Teqvim-2015. pdf


Baletmeyster Musiqi.Opera.Balet 100



Yüklə 42,04 Kb.
Pdf görüntüsü
səhifə32/173
tarix13.11.2017
ölçüsü42,04 Kb.
#10093
1   ...   28   29   30   31   32   33   34   35   ...   173

70
Baletmeyster
Musiqi.Opera.Balet
100 
illiyi
23
MART
Əlibaba Abdullayev 
1915-1980
Ə d ə b i y y a t
Abdullayeva, E. 
Əlibaba Abdullayev 
/E.Abdullayeva; red. 
M.Teymurov.- Bakı: Adiloğ-
lu, 2005.- 120 s. 
Çəmənli, M. İlk 
Azərbaycan rəqs ansamb-
lı: Əlibaba Abdulla oğlu 
Abdullayev //Mustafa 
Çəmənli. Sənət hekayələri.- 
Bakı, 2014.- S.79-80.
Kazımzadə, A.  Rəqsimizin 
korifeyi /A.Kazımzadə                 
//Mədəniyyət.- 2010.- 5 
fevral.- S.10.
Sənəti böyüdən sənətkar. 
Xalq artisti Əlibaba Ab-
dullayev [Elektron resurs]: 
sənədli film /quruluşçu 
rejissor V. Mirzəyeva.- 
DVD.- Bakı [s.n.] 2009.- 1 
elektron. opt. disk (DVD) 
İ n t e r n e t d ə
www.az.wikipedia.org
www.anl.az
www.freemp3go.org
www.mct.gov.az
Əlibaba Abdulla oğlu Abdulla-
yev 1915-ci il mart ayının 23-də Bakı 
şəhərində anadan olmuşdur. 
O, ifaçılıq fəaliyyətinə 1930-cu 
illərdə Azərbaycan Dövlət Filarmoni-
yası Mahnı və Rəqs Ansamblının solisti 
kimi başlamışdır.
 Onun yaradıcılıq bioqrafiyası milli 
rəqs sənətinin təbliğinə  və inkişafına 
həsr olunmuşdur.
Ə.Abdullayevin sənəti xalqa ya-
xın, quruluş verdiyi rəqslərin hamısı 
mənalı, rəngarəng olmuşdur: “Ço-
banlar”, “Bənövşə”, “Bulaq başı”, 
“Bahar”, “Ay gözəl”, “Qazağı”, 
“Məzəli rəqs”, “Qaytağı”, “Gəlin 
tərifi”,“Nağaraçılar”rəqsləri və s.
1940-cı illərin 
əvvəllərində 
Azərbaycan Dövlət Mahnı  və  Rəqs 
Ansamblının rəqs qrupuna rəhbərlik et-
mişdir. Eyni zamanda M.Maqomayev 
adına Azərbaycan Dövlət Filarmoniya-
sının baş baletmeyster kimi də fəaliyyət 
göstərmişdir.
Ü.Hacıbəylinin “Arşın  mal alan” 
operettasında, Z.Hacıbəylinin “Aşıq 
Qərib”, Z.Paliaşvilinin “Daisa” ope-
ralarında və bir sıra bədii  filmlərdə 
onun quruluş verdiyi parlaq və koloritli 
folklor rəqsləri respublika ictimaiyyəti 
tərəfindən yüksək qiymətləndirilmişdir.
Əlibaba müəllimin həm də gözəl səsi 
vardı. O, səhnədə həm rəqs edir, həm də 
oxuyurdu. Azərbaycan Televiziyasının 
radioya aid arxivində  Ə.Abdullayevin 
lent yazıları durur. “Muleyli”, “Bir 
dənəsən”, “Dilbərim”, “Sarı gəlin” mah-
nıları onun ifasında məlahətlə səslənir.
Bakının bir sıra institutlarında, o 
cümlədən M.F.Axundov adına Rus dili 
və Ədəbiyyatı İnstitutunda (indiki Bakı 
Slavyan Universiteti) Ə.Abdullayev 
“Lalə” özfəaliyyət ansamblını yaratmış-
dır. Bu ansambl müsabiqələrdə diplom 
və fəxri fərmanlara layiq görülmüşdür. 
“Əhməd haradadır?” kinokomediyasın-
da Ə.Abdullayevin quruluş verdiyi ma-
raqlı “Üzüm yığımı” kompozisiyasını 
“Lalə” özfəaliyyət ansamblı ifa etmiş-
dir.  Ə.Abdullayevin “Vətən və  cəbhə” 
xoreoqrafiya kompozisiyası, “Xalqlar 
dostluğu” məhsul süitaları, “Vağza-
lı”, “Yallı”, “Nəlbəki” rəqsləri və b. 
Azərbaycan xoreoqrafiya sənətinin qı-
zıl fonduna daxil olmuş bir çox başqa 
rəqslər geniş şöhrət qazanmışdır.
  Ə.Abdullayev Azərbaycan Dövlət 
Mahnı  və  Rəqs Ansamblının bədii 
rəhbəri olmuş, respublikada özfəaliyyət 
rəqs sənətinin inkişafına böyük qüvvə 
və əmək sərf etmişdir.
 Azərbaycan rəqs sənətinin in-
kişafında böyük xidmətlərinə görə 
Ə.Abdullayev “Azərbaycan SSR-nin 
Xalq artisti” fəxri adına layiq görül-
müşdür.
 O, SSRİ medalları ilə, Azərbaycan 
SSR Ali Soveti Rəyasət heyətinin Fəxri 
fərmanları ilə təltif edilmişdir.
Görkəmli sənətkar Əlibaba Abdulla-
yev 1980-ci il avqust ayının 9-da vəfat 
etmişdir.


71
90 
illiyi
Bəşir Səfəroğlu  
1925-1969
MART
Bəşir Səfər oğlu Səfərov (Səfəroğlu) 
1925-ci il mart ayının 11-də Bakıda 
anadan olmuşdur. 
Yeddiillik təhsilini Bakıda almış, on 
dörd yaşından  şoferlər klubunun dram 
dərnəyinə getmişdir. 
İlk dəfə  səhnəyə “Sevil” tamaşa-
sında Gündüz obrazı ilə çıxmışdır. Bir 
il sonra Musiqili Komediya Teatrına 
gəlmiş  və tamaşalarda sözsüz rollarda 
çıxış etmişdir.
1941-ci ilin axırlarında müharibəyə 
yollanan Bəşir bir il sonra kontuziya 
alaraq geri qayıdıb. Dili tutulub və qu-
laqları çox ağır eşidib. Bir müddət fəhlə, 
yük maşınının sürücüsü işləyib. Rejis-
sor Niyaz Şərifov ona məsləhət görüb 
ki, müntəzəm olaraq teatrın tamaşaları-
na gəlsin. O, tamaşalara baxmağa başla-
yıb. Bir müddət sonra isə onu truppaya 
aktyor qəbul ediblər. Yaradıcılıq ehtira-
sı ilə  çırpınan Səfəroğlu həyəcanlanır, 
daxili iztirablar keçirirdi. Ömrünün 
bu gərgin çağlarında o, yuxuda bərk 
həyəcanlanıb və bununla da dili açı-
lıb. Həmin vaxtdan Bəşir Səfəroğlunun 
zəngin aktyorluq tarixçəsi başlayıb. 
1949-cu ildə Musiqili Komediya Teatrı 
bağlandıqdan sonra Bəşir Səfəroğlu bir 
müddət sürücü işləyib. Bir qədər sonra 
filarmoniyanın nəzdində estrada qrupu-
na daxil olub. 
1956-cı ildə Musiqili Komediya Te-
atrı bərpa edilib və bədii rəhbər Şəmsi 
Bədəlbəylinin kollektivə ilk dəvət etdi-
yi aktyorlardan biri də Bəşir Səfəroğlu 
olub. 
Bəşir Səfəroğlu Üzeyir və Zülfü-
qar Hacıbəylinin klassik operettala-
rında,  əsasən isə çağdaş dramaturq və 
bəstəkarların musiqili komediyalarında 
müxtəlif xarakterli, satirik, yumoristik, 
məzhəkəli rollarda çıxış edib.
Bəşir Səfəroğlu cəmi 7 filmə çəkilib.  
“Aygün”, (Əmirxanın dostu), “Qəribə 
əhvalat” (Cəmil), “Əhməd haradadır?” 
(Sərxoş), “Ulduz” (Gülümsərov), “Xoca 
Nəsrəddinin 12 qəbri” (Nəsrəddin), 
“Yun  şal” (Kişi), “Yaşamaq gözəldir, 
qardaşım” (Səfər) bu yeddiliyi təşkil 
edir.
Altmışıncı illərin ortalarında 
Azərbaycan Dövlət Filarmoniyasında 
“Gəlməli, görməli, gülməli” miniatür 
teatrı təşkil olunub. Onun üzvləri Xalq 
artisti  Əliağa Ağayev,  Əməkdar artist 
Müxlis Cənizadə, aktrisa Ofeliya Abba-
sova (Məmmədzadə) və Bəşir Səfəroğlu 
idilər. Bu kollektivdə  Bəşir Səfəroğlu 
onlarla satirik obraz yaradıb.
Rejissor Rauf Kazımovski görkəmli 
gülüş ustası  Bəşir Səfəroğlu haqqında 
eyniadlı  bədii-sənədli televiziya filmi 
çəkib.
Aktyora sənət uğurlarına görə 1964-
cü il iyun ayının 29-da “Azərbaycanın 
Əməkdar artisti”, 1968-ci il iyun ayının 
25-də “Xalq artisti” fəxri adları verilib.
Bəşir Səfəroğlu 1969-cu il mart ayı-
nın 23-də Bakı  şəhərində  vəfat edib. 
Məzarı Bakıda Fəxri Xiyabandadır.
Ə d ə b i y y a t
Abdin, T. Bəşir 
Səfəroğlu: sənətdə keçən 
ömür /T.Abdin; [red. 
E.Həsənov].- Bakı: İşıq, 
1986.- 58, [9] s.
Rəhimli, İ. Həzin ömrün 
nağılı: (Xalq artisti Bəşir 
Səfəroğlunun yaradı-
cılığı haqqında kövrək 
düşüncələr) /İ.Rəhimli.- 
Bakı: Çaşıoğlu, 2004.-  
125 s.
Bəşir Səfəroğlu yanğısı 
/T.Abbaslı //Mədəniyyət.- 
2014.- 12 mart.- S.11.
Əzablı ömür yaşayan 
sənətkar...: Bu gün xalq 
artisti Bəşir Səfəroğlunun 
doğum günüdür //Şərq.- 
2011.- 12 mart.- S.14.
Zümrüd. Bəşir Səfəroğlu - 
85: Bəşir Səfəroğlu isteda-
dı ilə adını kino tariximizə 
qızıl hərflərlə həkk edib     
/Zümrüd //Səs.- 2010.- 13 
mart.- S.12.
İ n t e r n e t d ə
www.az.wikipedia.org
www.anl.az
www.youtube.com
31
Aktyor
MART
11
Teatr.Kino


Yüklə 42,04 Kb.

Dostları ilə paylaş:
1   ...   28   29   30   31   32   33   34   35   ...   173




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə