Teqvim-2015. pdf


Tarixdə bu gün Xоcalı Sоyqırımı günü



Yüklə 42,04 Kb.
Pdf görüntüsü
səhifə26/173
tarix13.11.2017
ölçüsü42,04 Kb.
#10093
1   ...   22   23   24   25   26   27   28   29   ...   173

56
Tarixdə bu gün
Xоcalı Sоyqırımı günü
 1992
FEVRAL
Ötən  əsrin 1992-ci ilinin fevralında tarixdə 
görünməmiş qətliam baş verdi. Türkləri özlərinin 
əbədi düşməni hesab edən ermənilər məskunlaş-
dıqları türk torpaqlarında insanlığa xas olmayan 
vəhşiliklər törətməklə, Xocalı adlı bir yurd yerini 
yer üzündən sildilər – insanlar amansızlıqla qətlə 
yetirildilər, əsir götürüldülər, şəhər isə oda qalan-
dı. Bu, Qarabağ müharibəsinin ən qəddar səhifəsi 
idi. 
1992-ci il fevralın 25-dən 26-na keçən gecə isə 
erməni-daşnak silahlı qüvvələri və keçmiş sovet 
366-cı motoatıcı alayı Xocalıya divan tutdu, ən 
dəhşətli soyqırım törədildi. Buna qədər isə Xo-
calı erməni-daşnaklar tərəfindən tam mühasirəyə 
alınmışdı. Yollar tamam kəsilmiş, Xocalı taleyin 
ümidinə buraxılmışdı. Halbuki xocalılar erməni-
daşnak hərbi qüvvələrinə  mərdliklə müqavimət 
göstərir, şəhəri çətinliklə də olsa qoruyub saxlayır-
dılar. Düşmən elə buna görə də Xocalı sakinlərini 
vəhşiliklə, qəddarlıqla və kütləvi surətdə qətlə ye-
tirdi.
Faciənin miqyası son dərəcə böyük və dəhşətli 
idi. Ağdam istiqamətində düzlər, dərələr, dağlar 
günahsız insanların cəsədləri ilə dolmuşdu. Yer-
göy qan ağlayırdı. Ermənilər qadınlara və  uşaq-
lara, qocalara və xəstələrə rəhm etmədən hamını 
güllələyərək süngüdən keçirmişdilər. Xocalı soy-
qırımına siyasi qiymət verən və bu barədə dünya-
nın ən yüksək tribunalarından danışan ümummilli 
lider Heydər Əliyev Xocalı sakinləri ilə görüşündə 
demişdir: “... biz toplaşıb Xocalı faciəsinin cava-
bını verək,  şəhidlərin qanının yerdə qalmaması 
gününü görək. Azərbaycanın  ərazi bütövlüyünü 
təmin edək. Müstəqil Azərbaycanın hüdudlarını 
tamamilə  bərpa edək.  İnanıram ki, Azərbaycan 
xalqı belə qüdrətə malikdir”.
Bu faciə zamanı böyük bir yaşayış  məntəqəsi 
yer üzündən silinib, azərbaycanlılara qar-
şı amansız soyqırımı törədilib: 613 nəfər qətlə 
yetirilib, 1275 nəfər  əsir götürülüb. Qanunsuz 
erməni silahlı qüvvələri mühasirədən çıxıb qaç-
mağa müvəffəq olmuş azərbaycanlıları mil-
li mənsubiyyətlərinə görə yollarda, keçidlərdə, 
meşələrdə  təqib edərək vəhşicəsinə öldürüblər. 
Habelə azğınlaşmış erməni hərbçiləri əsir və girov 
götürdükləri azərbaycanlıları xüsusi amansızlıq-
la, işgəncə verərək qətlə yetiriblər. Mühasirədən 
çıxıb qaçmağa müvəffəq olan sakinlər təqib 
edilərək Kətik meşəsində, Naxçıvanik yolunda, 
Qaraqaya  ətrafında, Dəhraz kəndi yaxınlığında, 
Şelli istiqamətində, Əsgəran asfalt yolunun 86-cı 
kilometrliyində  və digər  ərazilərdə amansızlıqla 
qətlə yetiriliblər.  Əsir götürülənlərdən 18 nəfəri 
Əsgəran rayon Daxili işlər  şöbəsində  işgəncə 
verilməklə öldürülüb. Hücum zamanı dinc əhaliyə 
qarşı  ağlasığmaz vəhşiliklər törədilib, dözülməz 
işgəncələr verilib, insanların başlarının dərisi so-
yulub, müxtəlif  əzaları  kəsilib, gözləri çıxarılıb. 
Xocalıya hücum edən erməni dəstələri ölkə iqtisa-
diyyatına 170 milyon dollardan artıq ziyan vurub. 
Şəhərin toxuculuq fabriki, onlarla ictimai iaşə ob-
yekti dağıdılıb. 200 nəfərdən çox insan müxtəlif 
dərəcəli əlilə çevrilib. Ermənilər buna görə cavab 
verməlidirlər.  Əgər bunu edə bilməsək, gələcək 
nəsillər bizi heç vaxt bağışlamayacaqdır!
Azərbaycan Respublikasının Milli Məclisi 24 
fevral 1994-cü ildə  1992-ci il fevralın 26-da erməni 
təcavüzkarları  tərəfindən törədilmiş, Azərbaycan 
xalqının milli faciələrindən və bəşər tarixinin qan-
lı səhifələrindən biri olan Xocalı hadisələri hər il 
fevralın 26-da “Xocalı soyqırımı günü” elan olun-
ması barədə  qərar vermiş  və    Xocalı hadisələri 
barəsində həqiqətin dünya xalqlarına çatdırılması 
və “Xocalı soyqırımı günü”nün beynəlxalq miq-
26
Xocalı rayonu 
• 
Ərazisi: 936 km² 
• 
Əhalisi: 25332 nəfər
• 
İşğal tarixi: 26.02.1992
• 
İnternet saytı http://xocali-ih.gov.az
• 


57
yasda keçirilməsi üçün dünya azərbaycanlılarına 
müraciət etmişdir.
Hər il fevralın 26-da saat 17.00-da Azərbaycan 
xalqı Xocalı soyqırımının qurbanlarının xatirəsini 
yad edir.
Doğma yurdlarından didərgin düşmüş  və 
Azərbaycanın 48 rayonuna səpələnmiş Xocalı 
sakinləri Dağlıq Qarabağ münaqişəsinin  ədalətli 
həlli, Ermənistanın Azərbaycana qarşı təcavüzünün 
dəf edilməsi, ölkənin  ərazi bütövlüyünün bərpa 
edilməsi ümidi ilə yaşayırlar. Onlar dünya xalq-
larına, dövlətlərinə, beynəlxalq təşkilatlara haqq-
ədaləti və  həqiqəti müdafiə etmək, Xocalıda 
törədilmiş terrorizm, etnik təmizləmə faktları-
nı pisləmək barədə müraciətlər edirlər. Heydər 
Əliyev Fondu ötən illər ərzində Xocalı soyqırımı-
nın dünya ictimaiyyətinə, beynəlxalq aləmə çatdı-
rılması istiqamətində böyük işlər görüb. Dünyanın, 
Avropanın onlarla ölkəsində Xocalı soyqırımının 
ildönümlərində  tədbirlərin, sərgilərin keçirilməsi, 
filmlərin nümayiş olunması və sair bu qəbildəndir. 
Xocalı soyqırımına dair müxtəlif dillərdə Heydər 
Əliyev Fondu tərəfindən filmlər hazırlanıb, həmin 
filmlərin təqdimatı keçirilib. Həmçinin Xocalı soy-
qırımı ilə bağlı fotosərgilərin təqdimatı dünyanın 
onlarla ölkəsində düzənlənib. Xocalı soyqırımı 
ilə bağlı xarici kütləvi informasiya vasitələrinin 
əməkdaşlarının qələmə aldıqları  məqalələrin 
sərgisi keçirilib. Bununla yanaşı, “Xocalı uşaqların 
gözü ilə” rəsm sərgisi və sair böyük tədbirlər təşkil 
olunub. Bunlar hamısı Heydər  Əliyev Fondunun 
və  ələlxüsus ölkənin birinci xanımı, millət vəkili 
Mehriban xanım  Əliyevanın Xocalı soyqırımının 
tanıdılması istiqamətində çox böyük xidmətləridir. 
Özü də nəinki Xocalı soyqırımının, ümumilikdə bü-
tün Azərbaycan həqiqətlərinin təbliği istiqamətində 
bu xidmətlər ölçüyəgəlməzdir. Eyni zamanda Ley-
la xanım Əliyeva dünya ictimaiyyətinin diqqətini 
erməni işğalçılarının Azərbaycan xalqına qarşı 
törətdikləri dəhşətli cinayətlər haqqında obyek-
tiv məlumatlara cəlb etmək, sözügedən faciələrə 
beynəlxalq səviyyədə siyasi-hüquqi qiymət 
vermək, eyni zamanda, Azərbaycanın Qarabağ 
münaqişəsində milli maraqlarının müdafiə olunma-
sı məqsədilə “Xocalıya ədalət – Qarabağa azadlıq” 
(“Justice for Khojaly, Freedom for Karabakh”) de-
vizi altında beynəlxalq kampaniyanın keçirilməsi 
təşəbbüsü ilə çıxış etmişdir.
“Xocalıya ədalət!” - dünyada bu kampaniyaya 
qoşulan insanların sayı günü-gündən çoxalmaq-
dadır. Bu kampaniya və  təbii ki, bu istiqamətdə 
görülən işlər bundan sonra da davam edəcək. 
Amma söhbət ondan gedir ki, bizim hər birimiz 
bu kampaniyalara dəstək verməliyik. Harada ya-
şamağından asılı olmayaraq – Azərbaycanda 
da, Azərbaycandan kənarda da. Hərənin gücü 
nəyə çatırsa, Azərbaycan həqiqətlərinin, Xoca-
lı  həqiqətlərinin təbliğ edilməsi, bütövlükdə Qa-
rabağ savaşında  şəhid,  əlil olmuş, yaralanmış 
qəhrəmanlarımızın, ümumən Azərbaycan xal-
qının başına gətirilən bütün müsibətlərin təbliğ 
edilməsi, erməni yalanlarının qarşısının alınması 
istiqamətində öz fəaliyyətini ortaya qoymalıdır. 
Tarix heç nəyi unutmur!
Allah bütün şəhidlərə rəhmət eləsin!
Ə d ə b i y y a t
Xocalı soyqırımı-20: biblioqrafiya /Azərb. Resp. Mədəniyyət və Turizm Nazirliyi, M.F. Axundov ad. Azərb. Milli Kitabxanası tərt. 
M.Məmmədova; burax. məs. və ixt. red. K.Tahirov; red. G.Səfərəliyeva.- Bakı, 2012.- 313 s.
Leyla Əliyeva: “Xocalıya Ədalət!”: Beynəlxalq erməni terroruna qarşı yeni strateji model: üç cilddə /V.Səmədov, R.Vəlizadə; ön sözün 
müəl. R.Hüseynov; baş elmi məsl. A.Mustafayeva; elmi red. İ.Quliyev, C.Bəhramov; red. İ.Məmmədova, S.Sadıxqızı; Azərb. MEA, İnsan 
Hüquqları İn-tu; “Xocalıya Ədalət!” Beynəlxalq Təbliğat və Məlumatlandırma Kampaniyası; “Kaspian İzvestiya” Beynəlxalq İnforma-
siya Agentliyi.-Bakı: [s. n.], 2014.- C.1.- 341 s.; C.2.- 373 s.; C.3.-476 s.
Yaqublu, N. Xocalı soyqırımı /N.Yaqublu; red. Ş.Vəliyev.- Bakı: Elm və təhsil, 2012.- 185 s.
İdrisli, E. “Xocalıya ədalət”/E.İdrisli //Mədəniyyət.- 2014.- 26 fevral.- S.13.
İ n t e r n e t d ə
www.khojaly.org.az
www.azerigenocide.org 


Yüklə 42,04 Kb.

Dostları ilə paylaş:
1   ...   22   23   24   25   26   27   28   29   ...   173




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə