Teqvim-2015. pdf



Yüklə 42,04 Kb.
Pdf görüntüsü
səhifə24/173
tarix13.11.2017
ölçüsü42,04 Kb.
#10093
1   ...   20   21   22   23   24   25   26   27   ...   173

52
105 
illiyi
Ə d ə b i y y a t
Fərəcov, Ç. “Fəaliyyətini 
Vətəninə, xalqına xidmətə 
həsr etmiş böyük vətəndaş” 
/ÇFərəcov //Xalq qəzeti.- 
2010.- 25 fevral.- S.5.
İmam Mustafayev-100         
//Elm.- 2010.- 12 noyabr.- 
S.2.
Əhmədov, S. İmam Mus-
tafayev /Səbuhi Əhmədov          
//Azərbaycan tarixindən 
yüz şəxsiyyət.- Bakı, 2006.- 
S.218-220.
İmam Daşdəmir oğlu 
Mustafayev: biblioqra-
fiya /tərt. Tərlan İmam 
qızı.- Bakı: Elm, 2000.-183 
s.- (Azərbaycanın elm və 
mədəniyyət xadimləri). 
Mirzəyev, O. İmam Mustafa-
yev (siyasi portret) /Osman 
Mirzəyev //Ədəbiyyat 
qəzeti.- 2010.- 13 avqust.- 
S.1,2.
İmam Mustafayevlə Əziz 
Əliyevi birləşdirən Güney 
Azərbaycan missiyası          
//Təzadlar.- 2013.- 15 okt-
yabr.- S.7.
İ n t e r n e t d ə
www.anl.az
www.adau.edu.az
İmam Daşdəmir oğlu Mustafayev 
1910-cu il fevral ayının 25-də Qax ra-
yonunda anadan olmuşdur.
1922-1928-ci ildə Zaqatala Kənd Tə-
sərrüfatı Texnikumunda təhsil almışdır. 
O, 1929-cu ildə Bakı  şəhərində 
Azərbaycan Kənd Təsərrüfatı  İnstitu-
tuna daxil olmuş, sonra institut Gəncə 
şəhərinə köçürüldüyündən, o da buraya 
gəlmişdir. 
1934-1938-ci illər  ərzində AzKTİ 
istehsalat təcrübəsi bölməsinə rəhbərlik 
etmişdir. Zootexnika fakültəsinin deka-
nı, sonra isə Azərbaycan Kənd Təsər-
rüfatı  İnstitutunun tədris və elmi işlər 
üzrə direktor müavini kimi məsul 
vəzifələrə irəli çəkilmişdir. 
1938-ci ildə kənd təsərrüfatı elmləri 
namizədi, 1964-cü ildə isə biologiya 
elmləri doktoru adını almışdır. 
1938-1940-cı illərdə Kənd  Təsərrü-
fatı  İnstitutunda genetika, seleksiya 
və toxumçuluq kafedrasının rəhbəri, 
tədris və elmi işlər üzrə direktor müa-
vini vəzifəsini icra etmişdir.  O, ilk dəfə 
egilopsların çovdarla çarpazlaşdırılması 
nəticəsində cinslərarası fertil hibridlər, 
“Sevinc”, “Cəfəri”, “Zoğal-buğda”, 
“Arzu” və s. sortlar yetişdirmişdir.
1947-1950-ci illərdə Azərbaycan 
SSR Kənd Təsərrüfatı naziri vəzifəsində 
çalışmışdır. 
1949-cu il Azərbaycan K(b)P XVII 
qurultayının nümayəndəsi, 1950-ci 
il Azərbaycan K(b)P MK-nın üzvü, 
1950-ci il Azərbaycan SSR Elmlər 
Akademiyasının həqiqi üzvü, 1950-
1952-ci illər Azərbaycan SSR Elmlər  
Akademiyasının katibi, 1951-1952-ci 
illər “Azərbaycan SSR Elmlər Akade-
miyasının Məruzələri” jurnalının redak-
toru, Bakı şəhər Zəhmətkeş Deputatları 
Sovetinin deputatı, Azərbaycan SSR 
Xaçmaz seçki dairəsindən SSRİ Ali So-
veti III çağırış İttifaq Sovetinin deputa-
tı, 1951-ci il Azərbaycan K(b)P XVIII 
qurultayının nümayəndəsi, Azərbaycan 
K(b)P MK üzvü, 1952-ci il Azərbaycan 
K(b)P MK katibi,   1954-1959-cu illərdə 
AKP MK 1-ci katibi olmuşdur.  
İ.Mustafayev SSRİ-nin Dünya bit-
ki ehtiyatlarını öyrənən Elmi şurasının 
üzvü, Azərbaycan SSR Elmlər Akade-
miyası elmi-tarixi Şurası kənd təsərrüfatı 
bölməsinin sədri olmuşdur. 
O, göstərdiyi xidmətlərə görə 
dövlət tərəfindən 4 orden (Lenin, II 
dərəcəli Vətən Müharibəsi, Qırmı-
zı Ulduz ordenləri) və 9 medalla təltif 
edilmişdir. 1988-ci ildə respublikada 
elmin inkişafında və elmi kadrlar ha-
zırlanması sahəsindəki xidmətlərinə 
görə Azərbaycan Respublikası Ali So-
veti Rəyasət Heyətinin qərarı ilə ona 
“Azərbaycan SSR Əməkdar elm xadi-
mi” adı verilmiş, 1995-ci ildə isə ana-
dan olmasının 85 illiyi münasibətilə 
“Şöhrət” ordeni ilə təltif edilmişdir.
İmam Mustafayev 1997-ci il mart 
ayının 10-da vəfat etmişdir.
İmam Mustafayev 
1910-1997  
Kimya.Biologiya.Tibb
Akademik
FEVRAL
25


53
Tarixdə bu gün
Vergilər Nazirliyinin yaradılması günü  
2000
FEVRAL
Bazar iqtisadiyyatına keçid 
şəraitində  məqsədyönlü və ar-
dıcıl iqtisadi siyasətin həyata 
keçirilməsində, ölkənin iqtisadi 
və sosial inkişafının  əsasını  təşkil 
edən dövlət büdcəsi gəlirlərinin 
formalaşmasında Vergi xidməti 
orqanlarının rolu durmadan artır. 
Bu xidmət ölkə iqtisadiyyatın-
da bazar münasibətlərinə keçidlə 
əlaqədar, bu münasibətlərin 
tənzimlənməsində 
və dövlət 
büdcəsinin mədaxil hissəsinin for-
malaşmasında vergilərin rolunun 
artması ilə bağlı olaraq, yeni iqti-
sadi münasibətlər şəraitində prinsi-
pial cəhətcə yeni vergi siyasətinin 
həyata keçirir. 
Dövlət büdcəsinə çata-
sı Vergilərin və  digər icba-
ri ödənişlərin tam və vaxtında 
səfərbər olunması, hüquqi və 
fiziki  şəxslər tərəfindən Vergi 
qanunvericiliyinə və dövlət qiymət 
intizamına riayət olunmasına 
dövlət nəzarətinin təmin edilməsi 
məqsədilə 1990-cı ilin iyul ayında 
Respublika Maliyyə Nazirliyinin 
tərkibində yaradılmışdır.
Sonradan, 1991-ci ilin oktyab-
rında Vergi qanunvericiliyinə  və 
dövlət qiymət intizamına riayət 
olunmasına nəzarət sisteminin 
təkmilləşdirilməsi, bu sahədə 
dövlət vergi xidmətinin rolunun 
gücləndirilməsi, onun müstəqil 
fəaliyyətinin və  nəzarət işlərinin 
obyektivliyinin təmin edilməsi 
məqsədi ilə bu xidmət Maliyyə 
Nazirliyinin tərkibindən çıxarılmış 
və müstəqil orqan, Azərbaycan 
Respublikası Baş Dövlət Ver-
gi Müfəttişliyi kimi fəaliyyət 
göstərməyə başlamışdır.
Azərbaycan Respublikası Pre-
zidentinin 11 fevral 2000-ci il ta-
rixli Fərmanı ilə Baş Dövlət Ver-
gi Müfəttişliyi ləğv edilmiş, onun 
bazasında ölkədə dövlətin vergi 
siyasətinin həyata keçirilməsini, 
dövlət büdcəsinə vergilərin və 
digər daxilolmaların vaxtında və 
tam yığılmasını təmin edən və bu 
sahədə dövlət nəzarətini həyata 
keçirən mərkəzi icra hakimiyyəti 
orqanı Vergilər Nazirliyi yaradıl-
mışdır.
11
Ə d ə b i y y a t
Azərbaycan Respublika-
sı Vergilər Nazirliyi 10 il 
(2000-2010) /məsləhətçi. 
F. Məmmədov; red. Z. 
Səmadzadə.-Bakı [s.n] 2010.-
189, [2] s
Vergilər Nazirliyi əmək 
münasibətlərinə vergi 
nəzarətinin təşkili sahəsində 
kompleks tədbirlərə başlayıb           
//Azərbaycan.- 2012.- 3 
avqust.- S.3.
Bayramov, V. Heydər Əliyev 
və Azərbaycanda vergi 
siyasəti //Xalq qəzeti.-26 
may.-2014.-S.2.
Kərimli, M. Vergilər Nazirliyi 
qlobal vergi əməkdaşlığının 
fəal iştirakçısıdır 
/M.Kərimli; müsahibə apardı 
S.Mustafayev //İqtisadiyyat.- 
2013.- 20-26 dekabr.- S.7.
İ n t e r n e t d ə
www.anl.az
www.taxes.gov.az
www.vergiler.az
15 
illiyi


Yüklə 42,04 Kb.

Dostları ilə paylaş:
1   ...   20   21   22   23   24   25   26   27   ...   173




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə