Teqvim-2015. pdf



Yüklə 42,04 Kb.
Pdf görüntüsü
səhifə38/173
tarix13.11.2017
ölçüsü42,04 Kb.
#10093
1   ...   34   35   36   37   38   39   40   41   ...   173

83
Kimya.Biologiya.Tibb
90 
illiyi
Siddiqə Məmmədova 
1925      
MART
Siddiqə Rza qızı Məmmədova  1925- 
ci il mart ayının 8-də Naxçıvan MR, 
Şərur rayonunun Şəhriyar kəndində ana-
dan olmuş və orda natamam orta məktəbi 
bitirmişdir.
1940-cı ildə  Gəncə  şəhərində  Kənd 
Təsərrüfatı Texnikumuna daxil olmuş, 
1943-cü ildə texnikumu bitirmişdir.
1943-1947-ci illərdə Azərbaycan 
Kənd Təsərrüfatı İnstitutunun aqronom-
luq fakültəsində oxumuşdur.
1948-ci ildə AKTİ-də entomologi-
ya ixtisası üzrə aspiranturaya daxil ol-
muşdur. Aspiranturanı bitirdikdən son-
ra 1952-ci ildə  kənd təsərrüfatı elmləri 
namizədi alimlik dərəcəsi almışdır.
1952-ci ildən 1963-cü ilə qədər AKTİ-
də assistent, dosent vəzifələrində, o 
cümlədən fakültə partiya təşkilatının ka-
tibi işləmişdir. 1963-cü ildə Azərbaycan 
Elmi Tədqiqat Bitki Mühafizə  İnstitu-
tunun direktoru təyin edilmişdir. 1971-
ci ildə biologiya elmləri doktoru elmi 
dərəcəsi almışdır. 
1973-cü ildə professor elmi rütbəsini 
almış, 1983-cü ildə Azərbaycan Elmlər 
Akademiyasının müxbir üzvü, 2001-ci 
il iyun ayının 29-da Azərbaycan Milli 
Elmlər Akademiyasının həqiqi üzvü se-
çilmişdir. 
Hal-hazırda AMEA-nın Biologiya 
bölməsi üzrə yaradılan Koordinasiya şu-
rasının Bitkiçilik və Bitki mühafizə üzrə 
sədridir.
 O,  210-dan artıq elmi əsərin, 5 tədris 
vəsaitinin, 2 soraq kitabının, 3 monoq-
rafiyanın, 7 ixtiranın, 2 pestisidlər ka-
taloqunun müəllifidir.Yüksəkixtisaslı 
kadrların hazırlanması da alimin daim 
diqqət mərkəzindədir. Onun rəhbərliyi 
ilə institutda 5 elmlər doktoru və 70-dən 
çox elmlər namizədi hazırlanmışdır.  İki 
elmlər doktoru, 15 elmlər namizədinin 
rəhbəri şəxsən özü olmuşdur. Hal-hazırda 
iki doktorantın elmi məsləhətçisidir.
Uzun müddət “Bilik” cəmiyyəti 
Gəncə  şəhər  şurasına sədrlik etmişdir. 
Ümumittifaq “Bilik” cəmiyyəti yaran-
masının 30 illiyi və respublikamızda 
elmi biliklərin inkişafında xidmətlərinə 
görə 1977-ci ildə ümumittifaq “Bilik” 
cəmiyyətinin təşəkkürnaməsi və ordeni 
ilə, 1980-ci ildə isə “Fəal işə görə” döş 
nişanı ilə təltif edilmişdir.
Akademik Azərbaycanda kənd təsər-
rüfatı elminin inkişafında xidmət-lərinə 
görə  1967-ci ildə “Şərəf Nişanı”, 1967-
ci ildə “Əməkdə igidliyə görə”, 1981-ci 
ildə “Əməkdar elm xadimi” fəxri adına 
layiq görülmüşdür. 1982-ci ildə  “Əmək 
Veteranı” medalları, 2 dəfə (1971,1978) 
“Qırmızı  Əmək Bayrağı”, 2000-ci ildə 
müstəqil dövlətimizin “Şöhrət”, 2010-
cu ildə  “Şərəf” ordenləri ilə  təltif olun-
muşdur. 15 dekabr 2010-cu il tarixdə 
akademik S.R.Məmmədova Türkiyə 
Cümhuriyyətinin Türk Dünyası Araşdır-
maları Beynəlxalq Elmlər Akademiyası 
Rəyasət Heyətinin qərarı ilə Akademiya-
nın üzvü diplomu və Beynəlxalq “Qızıl 
ulduz” medalı ilə təltif olunmuşdur.
Ə d ə b i y y a t
Meyvə və subtropik 
bitkilərin zərərvericiləri 
/S.Məmmədova, 
B.Xəlilov.- Bakı: 
Azərnəşr, 1974.- 125, 
[2] s. 
Torpağa məhəbbət və 
xeyirxahlıq toxumu səpən 
alim /S.Məmmədova        
//Elm.- 2013.- 30 may.- 
S.14-15.
Kənd təsərrüfatı 
entomologiyası: Kənd 
Təsərrüfatı İnstitutunun 
tələbələri üçün dərs 
vəsaiti /S.Məmmədova, 
B.Xəlilov.- Bakı: Maarif, 
1986.- 370 s. 
Nəsirli, G. Elmdə keçən 
ömür /G.Nəsirli.- Bakı: 
Şirvannəşr, 2002.- 32 s. 
Nəsirli, G. Taleyin 
qisməti /G.Nəsirli.- Bakı: 
Şirvannəşr, 2005.- 32 s. 
İ n t e r n e t d ə
www.adam.az
www.anl.az
www.az.wikipedia.org
www.science.gov.az
www.gencekitab.az
www.gender-az.org
8
Akademik


84
Kimya.Biologiya.Tibb
Adil Qəribov  
1950
MART
Adil Abdulxalıq oğlu Qəribov 1950-
ci il mart ayının 28-də Azərbaycan 
Respublikası  Şəki rayonunun İbrahim 
kəndində anadan olmuşdur.
 1966-cı ildə Kiçik Dəhnə kənd orta 
məktəbini, 1972-ci ildə isə Azərbaycan 
Dövlət Universitetinin kimya fakültəsini 
bitirmişdir. 
1972-1976-cı illərdə AEA Radiasiya 
Tədqiqatları Sektorunun aspiranturasın-
da fiziki-kimya ixtisası üzrə təhsil almış, 
1979-cu ildə namizədlik, 1995-ci ildə isə 
doktorluq elmi dərəcəsinə yiyələnmiş, 
1998-ci ildə radiasiya kimyası ixtisası 
üzrə professor elmi rütbəsini almışdır.
 1995-2001-ci illərdə “Müxtəlif növ-
lü sistemlərin radiasion kimyası” labo-
ratoriyasının, Azərbaycan EA Radiasion 
Tədqiqatlar sektorunun rəhbəri olub. 
A.Qəribov 2002-ci ildən bu günə kimi 
AMEA Radiasiya Problemləri İnstitutu-
nun direktoru vəzifəsində çalışır. 
A.Qəribov respublikanın heterogen 
proseslərin və bərk cisimlərin radiasiya 
kimyası üzrə ilk elmlər doktoru, pro-
fessor, “Radiasiya materialşünaslığı” 
elmi müdafiə şurasının həmsədri, elmi-
texniki və müxtəlif elmi ekspert şurala-
rının üzvüdür. 
O, 200-dən artıq elmi əsərin, 17 
müəlliflik  şəhadətnaməsinin, 10 paten-
tin müəllifidir.
2012-ci ildə peşəkar fəaliyyətdə əldə 
etdiyi nailiyyətlərə görə Böyük Britani-
ya Krallığının Direktorlar İnstitutunda 
keçirilən Beynəlxalq Sokrat mərasimində 
“Elmdə ad” beynəlxalq mükafatı və ti-
tulu alıb və onun adı görkəmli alimlərin 
ümumdünya reyestrinə daxil edilib. 
Həmçinin A.Qəribovun rəhbərlik etdi-
yi kollektiv professional, elmi-tədqiqat 
və mədəni-maarifçilik fəaliyyətinə görə 
“Avropa keyfiyyəti” beynəlxalq müka-
fatına layiq görülüb.  
Onun elmi fəaliyyəti atom enerjisinin 
çevrilməsi və ondan istifadə olunma-
sı, atom-hidrogen energetikası, nüvə-
neftkimya komplekslərinin yaradılması, 
nüvə reaktorlarının təhlükəsizliyi, radi-
asiya materialşünaslığı, radiasiya kata-
lizi və adsorbsiyası, respublikanın nüvə 
və radiasiya təhlükəsizliyi kimi aktual 
problemləri əhatə edir.
A.Qəribov uzun müddət Rusi-
ya  İ.V.Kurçatov adına Atom Enerji-
si  İnstitutu, sonralar “Kurçatov Elmi 
Mərkəzinin” Hidrogen Energetika və 
Plazma Texnologiya İnstitutu, Rusiya 
EA Fiziki-kimya İnstitutu, Lomonosov 
adına MDU-nun “Radiasiya kimyası” 
kafedrası ilə birlikdə elmi tədqiqatlar 
aparmışdır.
Onun rəhbərliyi altında RPİ-də ABŞ 
Energetika Nazirliyi, Çikaqo Universite-
tinin Arqon Milli laboratoriyası, Sandia 
Milli laboratoriyası, Atom Enerjisi üzrə 
Beynəlxalq Agentlik, NATO, CRDF 
və UETM və sair qurumlarla layihələr 
əsasında elmi-texniki işlər icra olunur.
2005-ci ildə “Əməkdar elm xadimi” 
fəxri adına layiq görülmüşdür. 
2007-ci ildə Azərbaycan MEA-nın 
radiasion kimya ixtisası üzrə müxbir 
üzvü, 2014-cü ildə həqiqi üzvü seçilib. 
Ə d ə b i y y a t
Əbədiyyət yolu 
/A.Qəribov //Respubli-
ka.- 2013.- 31 dekabr.- 
S.10.
Quruculuq və dinamik 
inkişaf strategiyası 
/A.Qəribov //Respubli-
ka.- 2012.- 15 iyun. 
Tədqiqatların və 
beynəlxalq əlaqələrin 
əhatə dairəsi 
genişlənir /A.Qəribov                      
//Azərbaycan.- 2011.- 25 
may.- S. 11.
Aygün. Radiasiya 
Problemləri İnstitu-
tunda... 2011-ci ildə 
4 elmi istiqamət üzrə 
tədqiqatlar aparılıb         
/Aygün //Olaylar.- 2012.- 
29 fevral.- S.12.
Ənsərli, G. Azərbaycan 
alimi “Elmdə ad” müka-
fatına layiq görülmüşdür 
/G.Ənsərli //Elm.- 2013.- 
15 mart.- S.4.
Выход электронно- 
дырочных пар в 
бериллий силикатных 
системах под 
действием 
гамма квантов 
/Я.Д.Джафаров, 
А.А.Гарибов                   
//Проблемы химии.- 
2009.- №4.- C.614-617. 
İ n t e r n e t d ə
www.anl.az
www.az.wikipedia.org
www.science.gov.az
28
Akademik
65
illiyi


Yüklə 42,04 Kb.

Dostları ilə paylaş:
1   ...   34   35   36   37   38   39   40   41   ...   173




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə