Teqvim-2015. pdf



Yüklə 42,04 Kb.
Pdf görüntüsü
səhifə22/173
tarix13.11.2017
ölçüsü42,04 Kb.
#10093
1   ...   18   19   20   21   22   23   24   25   ...   173

48
45 
illiyi
Milli Qəhrəmanlar
Tahir Həsənov 
1970-1992    
Milli Qəhrəman
22
FEVRAL
Tahir Tofiq oğlu Həsənov 1970-ci 
il fevral ayının 22-də Bakı  şəhərində 
doğulmuşdur.
1987-ci ildə  Nəsimi rayonundakı 
23 saylı orta məktəbi bitirmiş, 1988-ci 
ildə isə hərbi xidmətə çağırılmışdır.
1990-cı ildə ordudan  tərxis olunmuş, 
sənədlərini Bakı Dövlət Universitetinə 
vermiş  və tarix fakültəsinə daxil ol-
muşdur. Ailənin yeganə övladı ol-
masına baxmayaraq o, universite-
tin ikinci kursundan könüllü olaraq 
vətənin müdafiəsinə qalxan igidlərin 
sırasına qoşulmuşdur. Cəsur koman-
dir Tahir Həsənov Yuxarı Qarabağda, 
Ağdərə, Başkənd, Meşəli və  Çıldı-
ran  əməliyyatlarında torpaqlarımızın 
müdafiəsində fəal iştirak etmişdir. 
1992-ci il sentyabr ayının 2-də 
Çıldıran yüksəkliyindəki uğurlu 
əməliyyatlardan qayıdarkən düşmənlə 
üz-üzə  gəlmiş  və erməni quldurlarını 
məhv edərək, özü də qəhrəmancasına 
həlak olmuşdur. 
Azərbaycan Respublikası Prezi-
dentinin 19 oktyabr 1992-ci il tarixli 
273 saylı  Fərmanı ilə  Həsənov Ta-
hir Tofiq oğluna ölümündən sonra 
“Azərbaycanın Milli Qəhrəmanı” fəxri 
adı verilmişdir.
Bakı şəhərinin Şəhidlər Xiyabanın-
da dəfn edilmişdir. 
Təhsil aldığı 23 saylı orta məktəb 
qəhrəmanın adını daşıyır.
Ə d ə b i y y a t
Azərbaycan Respublikası Daxili işlər orqanlarının əməkdaşlarına “Azərbaycanın Milli Qəhrəmanı” adı verilməsi haqqında: [Həsənov 
Tahir Tofiq oğlu – polis serjantı –Azərbaycan Respublikasının suverenliyinin və ərazi bütövlüyünün qorunmasında, dinc əhalinin 
təhlükəsizliyinin təmin edilməsində göstərdiyi şəxsi igidliyə və şücaətə görə]: Azərbaycan Respublikası Prezidentinin Fərmanı, 19 okt-
yabr 1992-ci il //Azərbaycan Respublikası Ali Sovetinin Məlumatı.- 1992.- №20.- S.18.- (Ölümündən sonra).
Əsgərov, V. Həsənov Tahir Tofiq oğlu //Əsgərov V.Azərbaycanın Milli Qəhrəmanları.- Yenidən işlənmiş II nəşr.- Bakı, 2010.- S.117.
Həsənov Tahir Tofiq oğlu //Azərbaycanın Milli Qəhrəmanları: biblioqrafiya /Azərbaycan Milli Kitabxanası; tərtib edəni H.Həmidova.- 
Bakı, 2008.- S.84.
Seyidzadə, M. Həsənov Tahir Tofiq oğlu /M.Seyidzadə //Milli qəhrəmanlar zirvəsi.- Bakı, 2010.- S.88.
Zeynalov, R. Həsənov Tahir Tofiq oğlu: (1970-1992) /Zeynalov R. //Azərbaycanın Milli Qəhrəmanları.- Bakı, 1996.- S.63.
İ n t e r n e t d ə
www.anl.az
www.az.wikipedia.org
www.e-qanun.az 
www.milliqahraman.az


49
Siyasət.Hüquq.Hərbi iş
FEVRAL
Artur Tahir oğlu Rasi-zadə 1935-
ci il fevral ayının 26-da Gəncə 
şəhərində anadan olmuşdur. 
1952-ci ildə  Lənkəran  şəhər 
4 saylı orta məktəbdə  təhsilini  
müvəffəqiyyətlə başa vurmuşdur.
1957-ci ildə Azərbaycan Sənaye 
İnstitutunu bitirdikdən sonra əmək 
fəaliyyətinə Azərbaycan Neft Ma-
şınqayırması ETİ “AzİNMAŞ”-da 
mühəndis vəzifəsində başlamış, son-
radan böyük mühəndis, layihənin baş 
mühəndisi,  şöbə müdiri, elmi işlər 
üzrə direktor müavini vəzifələrində 
işləmişdir.
1973-1975-ci illərdə “Azneftsəna-
yemaş” birliyində baş mühəndis, 
1975-1977-ci illərdə  “İttifaqneft-
maş” ЕİB rəisinin birinci müavini - 
baş mühəndis, 1977-1978-ci illərdə 
“AzİNMAŞ” Neft maşınqayırması 
ETİ-nin direktoru olmuşdur.
1978-1981-ci illərdə Azərbaycan 
SSR Dövlət Plan Komitəsi sədrinin 
müavini, 1981-1986-cı illərdə Azər-
baycan KP MK-da maşınqayırma 
şöbəsinin müdiri, 1986-1992-ci 
illərdə Azərbaycan Respublikası 
Nazirlər Soveti Sədrinin birinci mü-
avini vəzifələrində çalışmışdır. 
1992-1994-cü illərdə  İqtisadi  İs-
lahatlar Fondunun məsləhətçisi, 
1994-cü ildə “DEKA-B” şirkətində 
məsləhətçi, 1994-1996-cı illərdə İq-
tisadi İslahatlar Fondunda məsləhətçi 
vəzifəsində işləmişdir.
1996-cı ildə Azərbaycan Respubli-
kası Prezidentinin iqtisadi məsələlər 
üzrə köməkçisi təyin edilmişdir.
1996-cı ilin may ayından 
Azərbaycan Respublikası Baş nazi-
rinin birinci müavini, 1996-2003-cü 
illərdə Baş nazir, 2003-cü ilin avqust 
- noyabr aylarında Baş nazirin birin-
ci müavini vəzifələrində çalışmışdır.
2003-cü ilin noyabr ayından 
yenidən Azərbaycan Respublikası-
nın Baş naziridir.
SSRİ ordenləri (“Şərəf nişanı” or-
deni) və medallarla təltif edilmişdir. 
1971-ci ildən SSRİ Dövlət mükafatı 
laureatıdır.
Azərbaycan Respublikasının 
sosial-iqtisadi inkişafına verdiyi bö-
yük töhfələrə görə görkəmli ictimai-
siyasi xadim  Artur Tahir oğlu  Rasi-
zadə 2006-cı ildə “İstiqlal”,  2010-cu 
ildə “Şərəf” ordenləri ilə təltif edil-
mişdir.
Ə d ə b i y y a t
A.T.Rasi-zadənin 
Azərbaycan Respub-
likasının Baş naziri 
təyin edilməsi haqqında 
Azərbaycan Respublikası 
Prezidentinin Sərəncamı, 
22 oktyabr 2013-cü il       
//Azərbaycan.- 2013.- 23 
oktyabr.- S.1.
A.T.Rasi-zadənin “Şərəf” 
ordeni ilə təltif edilməsi 
haqqında: Azərbaycan 
Respublikası Prezidenti-
nin Sərəncamı, 25 fevral 
2010-cu il //Azərbaycan.- 
2010.- 26 fevral.- S.1.
Cəfərli, R. Parlament 
Artur Rasi-zadənin Baş 
nazir vəzifəsinə təyin 
edilməsinə razılıq verdi 
/R.Cəfərli //Azərbaycan.-
2013.- 23 oktyabr.- S.4.
Rasi-zadə Artur Tahir 
oğlu //Azərbaycanda 
kim kimdir: ensiklopedik 
məlumat  kitabı.- Bakı, 
2010.- S.79.  
İ n t e r n e t d ə
www.anl.az
www.az.wikipedia.org
www.cabmin.gov.az
26
80 
illiyi
Siyasi xadim
Artur Rasi-zadə   
1935  


Yüklə 42,04 Kb.

Dostları ilə paylaş:
1   ...   18   19   20   21   22   23   24   25   ...   173




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə