayonunun Qırıqlı kəndində 
dəfn edilmişdir.
Hacıqaya kənd natamam orta 
məktəbi onun adını daşıyır. Daşkəsən 
yolu üstündə büstü qoyulmuşdur.
Ə d ə b i y y a t
Azərbaycan Respublikasının hərbi qulluqçularının və polis işçilərinin bir qrupuna “Azərbaycanın Milli Qəhrəmanı” adı 
verilməsi haqqında: [Məmmədov Elşad Ramiz oğlu – Müdafiə Nazirliyi, sıravi – Azərbaycan Respublikasının Konstitusiya, 
dövlət quruluşunun müdafiəsi, onun müstəqilliyinin qorunub saxlanılması və dövlət çevrilişi cəhdinin qarşısının alınması 
zamanı şəxsi qəhrəmanlıq və şücaət göstərdiyinə görə]: Azərbaycan Respublikası Prezidentinin Fərmanı, 4 aprel 1995-ci il 
//Azərbaycan.- 1995.- 5 aprel.- (Ölümündən sonra).
Əsgərov, V. Məmmədov Elşad Ramiz oğlu //Əsgərov V. Azərbaycanın Milli Qəhrəmanları.- Yenidən işlənmiş II nəşr.- Bakı, 
2010.- S.194.
Məmmədov Elşad Ramiz oğlu //Azərbaycanın Milli Qəhrəmanları: biblioqrafiya /Azərbaycan Milli Kitabxanası; tərt. ed. 
H.Həmidova.- Bakı, 2008.-S.138-139.
Seyidzadə, M. Məmmədov Elşad Ramiz oğlu /M.Seyidzadə //Milli qəhrəmanlar zirvəsi.- Bakı, 2010.- S.141.
İ n t e r n e t d ə
www.anl.az
www.az.wikipedia.org
www.e-qanun.az 
www.milliqahraman.az
www.muallim.edu.az
14
Milli Qəhrəman


47
60 
illiyi
Milli Qəhrəmanlar
Faiq Rəfiyev 
1955-1992 
Milli Qəhrəman
22
FEVRAL
Faiq Qəzənfər oğlu Rəfiyev 1955-ci 
il fevral ayının 22-də Füzuli rayonunun 
Sarıcıq kəndində anadan olmuşdur. 
1972-ci ildə Qarakollu kənd orta 
məktəbini bitirmişdir.
1973-1975-ci illərdə Arxangelsk 
vilayətində  hərbi xidmətdə olmuşdur. 
Ordudan tərxis olunaraq, Plistesk ra-
yonunda milis vəzifəsində çalışmışdır.
Sankt-Peterburq şəhərində Ali Hərbi 
Milis Məktəbinin qiyabi şöbəsində 
oxumuş, 1984-cü ildə  təhsilini başa 
vuraraq leytenant rütbəsi almış, sahə 
müvəkkili vəzifəsində işə başlamışdır.
1990-cı ildə 20 Yanvar faciəsindən 
sonra vətənə qayıdaraq, Xocavənd ra-
yonunda sahə müvəkkili işləmişdir. 
Axullu, Tuğ, Qaradağlı  kəndlərinin 
düşməndən  qorunmasında qəhrəmanlıq 
göstərmişdir. 
Cəsur döyüşçü 1992-ci il yanvar 
ayının 10-da Koçbəy kəndinin erməni 
quldurlarından təmizlənməsi zamanı 
qəfil atılan güllə ilə həlak olmuşdur.
Azərbaycan Respublikası Prezi-
dentinin 2 oktyabr 1992-ci il tarixli 
264 saylı  Fərmanı ilə  Rəfiyev Faiq 
Qəzənfər oğluna ölümündən sonra 
“Azərbaycanın Milli Qəhrəmanı” fəxri 
adı verilmişdir.
Doğulduğu Sarıcıq kəndində  dəfn 
edilmişdir.
Lökbatan qəsəbəsindəki 166 saylı 
orta məktəb qəhrəmanın adını daşıyır.
Ə d ə b i y y a t
Azərbaycan Respublikası Daxili işlər orqanlarının bir qrup əməkdaşına “Azərbaycanın Milli Qəhrəmanı” adı verilməsi haq-
qında: [Rəfiyev Faiq Qəzənfər oğlu – Xocavəndin sahə müvəkkili – Azərbaycan Respublikasının suverenliyi və ərazi bütövlü-
yünün qorunmasında, dinc əhalinin təhlükəsizliyinin təmin edilməsində göstərdiyi şəxsi igidlik və şücaətə görə]: Azərbaycan 
Respublikası Prezidentinin Fərmanı, 8 oktyabr 1992-ci il //Azərbaycan.- 1992.- 9 oktyabr.- S.1.-(Ölümündən sonra).
Əsgərov, V. Rəfiyev Faiq Qəzənfər oğlu /V.Əsgərov //Azərbaycanın Milli Qəhrəmanları.- Yenidən işlənmiş II nəşr.- Bakı, 2010.- 
S.240.
Nazim, N. Rəfiyev Faiq Qəzənfər oğlu: (1955-1992) /N.Nazim //İstiqlal ulduzları.- Bakı,1995.- S.143-145.
Rəfiyev Faiq Qəzənfər oğlu //Azərbaycanın Milli Qəhrəmanları: biblioqrafiya /Azərbaycan Milli Kitabxanası; tərtib edəni 
H.Həmidova.- Bakı, 2008.- S.172.
Seyidzadə, M. Rəfiyev Faiq Qəzənfər oğlu /M.Seyidzadə //Milli qəhrəmanlar zirvəsi.-Bakı, 2010.-S.191.
İ n t e r n e t d ə
www.anl.az
www.az.wikipedia.org
www.e-qanun.az 
www.milliqahraman.az
www.muallim.edu.az


Yüklə 42,04 Kb.

Dostları ilə paylaş:
1   ...   17   18   19   20   21   22   23   24   ...   173




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə