Teqvim-2015. pdf



Yüklə 42,04 Kb.
Pdf görüntüsü
səhifə30/173
tarix13.11.2017
ölçüsü42,04 Kb.
#10093
1   ...   26   27   28   29   30   31   32   33   ...   173

66
Musiqi.Opera.Balet
100 
illiyi
MART
8
Qəmər Hacağa qızı Almaszadə 1915-
ci il mart ayının 10-da Bakı  şəhərində 
anadan olmuşdur. 
Mühafizəkar müsəlman atasından 
gizli olaraq Qəmər özəl balet studiosuna 
yazılmışdı (daha sonra studio Bakı Xo-
reoqrafiya Məktəbinə çevrildi). Atasını 
baletlə yox, idmanla məşqul olduğuna 
inandırmışdı. Lakin bir neçə ildən son-
ra sirrin üstü açılmışdı. Qəmərin atası 
əvvəllər qəzəblənsə  də, sonralar teatra 
gizlicə  gəlir və  qızının çıxışlarında ta-
maşaçılar arasında tez-tez görünürdü.
1930-cu ildə Qəmər Almaszadə Xo-
reoqrafiya Məktəbini bitirib, Azərbaycan 
Dövlət Opera və Balet Teatrında işləməyə 
başlayır. Bu arada həmçinin Ali Pedaqo-
ji məktəbinə də daxil olmuşdu.
1932-ci ildə Reynhold Qlierin 
“Şahsənəm” operasında ikinci dərəcəli 
rola seçilmişdi. 1933-cü ildə indiki 
Sankt-Peterburqda Leninqrad Xoreoq-
rafiya Məktəbinə daxil olmuş  və orada 
məşhur balerina Qalina Ulanovanın ana-
sı Mariya Romanovanın sinfində oxu-
muşdur. 1936-cı ildə ali məktəbi bitirib 
Bakıya qayıtmışdır. 
1937-ci ildə Azərbaycan Dövlət Fi-
larmoniyasının nəzdində Azərbaycan 
Dövlət Mahnı  və  Rəqs ansamblının 
əsasını qoymuşdur. Üzeyir Hacıbəylinin 
rəhbərliyi ilə Azərbaycan  əyalətlərinə 
elmi səyahət təşkil edib ilk mənbədən 
xalq rəqsləri haqqında məlumat topla-
mışdır. 
1939-cu ildə Bakı Xoreoqrafiya 
Məktəbində ilk rəqs dərsini demiş, sonra-
lar həmin məktəbin direktoru olmuşdur. 
1940-cı ildə  Əfrasiyab Bədəlbəylinin 
“Qız Qalası” baletində ilk professional 
çıxışını etmişdir. Sonralar Fransada, 
Hindistanda, Nepalda da səhnəyə  çıx-
mışdır. 
1970-ci ildə  İraq Xalq Rəqsləri an-
samblını qurmaq üçün Bağdada dəvət 
olunmuşdur. 
1950-ci illərdə baleti tərk etsə  də 
1990-cı illərin sonunadək Bakı Xoreoq-
rafiya Məktəbinin direktoru kimi çalış-
mışdır.
Görkəmli balet ustasının keçdi-
yi parlaq və  şərəfli sənət yolu daim 
yüksək qiymətləndirilmişdir. O, 1940-
cı ildə  “Əməkdar artist”, 1943-cü ildə 
“Azərbaycanın Xalq artisti”, 1959-cu 
ildə “SSRİ-nin Xalq artisti” fəxri adları-
na layiq görülmüşdür. SSRİ Dövlət mü-
kafatı laureatı olmuş, bir sıra orden və 
medallarla, müstəqil Azərbaycan Res-
publikasının ali mükafatı olan “Şöhrət” 
ordeni ilə təltif edilmişdir. 
Azərbaycan Respublikası Prezidenti-
nin fərdi təqaüdçüsü olmuşdur.
Dövlət başçısı cənab İlham Əliyevin 
Sərəncamı ilə Xalq artisti Qəmər Almas-
zadənin xatirəsi  əbədiləşdirilmiş, onun 
yaşadığı binaya xatirə lövhəsi vurul-
muşdur.
Qəmər Hacağa qızı Almaszadə 2006-
cı il aprel ayının 7-də vəfat etmişdir.
Ə d ə b i y y a t
Cəbiyeva, T. Qəmər 
Almaszadə //T.Cəbiyeva. 
Bakı kəndlərinə 
səyahətim.-Bakı, 2013.- 
S.75.
Qəmər Almaszadə            
//Qadınlar Azərbaycanın 
musiqi həyatında.- Bakı, 
2004.- S.30-31. Rus və 
Azərb. dillərində.
Qəmər Almaszadə //Vəzir, 
Mehriban. Dəyişikliklərə 
cəsarəti çatan örnək 
xanımlar /Rasional 
İnkişaf uğrunda Qadınlar 
Cəmiyyəti.- Bakı, 2008.-
S.43-45.
Oktay. İlk azərbaycanlı 
balerina /Oktay //Xalq 
cəbhəsi.- 2012.- 31 may.- 
S.13.
Rəhimli, İ. Qəmər 
Almaszadə /İ.Rəhimli      
//Azərbaycan teatr tarixi.-
Bakı, 2005.- S.567.
İ n t e r n e t d ə
www.anl.az
www.adam.az
www.az.wikipedia.org
www.musigi-dunya.az
www.bibliotekar.ru
 
Balerina
Qəmər Almaszadə 
1915-2006
10


67
Musiqi.Opera.Balet
75 
illiyi
Canəli Əkbərov  
1940
Canəli Xanəli oğlu Əkbərov 1940-
cı il mart ayının 10-da Lənkəran ra-
yonunun Tükəvilə  kəndində anadan 
olmuşdur. Atası Xanəli  Əkbərov ta-
nınmış xanəndə olub, çox nüfuzlu mu-
ğamatçı  Kərbəlayi Ağaməhəmmədin 
oğludur. Canəli  Əkbərov muğamın 
sirrlərini atasından öyrənmişdir.
O, musiqi təhsilini Bakıda Azərbay-
can Dövlət Musiqi Məktəbində almış-
dır. 
Müəllimləri Seyid Şuşinski və 
Xan  Şuşinskidən muğam ifaçılığının 
sirlərini mənimsəmiş  və öz ifaçılıq 
qabiliyyətini təkmilləşdirmişdir. 
Canəli  Əkbərov 1965-ci ildən 
1975-ci ilədək Azərbaycan Dövlət Fi-
larmoniyasının, 1976-cı ildən bu günə 
kimi Azərbaycan Dövlət Opera və Ba-
let Teatrının solistidir.
Xanəndə bu teatr səhnəsində mu-
ğam operalarında bir sıra yadda-
qalan obrazlar yaratmışdır. “Ley-
li və  Məcnun”da Məcnun, “Əsli və 
Kərəm”də  Kərəm, “Aşıq Qərib”də 
Qərib, “Gəlin qayası”nda Camal, “Şah 
İsmayıl”da  Şah  İsmayıl, “Sevil”də 
Azançı, “Aldanmış  kəvakib”də isə 
Axund ifaçının əsas rollarıdır.  
Canəli  Əkbərov xarici ölkələrdə 
- Almaniya, Mali, Avstriya və s. 
ölkələrdə dəfələrlə qastrol səfərlərində 
olmuşdur.
Səmərqənddə keçirilən Şərq musiqi 
simpoziumunda və Kuybışevdə  Şərq 
xalqlarının musiqi festivalında böyük 
nailiyyət əldə etmişdir.
Onun ifa etdiyi bütün muğamlar, 
dəsgahlar vallara və disklərə yazılmış-
dır. 
Hal-hazırda Canəli  Əkbərov mu-
ğam müəllimi kimi gənc xanəndələr 
nəslini yetişdirir. 1992-ci ildən Bakı 
Musiqi Kollecində muğam ifaçılığın-
dan dərs demişdir. Hazırda Azərbaycan 
Dövlət Mədəniyyət və İncəsənət Uni-
versitetinin professoru, Elmi şurasının 
üzvü, Muğam sənəti kafedrasının mü-
diri vəzifəsində çalışır.  
Yetişdirdiyi tələbələr bu gün yüksək 
nailiyyətlər qazanmışlar.   
2010-cu ilin mart ayında Heydər 
Əliyev Fondu Xalq artisti, professor 
Canəli  Əkbərovun 70 illik yubileyi 
münasibətilə xanəndənin həyat və ya-
radıcılığına həsr olunmuş musiqi albo-
munu nəşr edib. Musiqi albomu kitab, 
3 CD və DVD-dən ibarətdir. Albomda 
ustad xanəndənın uşaqlıq və  gənclik 
illərindən söhbət açılıb. 
Dövlət xanəndənin yaradıcılığını 
yüksək qiymətləndirmiş, o, 1989-cu 
ildə “Azərbaycan Respublikasının 
Əməkdar artisti”, 1992-ci ildə isə 
“Xalq artisti” fəxri adlarına layiq görül-
müşdür. Azərbaycan Prezidenti İlham 
Əliyev Azərbaycan muğam sənətinin 
inkişafında və təbliğində xidmətlərinə 
görə muğam ustası Canəli  Əkbərovu 
2002-ci ildə “Şöhrət” ordeni ilə, 2010-
cu ildə “Şərəf” ordeni ilə təltif etmiş-
dir.
Xanəndə
Ə d ə b i y y a t 
Canəli Əkbərov-70 [Elekt-
ron resurs] /Heydər Əliyev 
Fondu; [tərt. ed. B.Axundov; 
mətnin müəl. M.Çəmənli; 
red. G.Mehdiyeva; tərc. 
B.Hacıyev].- Bakı [Heydər 
Əliyev Fondu]: [Təhsil 
NPM], 2010.-4 CD; 12 sm., 
8 sm. + Qoşma kitab (104 s., 
şəkilli; 26 x 24 sm.)
Çəmənli, M. Muğam onun 
həyatıdır //M.Çəmənli Sənət 
hekayələri.-Bakı, 2014.-
S.513-527.
Tahir, R. Yarım əsr muğamın 
xidmətində: [Azərbaycan 
Dövlət Filarmoniyasın-
da Xalq artisti Canəli 
Əkbərovun 70 illik yubile-
yinin keçirilməsi haqqında] 
//Xalq qəzeti.- 2010.- 20 
mart.- S. 10.
İ n t e r n e t d ə
www.anl.az
www.az.wikipedia.org
www.heydar-aliyev-
foundation.org
www.kepeztv.az
www.mugamradio.az
MART
10


Yüklə 42,04 Kb.

Dostları ilə paylaş:
1   ...   26   27   28   29   30   31   32   33   ...   173




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə