Teqvim-2015. pdf



Yüklə 42,04 Kb.
Pdf görüntüsü
səhifə27/173
tarix13.11.2017
ölçüsü42,04 Kb.
#10093
1   ...   23   24   25   26   27   28   29   30   ...   173

58
MART
 
B.
B.E. 
Ç.A. 
Ç. 
C.A. 
C. 
Ş. 
B. 
B.E. 
Ç.A. 
Ç. 
C.A. 
C. 
Ş. 
B. 
B.E. 
Ç.A. 
Ç. 
C.A. 
C. 
Ş. 
B. 
B.E. 
Ç.A. 
Ç. 
C.A. 
C. 
Ş.
B.
B.E.
Ç.A. 
 









10 
11 
12 
13 
14 
15 
16 
17 
18 
19 
20 
21 
22 
23 
24 
25 
26 
27 
28
29
30 
31

Bеynəlxalq Qadınlar Günü (08.03.1910)
• 
Qızıl Aypara Günü (10.03.2008)
• 
Milli Tеatr Günü (10.03.1873) 
• 
Beynəlxalq Novruz Günü (21.03.2010)
• 
Milli Təhlükəsizlik Orqanları İşçilərinin Peşə 
• 
Bayramı Günü (28.03.1997)
Azərbaycanlıların Sоyqırımı günü (31.03.1918)
• 
Ü.Hacıbəyli bəstəkar, alim, yazıçı, publisist və siyasi xadim kimi çoxşaxəli 
fəaliyyəti ilə yanaşı, Şərqdə ilk operanın banisi kimi də məşhurdur. Azərbaycan milli 
opera sənətinin tarixi Ü.Hacıbəylinin 1908-ci il yanvarın 12-də Bakıda Hacı Zeyna-
labdin Tağıyevin teatrında göstərilən “Leyli və Məcnun” operası ilə başlandı. “Leyli 
və Məcnun” ilə musiqi tarixində operanın yeni növü – muğam operası meydana gəldi.
Böyük Üzeyirin “Leyli və Məcnun” operasının yubileyi ölkəmizlə yanaşı, Heydər 
Əliyev Fondunun Prezidenti Mehriban Əliyevanın dəstəyi ilə YUNESKO-da da 
təntənəli şəkildə qeyd olunmuşdur. 
Türksoy Türkiyədə keçirilən 11-ci Opera günlərini də “Leyli və Məcnun” opera-
sının yüz illiyinə həsr etmişdi...
1937-ci il aprelin 30-da  Azərbaycan Opera və Balet  Teatrın-
da ilk dəfə tamaşaya qoyulan “Koroğlu” operası Hacıbəyli yaradıcı-
lığının zirvəsini  təşkil edir. Xalq qəhrəmanlıq dastanının motivlərinə 
əsaslanan “Koroğlu” operası Azərbaycanda ilk klassik opera hesab olunur. 
Müsəlman şərqində ilk operetta da Üzeyir Hacıbəylinin adı ilə bağlıdır. Bəstəkarın 
ilk musiqili komediyası üç pərdədən ibarət “Ər və arvad” əsəridir. Bu əsər Azərbaycanda 
musiqili komediyanın ilk nümunəsidir. Əsərin ilk tamaşası 1910-cu ildə olmuşdur. 
Sonralar “O olmasın, bu olsun” , “Arşın mal alan” operettalarını yazmışdır. Operetta 
70-ə yaxın xarici dilə tərcümə edilmiş, 100-dən çox teatrın səhnəsində oynanılmışdır. 
“Arşın mal alan”dörd dəfə ekranlaşdırılmış, dəfələrlə qrammofon valına yazılmışdır. 
Ü.Hacıbəylinin “Arşın mal alan” musiqili komediyası ingilis, alman, çin, 
ərəb,  fars, polyak, ukrayna, belorus, gürcü və s. dillərə  tərcümə edilmişdir. 
1 mart 
Gün çıxır 07:16 
Gün batır 18:31
31 mart 
Gün çıxır 07:26  
Gün batır 20:04
19 fevral- 
20 mart
Balıq bürcünün 
Nişanı sudur. 
Yupiter və 
Neptunun 
himayəsindədir. 
Günəşin Balıqlar 
bürcündən keçdiyi 
dövrdə doğulanlar 
incə intuisiyalı 
olmaqla yanaşı, 
daim bir narahatlıq 
hissi də keçirirlər.
130 il
1885-1948
Üzeyir Hacıbəyli


59
Milli ədəbiyyat
Şair,  ədəbiyyatşünas Cəfərpur  İsmayıl Qəhrəman oğlunun (05.03.1925-
18.02.1977) anadan olmasının 90 illiyi
Yazıçı şair, tərcüməçi Rzaquluzadə Mikayıl Manaf oğlunun (17.03.1905- 
10.11.1984) anadan olmasının 110 illiyi
Nasir Nəzərli Hacıbaba Hacı Ələsgər oğlunun (22.03.1895 - 28.01.1938) 
anadan olmasının 120 illiyi
Xalq yazıçısı, ictimai xadim Rəhimov Süleyman Hüseyn oğlunun 
(22.03.1900-11.10.1983) anadan olmasının 115 illiyi
Əməkdar incəsənət xadimi, dramaturq Mahmudov Sabit (Sabit Rəhman) 
Kərim oğlunun (26.03.1910-05.12.1970) anadan olmasının 105 illiyi
Folklor
Aşıq, şair Əhmədov Oruc Vəli oğlunun (19.03.1920 - 19.07.1976) anadan    
olmasının 95 illiyi
Rəssamlıq.Heykəltəraşlıq.Memarlıq
Xalq rəssamı Xanlarov Kamil Əli Abbas oğlunun (09.03.1915-1996) anadan 
olmasının 100 illiyi
Musiqi.Opera.Balet
SSRİ Xalq artisti, balerina, baletmeyster Almaszadə Qəmər Hacağa   qızının 
(10.03.1915-07.04.2006) anadan olmasının 100 illiyi
Xalq artisti, xanəndə Əkbərov Canəli Xanəli oğlunun (10.03.1940) anadan 
olmasının 75 illiyi
Əməkdar incəsənət xadimi, pianoçu, bəstəkar Mustafazadə Vaqif Əziz 
oğlunun (16.03.1940-16.12.1979) anadan olmasının 75 illiyi
Alman bəstəkarı Bax İohan Sebestyanın (21.03.1685 - 28.07.1750) anadan 
olmasının 330 illiyi
Xalq artisti, professor Abbasov Əşrəf Cəlal oğlunun (23.03.1920-1992) 
anadan olmasının 95 illiyi
Xalq artisti Abdullayev Əlibaba Abdulla oğlunun (23.03.1915-09.08.1980) 
anadan olmasının 100 illiyi
2015
MART
64
65
66
67
70
68
63
69


60
Teatr. Kino
Xalq artisti Səfərov (Səfəroğlu) Bəşir Səfər oğlunun (11.03.1925 - 
24.03.1969) anadan olmasının 90 illiyi
Xalq artisti Həmzəyeva Zəroş Mirzəbağır qızının (22.03.1925-05.06.2004) 
anadan olmasının 90 illiyi
SSRİ Xalq artisti  Ələkbərov Ələsgər Hacağa oğlunun (26.03.1910 
- 31.01.1963) anadan olmasının 105 illiyi
Xalq artisti Məmmədova  Şəfiqə Haşım qızının (30.03.1945) anadan 
olmasının 70 illiyi
Milli Qəhrəmanlar
Azərbaycanın Milli Qəhrəmanı Rüstəmov Məzahir İzzət oğlunun  (02.03.1960 
- 08.08.1992) anadan olmasının 55 illiyi
Azərbaycanın Milli Qəhrəmanı  Mənsurov Bəhruz Qəhrəman oğlunun 
(13.03.1975 - 16.03.1995) anadan olmasının 40 illiyi
Azərbaycanın Milli Qəhrəmanı Qasımov İxtiyar Qasım oğlunun (22.03.1970 
- 14.07.1992) anadan olmasının 45 illiyi
Siyasət.Hərbi iş
Azərbaycan Xalq Cümhuriyyətinin görkəmli dövlət xadimi Hacınski 
Məhəmməd Həsən Cəfərqulu oğlunun (03.03.1875 - 09.02.1931) anadan 
olmasının 140 illiyi 
General-mayor, şərqşünas alim, Azərbaycan Demokrartik Respublikasının 
Daxili işlər nazirinin müavini Məhəmməd Sadıq bəy Hacı  İsmayıl oğlu 
Ağabəyzadənin (05.03.1865 - 09.10.1944) anadan olmasının 150 illiyi
Fəlsəfə.İqtisadiyyat. Hüquq
Dövlət xadimi və iqtisadçı  Vəkilov  İlyas Sultan oğlunun (20.03.1905 - 
02.06.1987) anadan olmasının 110 illiyi 
Əməkdar inşaatçı, dövlət xadimi Hacıyev Zülfü Saleh oğlunun (22.03.1935 
- 20.11.1991) anadan olmasının 80 illiyi
Əməkdar elm xadimi, iqtisad elmləri doktoru, professor Əlirzayev  Əli 
Qənbərəli oğlunun (30.03.1945) anadan olmasının 70 illiyi 
Tarix
Tarix elmləri doktoru, AMEA-nın müxbir üzvü Babayev İlyas Atababa 
oğlunun (23.03.1935) anadan olmasının 80 illiyi
Əməkdar elm xadimi, tarix elmləri doktoru, professor Məmmədov  İsaq 
Mustafa oğlunun (24.03.1925 - 08.11.2011) anadan olmasının 90 illiyi
Tarix elmləri doktoru, professor Fərzəliyev Şahin Fazil oğlunun (27.03.1940) 
anadan olmasının 75 illiyi
74
77
79
80
78
76
75
71
72
73


Yüklə 42,04 Kb.

Dostları ilə paylaş:
1   ...   23   24   25   26   27   28   29   30   ...   173




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə