Teqvim-2015. pdf


Milli Qəhrəmanlar Bəhruz Mənsurov



Yüklə 42,04 Kb.
Pdf görüntüsü
səhifə35/173
tarix13.11.2017
ölçüsü42,04 Kb.
#10093
1   ...   31   32   33   34   35   36   37   38   ...   173

76
Milli Qəhrəmanlar
Bəhruz Mənsurov 
1975-1995  
Milli Qəhrəman
Ə d ə b i y y a t 
“Azərbaycan Respublikasının hərbi qulluqçularının və polis işçilərinin bir qrupuna “Azərbaycanın Milli Qəhrəmanı” adı verilməsi haq-
qında”: [Mənsurov Bəhruz Qəhrəman oğlu – Müdafiə Nazirliyi, kursant – Azərbaycan Respublikasının Konstitusiya, dövlət quruluşunun 
müdafiəsi, onun müstəqilliyinin qorunub saxlanılması və dövlət çevrilişi cəhdinin qarşısının alınması zamanı şəxsi qəhrəmanlıq və şücaət 
göstərdiyinə görə]: Azərbaycan Respublikası Prezidentinin Fərmanı, 4 aprel 1995-ci il //Azərbaycan.- 1995.- 5 aprel.- (Ölümündən 
sonra).
Mustafayev, F. Bəhruz - vətənə sipər oğul /Mustafayev F., Aslanov S.- Bakı: Azərbaycan, 1997.- 79 s.
Əsgərov, V. Mənsurov Bəhruz Qəhrəman oğlu //Vüqar Əsgərov. Azərbaycanın Milli Qəhrəmanları.- Yenidən işlənmiş II nəşri.- Bakı: 
Dərələyəz-M, 2010.- S.182.
Mənsurov Bəhruz Qəhrəman oğlu //Azərbaycanın Milli Qəhrəmanları: biblioqrafiya /Azərbaycan Milli Kitabxanası; tərt. ed. 
H.Həmidova.- Bakı, 2008.- S.147.
Seyidzadə, M. Mənsurov Bəhruz Qəhrəman oğlu /M.Seyidzadə //Milli qəhrəmanlar zirvəsi.- Bakı, 2010.- S.152.
İ n t e r n e t d ə
www.anl.az
www.az.wikipedia.org
www.e-qanun.az 
www.milliqahraman.az
www.muallim.edu.az
www.zengilan.com
Bəhruz Qəhrəman oğlu Mənsurov 
1975-ci il mart ayının 13-də Yardımlı 
rayonunun Telavar kəndində anadan 
olmuşdur. 
1993-cü ildə Bakı Ali Hərbi 
Komandirlər Məktəbinin sərhəd 
fakültəsinə daxil olmuşdur. 
Bəhruz 1995-ci il Mart hadisələri 
baş verərkən ordu sıralarında xidmət 
edirdi. Ölkə  vətəndaş müharibəsinin 
təhlükəsini yaşadığı bir vaxtda, 20 
yaşlı  Bəhruz da vətənpərvərlik bor-
cunu yerinə yetirirdi. Bəhruza silahlı 
dəstəni zərərsizləşdirmək tapşırıl-
mışdır. Bu vəzifəni yerinə yetirərkən 
namərd gülləsi onu ağır yaraladı. Aldı-
ğı yaradan çoxlu qan itirdiyindən onun 
həyatını xilas etmək mümkün olmadı. 
Subay idi. 
Azərbaycan Respublikası Prezi-
dentinin 04 aprel 1995-ci il tarixli 307 
saylı  Fərmanı ilə  Mənsurov Bəhruz 
Qəhrəman oğlu ölümündən sonra 
“Azərbaycanın Milli Qəhrəmanı” fəxri 
adına layiq görülmüşdür.
Yardımlı rayonunun Telavar 
kəndində dəfn edilmişdir.
Dövlət Sərhəd Xidmətinin Göytəpə 
Sərhəd Dəstəsinin 16-cı zastavası, oxu-
duğu orta məktəb, Sumqayıtın 16-cı 
mikrorayonunda yerləşən bulaq-abidə 
kompleksi qəhrəmanın adını daşıyır.
40 
illiyi
MART
13


77
Ə d ə b i y y a t 
Azərbaycan Respublikasının Müdafiə Nazirliyinin hərbi qulluqçularına “Azərbaycanın Milli Qəhrəmanı” adı verilməsi haqqında: 
[Qasımov İxtiyar Qasım oğlu – dəstə komandiri – Azərbaycan Respublikasının suverenliyi və bütövlüyünün qorunmasında, dinc əhalinin 
təhlükəsizliyinin təmin edilməsində göstərdiyi şəxsi igidlik və şücaətə görə]: Azərbaycan Respublikası Prezidentinin Fərmanı, 7 dekabr 
1992- ci il //Azərbaycan Respublikası Ali Sovetinin Məlumatı.- 1992.- №24.- S.50.- (Ölümündən sonra).
Abbasov, B. Qeyrətli oğul //Abbasov B. Ölərkən dünyaya gələn oğullar.- Bakı, 2004.- S.235-245.
Əsgərov V. Qasımov İxtiyar Qasım oğlu //Vüqar Əsgərov. Azərbaycanın Milli Qəhrəmanları.- Yenidən işlənmiş II nəşri.- Bakı: 
Dərələyəz-M, 2010.- S.155.
Şamiloğlu, S. İxtiyar Qasım oğlu Qasımov //Şamiloğlu S. Şəhid şəhərin şəhid oğulları.- Bakı, 1994.- S.25-26.
İxtiyar Qasım oğlu Qasımov //Azərbaycanın Milli Qəhrəmanları: biblioqrafiya /Azərbaycan Milli Kitabxanası; tərt. ed. H.Həmidova.- 
Bakı, 2008.- S.117-118.
Seyidzadə, M. İxtiyar Qasım oğlu Qasımov /M.Seyidzadə //Milli qəhrəmanlar zirvəsi.- Bakı, 2010.- S.118.
İ n t e r n e t d ə
www.anl.az
www.az.wikipedia.org
www.e-qanun.az 
www.milliqahraman.az
www.muallim.edu.az
MART
22
İxtiyar Qasımov  
1970-1992  
İxtiyar Qasım oğlu Qasımov 1970-
ci il mart ayının 22-də Ağdam rayonu-
nun Salahlı  kəndində anadan olmuş-
dur.
Orta təhsilini səkkizinci sinfədək 
kəndlərində almış  və daha son-
ra təhsilini Bakıda kimya-biologiya 
təmayüllü məktəbdə davam etdirmiş-
dir. Sonra Kənd Təsərrüfatı Akademi-
yasının aqronomluq fakültəsinə daxil 
olmuşdur.
İxtiyar 1992-ci ildə  hərbi qulluq 
üçün komissarlığa müraciət etmiş  və 
Ağdamın müxtəlif istiqamətlərində 
döyüşlərdə  iştirak etmişdir. Gülablı 
kəndinə olunan silahlı basqının qarşı-
sının alınmasında xüsusi qəhrəmanlıq 
göstərmişdir.
1992-ci il iyul ayının 14-də Canya-
taq kəndi uğrunda gedən döyüşlərdə  
qəhrəmanlıq göstərərək həlak olmuş-
dur. 
Azərbaycan Respublikası Prezi-
dentinin 7 dekabr 1992-ci il tarixli 
350 saylı  Fərmanı ilə Qasımov  İxti-
yar Qasım oğluna ölümündən sonra 
“Azərbaycanın Milli Qəhrəmanı” fəxri 
adı verilmişdir. 
Salahlı kənd qəbiristanlığında dəfn 
edilmişdir. Vaxtilə təhsil aldığı Salah-
lı kənd orta məktəbi qəhrəmanın adını 
daşıyır.
Milli Qəhrəmanlar
45 
illiyi
Milli Qəhrəman


78
Ə d ə b i y y a t 
Azərbaycan diplomatiya-
sının tarixindən /tərt. ed. 
F.S.Şükürov.- Bakı: Cümə, 
2004.-34 s.
Dadaşov, A. Məhəmməd 
Həsən Hacınski 
/A.Dadaşov; elmi red. 
T.Vəliyev.- Bakı: BDU, 
2004.- 183 s.
Faciəvi taleli                   
insan: Məmməd Həsən             
Hacınski //Mədəniyyət.-
2011.- 2 mart.- S.13.
Qasımlı, M. Məhəmməd 
Həsən Hacınski                 
//Azərbaycanın Xarici 
İşlər Nazirliyi /M.Qasımlı; 
E.Hüseynova; elmi red. 
N.Əlibəyli.- Bаkı, 2003.- 
S.6-13.
Şüküroğlu, L. Ona bəraəti 
zaman verdi //Şüküroğlu 
L. Cümhuriyyət hökuməti 
repressiya məngənəsində: 
[2  cilddə].- Bakı, 2000.-   
C.I.-S.248-274.
İ n t e r n e t d ə
www.anl.az
www.adam.az
www.az.wikipedia.org
www.azerbaijan.az
www.news.lent.az 
MART
3
Məhəmməd Həsən Hacınski 
1875-1931  
Məhəmməd Həsən Cəfərqulu oğlu 
Hacınski 1875-ci il mart ayının 3-də 
Bakıda anadan olmuşdur. O, Bakı real-
nı məktəbini, 1902-ci ildə isə Peterburq 
Texnoloji İnstitutunu bitirmişdir. Mosk-
vada maarifpərvər Azərbaycan varlıla-
rından Şəmsi Əsədullayevin neftayırma 
zavodlarının tikintisində çalışmış, həmin 
ilin axırlarında isə doğma Bakıya qayı-
daraq, şəhər upravasının (bələdiyyə) ti-
kinti şöbəsinin rəisi təyin olunmuşdur. 
M.H.Hacınski Bakının abadlaşmasına 
böyük diqqət yetirirdi. Onun rəhbərliyi 
altında 1911-ci ildə Dənizkənarı bulva-
rın tikintisi başa çatdırılmışdı. 1911-ci 
ildə yaradılmış gizli Müsəlman demok-
ratik Müsavat partiyasına daxil olmuş-
dur. 1917-ci il Rusiya fevral burjua in-
qilabından sonra Müsavat partiyası açıq 
fəaliyyətə keçdi. M.H.Hacınski 1917-ci 
il noyabrın 15-də yaranmış Zaqafqaziya 
komissarlığında ticarət və  sənaye ko-
missarının müavini, seymin üzvü, 1918-
ci il aprelin 22-də yaranmış Zaqafqazi-
ya Federativ Respublikası hökumətində 
ticarət və sənaye naziri vəzifələrini icra 
etmişdir. 
1918-ci il mayın 28-də Azərbaycan 
Demokratik Respublikası elan olunmuş, 
Hacınski bitərəf Fətəli xan Xoyskinin 
təşkil etdiyi birinci hökumət kabinetində 
xarici işlər naziri vəzifəsini tutmuşdur. 
23 dekabr 1919-cu ildə ikinci kabi-
netdə daxili işlər naziri təyin olun-
muş, 1920-ci ilin fevralına qədər bu 
vəzifədə  işləmişdir. 1920-ci il apre-
lin 1-də Azərbaycan Respublikası-
nın yeni hökumət kabinəsini təşkil 
etmək M.H.Hacınskiyə tapşırıldı. Bu 
məqsədlə o, Azərbaycan parlamentinə 
daxil olan bütün partiya və fraksiyala-
rın rəhbərləri ilə, həmçinin bolşeviklərlə 
də danışıqlar aparmışdır. O, bolşevikləri 
yeni hökumət kabinəsinin tərkibinə da-
xil etməklə, Samur körpüsünün şimal 
tərəfində dayanmış XI Qızıl Ordunun 
Bakı üzərinə yürüşünü ləngitmək və ni-
zami Azərbaycan ordusunu təcili Bakıya 
çağırmaq istəyirdi. Həmin ilin martında 
Azərbaycan ordusu Dağlıq Qaraba-
ğı daşnaq işğalından azad etmək üçün 
göndərilmiş, hələ Bakıya qayıtmamışdı. 
Azərbaycan Xalq Cümhuriyyətinin 
taleyi üçün son dərəcə  məsuliyyətli 
bir zamanda M.H.Hacınskinin lənglik 
göstərərək hökuməti təşkil edə bilmə-
məsi, hakimiyyət böhranını daha da 
dərinləşdirmişdi. 
Azərbaycan Xalq Cümhuriyyəti dev-
rildikdən sonra o, Azərbaycan SSR Ali 
Xalq Təsərrüfatı  Şurasında, Zaqafqazi-
ya Dövlət Plan Komitəsində müxtəlif 
rəhbər vəzifələrdə çalışmış, Azərbaycan 
şəhərlərinin abadlaşdırılmasında işti-
rak etmişdir. Repressiyaya məruz qal-
mış, L.Beriyanın göstərişi ilə 1930-
cu ildə Tiflisdə  həbs edilmişdir. Ağır 
işgəncələrə  məruz qalan M.H.Hacınski 
9 fevral 1931-ci ildə  ağır həbsxana 
həyatına dözməyərək ürək xəstəliyinə 
və vərəmə tutulmuş, istintaq sənədlərinə 
görə, “özünü asmaqla” intihar etmişdir.
Siyasət.Hüquq
140 
illiyi
Dövlət xadimi


Yüklə 42,04 Kb.

Dostları ilə paylaş:
1   ...   31   32   33   34   35   36   37   38   ...   173




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə