Teqvim-2015. pdf



Yüklə 42,04 Kb.
Pdf görüntüsü
səhifə31/173
tarix13.11.2017
ölçüsü42,04 Kb.
#10093
1   ...   27   28   29   30   31   32   33   34   ...   173

68
Musiqi.Opera.Balet
75 
illiyi
Vaqif Mustafazadə 
1940-1979
MART
 Vaqif Əziz oğlu Mustafazadə 1940-
cı il mart ayının 16-da Bakı  şəhərində 
İçərişəhərdə anadan olmuşdur. 
1963-cü ildə Asəf Zeynallı adına 
Bakı Musiqi Kollecini bitirib, Bakı Mu-
siqi Akademiyasına daxil olmuşdur. İlk 
məşhurluqda elə bu zaman gəlmişdir. 
Vaqif  burada kiçik konsertlər verir, 
klublarda çıxış edirdi. O, əsasən klassik 
caz, bluz və oynaq mahnılar ifa etmiş-
dir. V.Mustafazadə Fortepiano və sim-
fonik orkestr üçün konsertin, “Muğam” 
simfoniyasının (tamamlanmamış), bir 
sıra caz kompozisiyalarının və pyeslərin 
müəllifidir.
Vaqif Mustafazadə Azərbaycan caz 
musiqisinin banisi və yeni caz fikrinin 
(devizinin) təsisçisidir. O, Azərbaycan 
musiqisinin, muğamın klassik Amerikan 
caz musiqisi ilə sintezini yaratmışdır. 
Onun yeni devizi Caz-Muğam adlanır. 
O, Azərbaycan Muğam Caz Hərəkatının 
memarıdır. 
1965-ci ildə Gürcüstan Dövlət Fi-
larmoniyasında “Qafqaz” adlı trionu, 
1970-ci ildə “Leyli” vokal kvartetini 
yaradır.
1971-ci ildən 1977-ci ilə kimi “Se-
vil” vokal-instrumental qrupuna başçı-
lıq edir.
1977-ci ildən 1979-cu ilə kimi “Mu-
ğam” instrumental qrupuna başçılıq 
edərək “Tallin-66” və “Tbilisi-78” caz 
festivallarının laureatı olmuşdur.
1978-ci ildə Monakoda keçirilən 8-ci 
Beynəlxalq Caz Festivalında “Əzizəni 
gözləyirəm” musiqisinə görə birincilik 
mükafatı almışdır.
1979-cu ildə ona “Azərbaycanın 
Əməkdar incəsənət xadimi” fəxri adı 
verilmişdir.
1982-ci ildə, ölümündən sonra 
Azərbaycan Dövlət Mükafatına layiq 
görülmüşdür. 
2012-ci ildə Heydər  Əliyev Fondu 
və Heydər  Əliyev Mərkəzinin birgə 
layihəsi çərçivəsində Azərbaycan mu-
siqisinin görkəmli nümayəndəsi, caz 
və muğamı özünəməxsus  şəkildə sin-
tez edən, yeni və ecazkar bir musiqi 
janrı yaradan, improvizə ustadı Vaqif 
Mustafazadəyə həsr olunmuş musiqi al-
bomu nəşr edilmişdir. Alboma kitab və 
CD daxildir. CD-də sənətkarın 17 əsəri 
toplanmışdır.
“Qaynaqlar”, “Həyatı  və yaradıcı-
lığı”, “Vaqif irsi” fəsillərindən ibarət 
olan kitabda Vaqif Mustafazadənin 
qısa, lakin çox mənalı həyatından, par-
laq və  təkrarolunmaz yaradıcılığından, 
onun  əhatəsindən, müəllimlərindən, 
sənət dostlarından və doğmalarından 
ətraflı  bəhs olunur. Nəşrdə  həmçinin 
Azərbaycanda caz musiqisinin yaran-
ması, təşəkkülü və inkişaf mərhələləri 
də öz əksini tapmışdır. Kitab sənətkarın 
həyatının müxtəlif anlarının əks olundu-
ğu fotolarla zəngindir.
Vaqif Mustafazadə 1979-cu il dekabr 
ayının 16-da Daşkənddə qastrol zamanı 
ürək tutmasından vəfat etmişdir. Bakıda 
dəfn olunmuşdur.
Ə d ə b i y y a t
Düşüncə [Notlar]: fortepi-
ano üçün /V.Mustafazadə.-
Bakı: [s.n.] , 197?.- 8 s.  
Mustafazadə, Vaqif Əziz 
oğlu. Mart ayı [Not-
lar]: fortepiano üçün 
/V.Mustafazadə.- Bakı, 
197?- 4 s. 
Fərhadov, R. Vaqif 
Mustafazadə əfsanəsi, 
tarixi, həyatı, yaradıcılı-
ğı /R.Fərhadov; Heydər 
Əliyev Fondu.- Bakı, 2012.-
255 s.
Əfəndiyeva, İ. Vaqif 
Mustafazadənin musiqi 
dilinin novatorluğu /İmruz 
Əfəndiyeva //Musiqi dünya-
sı.- №1-2.- 2010.- S.17-19.
Heydərova, Ü. Vaqif 
Mustafazadə - barmaqla-
rında muğam ətri /Ülviyyə 
Heydərova //Kaspi.- 2010.- 
9 aprel.- S.13.
İ n t e r n e t d ə
www.adam.az
www.anl.az
www.az.wikipedia.org
www.vagif.musigi-dunya.az
www.music.day.az
www.youtube.com
24
Bəstəkar
MART
16


69
MART
23
Musiqi.Opera.Balet
95
 illiyi
Əşrəf Abbasov  
1920-1992   
Əşrəf Cəlal oğlu Abbasov 1920-ci 
il mart ayının 23-də Şuşada anadan ol-
muşdur. 
O, ilk musiqi təhsilini tar ixtisası üzrə 
Şuşa musiqi məktəbində almışdır. Tar 
üçün kiçik həcmli pyeslərilə tanış ol-
duqdan sonra Üzeyir Hacıbəyli onun is-
tedadını hiss etmiş və 1936-cı ildə Bakı-
ya oxumağa dəvət etmişdir. Azərbaycan 
Dövlət Konservatoriyasında oxuduğu 
illərdə dahi bəstəkarımız Ü.Hacıbəyli 
ilə ünsiyyətdə olması Əşrəf Abbasovun 
dünyagörüşünün, yaradıcılığının forma-
laşmasına böyük təsir göstərmişdir. 
1948-ci ildə Azərbaycan Konservato-
riyasını, 1952-ci ildə isə Moskva Dövlət 
Konservatoriyasının aspiranturasını bi-
tirmişdir.
Əşrəf Abbasovun fəaliyyətinin bir 
sahəsi də musiqi elmi ilə bağlı olmuş-
dur. Azərbaycan musiqisinin nəzəri 
problemlərini araşdıran tədqiqatçı-alim 
Əşrəf Abbasov 1952-ci ildə Moskvada 
“Üzeyir Hacıbəyov və onun “Koroğlu” 
operası” mövzusunda dissertasiya işini 
müdafiə edərək sənətşünaslıq namizədi 
alimlik dərəcəsinə layiq görülmüşdür. 
O, respublikamızın bəstəkarları arasın-
da ilk sənətşünaslıq namizədi idi. 
1947-1948-ci illərdə Asəf Zeynallı 
adına Musiqi Texnikumunun direktoru 
olmuş, sonra isə pedaqoji fəaliyyətini 
Ü.Hacıbəyov adına Azərbaycan Dövlət 
Konservatoriyasında davam etdirmiş-
dir. 
O, müəyyən dövrlərdə 1953-1957-ci 
illərdə konservatoriyanın rektoru, 1957-
1972-ci illərdə Bəstəkarlıq kafedrasının 
müdiri vəzifələrində çalışmışdır. 
1965-ci ildə Azərbaycanda ilk uşaq 
baleti olan “Qaraca qız” baletinin, forte-
piano və orkestr üçün konsertin (1946), 
simfonik orkestr üçün “Konsertino”nun 
(1948), “Şuşa” (1945), “Gələcək gün” 
(1952), “Dramatik” (1953) simfonik po-
emalarının, “Səndən mənə yar olmaz” 
(1963), “Dağlar qoynunda” (1970) ope-
rettalarının, bir çox instrumental əsərin, 
xor, mahnı və romansın müəllifidir. 
1968-ci ildə  Ə.Abbasova professor 
elmi rütbəsi verilmişdir.
O, həmçinin fəal ictimai xadim kimi 
1943-cü ildən Azərbaycan Bəstəkarlar 
İttifaqının üzvü seçilmiş, bu təşkilatın 
I qurultayından başlayaraq ömrünün 
sonunadək  İdarə Heyətinin üzvü ol-
muşdur. Bütün ömrünü, istedadını  və 
yaradıcılığını musiqimizin inkişafına 
həsr etmiş  Əşrəf Abbasovun adı mu-
siqi tariximizdə  əbədi həkk olunmuş, 
onun  əsərləri xalqımızın qəlbində 
özünəməxsus yer tutmuşdur.
Musiqi sahəsindəki xidmətlərinə görə 
1963-ci ildə  bəstəkara “Azərbaycanın 
Əməkdar incəsənət xadimi” fəxri adı 
verilmişdir. 
Əşrəf Abbasov 1992-ci ildə Bakıda 
vəfat etmişdir.
Ə d ə b i y y a t
Azərbaycanda ilk uşaq 
baletinin müəllifi:Üzeyir 
bəyin davamçısı Əşrəf 
Abbasov //Azadlıq.- 
2013.- 9 aprel.- S.14.
Mahmudova, C. Əşrəf 
Abbasovun mahnılarının 
poetik mətnlərinin bəzi 
xüsusiyyətlərinə dair 
/C.Mahmudova //Musiqi 
dünyası.- №3-4.- 2010.- 
S.42-45.
Мамедова, Л. 
Отрывки из балета 
Ашрафа Аббасова 
“Чернушка” (для двух 
фортепиано) [Hоты]: 
учебное пособие /сост. 
Л.Мамедова; науч. 
ред. Г.Абдуллазаде; 
рец. Д.Аббасов [и др.]; 
М-во Образ. Азерб. 
Респ., Бакинская 
Муз. Акад. имени 
Уз.Гаджибейли.-Баку: 
[б.и.], 2012.- 74 с. 
İ n t e r n e t d ə
www.anl.az
adam.az
www.az.wikipedia.org
www.musigi-dunya.az
shusha.az
Bəstəkar


Yüklə 42,04 Kb.

Dostları ilə paylaş:
1   ...   27   28   29   30   31   32   33   34   ...   173




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə